Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-235/2021 12.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, ünvan 1 ünvanda yaşamış, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 29.04.2021-ci il tarixdən həbsdə saxlanılan hazırda baxılan iş üzrə barəsində polisin nəzarəti altına vermə qəti imkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs narkotik tərkibli toxumlar əldə edib 2020-ci ilin may ayında yaşadığı Abşeron rayonu, Fatmayı kəndi, N.Nərimanov küçəsi 4- saylı evin həyətində əkib yetişdirdiyi 2 ədəd çətənə kolu bitkisinin yarpaqlarını toplayıb qurudaraq bu yolla satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 105, 0 qram tərkibində narkotik vasitə olan qurudulmuş marixuananı hazırlayıb yaşadığı evin otağında 2 ədəd qutuda saxlamış, 12.11.2020-ci il tarixdə saat 15 radələrində, Abşeron rayon Polis İdarəsinin, Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində, onun yaşadığı evdə həmin 105,0 qram çəkidə qurudulmuş marixuana, həmçinin 02 ədəd qurudulmuş vəziyyətdə ümumi çəkisi 680,0 qram olan əkib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kanabis) bitkiləri aşkar edilib götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 20 il olar ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 2020-ci ilin may ayında yaşadığı evin həyətində tərəvəz əkmək üçün toxum səpmiş, bir müddət sonra həmin toxumlar cücərmiş, Həmin cücərmiş tərəvəz toxumlarının içərisində 2 (iki) ədəd çətənə kolları olduğunu görmüş, həmin çətənə kollarına qulluq edib böyütmüş, 2020-ci ilin noyabır ayının əvvələrində həmin iki ədəd çətənə kolunun quruduğunu görüb torpaqdan çıxararaq evə gətirb quruması üçün otaqdan asmışdır. O, həmin iki ədəd koldan qopub tökülmüş çətənə kollunun yarpaqlarını özü istifadə etmək üçün kardon qutulara yığmış, 12.11.2020-ci il tarixdə saat 15 radələrində evdə tək olan vaxtı Abşeron RPİ-nin X4 polis əməkldaşları onun yaşadığı ünvana gələrək, ona yaşadığı evə baxış keçirilməsi və üzərində şəxsi axtarış aparılması barədə bildirmişlər. Polis əməkdaşlarına evinə baxış keçirilməsinə və üzərində şəxsi axtarış aparılmasına dair heç bir etirazının olmadığını bildirmiş, bundan sonra özü yaşadığı evdə mətbəxin yanındakı otaqda yerə sərdiyi iki ədəd marixuana kolunu və iki ədəd qutularda saxladığı həmin kollardan topladığı yarpaqları, yani marixuananı polis əməkdaşlarına təqdim etmiş, həmin çətənə kollarının və həmin kolların yarpaqlarının ona məxsus olduğunu və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları həmin iki ədəd kolları və qutularda olan yarpaqları ağ kisəyə qoyub qablaşdıraraq möhürləmişlər. O və orada olan iştirakçılar bu barədə tərtib edilmiş protokolu imza etmişlər. Onun üzərindən və yaşıdığı evdən digər qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet, həmçinin yuxarıda göstərdiklərimdən əlavə olaraq narkotik vasitə aşkar edilməmişdir. Onun yaşadığı evin həyətində əkdiyi tərəvəzin içərisində cəmisi iki ədəd çətənə bitkisi cücərmiş, evindən aşkar edilmiş marixuananı həmin iki ədəd bitkidən yığmış, həmin yığdığı marixuanadan heç kimə verməmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin Mehdiabad PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin Mediabad polis Bölməsində Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Onun icraatına daxil olmuş əməliyyat məlumatında xx.xx.1976-cı ildə Abşeron rayonunda anadan olmuş, Abşeron rayonu, Fatmayi kəndi N.Nərimanov küçəsi ev 4-də yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkisinin əkib becərməsi və yaşadığı evdə narkotik vasitə olan marixuana saxlaması göstərilmişdir. Həmin əməliyyat məlumatını yoxlanılması üçün əməliyyat qrupu yaradılmış, həmin qrupa sahə rəisi polis kapitanı Şahid2 və sahə polis nəfəri, polis serjantı Şahid3 da daxil olmuşdur. 12.11.2020-ci il tarixdə sahə rəisi polis kapitanı Şahid2 və sahə polis nəfəri Şahid3 iştirakı ilə, Abşeron rayonu, Fatmayi kəndi N.Nərimanov küçəsi evi 4-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdə onları qaprşılamış və yaşadığı evində otaqda narkotik vasitə olan marixuana olduğunu, həmin marixuananı yaşadığı evdə qurudub özü istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onları evə dəvət etmiş, təhqiqatçı, müdafiəçi və onların iştirakı ilə birlikdə mətbəxin yanında olan otaqda yerə sərib qurutduğu iki ədəd narkotik tərkibli çətənə bitkisini onlara təqdim etmiş, həmin iki ədəd çətənə bitkisinin yanında olan bir ədəd kardon qutudakı və bir ədəd ağ rəngli plastmas qabda olan qurudulumuş marixuananı həmin kollardan özü istifadə etmək üçün yığdığını bildirmişdir. Həmin narkotik vasitə olan marixuana və iki ədəd bitkilər təhqiqatçı tərəfindən qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs, iştirakçılar və O, həmin protokolu və içərisində narkoitik vasitə olan ağ kisənin üzərində olan məktubu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin Mehdiabad PB-nin sahə rəisi, polis kapitanı Şahid2 və sahə polis nəfəri, polis serjantı Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 12.11.2020-ci il tarixli 7/796 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində « vət Təqsirləndirilən şəxs evindən aşkar olunmuş » sözləri yazılmış sintetik torbada 02 (iki) ədəd , quru vəziyyətdə, ümumi çəkisi 680,0 qram olan bitki nümunələri əkib–becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kanabis) bitkiləridir(qalıq 679,9 qram - 0,1 qram narkotik vasitə narkotik tərkibli çətənə bitkisi tədqiqata sərf edilmişdir). Tədqiqata təqdim olunmuş sintetik torbada təmiz çəkisi 105,0 qram bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulumuş marixuanadır(qalıq 104, 95 qram - 0,05 qram narkotik vasitə qurudulumuş marixuana tədqiqata sərf edilmişdir). Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 30.12.2020-ci il tarixli «3573» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, infoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Babayev X3 Rayon Məhkəməsinin 29.05.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09.02.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 12.11.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12.11.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 14.11.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş və müəyyə olunmuşdur ki, Təqsirləndirilən şəxs 12.11.2020-ci il tarixdə saat 15 radələrində ünvan 5 ünvanda yaşadığı evinə videoçəkilişlə keçirilən axtarış zamanı mətbəxin yaxınlığında olan otaqda iki ədəd quru vəziyyətdə əkib becərilməsi qadağan olunmuş ümumi çəkisi 680,0 qram çətənə bitkiləri və həmin iki ədəd çətənə bitkilərindən özü istifadə etmək üçün yığıb topaladığı kardon qutuda təmiz çəkisi 105,0 qram bitki mənşəlli kütlə tərkibində narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“ məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 06 ay müddətində azadlıqdan məhrumetmə cəzası qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12.11.2020-ci il tarixdən 14.11.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilən hissəsi ona hazırkı hökmlə təyin edilən cəzanın müddətinə hesablanmaqla cəzasının əvvəli 29.04.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 109 manat 90 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 679,9 qram narkotik vasitə narkotik tərkibli çətənə bitkisi və qalıq çəkisi 104,95 qram narkotik vasitə qurudulumuş marixuana məhv edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil Müdafiəçi1 göstərdiyi 80 saat hüquqi yardıma görə 480 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası indiki hökmlə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla, Təqsirləndirilən şəxs 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12.11.2020-ci il tarixdən 14.11.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilən hissəsi ona hazırkı hökmlə təyin edilən cəzanın müddətinə hesablanmaqla cəzasının əvvəli 29.04.2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlsın. İş üzrə 109 manat 90 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 679,9 qram narkotik vasitə narkotik tərkibli çətənə bitkisi və qalıq çəkisi 104,95 qram narkotik vasitə qurudulumuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil Müdafiəçi1 göstərdiyi 80 saat hüquqi yardıma görə 480 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ**********0003001944, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-235/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-235/2021
12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver