Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-237/2022 28.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosnun vəkil X3 iştirakı ilə, xx xxxxx 1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 yanvar 2022-ci il tarixdə “sosial şəbəkə” də tanış olduğu və özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsdən satış məqsədi olmadan 30 manat müqabilində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 02 bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan ayrı-ayrılıqda 0,715 qram çəkidə və 0,026 qram çəkidə, ümumi təmiz çəkisi 0,741 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 02 bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop vasitələrin siyahısına” (Siyahı İ) daxil olan ayrıayrılıqda 0,067 qram çəkidə və 0,056 qram çəkidə ümumi təmiz çəkisi 0,123 qram olan ağ rəngli, kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Abşeron rayon, Saray qəsəbəsində daşımaqla üzərində saxlamış, həmin gün saat 21 radələrində Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Abşeron rayonu, Saray qəsəbəsi, Ş.Azadəliyev küçəsində yerləşən evində saxlanılıb, Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən həmin narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, heç yerdə işləmir. Azərbaycan Respublikası CPM-nin 234.1-ci ilə elan edilmiş ittihamda özünü təqsirli bilir, törətdiyi əmələ görə peşmandır. İttihamın mahiyyəti ona müstəntiq tərəfindən elan edilmişdir və ittihamın mahiyyəti tam aydındır. Təxminən iki ildir ki narkotik vasitə olan heroindən və adını “patı” kimi bildiyi metamfetamindən istifadə edir. Həmin heroin və metamfetamini “sosial şəbəkə” də tanış olduğu və özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsdən alırmış. 02 yanvar 2022-ci il tarixdə saat 18 radələrində mən həmin şəxsdən 30 manatlıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin verməsini istəmiş, daha sonra Saray qəsəbəsində xatırlamadığı yerdən həmin narkotik vasitələri götürüb istifadə etmək məqsədilə əynində olan qara rəngli cins şalvarın cibinə qoymuşdur. Bundan sonra Saray qəsəbəsində Ş. Azadəliyev küçəsində yerləşən evinə getmiş, bir neçə dəqiqə sonra qapı döyülmüş və iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Abşeron Abşeron RPİ-nin Saray PB-nin CA üzrə əməliyyat müvəkkili əməliyyat müvəkkilləri olduqlarını bildirib ona narkotik vasitə qəbul etməkdə şübhəli olduğu üçün onlarla polis bölməsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib polis bölməsinə getmiş, bundan sonra polis bölməsində xidməti otaqda dəvət olunmuş vəkilin iştirakı ilə və video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz, əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı iki ədəd gümüşü kağıza bükülmüş heroini və iki ədəd gümüşü kağıza bükülmüş metamfetamini təqdim etmişdir. Həmin narkotik vasitələri və psixotrop maddələri haradan və kimdən aldığı soruşulduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddələri “sosial şəbəkə”də tanış olduğu və özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsdən 30 manata aldığını etiraf etmişdir. Bundan sonra həmin narkotik vasitə heroin və metamfetamin polis əməkdaşları tərəfindən götürülmüş və kağız zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış keçirilmə ilə bağlı protokol tərtib olunmuş, qablaşdırma üzərində Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak edən şəxslər protokolu imzalarla təsdiq etmişlər. Sonda Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis bölməsinə gətirildikdən sonra ona qarşı hər hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin Cinayət-Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 02.01,2022-ci il tarixdə məlum, qərəzsiz və etibarlı mənbədən daxil olmuş məlumatda xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri 10-cu mikrorayon, ev 25, mənzil 28-də qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, Ş.Azadəliyev küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əsaslı şübhələr olduğundan onun ətrafında əməliyyat-axtarış tədbirləri keçirmiş, onun və Abşeron RPİ-nin Saray PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi, Ş.Azadəliyev küçəsində yerləşən evinin qarşısında saxlayaraq onu narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğu üçün X9 dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə X9 getmiş, daha sonra bölmədə xidməti otaqda dəvət olunmuş vəkilin iştirakı ilə və video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz, əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı iki ədəd gümüşü kağıza bükülmüş heroini və iki ədəd gümüşü kağıza bükülmüş metamfetamini təqdim etmişdir. Həmin narkotik vasitələri və psixotrop maddələri haradan və kimdən aldığı soruşulduqda isə həmin narkotik vasitələri və psixotrop maddələri “sosial şəbəkə”də tanış olduğu və özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsdən 30 manata aldığını etiraf etmişdir. Bundan sonra həmin narkotik vasitə heroin və metamfetamin təhqiqatçı tərəfindən götürülmüş və kağız zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış keçirilmə ilə bağlı protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs və digər iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilib-edilmədiyi soruşulduqda ona qarşı heç bir zorakılıq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin Cinayət-Axtarış üzrə əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/10 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №246” dairəvi möhür əksi olan “ İştirak etdilər...4) imza Təqsirləndirilən şəxs.. ” yazı və imzalar olan zərfdə iki ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,715 qram və 0,026 qram olmaqla, ümumi təmiz çəkisi 0,741 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0,721 qram - 0,02 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). İki ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,056 qram və 0,067 qram olmaqla, ümumi təmiz çəkisi 0,123 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (qalıq 0,063 qram - 0,06 qram psixotrop maddəmetamfetamin tədqiqata sərf edilmişdir). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/305 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 №75” dairəvi möhür əksi, “Ekspert rəyi 6/10” yazı və imzalar olan 1 ədəd zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,705 qram və 0,016 qram olmaqla, ümumi təmiz çəkisi 0,721 qram olan narkotik vasitə heroinlər (qalıq 0,711 qram - 0,01 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir) öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir, iki ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,037 qram və 0,026 qram olmaqla, ümumi təmiz çəkisi 0,063 qram olan psixotrop maddə metamfetaminlər(qalıq 0,053 qram - 0,01 qram psixotrop maddə-metamfetamin tədqiqata sərf edilmişdir) öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasınır ərazisində dövrüyəsi qadağan edilən psixtrop maddələr»in siyahısına (siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövrüyəsi qadağan edilən psixotrop maddələr» -in siyahısına (siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 07 fevral 2022-ci il tarixli, 569 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,053 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi 0,711 qram olan narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 13 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış 13 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Musayev X5 rayon Məhkəməsinin hökmü ilə xx.xx.2013-cu il tarixdə Azərbaycan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək ona hər ay qazancının 20(iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 11 ay 24 gün müddətinə islah işləri növündə cəza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya Şöbəsinə verilmiş sorğuya cavab olaraq bildirmişlər ki, Musayev X5 rayon Məhkəməsinin hökmü ilə xx.xx.2013-cu il tarixdə Azərbaycan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək ona hər ay qazancının 20(iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 11 ay 24 gün müddətinə islah işləri növündə cəza təyin edilmiş, “28 May - Respublika Günü münasibəti ilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 May 2016-cı il tarixli Qərarı tətbiq edilərək islah işləri cəzasından azad edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunur. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən iki bükümdə narkotik vasitə heroin və iki bükümdə psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 177 manat 40 qəpik məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,053 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi 0,711 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 177 manat 40 qəpik məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,053 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi 0,711 qram olan narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-237/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-237/2022
28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver