Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-234/2022 12.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan sürücü, ünvan 1 ünvanda yaşayan, barəsində “bаşqа yеrə gеtməmək hаqqındа iltizаm” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11.12.2021-ci ildə saat 19 radələrində idarə etdiyi, «VAZ-21063» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Novxanı-Binəqədi yolunun Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindən keçən hissəsi ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək, idarə etdiyi avtomobillə həmin vaxtı yolu sağdan sola keçən piyada, 24.11.1967-ci il təvəllüdlü X8 vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan X6 baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar, təpə və kəllə əsası sümüklərinin və sol bud sümüyünün sınıqları, sol təpə nahiyəsinin və sol əlin əzilmiş-cırılmış yaraları, hər iki göz orbitasının, sağ əlin arxa-bayır səthlərinin və sol budun qançırları ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər almaqla ölməsinə, habelə «VAZ-21063» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs 50 manat ziyan yetirməsinə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu Novxanı kəndi, Mübariz İbrahimov küçəsində nömrəsiz evdə yaşayır. 2013-cü ildən yaşadığı Novxanı kəndində əmisi Əli İbrahimovun avtomobil təmiri sexində çilingər işləyir. 11 dekabr 2021-ci il tarixdə təmir etdiyi avtomobilə ehtiyat hissəsi almaq üçün etibarnamə ilə idarə etdiyi VAZ-21063 markalı, 10- EV-240 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, ərazisindəki “Elir adlanan işlənmiş avtomobil ehtiyat hissələri satılan yerə getmiş və oradan avtomobil ehtiyat hissəsi alıb saat 19 radələrində Novxanı kəndinə qayıtmaq üçün yola çıxmışdır. Avtomobildə tək olmuşdur. Novxanı-Binəqədi avtomobil yolunun Mehdiabad qəsəbəsi ərazisindən keçən hissəsində yaxın vuran işıqlarla 60 km/saat sürətlə Novxanı kəndi istiqamətində hərəkətdə olarkən qarşısında 5-6 metr ara məsafəsi ilə “Prius” markalı avtomobil onunla eyni istiqamətdə hərəkət etmişdir. Bir neçə dəqiqədən sonra qarşısındakı həmin avtomobilin qəflətən sağa qaçıraraq yolu sağdan sola keçmək istəyən piyada qadının yanından ötüb keçdiyini görüb, idarə etdiyi avtomobillə həmin qadını vuracağımı hiss etmiş və həmin anda avtomobilinin əyləcini basıb sükanı sağa istiqamətləndirib onun qarşısından ötüb keçmıək istəmiş, lakin idarə etdiyi avtomobilin sol qabaq hisəsi qadına dəyib onu yolun əks hərəkət zolağına tullamışdır. O, bunu görüb tez idarə etdiyi avtomobili saxlayıb yerə düşmüş və cəld həmin qadına tərəf qaçmışdır. Onun xəsarət aldığını görüb nəbzini yoxlamışdır. Qadının artıq ölmüş olduğunu hiss edib mobil telefonumla DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Sonra da Təcili tibbi yardıma zəng etsə də oradan telefonuna cavab verən olmamışdır. Az sonra hadisə yerinə yol polisi əməkdaşları gəlmişlər. O, hadisə zamanı xəsarət alıb ölən qadının X11 olduğunu hadisədən sonra polis idarəsinə gəldiyi vaxtı bilmişdir. Onu əvvəllər tanımamışdır. Bildirmişdir ki, hadisə vaxtı idarə etdiyi avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobilində sərnişin və əlavə yük olmamışdır. Avtomobili ayıq idarə etmişdir. Mərhumun ailə üzvlərinə maddi yardım etmişdir. Digər zərərçəkmiş şəxsin maddi ziyanını ödəmişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bərdə rayonu Şorəlli kəndində yaşayır. X4 onun bacısıdır. X15 subay olmaqla Bakı şəhərində yaşamış və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Heydər Əliyev adma Neft Emalı zavodunda operator vəzifəsində işləmişdir. Bildirmişdir ki, bacısı Aygül Bakı şəhərində kirayəşin qalmış və bu səbəbdən özünə Mehdiabad qəsəbəsi ərazisində torpaq sahəsi alaraq orada ev tikdirmişdir. 11.12.2021-ci il tarixdə gecə saatlarında polis əməkdaşı tərəfindən ona zəng olunaraq bacısı Aygüliin Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yolu keçərkən avtomobillə vurulması barədə məlumat verilmişdir. 12.12.2021 -ci il tarixdə Abşeron rayon MTE və PA Birliyinin meyitxanasına gəlmiş, ekspertiza müayinəsindən sonra bacısı Aygülün meyiti ona təhvil verilmişdir. Orada ona məlum olmuşdur ki, 11.12.2021-ci il tarixdə saat 19 radələrində bacısı Aygül Mehdiabad qəsəbəsi ərazisində tikdirdiyi evinə nəzarət etmək məqsədilə həmin qəsəbəyə getmiş və yolu keçərkən Abşeron rayonu Novxanı kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21063 markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmuşdur. 12.12.2021 -ci il tarixdə bacısı Aygülün meyitini Bərdə rayonu Şorəlli kənd qəbiristanlığında dəfn etmişlər. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs onlara maddi yardım etdiyinə görə ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, VAZ-21063 markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına qeydiyyatda olmaqla həmin avtomobili 03 noyabr 2021-ci il tarixdə etibarnamə əsasında sürmək üçün dayısı oğlu Təqsirləndirilən şəxs vermişdir. 11 dekabr 2021-ci il tarixdə ona məlum olmuşdur ki, Elnur idarə etdiyi ona məxsus VAZ-21063 markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində hərəkətdə olarkən yolu keçən piyada qadını vurmuş, nəticədə qadın aldığı xəsarətlərdən hadiisə yerində ölmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus VAZ- 21063 markalı avtomobiln qabaq sol hissəsi yüngül əzilmiş, nəticədə ona 50 manat ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinin əzilməsi ilə bağlı ona dəymiş həmin ziyana görə Təqsirləndirilən şəxs qarşı şikayət, tələb və iddiası yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi еkspеrtizаsının 12.01.2022-ci il tarixli 149 №-li rəyi ilə müəyyən edilmişdir ki, X7 bədəni üzərində olan xəsarətlər baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar, təpə və kəllə əsası sümüklərinin və sol bud sümüyünün sınıqları, sol təpə nahiyəsinin və sol əlin əzilmiş-cırılmış yaraları, hər iki göz orbitasının, sağ əlin arxa-bayır səthlərinin və sol budun qançırları həyati əlamətlərə malik olmaqla mərhumun ölümündən az əvvəl, 11.12.2021-ci il tarixdə piyadanın hərəkətdə olan nəqliyyat vasitəsinin hissələri ilə vurulması zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X3 ölümünə səbəb - baş-beyinin yumşaq qişasına diffuz qansızmalarla və təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə müşayiət olunan açıq kəllə-beyin travması olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə görə əsasən demək olur ki, ölüm onun meyitinin meyitxanadakı (12.12.2021, saat 09:30) müayinəsindən təxminən 14-16 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə-yоl-nəqliyyаt hаdisələri еkspеrtizаsının 24 fevral 2022-ci il tarixli, 8/490 saylı rəyi ilə müəyyən edilmişdir ki, VAZ-21063 markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X13 və Sərxoşluq vəziyyətini təyin edən 11.12.2021-ci il tarixli, 2/18291 saylı tibbi müayinə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11.12.2021-ci il tarixdə müayinə olunarkən onda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. Abşeron RPİ DYPŞ-dən alınmış məktubdan məlum olur ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron RPİ DYPŞ-nin informasiya uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə 22.10.2021 -ci il tarixdə 22.10.2031 -ci il tarixədək müddətə etibarlı olan BD seriyalı 018155 nömrəli «Bİ B Cİ C» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 07.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərəçəkmiş şəxsin hüquqi varisi X12 tərəfindən poçt vasitəsi ilə Abşeron Rayon Məhkəməsinə göndərdiyi 11.04.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi 06.04.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, VAZ-21063 markalı, **- FV-*** dövlət qeydiyyat nişanlı minik avtomobil maddi sübut kimi tanınmış, saxlanılması üçün sаhibi Zərərçəkmiş şəxs qаytаrılmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə, həmçinin digər zərərçəkmiş şəxsilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərəri, eyni zamanda digər zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə aradan qaldırılmasına yönələn hərəkətlər etmiş, həmçinin təqsirləndirilən şəxs hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış VAZ-21063 markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin ibtidai istintaq zamanı sаhibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X10 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış VAZ-21063 markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin ibtidai istintaq zamanı sаhibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X10 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-234/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-234/2022
12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver