Məhkəmə qərarları › İş №1(012)-232/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-232/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-232/2025 10.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Rəcəbova Samirə Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Novxanı kəndi, Ş.Qurbanov küçəsi, ev 32-də yaşamış, Abşeron rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 177.2.2,177.2.3, 234.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evinə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olub, orada olan bir ədəd 300 manat dəyərində qədimi samovarı, bir ədəd 1000 manat dəyərində yataq dəstini, ümumi qiyməti 2000 manat olan qab-qacaq dəstini, bir ədəd 100 manat dəyərində elektron saatı və 01 ədəd 100 manat dəyərində ütünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 3500 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Şahid1 məxsus Abşeron rayonu, Novxanı kəndi, Ş.Qurbanov küçəsində yerləşən fərdi yaşayış evinə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq orada olan Zərərçəkmiş şəxs3 məxsus hər bir topu 31 manat olan 10 top, hər topu 100 metr olan 2,5 mm diametrlik ümumi 310 manata olan elektrik naqillərini, hər bir topu 52 manat olan 2 top hər topu 100 metr olan 4 mm diametrlik ümumi 104 manat olan elektrik naqillərini, 40 metr uzunluğunda 6 mm diametrlik 1 metri 3 manatdan olan ümumi 120 manata olan elektrik naqilini və bir ədəd “Karpat” markalı 66 manat dəyərində laqondanı (elektrik mişarı) gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 600 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Abşeron rayonu, Novxanı kəndi, Novxanı- Binəqədi yolunun üstündə yerləşən dəmir sexinin giriş qapısının kilidini dəmir parçası ilə sındırıb qanunsuz daxil olaraq, sexin içərisində olan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 400 manat dəyərində qaynaq apparatını, 03 ədəd hər biri 100 manat olan ümumi 300 manat dəyərində böyük laqondanı, 04 ədəd hər biri 50 manat olan ümumi 200 manat dəyərində olan balaca laqondanı, 04 ədəd, hər biri 150 manat olan ümumi 600 manat dəyərində preparatorları, 03 ədəd hər biri 40 manat olan ümumi 120 manat olan balaca dreli, 02 ədəd hər biri 100 manat olan ümumi 200 manat olan böyük dreli, 500 metr uzunluğunda 1 metri 2 manat olan ümumi 1000 manat dəyərində olan elektrik naqilini və 03 ədəd qaynaq aparatının 40 metr uzunluğunda 1 metri 8 manat olan ümumi 320 manat olan elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 3140 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Abşeron rayonu, Novxanı kəndi, Ş.Qurbanov küçəsində yerləşən anası X4 məxsus 46 saylı evin həyətyanı sahəsində yerləşən toyuq hinin qapısını açmaqla qanunsuz daxil olub, oradan bacısı oğlu Zərərçəkmiş şəxs4 məxsus, hər biri 20 manat dəyərində olan, cəmi 500 (beş yüz) manat dəyərində 25 (iyirmi beş) ədəd “Brama” cinsli toyuqlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 500 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 Yanvar metrostansiyası yanında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün xeyli miqdarda 20 manat müqabilində bir ədəd kağız bükümdə 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 0,310 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib Sumqayıt şəhəri, Corat qəsəbəsinə daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində Sumqayıt şəhər polis idarəsinin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, T.Kərimov küçəsində aptekin qarşısında saxlanılaraq, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin inzibati binasına gətirilmiş və həmin gün saat 15:00-dan, saat 15:20-ə kimi orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən həmin bir ədəd kağız bükümdə, çəkisi 0,310 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, 2022-ci ilin dekabr ayında Sumqayıt şəhərində istintaqa məlum olmayan mənbədən keçmiş SSRİ dövlətində istehsal olunmuş 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli, yivli odlu silah texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silah-tapança, 04 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9,18 mm kalibrli, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalarda atəş üçün nəzərdə tutulmuş döyüş sursatı-patronları və 01 ədəd zavod üsulu ilə hazırlanmış 08 ədəd 9X18 mm kalibrli patron tutumuna malik, Makarov konstruksiyalı silahın komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı darağı əldə edərək daşımış, saxlamış və gəzdirmiş, xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Novxanı kəndi, Ş.Qurbanov küçəsində saxlanılıb Saray polis bölməsinə gətirilmiş və həmin gün saat 18:55-dən saat 19:10-a kimi orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qəhvəyi rəngli gödəkçənin altında belinə taxılı həmin odlu silah tapançanı, 04 ədəd döyüş sursatı patron və 01 ədəd tapançanın komplekt hissəsi daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş, elan olunan cinayət əməllərinin ona aidiyyatı olmadığını bildirmiş,barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 228.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, son vaxtlar yaşadığı Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evlərindən oğurluq etməklə maddi tələbatını təmin etmişdir. xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Abşeron Rayonu, Novxanı kəndində özünə siqaret almaq üçün açıq market axtarmışdır. Bu zaman pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Novxanı kəndində evlərin arası ilə gəzərkən böyük ikimərtəbəli bir ev görmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafda heç kəsin olmamasından istifadə edib daş hasarın üstünə çıxmışdır. Hasardan baxan zaman həyətdə olan təmizlikdən evdə yaşayış olduğunu, lakin işıqlar yanmadığından hal- hazırda heç kəsin yaşamadığını başa düşmüşdür. Bir müddət kənarda danayanıb baxdıqdan sonra həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafda heç kimin olmamasından istifadə edib həmin evin hasarından həyətə keçmişdir. Daha sonra evin ətrafında fırlanmağa başlamış və evin arxa tərəfinə keçib pəncərəsini cibində olan vintaçan vasitəsi ilə açaraq içəri keçmişdir. Ətraf qaranlıq olduğundan o, əlində olan alışqanın işığı ilə həmin evin içərisini gəzməyə başlamışdır. Həmin evin 2 mərtəbəli olduğunu, lakin 3 mərtəbə stilində düzəldiyini görmüşdür. İlk növbədə o, yuxarı mərtəbələri gəzməyə başlamış və gözünə qiymətli nə dəydisə oğurlamağı qərara almışdır. Evin içərisində gəzən zaman giriş qapısının yaxınlığında bir ədəd təxminən 10 litrlik samovar olduğunu görmüşdür. Dərhal həmin samovarı qapının qarşısına qoymuş ki, həmin samovarı oğurlasın. Daha sonra isə yenidən evin içərisini gəzməyə davam etmiş, yataq otağında divarda olan bir ədəd elektron saatı da çıxarmış və gətirib samovarın yanına qoymuşdur. Daha sonra isə yenidən axtarış etməyə başlamış yataq otağından ütünü də görüb oğurlamağı qərara almışdır. Ütünü də götürüb gələrək qapının yanına qoymuşdur. Evin içərisində otaqlarda olan şkafları töküb baxaraq axtarmağa başlamışdır. O, əsasən qızıl və pul axtarmış və buna görə də həmin şkafları tökməyə başlamışdır. Şkafda olan təzə yataq dəstini və bir ədəd qab-qacaq dəstini görərək oğurlamağı qərara almış və həmin yataq dəstini və qab-qacaq dəstini də gətirib qapının qarşısına qoymuşdur. Daha sonra evin içərisini gəzərək böyük bir ədəd ədyal tapmış. Qapının qarşısına gələrək həmin ədyalı yerə sərmiş və dərhal oğurladığı əşyaları ədyalın içərisinə yığmağa başlamışdır. Əşyaları həmin ədyalın içərisinə yığıb böyük bir bağlama düzəltmiş və daha sonra isə pəncərədən həmin bağlamanı yerə tullamışdır. O özü də həmin pəncərədən aşağı tullanmışdır. Ətrafa baxıb kimsənin olmadığına əmin olduqdan sonra həmin bağlamanı çiyninə götürmüş və qaranılq bir küçə ilə yaşadığı evə gəlmişdir. Evdə kimsəsnin olmamasından istifadə edib həmin bağlamanı həyətdə gizlətmişdir. Daha sonra yaşadığı mənzilə getmişdir. Növbəti gün yəni xx.xx.2023-cü il tarixdə gələrək həmin kisəni gizlətdiyi yerdən götürmüşdür. Daha sonra taksi fəaliyyəti ilə məşğul olan maşınlardan birini saxladıb həmin kisəni maşına qoymuş və taksiyə Sabunçu bazarı deyilən yerə sürməsini bildirmişdir. Həmin bazara gedib çatdıqda taksiyə 10 manat pul vermişdir. Daha sonra həmin oğurladığı əşyaları Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Bit Bazarı” adlanan ərazidə tanımadığı müxtəlif şəxslərə ümumilikdə 300 manata satmışdır. Həmin əldə etdiyi pulu isə şəxsi ehtiyyaclarına və narkotik vasitə almaq üçün istifadə etmişdir. Bundan başqa bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Novxanı kəndində özünə siqaret almaq üçün açıq market axtarmışdır. Bu zaman pulu olmadığından oğurluq etmək qərarına gəlmiş və Novxanı kəndində evlərin arası ilə gəzərkən böyük iki mərtəbəli bir ev görmüşdür. O, həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafda heç kəsin olmamasından istifadə edib daş hasarın üstünə çıxmış və hasardan baxan zaman həyətdə tikinti materiallarının olduğunu və işığın yanmadığını görüb həmin vaxt orada heç kəsin olmadığını başa düşmüşdür. Bir müddət kənardan dayanıb baxdıqdan sonra həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafda heç kimin olmamasından istifadə edib həmin evin hasarından həyətə keçmişdir. Daha sonra evin ətrafında fırlanmağa başlamışdır. Həmin evin arxa tərəfinə keçib pəncərəsini cibində olan vintaçan vasitəsi ilə açaraq içəri keçmişdir. Ətraf qaranlıq olduğundan o, əlində olan alışqanın işığı ilə həmin evin içərisini gəzməyə başlamışdır. İlk növbədə o, evin birinci və ikinci mərtəbələrindəki otaqları gəzməyə başlamışdır. Həmin zaman gözünə qiymətli nə dəydisə oğurlamağı qərara almışdır. Evin içərisində elektrik naqillərinin və bir ədəd laqondanın olduğunu görmüşdür. Dərhal 12 top elektrik naqillərini və təxminən 30-40 metr uzunluğunda olan elektrik naqilini və laqondanı götürüb özü ilə apardığı polietilen kisəyə yığmışdır. Gəldiyi pəncərədən düşüb yeidən hasarın üstünə çıxıb küçəyə baxmışdır. Küçədə və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra kisədəki əşyaları hasardan bayıra atmış və özü də hasardan bayıra tərəfə aşıb kisədəki əşyaları özü ilə yaşadığı evə aparmışdır. Həmin naqilləri söküb içərisində olan aliminium və mis materialarını, həmçinin laqondanı söküb plastik və metal kimi satmaq üçün hazırlamışdır. Təxminən 1-2 gün sonra isə “QAZ-24” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillə səyyar şəkildə metal qəbul edən tanımadığı şəxsə 90 manata satmışdır. Həmin əldə etdiyi pulu isə şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan başqa, bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında o, Peyman adlı dostundan borc pul istəmək üçün Peymanın yaşadığı evə tərəf getmək istəmişdir. Peymanın da evinin dəqiq harada olmasını bilməmişdir. Peymanın təxmini Novxanı kəndində Hacısəfəralı məscidinin yaxınlığında yaşadığını bilmişdir. Saat təxminən 19:00- 20:00 arası olardı ki, o, yaşayış olmayan bir ərazidən piyada keçən zaman bir dəmir sexinin reklamını görmüşdür. Həmin vaxtı sexin içərisinə baxmış və o, sexə yaxınlaşanda qapıda qıfıl olduğunu görmüşdür. Sexdən oğurluq etmək qərarına gəlmiş və xx.xx.2023-cü il tarixdə saat 00:00 radələrində o, evdən bir ədəd əldə düzəltmə mismar çəkən və iki ədəd kəpək meşokları götürüb, evdən çıxıb həmin sexə tərəf getmişdir. Onun yaşadığı evlə həmin sexin arası təxminən piyada yarım saatlıq yoldur. xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 00:30 radələrində o, həmin yerə çatmışdır. Sexin qarşısında kamera olmasından ehtiyat edib sexin qabağına yaxınlaşmamış, bu səbəbdən də sexin arxa tərəfinə keçmiş və sexin yan hissəsində sallağı oturub siqaret yandırmış və sexn içərisinə diqqətlə qulaq asmağa başlamışdır ki, içəridən səs gəlir ya yox. Sakitlik olduğundan sexin içərisində heç kim olmadığına əmin olmuşdur. Bu səbəbdən də sexin qabağına tərəf addımlamış və görmüşdür ki, əsas giriş qapısı yoxdur. O, içəri girəndə görmüşdür ki, içəridə bir dənə də qıfıl ilə bağlanmış dəmir qapı var. O, yerdən möhkəm dəmir parçası tapıb həmin qıfılı yerdən götürdüyü dəmir parçası ilə sındırmış və sexin içərisinə daxil olmuş, əlindəki alışqanın fanarını yandırmış və sexin içərisində olan 01 ədəd qaynaq aparatını, 03 ədəd böyük laqondanı, 04 ədəd balaca laqondanı, 04 ədəd pereparatoru, 05 ədəd direli, dəqiq bilmədiyi neçə metr elektrik naqilini, 03 ədəd qaynaq aparatının elektrik naqilini götürmüş və sexdən çıxarıb bir hissəsini hasarın dibində gizlətmişdir. Qıfılı sındırdığı dəmir parçasını da bir qədər kənarda tullamış ki, əl izlərini tapa bilməsinlər. Oğurladığı əşyaların bir hissəsini apardığı yaşadığı evin həyətində köhnə hamamın yanına yığmışdır. Hasarın dibində gizlətdiklərini götürmək üçün qayıtmış və onlarıda gətirib evə qoymuşdur. Bundan sonra götürdüyü kabelləri və udlenitelin yandırmış sonra yatmışdır. Səhər saat təxminən 11 radələri olardı ki, dəmir yığanların səsini eşitmiş, səsə oyanıb onlara yaxınlaşmışdır. Gecə oğurladığı malları satmaq istədiyini bildirmişdir. Həmin şəxslər mallara baxmışlar və hamısına birlikdə 96 manat pul vermişlər. O, dəmir yığanları kənddə tez-tez görmüş, amma konkret olaraq həmin şəxsləri tanımamışdır. Bundan başqa, bildirmişdir ki, onlarla qonşuluqda yaşayan bacısı X1 həyəti kiçik olduğu üçün və orada toyuq-cücə saxlamağa şərait olmadığından bacısı oğlu Zərərçəkmiş şəxs4 Kamal oğlu anasının, yəni onun nənəsi X3 həyətində 2023-cü ilin yay aylarından etibarən “Brama” cinsli 33 (otuz üç) ədəd toyuq saxlamışdır. Toyuqları həyətdə toyuq saxlamaq üçün tikilmiş yerdə saxlamışdır. Toyuq saxlanılan yer həyətdə yan və arxa tərəfləri taxta materialdan tikilmiş, üstü şiferlə örtülmüş, qarşı tərəfdən dəmir tor (setka) çəkilərək havalanma üçün yer qoyulmuş təxminən 8-10 kvadratmetr ölçüdə olan tikili olmuşdur. Toyuq saxlanılan həmin yerə giriş üzbəüz dayandıqda sağ tərəfdən olmuş və qapısı taxtadandır. Toyuqlar həyəti batırmasın deyə, bacısı oğlu Abidin toyuqları həmin saxlanc yerində qapısını bağlayaraq saxlamışdır. Toyuqların dənini, suyunu özü gündə iki dəfə olmaqla vermişdir. Pulu olmadığı üçün bacısı oğlu Abidinə məxsus 33 ədəd toyuğun 25 (iyirmi beş) ədədini 18 noyabr 2023-cü il tarixdə, saat 17 radələrində bacısı oğlu Abidindən və anası Rəhilədən xəbərsiz, hamıdan gizli olaraq toyuq saxlanılan saxlanc yerində tutaraq yaşadığı anasına məxsus evin qarşısından keçən küçədə dəmir yığanlara cəmi 120 manata satmışdır. Belə ki, həmin vaxt anası evin içində olduğu üçün, Abidin də öz evində olduğu, həmçinin həyətdə heç kimin olmadığından istifadə edərək toyuqların saxlanılan yerinə girmək üçün olan qapını açaraq içəri daxil olmuş və toyuqlardan 25 ədədini tutaraq ayaqlarını bağlamışdır. Toyuqları sabahısı gün, sübh tezdən bazara aparıb satacaqmış, lakin həmin vaxt küçədə dəmir yığan şəxslərin “dəmir alıram” deməsini eşitmiş, fikrinə toyuqları həmin şəxslər satmaq gəlmişdir. Odur ki, küçəyə çıxmış və iki nəfər dəmir alan şəxsə toyuqları almağı təklif etmişdir. Həmin şəxslər qiymətini soruşmuşlar, o, 200 manat demişdir. Toyuqları göstərmək üçün küçəyə gətirmiş, dəmir alanlar toyuqları almağa cəmi 120 manat verə biləcəklərini demişlər. O, razılaşmış və bacısı oğluna məxsus olan, oğurladığı 25 ədəd toyuğu dəmir alanlara satmışdır. Əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmiş, yemək, araq və sair ərzaq məhsulları almışdır. Bundan başqa, bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 yanvar metrosu yaxınlığında olarkən təsadüfən rastlaşdığı, tanımadığı, adını və ünvanını bilmədiyi şəxslə söhbət edərkən narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Həmin şəxs ona narkotik vasitə olan heroin verə biləcəyini bildirmişdir. O, özü istifadə etmək üçün həmin şəxsdən 20 manata bir ədəd bükümdə narkotik vasitə olan heroin almışdır. O, həmin narkotik vasitə olan heroini özü istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 14:00 dəqiqədə o, Sumqayıt şəhəri, Corat qəsəbəsi, T.Kərimov küçəsində yerləşən aptekin qarşısında olarkən biri polis formasında olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər. Buna görə də onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİnin 1-ci polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar bir başa Polis Bölməsinə gəlmişlər. Polis Bölməsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüquq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X7 təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişlər. O, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, bükümün içərisindəki narkotik vasitə olan heroindir və onu həmin gün Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 20 manata alıb üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə olan heroin elektron tərəziyə qoyulub çəkilmiş və çəkisi 0,40 qram təşkil etmişdir. Bundan sonra isə həmin narkotik vasitə zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Bundan sonra narkotik vasitənin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu imzalarıyla təsdiq etmişlər. Bundan başqa, bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı Abşeron rayonu, Novxanı qəsəbəsi, Şixəli Qurbanov küçəsində hərəkətdə olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onun nə işlə məşğul olduğunu soruşmuşlar. O, həmin vaxt üzərində olan 1 il əvvəl Sumqayıt şəhər ərazisində zibillikdən tapdığı 1 ədəd üzərində nömrəsi olmayan “Makarov" markalı tapança, 01 ədəd daraq və 4 ədəd patron olduğunu, həmin silahı özündən kənarlaşdırmaq üçün yaxınlıqda zibilliyə atmaq üçün apardığını bildirmişdir. O, həmin zaman polis-əməkdaşlarına lazımi məlumatları vermişdir. Daha sonra polis əməıkdaşları ilə birlikdə Abşeron RPİ-nin Saray polis bölməsinə getməli olduğunu söyləmişlər. Daha sonra o, polis əməkdaşları ilə Abşeron RPl-nin Saray polis bölməsinə getmişdir. Abşeron RPİ-nin Saray polis bölməsinə gətirildikdən sonra onun üzərinə şəxsi-axtarış keçiriləcəyi barədə məlumat vermişlər. Daha sonra xidməti otaqlardan birində müdafiəçinin iştirakı ilə və video çəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olubolmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu zaman o, üzərində olan 1 il əvvəl Sumqayıt şəhər ərazisində zibillikdən tapdığı 1 ədəd üzərində nömrəsi olmayan “Makarov” markalı tapança, 01 ədəd daraq və 4 ədəd patronu belindən çıxararaq masanın üzərinə qoymuşdur. Ondan həmin silahı nə zaman hardan əldə etdiyi soruşulduqda isə, həmin silahın 1 il əvvəl Sumqayıt şəhər ərazisində zibillikdən tapdığını, həmin zamandan özündə saxladığını, həmin silahla heç bir hadisə törətmədiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi silaha baxış keçirilmişdir. Bundan sonra üzərinə polis əməkdaşları tərəfindən baxış keçirilərkən hər hansı əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş silah qablaşdırılaraq, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən polis əməkdaşları və müdafiəçi tərəfindən, habelə onun tərəfindən imzalanaraq qablaşdırılmışdır. İş üzrə Zərərçəkmiş şəxs2 teleqramma ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak etmək imkanı olmadığın,işə onun iştirakı olmadan baxılmasını, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən mənzilində qalsa da Abşeron rayonu, Novxanı kəndində də özünə məxsus iki mərtəbəli bağ evi var. Həmin bağ evində heç kəs qalmamışdır. Bağ evində siqnalizasiya və evin pəncələrində dəmir barmaqlıqlar yoxdur. O, özü tez-tez həmin evə gedib nəzarət etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 15:00 radələrində o, Novxanı kəndində yerləşən bağ evinə gedib nəzarət etmiş və bu zaman hər şey qaydasında olmuşdur. O, evdə hər şeyin qaydasında olduğunu görüb geri qayıtmışdır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yenidən Abşeron rayonu, Novxanı kəndində yerləşən bağ evinə getmiş və bağ evinin arxa pəncərəsinin açıq olduğunu və pəncərədə quraşdırılmış torun yerdə olduğunu görmüşdür. O, evdə oğurluq olmasından şübhələnərək evin içərisinə daxil olmuş və baxmağa başlamışdır. Evə daxil olan zaman giriş hissəsində olan təxmini qiyməti 300 manat olan qədimi samovarın yerində olmadığınbı görmüşdür. O, 2-ci mərtəbəyə qalxıb yataq otağına baxmış və bu zaman orada olan rəfin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Həmin rəfə baxan zaman isə 01 dəst içərisində müxtəlif qazanlar, tavalar, sac, çaydan və digər mətbəx əşyaları olan ümumi dəyəri 2000 manat olan qab-qacaq dəstinin oğurlandığını görmüşdür. Daha sonra həmin şkafa baxan zaman orada təzə vəziyyətdə dəst şəklində ümumi qiyməti 1000 manat olan yataq dəstinin oğurlandığını görmüşdür. Daha sonra isə 1-ci mərtəbəyə düşərək otaqlara baxış keçirtməyə başlamışdır. Bu zaman 1-ci mərtəbədə qonaq otağında olan 01 ədəd “Tefal” markalı 100 manat dəyəri olan ütünün də oğurlandığını görmüşdür. Yenidən otaqları gəzməyə başlayanda 2-ci mərtəbədə zalda dəyəri 100 manat olan divar saatınında oğurlandığını görmüşdür. Evi gəzən zaman evin otaqlarında olan böyük şkafların və rəflərin dağınıq vəziyyətdə olduğunu görüb evdən oğurluq olduğunu dəqiqləşdirmişdir. Bundan sonra isə dərhal bu barədə həmin ərazidə xidmət aparan sahə rəisinə məlumat vermişdir. Daha sonra Abşeron RPİ-nin Saray polis bölməsinə geədərk bu barədə ərizə yazmışdır. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 13 ilə yaxındır ki, Novxanı qəsəbəsində yerləşən ümumi sahəsi 500 kvadrat metr sahəsi olan dəmir sexini işlədir. 05 noyabr 2023-cü il tarixdən 10 noyabr 2023-cü il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər ona məxsus Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən dəmir sexinin giriş qapısının kilidini qıraraq içəridən 01 ədəd 400 manat dəyərində qaynaq aparatını, 03 ədəd hər biri 100 manat olan böyük laqondanı, 04 ədəd hər biri 50 manat olan balaca laqondanı, 04 ədəd, hər biri 150 manat olan preparatorları, 03 ədəd hər biri 40 manat olan balaca dreli, 02 ədəd hər biri 100 manat olan böyük dreli, 500 metr uzunluğunda 1 metri 2 manat olan elektrik naqilini və 03 ədəd qaynaq aparatının 40 metr uzunluğunda 1 metri 8 manat olan elektrik naqilini oğurlamışlar. Hadisə ilə bağlı konkret olaraq şübhələndiyi şəxs yoxdur, hadisə nəticəsində ona ümumilikdə 3140 manat maddi ziyan dəymişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, bir neçə gündür Abşeron rayonu Novxanı kəndi, Ş.Qurbanov küçəsində yerləşən Şahid1 məxsus fərdi yaşayış evində usta işləyir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində həmin evdən çıxıb Sumqayıt şəhərinə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 09 radələrinə Abşeron rayonu Novxanı qəsəbəsi, Ş.Qurbanov küçəsində yerləşən fərdi yaşayış evinə getdikdə pəncərənin açıq olduğunu, evin birinci mərtbəsində əşyaların dağınıq olduğunu görmüşdür. Həmin vaxt evi diqqətlə gəzdikdə ona məlum olmuşdur ki, evin içərisində olan 10 top, hər topu 100 metr olan 2,5 mm diametrlik naqillər, 2 top, hər topu 100 metr olan 4 mm diametrlik naqillər və 40 metr, 6 mm diametrlik naqillər və bir ədəd “Karpat” markalı laqonda (elektrik mişarı) oğurlanmışdır. Oğurlanmış əşyalar ona məxsus olmuşdur, sözü gedən oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 600 manat maddi ziyan dəymişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, dayısı Təqsirləndirilən şəxs anası ilə birlikdə Abşeron rayonu, Novxanı kəndi, Ş.Qurbanov küçəsində yaşayır. O, özünə məxsus olan 33 ədəd “Brama” dekorativ toyuqları nənəsinin yaşadığı evin həyətində hində saxlayır və toyuqlara hər gün qulluq etmişdir. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində nənəsinin yaşadığı evə getmiş və həyətdə hinddə saxladığı 33 ədəd toyuğun 25 ədədinin olmadığını aşkar etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, 25 ədəd toyuğu dayısı Təqsirləndirilən şəxs oğurlamışdır. Oğurluq nəticəsində ona 500 manat ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin, 1-ci polis bölməsinin sahə rəisi Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 18:10 dəqiqədə əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, T.Kərimov küçəsində yerləşən aptekin qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Zülfi nə üçün saxlanıldığını soruşmuş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən tərəfimizdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək onu Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə dəvət etmişlər. Zülfi heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar birlikdə 1-ci polis bölməsinə gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Həmin bükümə baxarkən içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni həmin gün səhər saatlarında Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,40 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etməmişdir. Bundan sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilən Şahid2 qızı ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinin sahə rəisi, polis leytenantı Şahid3, 1-ci polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 və KTB-nin ekspert kriminalisti, polis mayoru X8 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 18:10 dəqiqədə əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, T.Kərimov küçəsində yerləşən aptekin qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Zülfi nə üçün saxlanıldığını soruşmuş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən tərəfimizdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək onu Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə dəvət etmişlər. Zülfi heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar birlikdə 1-ci polis bölməsinə gəlmişlər. Polis Bölməsində xidməti otaqlardan birində kriminalist Asəf Həbibov panasonik markalı videokameranı işə salmış, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X7 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs vəkilə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Həmin bükümə baxarkən içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni həmin gün səhər saatlarında Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,40 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etməmişdir. Bundan sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantıdır. Abşeron rayonu, Novxanı kəndi, Ş.Qurbanov küçəsi, ev 32-də yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Novxanı kəndi ərazisində qanunsuz odlu silah əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar Saray polis bölməsinin rəisinə raportla müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra o, və Abşeron RPİ-nin Saray polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və onlar bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Abşeron rayonu, Novxanı kəndi Ş.Qurbanov küçəsində Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğunu görüb, yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib, xidməti vəsiqələrini göstərmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs qanunsuz odlu silah saxlamaqda və gəzdirməkdə şübhəli olduğunu bildirib, onu Saray polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların dəvətini qəbul edərək birlikdə Saray polis bölməsinə getmişlər. Saray polis bölməsinin inzibati binasında otaqların birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan Təqsirləndirilən şəxs vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və sonra təklif etmişlər ki, üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın belində saxladığı odlu silah tapançaya bənzər əşyanı təqdim edərək stolun üstünə qoyaraq “Makarov” markalı tapança olduğunu və həmin tapançanı 1 il əvvəl Sumqayıt şəhərində ərazisində zibillikdən yerdən tapdığını, həmin zamandan özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs silahı tapdıqdan sonra içində 1 ədəd daraq və 4 ədəd patron olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə aşkar edilmiş silaha baxış keçirilmiş, silahın içində 1 ədəd daraq və 4 ədəd patron aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişlər, başqa heç nə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş silah, 04 ədəd patron və 01 ədəd daraq qablaşdırılıb üzəri imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O, da protokolda yazılanların doğru olduğunu imzasıyla təsdiq etmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid5 eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Novxanı kəndi, Ş.Qurbanov küçəsində bağ evi var. 2023-cü ilin oktyabr ayının ortalarında həmin evin təmir etməsini usta tanışı Zərərçəkmiş şəxs3 həvalə etmişdir. Evin təmiri üçün Rəcəb bütün materialları özü almış və təmir edib qurtardıqdan sonra o, materialların pulunu verəcəkmiş. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Rəcəb ona zəng edib evdən bir neçə top elektrik naqilinin və laqondanın oğurlandığını bildirmişdir. Rəcəb bu barədə polisə şikayət etmişdir. Abşeron rayonu, Novxanı kəndi, Ş.Qurbanov küçəsində yerləşən bağ evindən oğurlanmış əşyalar Rəcəbə məxsus olmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərindən 1 (bir) ədəd kağız bükümdə 0,310 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sumqayıt ŞPİ-nin istintaq şöbəsi tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan bir ədəd ağ DVD formatlı diskə baxış keçirilmişdir. Baxış keçirən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə heroinə bənzər maddəni çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə olan narkotik vasitə heroini Bakı şəhəri, 20 Yanvar metrostansiyası yanında tanımadığı bir nəfər şəxsdən 20 manata öz istifadəsi üçün almış və özü ilə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində daşımışdır. İstintaq materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə saat 18:55-dən, saat 19:10-dək olan müddət ərzində Abşeron RPİ-nin Saray polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin keçirildiyi anların köçürüldüyü bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin altından belinə taxdığı bir ədəd tapançaya bənzər silah, üzərində 04 ədəd patron olan 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin tapançanı, patron və darağı 1 ilə əvvəl Sumqayıt şəhərində zibillikdən tapdığını və götürüb həmin vaxtdan özündə saxladığını bildirmişdir. İstintaq zamanı məhkəmə-kimyəvi ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2024-cü il tarixli 6/6581 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “.. Şübhəli şəxs imza Təqsirləndirilən şəxs...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,310 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən vasitələr”-in siyahısına” daxildir. (Siyahı İ). İstintaq zamanı məhkəmə-narkoloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 22 aprel 2024-cü il tarixli 2592 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-13-11/2-996/2024 nömrəli rəyindən görünür ki,

1. Tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.

2. Tədqiqata təqdim edilmiş 04 ədəd patron, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9X18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdır, təyinatı üzrə istifadə və atəş üçün yararlıdrlar.

3. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9X18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır, döyüş sursatı hesab edilmir. İstintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş və ekspertizadan sonra 0,260 qram qalmış narkotik vasitə olan heroin maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən götürülmüş və ekspertizadan sonra 01 ədəd Makarov konstruksiyalı PM modelli tapança, 04 ədəd 9X18 mm kalibrli patron, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9X18 mm kalibrli patronlar yerləşdirmək üçün daraq maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videoçəkiliş görüntüləri olan iki ədəd ağ rəngli üzərində heç bir yazı olmayan DVD farmatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkənlərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Onun özünü təqsirli bilməməsi iş materialları ilə təkzib olunur və özünümüdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1,177.2.2,177.2.3 və 228.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1,177.2.2,177.2.3 və 228.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İstintaq zamanı Təqsirləndirilən şəxs əvvəllər məhkum olub-olmamasını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2003-cü il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 307.3, 177.2.1, 177.2.3-cü maddələri ilə 03 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2014-cü il tarixdə Abşeron rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1,177.2.2,177.2.3 və 228.1maddəsi ilə 01 il 03 ay azadlıqdan məhrum edilmişdir. xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilib. xx.xx.2016-ci il tarixdə Abşeron rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1, 66.3-cü maddələri ilə 04 il 06 ay azadlıqdan məhrum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilib. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cinayət məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran və yüngülləşdirən halın olmamasını, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onu islah etməsi və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1,177.2.2,177.2.3 və 228.1ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1,177.2.2,177.2.3 və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı və CM-nin 66.2 maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti azadlıqdan məhrumetmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. İşdə olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və MSY-dən zad edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və həmin tarixdə onun barəsində Abşeron rayon Məhkəməsinin hakiminin qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrumetmə cəzasından tutulduğu 02 gün çıxılmalı və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 24 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd Makarov konstruksiyalı PM modelli tapança, 04 ədəd 9X18 mm kalibrli patron, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9X18 mm kalibrli patronlar yerləşdirmək üçün daraq hökm qanuni qüvvəyə minəndən sonra Azərbaycan Respublikası DİN-ə təhvil verilməlidir. Ekspertizadan sonra 0,260 qram qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İki ədəd DVD diski isə maddi sübut olaraq iş materiallarına əlavə edilməlidir. Zərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən onlara ödənilməsi ilə bağlı iddia qaldırmaq hüququ izah olunmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 440 (dörd yüz qırx) manat ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il 04 (dörd) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona 05 ay müddətinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplansın və ona qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün təyin edilmiş cəzadan çıxılsın, üzərində 03 (üç) il 05(beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli 24 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd Makarov konstruksiyalı PM modelli tapança, 04 ədəd 9X18 mm kalibrli patron, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9X18 mm kalibrli patronlar yerləşdirmək üçün daraq hökm qanuni qüvvəyə minəndən sonra Azərbaycan Respublikası DİN-ə təhvil verilsin. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan çəkisi 0,260 qram qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə görə ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 440 (dörd yüz qırx) manat ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar