Məhkəmə qərarları › İş №1(012)-232/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-232/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-232/2024 05.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxsin hüquqi varisi X7, onun vəkili-nümayəndəsi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1961-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 04 iyun 2023-cü il tarixdə, saat 18:45 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Qaçaq Nəbi küçəsi ilə qanuni əsaslarla idarə etdiyi “Honda CRV” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili arxaya doğru hərəkət etdirərkən manevrin təhlükəsiz başa çatmasına və maneənin olmamasına əmin olmayaraq, arxada olan şəraitdən xəbərdar olmaq üçün kənar şəxslərin köməyindən istifadə etməyərək və piyadanın avtomobilin hərəkət etdiyi hissədən kənarlaşdıqdan sonra avtomobili geriyə doğru hərəkət etdirməyərək «Yol hərəkəti haqqında» Azərbaycan Respubikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozmuş, yəni nəqliyyat vasitələrinin geriyə hərəkətinə bu manevrin təhlükəsiz olmasına və hərəkətin digər iştirakçılarına maneə yaratmamaq şərtilə icazə verildiyi və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə əməl etməyərək avtomobili geriyə doğru hərəkət etdirib avtomobilə doğru hərəkətdə olan azyaşlı X14 vurmuş, nəticədə ehtiyatsızlıqdan Aqil Rəhimovun dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malik açıq kəllə-beyin travması, kəllə tağı və əsasının açıq mürəkkəb qəlpəli sınıqları, beyin toxumasının hissəvi xaricə tökülməsi ilə müşayiət olunan alm və təpə nahiyələrini əhatə edən sahənin əzilmiş-cırılmış yarası, baş-beyin toxumasının əzilməsi- dağılması, boyun nahiyəsinin arxa səthində döş qəfəsinin sol yarısının arxa səthinin yuxarı iç hissəsinə qədər olan sahənin qançırı, sol dirsək oynağı nahiyəsinin arxa səthinin və sağ baldırın yuxarı 1/3-nin ön səthinin sıyrıqları xəsarətlərini almasına və nəticədə baş-beyin toxumasının xaricə tökülməsi və əzilib-dağılması, kəllə tağı və əsası sümüklərinin mürəkkəb, qəlpəli sınıqları xəsarətlərindən hadisə yerində ölməsinə səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunan ittihamda təqsirli bilməmiş, izahatında göstərmişdir ki, hadisə vaxtı avtomaşını saxlamışdı,avtomaşının arxasında kimsə olsaydı görə bilərdi, avtomobili hərəkətə gətirəndə təkərə nə isə dəydiyini hiss etdi. Uşağın yola necə çıxdığını belə görməmişdir. Bununla belə bir insan olaraq çox təsirlənir və peşimanlıq çəkir. Dəfələrlə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunmasına cəhd etsə də barışıq əldə olunmamışdır. Qarşı tərəf nə onu, nə də onun ailəsini qəbul edir, gedəndə qapını onlara açmırlar. İbtidai istintaqda Təqsirləndirilən şəxs özünü elan olunan ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. İstifadəsində olan Honda CRV markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil oğlu X8 məxsus olsa da, oğlu 22 sentyabr 2021-ci il tarixdə ona həmin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. Onun isə 40 ildən çox müddətdir ki, nəqliyyat vasitəsi idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 04 iyun 2023-cü il tarixdə şəxsi işi ilə bağlı Bakı şəhərinə getmiş, arvadı və baldızı isə onlarla qonşuluqda yaşayan qardaşı Etibar Mahmudovgilin evinə qonaq getmişlər. O Bakı şəhərindən yaşadığı Abşeron rayon, Qobu qəsəbəsinə qayıtmış və arvadı ilə baldızını götürüb evə aparması üçün qardaşıgilə getmişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 18 radələrində qardaşının evinin qarşısına çatmışdır. Həmin vaxt qardaşları Vüqar, Etibar, arvadı Almarə Mahmudova və baldızı X5pısının qarşısında dayanmışlar. O avtomobili onların yanında saxladıqdan sonra arvadı və baldızı avtomobilə əyləşmişdir. Onlar avtomobilə əyləşən kimi evə qayıtmaq üçün avtomobili arxaya doğru hərəkət etdirmişdir. Avtomobili təxminən 2 metr arxaya doğru hərəkət etdirmişdir ki, qardaşlarının qışqırıq səsini eşitmiş və avtomobili dərhal saxlamışdır. Avtomobili saxlayan kimi avtomobildən enmiş və qardaşlarının qışqıraraq avtomobilinə doğru qaçdıqlarını görmüşdür. Avtomobilin arxa tərəfinə baxdıqda avtomobilin arxa sağ təkərinin yanına bir uşağın uzandığını, uşağın başının avtomobilin arxa sağ təkərinin altında qaldığını görmüşdür. O uşağın başının avtomobilin təkərinin altında qaldığını görmüş və həyəcan keçirdərək qorxmuşdur. Bundan sonra qardaşı Etibar digər qardaşları ilə birlikdə avtomobili qaldırıb uşağın başını avtomobilin təkərinin altından çıxartmışlar. Uşağı avtomobilin altından çıxardıqdan sonra qardaşı Etibar, Vahid və Vüqar uşağı dərhal oğluna məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi avtomobil ilə Abşeron rayon Mərkəzi Xəstəxanasına aparmışlar. O isə Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinə gedərək hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X16 bildirmişdir ki, o, Quba rayonu, Rustov kəndində qeydiyyatda olsa da, 2015-ci ildən ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Nəbi küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayır. 04 iyun 2023-cü il tarixdə Quba rayonunda olduğu zaman qonşusu Natiq adlı şəxs ona zəng edərək 2020-ci il təvəllüdlü X6nu avtomobilin vurması barədə məlumat vermişdir. Lakin Natiq adlı şəxs ona uşağı kimin vurması və harada vurması barədə məlumat verməmişdir. Bundan sonra, oğlu Aqili Abşeron rayon mərkəzi xəstəxanasına apardıqlarından o da birbaşa xəstəxanaya getmiş və orada ona məlum olmuşdur ki, onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs Qobu qəsəbəsi, Q.Nəbi küçəsində idarə etdiyi “Honda CRV” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili arxaya doğru hərəkət etdirərkən güzgüyə baxmayaraq avtomobilə doğru hərəkət edən oğlu Aqil Rəhimovu vurmuş və uşağın başı avtomobilin altında qalaraq ölmüşdür. Həmin vaxt arvadı Şahid1 da orada olmuşdur. O, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona ciddi cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yaşayır. X6 04 iyun 2023-cü il tarixdə yaşadıqları evin yaxınlığında, yəni təxminən 30 metr məsafədə uşaqlarla oynayan zaman o da qonşularla söhbət edirmiş. Həmin vaxt o, qonşuları Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə qohumlarıgilə gəldiyini görmüşdür. Qadir avtomobilə qadınları mindirib avtomobili arxaya doğru hərəkət etdirərkən oğlu Aqil də avtomobilə hərəkət etmişdir. O, oğlu Aqili tutmaq üçün arxasınca qaçsa da, tuta bilməmiş və Qadir idarə etdiyi avtomobil ilə oğlunu vurmuşdur. Qadir avtomobil ilə Aqili vurduqdan sonra sonuncunun başı avtomobilin arxa sağ təkərinin altında qalmışdır. Bundan sonra o, Qadirin qardaşları ilə oğlu Aqili Abşeron rayon Mərkəzi Xəstəxanasına aparsa da, artıq oğlu baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüşdü. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 göstərdiklərini təsdiq edərək analoji ifadələr vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun əridir və 1984-cü ildən birgə nikahdadılar. “Honda CRV” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil oğlu X8 məxsus olsa da, oğlu 22 sentyabr 2021-ci il tarixdə əri Qadirə həmin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. 04 iyun 2023-cü il tarixdə əri Qadir şəxsi işi ilə bağlı Bakı şəhərinə getmişdir. O isə bacısı X11 ilə birlikdə onlarla qonşuluqda yaşayan qaynı Etibar Mahmudovgilin evinə qonaq getmişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 18 radələrində əri Qadir Etibargilin evinin yanına getmişdir ki, onları Qadir idarə etdiyi həmin avtomobil ilə evlərinə aparsın. Həmin vaxt qayınları Vüqar, Etibar, o və bacısı X5pısının qarşısında dayanmışlar. Qadir idarə etdiyi “Honda CRV” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili onların yanında saxladıqdan sonra o və bacısı İlhamə avtomobilə əyləşmişdir. O avtomobildə arxa sağ oturacaqda əyləşmiş, İlhamə isə avtomobilin arxasından keçib arxa sol oturacaqda əyləşmişdir. Onlar avtomobilə əyləşən kimi evə qayıtmaq üçün əri Qadir avtomobili arxaya doğru hərəkət etdirmişdir. Sonuncu avtomobili təxminən 2 metr arxaya doğru hərəkət etdirmişdir ki, qayınlarının qışqırıq səsini eşitmiş və Qadir avtomobili dərhal saxlamışdır. Avtomobili saxlayan kimi avtomobildən enmişlər və qayınlarının qışqıraraq avtomobilə doğru qaçdıqlarını görmüşlər. Avtomobilin arxa tərəfinə baxdıqda avtomobilin arxa sağ təkərinin yanına bir uşağın uzandığını, uşağın başının avtomobilin arxa sağ təkərinin altında qaldığını görmüşdür. O, uşağın başının avtomobilin təkərinin altında qaldığını gördükdə həyəcan keçirmiş və qorxmuşdur. Bundan sonra, qaynaları və əri uşağın başını avtomobilin təkərinin altından çıxarmışlar. Uşağı avtomobilin altından çıxardıqdan sonra dərhal əri Qadirin idarə etdiyi avtomobil ilə Abşeron rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11, Şahid4, Şahid3 məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərdiklərini təsdiq edərək analoji ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə toplanmış material üzrə CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, baxış zamanı hadisə yerinin Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni yaşayış massivində məhlə arası yolda baş verməsi və piyada X12 vurulduğu müəyyən edilmişdir. 04 iyun 2023-cü il tarixli 2/14098 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsini törədən zaman ayıq olmuşdur. Sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs DİN BDYPİ Qİİ/1 saylı ASAN xidmət mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə 10 il müddətinə yəni xx.xx.2030-cu il tarixədək Bİ və B kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, “Honda CRV” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X15 tərəfindən səlahiyyət 22 sentyabr 2021-ci il tarixdə 9 il 2 ay 24 gün müddətinə yəni xx.xx.2030-cu il tarixədək Təqsirləndirilən şəxs verilmişdir. Avtomobilin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 04 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Honda CRV” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı qeyd olunan avtomobil X8 məxsus olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X26 Abşeron rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının (meyitin ekspertizası) xx.xx.2023-cü il tarixli, 72 saylı rəyindən görünür ki, 2020-ci il təvəllüdlü X2 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur- həyatla bir araya sığmayan xəsarət, açıq kəllə- beyin travması, kəllə tağı və əsasının açıq mürəkkəb qəlpəli sınıqları, beyin toxumasının hissəvi xaricə tökülməsi ilə müşayiət olunan alın və təpə nahiyələrini əhatə edən sahənin əzilmiş-cırılmış yarası. Baş-beyin toxumasının əzilməsi-dağılması. Boyun nahiyəsinin arxa səthində döş qəfəsinin sol yarısının arxa səthinin yuxarı iç hissəsinə qədər olan sahənin qançırı, sol dirsək oynağı nahiyəsinin arxa səthinin və sağ baldırın yuxarı 1/3-nin ön səthinin sıyrıqları. Bu xəsarətlər birlikdə həyatidirlər, ölümündən az əvvə olmaqla bərk-küt əşya (əşyalar) təsiri nəticəsində əmələ gəlmişdi, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomobilin hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X2 ölümünə səbəb-başın küt travması nəticəsində baş-beyin toxumasının xaricə tökülməsi və əzilib-dağılması, kəllə tağı və əsası sümüklərinin mürəkkəb, qəlpəli sınıqları olmuşdur. İlkin meyit əlamətlərin inkişaf dərəcəsinə əsasən onu demək olur ki, ölüm onun meyitxanadakı (xx.xx.2023, saat 01:00) müayinəsindən 6-8 saat əvvəl baş vermişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 08 avqust 2023-cü il tarixli 8/2102 saylı rəyində göstərilmişdir ki, Honda CRV markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işi üzrtə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2023-cü il tarixdə törətmiş olduğu yol nəqliyyat hadisəsi zaman idarə etdiyi “Honda CRV” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü sahibi X8 qaytarılmışdır. Abşeron RİHB-nın Qobu qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş xasiyyərnamədən görünür ki, qəsəbədə yaşadığı müddətdə Təqsirləndirilən şəxs özünü sakit aparmış, dostları və qonşularının hörmətini qazanmışdır. Onun və ailəsi baərsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cumaddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməlidir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən onun cəzasını yüngülləşdirən, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60-cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Honda CRV” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Honda CRV” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası CPM-nin Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron İcra Şöbəsinə və Azərbaycan Respublikası Baş X28 idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar