Məhkəmə qərarları › İş №1(012)-233/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-233/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-233/2023 13.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun Xırdalan şəhər Vəkil Bürosunu vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkum olmayan, Kristal Abşeronda fəhlə işləyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan barəsində qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci ildə, saat 21-30 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan Tofaş Şahin minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Şamaxı-Yevlax yolu ilə Bakı şəhəri istiqamətində 60-70 km/saat sürətlə hərəkət etdirərkən həmin yolun Abşeron rayonu ərazisindən keçən 38-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni sürücü yol hərəkət üçün təhlükəsiz şərait yaratmalı, öz hərəktləri və hərəkətsizliyi ilə digər hərəkət iştrakçılarına və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və idarəetməni itirdiyindən ehtiyatsızlıqdan avtomobil yolun sağ kənarında olan təhlükəsizlik metal səddə, sonra isə beton səddə dəymişdir. X5 minik markalı avtomobildə sərnişin kimi olan Zərərçəkmiş şəxs sol gicgah-təpə nahiyyəsinin əzilmiş-sıyrılmış yarası, döş qəfəsinin küt travması-sol tərəfli 10-cu qabırğanın qapalı yerdəyişən sınığı ilə müşaiyət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər dəyməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ona Azərbaycan Respublikası CM-nin 263.1 maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmşdir ki, 03 noyabr 2022-ci ildə, saat 21-30 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan Tofaş Şahin minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Şamaxı-Yevlax yolu ilə Bakı şəhəri istiqamətində 60-70 km/saat sürətlə hərəkət etdirərkən həmin yolun Abşeron rayonu ərazisindən keçən hissəsində qəflətən idarəetməni itirdiyindən avtomobil sağa doğru istiqamətlənmiş və yolun sağ kənarında olan metal səddə, sonra isə beton səddə dəymişdir. Nəticədə həmin vaxt Tofaş Şahin minik markalı avtomobildə sərnişin kimi olan iş yoldaşları Zərərçəkmiş şəxs və Şahid xəsarət aldıqları üçün xəstəxanaya müraciət etmişlər. Sonda o, törətdiyi əməlindən peşmançılıq çəkdiyini bildirərək, zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi ziyanı tam olaraq ödəyərək onlarla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad olunması və cinayət təqibi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 03 noyabr 2022-ci ildə, saat 21-30 radələrində tanışı Təqsirləndirilən şəxs idarə etdiyi Tofaş Şahin minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi Bakı-Şamaxı- Yevlax yolu ilə Bakı şəhəri istiqamətində gələrkən həmin yolun Abşeron rayonu ərazisindən keçən hissəsində qəflətən Vüsal avtomobilin idarəetməsini itirdiyindən avtomobil sağa doğru istiqamətlənmiş və yolun sağ kənarında olan metal səddə, sonra isə beton səddə dəymişdir. Nəticədə həmin YNH-i nəticəsində o özü və avtomobildə olan digər sərnişin Şahid xəsarət almışlar. Ona görə xəstəxanaya müraciət etmişlər. YNH-i nəticəsində ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Məhkəmə istintaqında Şahid elan olunmuş ifadəsindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs verdiyi ifadəni təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş üzrə nümayəndə və mülki iddaçı kimi tanınan şahid X2 elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş YNH-i nəticəsində hüquqşünas işlədiyi X4 Agentliyinin balansında olan Bakı- Şamaxı-Yevlax yolunun 38-ci km-də çəkilmiş təhlükəsizlik metal səddi əzilmiş və X4 Agentliyinin 515 manat 20 qəpik məbləğində ziyan dəymişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 2614 saylı, 19 11 2022-ci il tarixli rəyindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs müayinəsi zaman, sol gicgah- təpə jıahıyyəsının əzilmiş-sıyrılmış yarası, döş qəfəsinin küt travması-sol tərəfli 10-cu qabırğanın qapalı yerdəyişən sınığı müəyyən edilmişdir. Həmin xəsarətlər küt əşya təsirindən əmələ gəlmişdir. Həmin xəsarətlər xx.xx.2022-ci il tarixdə salonunda olduqu mımk avtomobilinin maneyə dəyməsi nəticəsində yarana bilərdi. Dərəcəsinə qörə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya İş üzrə keçirilmiş məhkəmə yol nəqliyyat hadisələri eksprertizasının 25 11 2022-ci il tarixli S\3161 №li rəyindən görünür ki, Tofaş Şahin minik markalı, ** CJ *** qeydiyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 2\27601 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, sərxoşluq vəziyyəti yoxdur. İş üzrə BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli, 016- 145696-1222 saylı məktubdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüquqlarının məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2020-ci il tarixdə (xx.xx.2030-cu il tarixədək müddətə etibarlı olan) AE seriyalı, 064970 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsi verilməsi barədə informasiya mövcuddur. İş üzrə “Tofaş Şahin” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, eləcə də iş üzrə keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənildiyi üçün onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbləri yoxdur. Buna görə də təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, onlara dəymiş maddi və mənəvi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və zərərçəkmiş şəxsin nümayəndəsini, dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 maddəsi ilə ittiham elan edilmiş və barəsində qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam seçilmişdir. İstinad edilən maddələrin tələbləri baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyinə görə, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. “Tofaş Şahin” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs idarə etdiyi “Tofaş Şahin” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınmalıdır. Aşagıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 Agentliyinin mülki iddiası baxılmamış saxlanılmalıdır. Beləki, iş materiallarından görünür ki, mülki iddaçı kimi tanınaraq şahid qismində dindirilmiş X3 iddia verməklə bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş YNH-i nəticəsində hüquqşünas işlədiyi X4 Agentliyinin balansında olan Bakı-Şamaxı-Yevlax yolunun 38-ci km-də çəkilmiş təhlükəsizlik metal səddi əzilmiş və X4 Agentliyinin 515 manat 20 qəpik məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Məhkəməyə X4 Agentliyinin xx.xx.2023-cü il tarixdə ünvanlanmış ərizəsindən görünür ki, 03 noyabr 2022-ci il tarixində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 39-cu kilometrində Təqsirləndirilən şəxs idarə etdiyi “Tofaş Şahin” markalı, 77-CJ- 391 dövlət qeydiyyat nişanlı avtomobillə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində yolun 8 p/m metal təhlükəsizlik səddi yararsız hala salınmış və Azərbaycan X4 Agentliyinə 515,20 (beş yüz on beş manat 20 qəpik) manat məbləğində ziyan vurulmuşdur. Bildirir ki, həmin nəqliyyat vasitəsinin sığorta olunduğu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət olunmuş və ödəmədən imtina edilməmişdir. Lakin müvafiq sənədlərin sığorta şirkətinə çatdırılması gecikdirildiyindən hal-hazıradək vurulmuş ziyan Agentliyin hesabına ödənilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Təqsirləndirilən şəxs qarşı həmin cinayət işi üzrə iddia və tələbi yoxdur, gələcəkdə sığorta şirkəti tərəfindən ödənişdən imtina olunarsa, vurulmuş ziyanın ödənilməsi barədə mülki qaydada məhkəməyə müraciət olunacaqdır. Ona görə də mülki iddianı müzakirə edən məhkəmə hesab edir ki, Azərbaycan X4 Agentliyinin hazırda iddia və tələbi olmadığından mülki iddia baxılmamış saxlanılmalıdır Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş materiallarında olan “Tofaş Şahin” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs geri qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Mülki iddia baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar