Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-233/2022 11.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs оğlunun və onun müdаfiəçisi, vəkil Müdafiəçinın iştirаkı ilə xx.xx.1981-ci ildə Gədəbəy rayonu, Pərizamanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, оrtа təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Pərizamanlı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Güzdək qəsəbəsi, yeni məhəllədə yaşayan, Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18.02.2022-ci il tarixdə saat 18 radələrində, Abşeron rayonu Güzdək qəsəbəsində, tikilən evin onun həyətyanı sahəsini əhatə edən hasarın divarına birləşik olmasına irad bildirməsinə görə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı ona söyüş söydüyü üçün qonşusu Zərərçəkmiş şəxs əvvəlcə başı ilə burun nahiyyəsindən vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxıldıqda isə əli sonuncunun sifət nahiyyəsinə və ayağı ilə bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq, ona sağ və sol alt və üst göz qapaqları, burun üstü, döş qəfəsinin ön səthinin, sol bud nahiyyəsinin qançırları, burun sümüyünün qapalı cüzi yerdəyişən sınığından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Abşeron rayonu Güzdək qəsəbəsində onunla qonşuluqda yaşayır. Əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Lakin, 2015-ci ildən aralarında qonşu kimi normal münasibətləri olmayıb. Təxminən 10-15 gün olar ki, Zərərçəkmiş şəxs yaşadığı evin həyətində başqa bir evin də tikintisinə başlamışdır. Zərərçəkmiş şəxs halhazırda tikdirdiyi ev onların həyətyanı sahəsinin arasında olan hasara birləşik inşa edilmişdir. Belə olan halda yeni tikilən evin novalçasından axan sular onun evinin divarlarına tökülə bilər. Bundan başqa da Söyüdmalının evinin divarlarının onun evinin divarlarına yaxın olması tikinti normaları baxımından təhlükəlidir. Həmçinin, gələcəkdə onun evinin divarlarının suvanması və rənglənməsi məsələsi yaranarsa, yenə problemlər orataya çıxacaqdır. Bu səbəblərdən ona irad bildirmiş və narazı olduğunu ifadə etmişdir. 18.02.2022-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində başqa bir evin tikintisi ilə məşğul olduğu vaxt Söyüdmalıya yaxınlaşıb yeni inşa etdiyi evin divarının aralarındakı hasarın üstündə davam etdirdiyinə görə irad bildirmişdir. Bu barədə söhbət vaxtı Söyüdmalı nalayiq ifadələr səsləndirib söyüş söymüş, o da evinin yaxınlığında, ailəsinin eşidə biləcək məsafədə söyüş söyməsinə görə irad bildirmişdir. Zərərçəkmiş şəxs onu evin kənarına dəvət eləmiş, onlar birlikdə evin yaxınlığından keçən yola tərəf getmişlər. Burada da Söyüdmalı nalayiq söyüş söyəndə özünü saxlaya bilməmiş və Söyüdmalının ağzından əlləri ilə tutanda Söyüdmalının burnu qanamış, bu vaxt Söyuüdmalı onun yaxasından iki əli ilə tutanda o, başı ilə Söyüdmalının burnuna zərbə vurmuşdur. Söyüdmalı zərbənin təsirindən aşağı əyilmişdir. Bu zaman o, Söyüdmalının onun ayaqlarından tutub yerə yıxmaq istədiyini düşünmüş, özü onun belindən tutub yerə yıxmaq istəmişdir. Lakin, özü Söyüdmalıya güc verəndə sağ qolu çiynindən çıxmışdır. Buna görə də əlbəyaxa olarkən Söyüdmalının altına düşmüşdür. Bir qədər sonra isə Söyüdmalı burnundan qan axdığını görüb onun üstündən duraraq getmişdir. Zərərçəkmiş şəxs onu nalayiq söyüşlərlə syməsinə görə özünü saxlaya bilmədiyindən əlləri ilə ağzından tutmuş, bu vaxt Söyüdmalının burnunun qanamasını, Söyüdmalının onun yaxasından iki əli ilə tutanda başı ilə sonuncunun burnundan vurmuş, hadisə Zərərçəkmiş şəxs Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində başlamış, davadalaş isə evin yaxınlığında yaranmış, yaxınlığında heç kim olmamış, mübahisə ümumilikdə 5-10 dəqiqə davam etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifаdəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Öz yaşadığı evin həyətində başqa bir evin də tikintisinə başlamış, onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs özünə məxsus torpaq sahəsində hasarına birləşik ev tikməyinə narazlıq etmişdir. 18.02.2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində başqa bir evin tikintisi ilə məşğul olduğu vaxt Təqsirləndirilən şəxs ona yaxınlaşıb yenə narazılıq eləmiş, o da Təqsirləndirilən şəxs həmin ərazinin özünə məxsus olmasını, ona heç bir aidiyyatmın olmadığını dedikdə aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs onun üzərinə gələrək başı ilə bir dəfə burun nahiyyəsindən zərbə ilə vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmış, yerdə olan zaman Təqsirləndirilən şəxs bir-iki dəfə yumruqla onun sifət nahiyyəsinə və təpiklə sinəsinə zərbələr vurmuşdur. Hadisənin onun evinin yaxınlığında baş verməsinə görə Təqsirləndirilən şəxs qarşılıq verməmişdir. Təqsirləndirilən şəxs ilə 18.02.2022-ci il tarixdə saat 18 radələrində aralarındakı münaqişə Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində başlamış, həmin vaxt yaxınlıqda heç kim olmamış, mübahisə ümumilikdə 5-10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs оğlundan şikayətçıdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə kеçirilmiş məhkəmə-tibbi еkspеrtizаsının 26.02.2022-ci il tarixli, 369 nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən üzərində aşkar edilmiş xəsarətlər- sağ və sol alt və üst göz qapaqları, burun üstü, döş qəfəsinin ön səthinin, sol bud nahiyyəsinin qançırları, burun sümüyünün qapalı cüzi yerdəyişən sınığı küt əşya (əşyalar)təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən müddətdə şəraitdə yəni 18.02.2022-ci il tarixdə dava-dalaş zamanı kəllə, yumruq, təpik zərbələri ilə vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Аzərbаycаn Rеspublikаsı DİN-nin BƏSİİ tərəfindən verilmiş 01.03.2022-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, 03.09.2006-cı il təvəllüdlü X5 və 08.01.2008-ci il təvəllüdlü X2 Şükür Qulu oğlunun himayəsindədirlər. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş yekun protokolun əhatə etdiyi əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və ekspertin rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzаsını аğırlаşdırаn hаl müəyyən еdilməmişdir. Аzərbаycаn Rеspublikаsı 41.2-ci mаddəsinə əsаsən cəzа sоsiаl ədаlətin bərpаsı, məhkumun islаh еdilməsi və həm məhkumlаr, həm də bаşqа şəхslər tərəfindən yеni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq еdilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, zərərçəkmiş şəxsin şikayətçi olmasını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ЕTDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi subut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-233/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-233/2022
11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver