Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-237/2025 03.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələri üzrə prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Quba rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli orta təhsilli, fərdi əməkli, əvvəllər məhkum olunmamış, Quba rayonu, Bağbanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, yeni tikilidə kirayə yaşamış, hazırda azadlıqdan məhrum etmə cəzasını çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə saat 15:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Meyvəli” Ticarət Mərkəzinin yaxınlığında 15 manat müqabilində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,430 qram təşkil edən psixotrop maddə metamfetamini əldə edib, üzərində daşıyaraq saxlamış və Binəqədi RPİnin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə sat 21:30-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, E.Allahverdiyev küçəsində yerləşən “Uğur” marketin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yeləşən Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasına aparılmış, orada həmin tarixdə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,430 qram təşkil edən ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilib götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffaf sellofan bükümdə 0,516 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 15 manat pul müqabilində əldə edib, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinə daşıyaraq üzərində saxlamış, həmin gün saat 17:40 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, “Cənnət Park” yaşayış kompleksinin yaxınlığında Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə gətirilib saat 19:15-dən 19:30dək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 0,516 qram çəkidə xeyli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək,istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu nəzərə alıb, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaqda Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təxminən 5-6 ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. 26 yanvar 2024-cü il tarixdə saat 15:00 radlərində Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, “Meyvəli” bazarın yaxınlığında əvvələr tanımadığı təsadüfən tanış olduğu şəxsdən öz istifadəsi üçün 15 manata bir büküm metamfetamini almış, münasib yerdə istifadə etməsi üçün şalvarının sağ yan cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 21:30-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Uğur” marketin yaxınlığından gedərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra ona psixotrop maddələrin istifadəsində və gəzdirilməsində şübhəli olduğunu bildirib onu bölməyə dəvət etmişdirlər. Bölmədə ona hüquq və vəzifələri izah olunduqdan sonra vəkil dəvət olunub ona təqdim edilmiş, bundan sonra videoçəkilişlə vəkilin iştirakı ilə üzərinə şəxs axtarış keçirilmişdir. Polis əməkdaşları ona üzərində olan qanunsuz əşya və predmet varsa təqdim etməyini təklif etmiş, o da əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə saxladığı ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı şəffaf sellofan bükümün içərisindəki kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2024-cü tarixdə 15:00-da Lökbatan qəsəbəsi Meyvəli bazarın yaxınlığnda tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirmiş, ancaq üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi büküm boş kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, zərfin üzəri iştirakçılar və özü tərəfindən imzalanmış, sonra videoçəkiliş dayandırılmış, təhqiqatçı tərəfindən protokol tərtib edilib ucadan və aydın şəkildə oxunmuş, protokolun doğruluğu iştirakçılar və özü tərəfindən imzalanmışdır. Bundan başqa, 12 mart 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, Meyvəli” bazarın yaxınlığında əvvələr tanımadığı təsadüfən tanış olduğu şəxsdən öz istifadəsi üçün 15 manata bir büküm heroin almış, münasib yerdə istifadə etməsi üçün şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün saat 17:40 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, “Cənnət Park” yaşayış kompleksinin yaxınlığında olarkən mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Qobu polis bölməsinin əməkdaşları olduqlarını, ona narkotik vasitələrin istifadəsində və gəzdirilməsində şübhəli olduğunu bildirib onu bölməyə dəvət etmişdirlər. Bölmədə ona hüquq və vəzifələri izah olunduqdan sonra vəkil dəvət olunub ona təqdim edilmişdir.Bundan sonra videoçəkilişlə vəkilin iştirakı ilə üzərinə şəxs axtarış keçirilmişdir. Polis əməkdaşları ona üzərində olan qanunsuz əşya və ya predmet varsa təqdim etməyini təklif etmiş, o da əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə saxladığı narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı şəffaf sellofan bükümün içərisindəki maddənin “kakos” deyilən maddə olduğunu, Lökbatan qəsəbəsi, Meyvləli bazar tərəfdə tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirmiş, ancaq üzərindən başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi büküm boş kağız zərfə qoyulub qablaşdırılıb və möhürlənmiş, zərfin üzəri iştirakçılar və özü tərəfindən imzalanmış, sonra videoçəkiliş dayandırılmış, təhqiqatçı tərəfindən protokol tərtib edilib ucadan və aydın şəkildə oxunmuş, protokolun doğruluğu iştirakçılar və özü tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 40-cı PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X12 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs Sulutəpə qəsəbəsi ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsi, istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 21:30-da Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə inspektoru, polis mayoru Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yerə yəni, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Uğur” maketin yaxınlığına getmişdirlər. “Uğur” marketin yaxınlığında zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs gəldiyini görüb ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələri göstərib, ona narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişdirlər. Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan sonra, dövlət hesabına vəkil dəvət olunub təqdim edilmiş, bundan sonra video çəklişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə oxşar kütlə olan şəffaf sellofan kəsiyinə bükülmüş bükümü masanın üzərinə qoyaraq bükümdəkinin psixotrop maddə olan metamfetamin olduğunun, həmin metamfetamini xx.xx.2024-cü il tarixdə saat 15:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli bazarın yaxınlığında tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qablaşdırılıb möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, bundan sonra protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 40-ci PB-nin polis sahə inspektoru, polis mayoru Şahid3 həmkarı Əşrəf Məmmədli ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, xx.xx.2024cü il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsi, istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmiş, bundan sonra əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə həmkarı Ziyad Nuraliyevlə birlikdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, “Cənnət Park” yaşayış kompleksinin yaxınlığında əməliyyat mövqeyi seçib gözləyərkən həmin gün saat 17 radələrində zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs gəldiyini görüb ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələri göstərib, ona narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nin Qobu PBnə dəvət etmişdirlər. Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan sonra, dövlət hesabına vəkil dəvət olunub təqdim edilmiş, bundan sonra videoçəklişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə oxşar kütlə olan şəffaf sellofan kəsiyinə bükülmüş bükümü masanın üzərinə qoyaraq bükümdəkinin narkotik vasitə olan kakos olduğunun, həmin kakosu xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qablaşdırılıb möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, bundan sonra protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kustar usulla hazırlanmış narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirildiyini bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin sahə polis nəfəri, polis kiçik serjantı, Ziyad Nuraliyev də eyni məzmunlu ifadə vermişdir. Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:15-dən 19:30-dək video çəklişdən istifadə etməklə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükümü təqdim etmiş və həmin bükümün içərisindəkinin narkotik vasitə “kaos” olduğunu, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 mart 2024-cü il tarixli 3-16-16/2-6/1485 saylı məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 245” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs...”sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,516 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi- 0,516 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin ********* №-li cinayət işi üzrə maddi sübut hesab edilmiş və heroinin 0,466 qram qalığı saxlanılması üçün Abşeron RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarışın keçirilməsinə 12 mart 2024-cü il tarixdə saat 19:15-da başlanlır. Şəxsi axtarış Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X1, Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili polis kapitanı X3, Qobu PB-nin polis sahə nəfəri, polis kiçik serjantı Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X9 iştirakları ilə süni işıqlandırma şəraitində, Abşeron RPİ-nin Qobu PB-nin inzibati binasında xidməti otaqda aparılır. X5 tərəfindən iştirakçılar özlərini təqdim etməsi xahiş olunur və daha sonra iştirakçılara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi təklifi edilir, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü masanın üzərinə qoyur və bükümün içərisindəki qəhvəyi rəngli toz şəkilli kütlədən ibarət məddənin narkotik vasitə olan “kakos” olduğunu, öz istifadəsi üçün Qaradağ rayonu ərazisində tanımadığı şəxsdən 15 manat pul müqabilində əldə etdiyini bildirir. Daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilir, qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü zərfə qoyularaq möhürlənir və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Bununla da şəxsi axtarışın keçirilməsi başa çatdırlır. Maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk ********* №-li cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X10 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:10-dan 23:40-dək video çəklişdən istifadə etməklə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükümü və sol cibindən 03 manat nağd pulunu çıxarıb təqdim etmiş, həmin bükümün içərisindəkinin psixotrop maddə olan metamfetamin olduğunu, metamfetamini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli Ticarət Mərkəzinin yaxınlığında tanımadığı şəxsdən 15 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27 mart 2024-cü il tarixli 3-16-16/2-6/699 saylı məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 234” dairəvi möhür əksi, “...(imza) Mahmudov...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,430 qram olan ağ rəngl kristal şəkilli madd kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Maddi sübut kimi tanıma xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi- 0,430 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ********* №-li cinayət işi üzrə maddi sübut hesab edilmiş və metamfetaminin 0,380 qram qalığı saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarışın keçirilməsinə 26 yanvar 2024-cü il tarixdə saat 23:10-da başlanılır. Şəxsi axtarış Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X4, Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşlarının, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X7 iştirakları ilə süni işıqlandırma şəraitində, Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasında xidməti otaqda aparılır. X11 tərəfindən iştirakçılara özlərini təqdim etmələri xahiş olunur və daha sonra iştirakçılara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi təklif edilir, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol ya cibindən 03 manat pul, sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü masanın masanın üzərinə qoyur və bükümün içərisindəki ağ rəngli kristal şəkilli kütlədən ibarət məddənin psixotrop maddə olan metamfetmin olduğunu, öz istifadəsi üçün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli Ticarət Mərkəzinin yaxınlığında tanımadığı şəxsdən 15 manat pul müqabilində əldə etdiyini bildirir. Daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilir, qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü zərfə qoyularaq möhürlənir və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Bununla da şəxsi axtarışın keçirilməsi başa çatdırılır. Maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk ********* №-li cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1306 №-li narkoloji-ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatroların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib ona 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.Tutulduğu 02 gün təyin edilmiş cəzasından çıxılmış üzərində 01 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Cəzasının əvvəli 04 aprel 2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq, cinayətlərin təkrar törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən eləcə də cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətli hesab edilməlidir. Odur ki, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib ona 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.5 maddəsinə əsasən qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Binəqədi RPİ- tərəfindən 26 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş xx.xx.2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində 02 gün tutma nəzərə alımışdır. Qeyd edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs barəsində ümumilikdə 06 gün tutma olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 06 gün müddət cəza müddətindən çıxılmalı və cəzaçəkmə müddətinin başlanğıcı onun cəza çəkməyə başladığı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs hazırda cəza çəkməsi və barəsində Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli hökmü ilə ona narkomaniyadan məcburi müalicə təyin edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,466 qram narkotik vasitə-heroin və 0,380 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv olunmalıdır. Bundan başqa, iş üzrə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 02 ədəd DVD disk maddi sübut iş materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərci - məhkəmə ekspertizası üzrə 145 manat Təqsirləndirilən şəxs tutulmalıdır. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, iş üzrə əvvəlki məhkəmə prosesində Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat olmaqla təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini aparmışlar. Ona görə də, məhkəmə hesab edir ki, ona 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına onlara ödənməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib ona təyin edilmiş 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplansın ona qəti olaraq 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı çinayət işi üzrə tutulduğu 04 gün, diər hökmlə nəzərə alınan 02 gün, cəmisi 06 gün tutma ona təyin edilmiş 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində 01 il 07 ay 24 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanması nəzərə alınsın. Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi və barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi nəzərə alınsın. Hazırkı iş üzrə barəsində seçilmiş “polisin nəzrəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0,466 qram narkotik vasitə-heroin və 0,380 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 145 manat məbləğində pul vəsaiti məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutulsun. Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Təqsirləndirilən şəxs məhkəmə zamanı Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat olmaqla təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini aparmışlar. Ona görə də, məhkəmə hesab edir ki, ona 330 manat məbləğində pul ödənilsin. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-237/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-237/2025
03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver