Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-233/2025 15.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1980-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Yardımlı rayon Şəfəqli kəndində qeydiyyatda olan, Abşeron rayonu Ceyranbatan qəsəbəsi Mirzəcanzadə küçəsi fərdi evdə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixindən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 10 mart 2024-ci il tarixində saat 03 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, H. Cavid küçəsində yerləşən fərdi evin həyətinə hasardan aşaraq həmin evin zirzəmisindən 01 ədəd 1800 manat dəyərində və 01 ədəd 420 manat dəyərində preparatoru oğurlayaraq Zərərçəkmiş şəxs4 oğuna ümumilikdə 2220 manat ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 14 mart 2024-cü il tarixdə saat təxminən 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 1 ünvanıda yerləşən evin həyətinə hasardan aşaraq evin birinci mərtəbəsinə dəmir barmaqları sındırmaq yolu ilə daxil olaraq 01 ədəd tozsoran aparatı, 02 ədəd spirtl içki konyak və 03 ədəd istilik radiatorlarını gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 2500 manat dəyərində ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 26 mart 2024-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanında yerlşən evin həyətinə hasardan aşmaq yolu ilə daxil olaraq evin həyətində olan saxlanc yerindən 01 ədəd 300 manat dəyərində və 01 ədəd 500 manat dəyərində somovarı gizli olaraq talamaqla zərərçəmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 800 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 26 mart 2024-cü il tarixində saat 04 radələrində X2 ünvan 3 ünvanında yerləşən evin həyətinə hasardan aşmaq yolu ilə daxil olaraq evin həyətində olan saxlanc yerindən 03 ədəd pereferator, 02 ədəd laqonda, 03 ədəd direl, 01 ədəd lazer aparatı, 03 ədəd uzadıcı və 01 ədəd açar dəsti talamaqla zərərçəkmiş şəxs X4 ümümilikdə 2500 manat məbləğində ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə ona qarşı elan olunmuş ittihamı qəbul etmir. Qeyd olunan oğurluğu o törətməmişdir, özünü təqsirli bilmir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli və ziddiyətli ifadələr verdiyinə görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Təqsirləndirlin şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsində göstərmişdir ki, maddi ehtiyacı olduğu üçün 10 mart 2024-cü il tarixdə gecə saat 03 radələrində oğurluq etmək niyyəti ilə yaşadığı evdən çıxıb ətrafı gəzməyə başlamış, bir qədər gəzib-dolaşdıqdan sonra qonşu küçədəki evlərdən birinin işıqlarının yanmadığını görmüşdür. Bir qədər dayanıb müşahidə apardıqdan sonra həmin evdə heç kim olmadığını yəqin edib ətrafa bir daha nəzər yetirmiş, ətrafda heç kimin olmadığını gördükdən sonra hasardan aşma yolu ilə həmin evin həyətinə keçmişdir. Evin həyətinə daxil olduqdan sonra zirzəminin qapısının açıq vəziyyətdə olduğunu görmüş, zirzəmiyə daxil olduqda orada iki ədəd prepafator olduğunu görüb prefaratorları götürmüş, oradan çıxıb yaşadığı evə qayıtmışdır. 10 mart 2024-cü il tarixdə günorta saatlarında isə prefaratorları Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr bazarında işləyən Eldəniz adlı şəxsə birini 200 manat, digərini 60 manat olmaqla, ümumilikdə 260 manat satmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 02 radələrində yaşadığı evin yaxınlığında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Mirzəcanzadə küçəsində işıqları yanmayan ev görmüş, ətrafa nəzər salmış, əfrada heç kim olmadığına əmin olub, hasardan aşaraq həyətə düşmüşdür. Həyətdə olan saxlanc yerinə daxil olmuş, evin ümumi həyətində dəyərli əşya tapa bilməmişdir. Bundan sonra evin içərisinə daxil olmaq qərarına gəlmiş, evin pəncərəsinin dəmir barmaqlıqlarını, özüylə gətirdiyi dəmir parçası ilə əymiş, üzərində olan vint açanla evin plastik pəncərəsini açmış, evin içərisinə daxil omuşldur. Evin içərisinə daxil olduqdan sonra, evdə yaşayış olmadığını başa düşmüş, Bir qədər ətrafı gəzmiş, 01 ədəd tozsoran, 03 ədəd istilik rodiatorlarını oğurlayıb evin giriş qapısını yığmış, bundan sonra evin giriş qapısını arxadan açıb əşyaları oradan çıxartmışdır. Oğurladığı 03 ədəd istilik rodiatorlarını xx.xx.2024-cü il tarixdə günorta saatlarında Yasamal rayonu, Alatava qəsəbəsində fəaliyyət göstərən, metal qəbul məntəqəsində işləyən İbrahim adlı şəxsə 48 manata satmışdır. Abşeron rayonu, Saray qəsəbəsində müxtəlif evlərdən oğurluq etsədə X3 məxsus Saray qəsəbəsində yeni tikilən iki mərtəbəli evə daxil olmamış, oradan heç bir əşya oğurlamamışdır. Polis əməkdaşları tərəfindən keçrilmiş ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanıda həmin ev ona göstərilmiş, lakin o, tam əminliklə polis əməkdaşlarına bildirmişdir ki, o, həmin evə daxil olmamış, oradan oğurluq etməmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 03 radələrində Abşeron rayonu Ceyranbatan qəsəbəsində Araz marketin arxasında olan zaman işıqları yanmayan ev görmüş, ətrafa nəzər salmış, ətrafda heç kimin olmadığına əmin olub, hasardan həyətə düşmüş, həyətdə olan saxlanc yerinə daxil olaraq oradan 2 ədəd somavar oğurlayaraq çöl tərəfdən hasarın yanına yığmış, daha sonra somavar oğurladığı evin yanındakı evində işığının yanmadığını görüb, həmin evin həyətinə də hasardan aşaraq həyətə düşmüşdür. Həyətdən olan saxlanc yerinin qapısının açıq olmasından istifadə edərək, həmin saxlanc yerinə daxil olaraq, oradan 03 ədəd preparator, 02 ədəd laqonda, 03 ədəd direl, 01 ədəd lazer, 03 ədəd uzadıcı və 01 ədəd açar dəsti oğurlayaraq somavarların yanına aparmışdır. Oğurladığı əşyaları yaxınlıqda yerləşən evinə üç dəfəyə aparmışdır. Elə həmin gün somavarlardan birini 60 manata Bakı şəhəri Nizami rayonunda yerləşən 8-ci kilometr bazarında Eldəniz adlı şəxslə tanış olub ona satmış, digər somavar isə evdə qalmışdır. Digər tikinti alətlərini də Eldəniz adlı şəxsə 260 manata satmış. Həmin pulları ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 08 radələrində həyətindəki saxlanc yerinin qapısının açıq olduğunu gördmüş, həmin yerə yaxınlaşıb içəri baxarkən saxlanc yerində saxladığı 360 ABŞ dolları məbləğində 01 ədəd “BOSCH”, markalı prefarator, 300 manat dəyərində 01 ədəd “MOKİTA” markalı və 200 manat dəyərində 01 “SELLET” markalı prefaratorlar, Çin Xalq Respublikası istehaslı olan biri 45 manat olmaqla 03 ədəd drel, 60 manat dəyərində 01 ədəd “MOKOTA” markalı lazer, 140 manat dəyərində 01 ədəd “MOKİTA” markalı və 200 manat dəyərində 01 ədəd BOSCH”, markalı laqonda, bir qutuda müxtəlif ölçülərdə tək-tək alınmış açar dəstlərinin yerində olmadığını aşkar etmişdir. Bunlardan başqa elektrik mişarı, 90 manat dəyərində 01 ədəd “MOKİTA” markalı lobzik, müxtəlif növdə və qiymətdə təmir tikinti alətlərinin yerində olmadığını aşkar etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, namlum şəxs (lər) hasrdan aşma yolu ilə qanunsuz olaraq həyətinə daxil olub həyətindəki saxlanc yerindən yuxarıda bildirdiyi və başqa təmir tikinti alət və avadanlıqlarını oğurlamışdır. Ona görə də DİN-nin 102 xidmətinə müraciət etmiş, polis əməkdaşları onun ünvanına gəlmiş, o da bu barədə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 2500 manat ziyan dəymşdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında fərdi yaşayış evi tikdirmiş, lakin həmin ünvanda yaşayış olmamışdır. xx.xx.2024-cü il tarixdə qonşulardan biri ona telefonla zəng edərək evinin giriş qapısının açıq olması barədə məlumat vermişdir. Bundan sonra o, evinə gəlmiş, həyətə daxil olarkən evin qapısının açıq olması görmüş, evə daxil olarkən isə evin əşyalarının dağınıq olmasını pəncərəsinində açıq olmasını aşkar etmişdir. Evinə baxış keçirərkən hər biri 75 manat olmaqla 3 ədəd istilik radiatorları, 400 manat dəyərində 01 ədəd “Bosh” markalı tozsoran, 250 manat dəyərində 01 ədəd “Bosh” markalı ətçəkən maşın, hər biri 180 manat dəyərində Fransa istehsalı olan iki ədəd konyak içkisi, 20 manat dəyərində 01 ədəd su kranı, 45 mnat dəyərində bir ədəd nizamlayıcı (stabilizator) naməlum şəxs(lər) tərəfindən oğurlanmasını aşkar etmişdir. Hadisə nəticəsində ona 1300 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında işə gedərkən qonşuluqda oğurluq hadisəsinin baş verdiyini, hadisə yerinə polis əməkdaşlarının gəldiyini ona məlum olmuşdur. Bundan sonra oğlu Habil Ağayev yoxlamaq məqsədi ilə evin qarajına baxış keçimiş, lakin qarajda olan əşyaları yerində olduğunu gürmüş, bundan sonra oğlu Habil işinə getmişdir. Az sonra o, həyətdə olan əl damı kimi istiifadə etdikləri hissədə somavarlarının yerində olmadığını aşkar etmiş, bir qədər somavarları axtarmış, lakin tapa bilməmiş, sonra oğlu Habil Ağayevə zəng edərək somvarların yerini dəyişib-dəyişmədiyini soruşmuş, Habil isə somavarların yerini dəyişdirmədiyini bildirmişdir. Bundan sonra naməlum şəxs(lər) onların həyətinə daxil olaraq həyətlərindən 01 ədəd 500 manat dəyərində 10 litrlik və 01 ədəd 300 manat dəyərində 04 litrlik od somavarlarını oğurlaması ona məlum olmuşdur. Ona görə də oğlu Habil Ağayev DİN-nin 102 xidmətinə müraciət etmiş, polis əməkdaşları onların ünvanına gəlmiş, o da bu barədə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 800 manat ziyan dəymşdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təmir alətlərini götürmək üçün yaşadığı evin zirzəmisinə getmişdir. Həmin vaxt prefaratorlarını yerində olmadığını aşkar etmiş, bir qədər axtarmış, lakin tapa bilməmişdir. Bundan sonra ona məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixədək olan vaxt ərzində naməlum şəxs (lər) onun həyətinə qanunsuz daxil olaraq evinin zirzəmisinin qapısının açıq olmasından istifadə edərək zirzəmidən ona məxsus 01 ədəd 1800 manat dəyərində, 01 ədəd isə 420 manat dəyərində prefaratorlarını oğurlamışdır. Ona görə də DİN-nin 102 xidmətinə müraciət etmiş, polis əməkdaşları onun evinə gəlmiş, o da bu barədə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində 2000 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 10 ildir ki, Bakı şəhəri Nizami rayonu 8-ci kilometr bazarında inşaat materiallarnın satışı maqazinini işlədir. Həmin maqazində müxtəlif inşaat materialları satır. Həmçinin ucuz qiymətə inşaat materialları və əlvan metallar alır. xx.xx.2024-cü il tarixdə axşam radələrində bir nəfər şəxs ona yaxınlaşaraq, əlində bir ədəd somavar, lazer, laqonda, preparator, direl və açar dəsti olduğunu, imkansızlıqdan həmin əşyaları satdığını bildirib həmin əşyaları ondan almasını xahiş etmişdir. O, həmin şəxsdən şəxsiyyət vəsiqəsi istəyən zaman həmin şəxs şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmiş, yalvararaq həmin əşyaları almağını istəmişdir. O da həmin şəxsə yazığı gəlmiş həmin əmlakları ondan ümumilikdə 320 manata almışdır. Lakin əmlakları alan zaman ona 200 manat pul vermiş, qalan 120 manatı da şəxsiyyət vəsiqəsi gətirən zaman verəcəyini demiş, həmin şəxsdə razılaşaraq şəxsiyyət vəsiqəsini gətirəcəyini deyib oradan uzaqlaşmışdır. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onun işlədiyi yerə gələrək, həmin əmlakların oğurluq olmasını bildirmiş, o da polis əməkdaşlarına oğurluq olması barədə heç bir məlumatının olmamasının bildirmşdir. Həmin əmlaklardan somavar və lazeri satdığı üçün onları qaytara bilməsə də, digər əmlakları geri qaytarmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 5 ildir ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində metal qəbulu yerində satıcı işləyir, həmin maqazində obyektdə müxtəlif metallar alıb-satır, aldıqları metalları şəxsiyyət vəsiqəsi ilə alırmış. xx.xx.2024-cü il tarixdə günorta radələrində tanımadığı bir şəxs ona yaxınlaşaraq usta olduğunu əlində 03 ədəd radiator olduğunu, radiatorları satmaq istədiyini demiş, o, həmin radiatorlara baxan zaman radiatorların sınıq olduğunu görmüşdür. Adını sonradan bildiyi Ruslandan həmin radiatorların kimə məxsus olduğunu soruşduqda Ruslan usta işlədiyi evlərdən ona qaldığını bildirmiş, o da həmin radiatorların sınıq olduğunu, istifadəyə yararsız olduğunu görüb, ondan həmin radiatorları almağa razılaşmışdır. Radiatorları tərəzidə ölçən zaman, 10 kq çəkiləri olmuş, o, 1 kq düralı 2 manata aldığından Ruslana 20 manat pul vermiş, həmin radiatorlar istifadəyə yararsız olduğundan Ruslandan şəxsiyyət vəsiqəsi almamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, təqrləndirilən şəxs Təqsirləndirilən şəxs xx.xx.1999-cı ildə CMnin 243-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə, xx.xx.2008-ci ildə CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə, xx.xx.2015-ci ildə CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixindən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmədə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59 və 61.1-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, zərərçəkniş şəxslərin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçia göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 06 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 06 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-233/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-233/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver