Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-238/2024 25.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, İmişli rayonu, Çaxırlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, S.Ə.Şirvani küçəsində yerləşən fərdi yaşayış ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi Davud marketin yaxınlığında keçmiş arvadı Zərərçəkmiş şəxs birgə nikalarından olan övladını özü ilə aparmaq üçün gələn zaman yanında sonuncunun qonşusu, yetkinlik yaşına çatmayan Şahid görüb aralarında yaxın münasibət olmasını zənn etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəmnində yaranan mübahisə zamanı Zərərçəkmiş şəxs sifətinə, başına və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə qəsdən sillə ilə vurmuş, sonra isə saçından tutaraq başını hasara vurub sonuncuya alın nahiyəsinin dərialtı hematoması, sağ budun və hər iki baldırın qançırlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, təxminən 2022-ci il ərzində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs bir neçə dəfə o evdə olmayan zaman gələrək birinci dəfə 2009-cu il təvəllüdlü qızı X8 ondan xəbərsiz özü ilə aparmışdır. Məhkəmə qərarına əsasən o, uşaqları görə və harasa apara bilməz. Bunu bildikdə Abşeron RPİ-nin Qobu PB-nə müraciət etmiş və polis tərəfindən qızının yeri müəyyən olunaraq özünə qaytarılmışdır. Bundan sonra ikinci dəfə azyaşlı oğlu X4 evdə olmayan zaman gələrək ondan xəbərsiz özü ilə aparmışdır. Yenidən polis müraciət edərək oğlunu müəyyən edib ona qaytarmışlar. 02 may 2022-ci il tarixdə saat təxminən 11 radələrində Aysel oğlu Yusifi götürmək üçün yaşadığı evə gəlməli olmuşdur. Ona uşağı aparıb yolda ona təhvil verəcəyini demiş, həmin vaxt Davud marketin qarşısında Aysel və yanında olan adını bilmədiyi oğlan olmuşdur. Onları birlikdə görümüş və uşağı ona vermək istəməmişdir. Ona görə aralarında mübahisə yaranmışdır. Aysel onun yaxasından tutaraq dartmış və yerdən daş götürərək başına vurmuşdur. Həmçinin yerdə olan şifer qırığını da əlinə vurmuşdur. Onu söyüb təhqir etsə də ona əlini vurmamışdır. Onu heç bir formada hədələməmişdir. Ona polisə şikayət edəcəyini demişdir. Cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar barəsindəki cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, İmişli rayonu Çaxırlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşı olmuşdur. Onunla xx.xx.2009-cu ildən ailə qurmuş və xx.xx.2019-cu il tarixdə boşanmışdır. Birgə nikahlarından 3 övladları olmuşdur. xx.xx.2019-cu il tarixdə boşanmaqla bağlı İmişli rayon məhkəməsində işə baxılarkən övladlarından ikisi, yəni X9 və Əbilzadə Binyamin oğlunun ata tərəfinə, birini, yəni X5 isə ona verilməsi və ona aliment ödəyəcəyi barədə qərar qəbul edilmişdir. Boşandıqları dövrdən Sədi ilə aralarında dəfələrlə münaqişələri olmuşdur. xx.xx.2022-ci il tarixdə baş verən hadisə ilə əlaqədar qeyd edir ki, xx.xx.2022-ci il tarixdə Sədi ona zəng edərək onun himayəsində olan iki övladını gedib götürməyini, artıq uşaqlarına baxa bilmədiyini demişdir. Telefonda onunla razılaşmış və 1 gün sonra xx.xx.2023-cü il tarixdə ailəvi dostu Raufun oğlu 2007-ci il təvəllüdlü X7 ilə birlikdə Güzdək qəsəbəsinə Sədinin yaşadığı evə getmək üçün yola çıxmışdır. Saat 11 radələrində Güzdək qəsəbəsində Davud marketin yaxınlığında avtobusdan enmiş və Sədinin mobil nömrəsinə zəng etmişdir. Bu zaman Sədinin onun arxasında ona xəbər vermədən gəlməsini görmüşdür. Sədi ondan yanında olan 2007-ci il təvəllüdlü İsmayılla qeyri-rəsmi münasibət qurmağını nalayiq formada ona bildirərək şillə ilə sifətinə zərbə vurmuş, ona İmsayılın uşaq olmasını, onun barəsində nə üçün belə formada danışmasını irad bildirmişdir. Budan sonra saçından tutub dartmış və bir neçə dəfə təkrar şillə ilə başına və sifətinə, həmçinin təpiklə bədəninə zərbələr vurmuşdur. Sonra saçından tutaraq başını yaxınlıqda olan hasara vurmuşdur. Sonra o yerdən götürdüyü daşı Sədiyə tərəf atmış və başına dəymişdir. Həmin vaxt Sədi çıxaraq oradan uzaqlaşmışdır. Gedən zaman uzaqdan onu öldürməklə hədələmiş, o da DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. O həmçinin ifadəsində münaqişə bitdikdən sonra və Sədi uzaqlaşan zaman onu öldürəcəyini bildirməklə sözlə hədələləməsi, həmçinin həmin gün mobil nömrəsinə mesaj yazmaqla öldürməklə hədələməsi, buna baxmayaraq onun həyat və sağlamlığı üçün real təhlükə yaradan hansısa hərəkət etməməsini, münaqişənin səbəbinin Sədinin İsmayılı onun yanında görərək onunla aralarında əsassız yerə münasibətin olmasını əsas gətirməsi, münaqişə təxminən 15-20 dəqiqə müddətində davam etməsi, həmin zamanı Sədinin onu nalayiq söyüşlərlə söysə də, ümumilikdə səs-küy və qışqırıq faktları baş verməməsini qeyd etmişdir. Zərərçəkmiş şəxs ona verilən əlavə suala, yəni xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək Təqsirləndirilən şəxs tərəfindən döyülməyi, ölümlə hədələnməyi, müraciətinə baxılmayacağı halda isə intihar edəcəyi barədə məlumat verməsinə münasibəti ilə əlaqədar bildirmişdir ki, intihar etmək niyəti də olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, onlarla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə etdiyi şikayətlə tanış olmuşdur. Aysel onlarla qonşuluqda yaşayır və ailəvi gediş-gəlişləri vardır. Ayselin keçmiş həyat yoldaşı Sədi ilə münaqişələrinin olmasını bilmişdir. xx.xx.2023-cü il tarixdə Aysel onların evində olan zaman anası ilə birlikdə yemək bişirirmiş. Ayselə zəng gəlmiş və keçmiş əri Sədi onu Güzdək qəsəbəsinə çağırmış və uşaqlarından birini götürəcəyini Ayselə demişdir. Aysel onunla telefonda razılaşmış və bundan sonra Aysel getmək istəyərkən ona tək getməməsini, istəyirsə birlikdə gedərək uşağı Binyamini götürüb qayıtmağı təklif etmişdir. Aysel onunla razılaşmış və onunla birlikdə yola çıxmışdır. Saat 11 radələrində Güzdək qəsəbəsində Davud marketin yaxınlığında avtobusdan enmiş və Aysel Sədinin mobil nömrəsinə zəng etmişdir. Lakin Sədi zəngə cavab verməmişdir. Bir neçə dəqiqə keçməmiş Sədi qəflətən arxadan yaxınlaşaraq Ayseli söyməyə başlamış, onun barəsində nalayiq ifadələr işlətmiş və guya onun Aysellə münasibətinin olmasını demişdir. Bundan sonra Sədi şillə və təpiklə Ayselə bir neçə dəfə zərbələr vurmuşdur. Həmin vaxt qorxduğu üçün kənarda gözləmiş və münaqişəyə müdaxilə etməmişdir. Sonra Ayselin saçından tutaraq başını yaxınlıqda olan divara vurmuş, Aysel də yerdən götürdüyü daşı Sədiyə tərəf atmışdır və daş Sədinin başına dəymişdir. Aysel də DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X6 X13 Abşeron rayon şöbəsindən xx.xx.2022-ci il tarixdə daxil olmuş, 912 nömrəli rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin dərialtı hematoması, sağ budun və hər iki baldırın qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə qeyd olunan nahiyələrdən alın nahiyəsinin zərbə sərt örtüyə çırpılması nəticəsində, digər nahiyələrin isə insanın bədən hissələrinin (əl, ayaq və sair) təsirindən yarana bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X6 X13 Abşeron rayon şöbəsindən xx.xx.2022-ci il tarixdə daxil olmuş, 890 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol əlin arxa səthinin sıyırığı və başın təpə nahiyəsinin qançır şişkinliyi küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa ZƏRƏRVURMAYAN xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur və xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1, 221.2.2-ci maddələri ilə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Abşeron RPİ-in xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ibtidai istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İcraatın təzələnməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq, istintaq gəldiyindən cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq aidiyyəti üzrə təhvil verilmiş və iş üzrə icraat təzələnmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddələri ilə irəli sürülmüş ittiham aktında qeyd edilən əməl üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurmadığını, əksinə zərərçəkmiş şəxs tərəfindən ona xəsarət yetirildiyi kimi gətirdiyi dəlillər məhkəmə iclasında tədqiq edilmiş sübutlar və iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə təkzib edilmişdir. Məhkəmə ekspert rəylərinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Lakin, məhkəmə, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla bağlı qeyd edir ki: İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Avropa Birliyinin Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir.” Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Coeme and others Belçikaya qarşı iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; Azərbaycan Respublikası CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə zərərçəkmiş şəxsin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətmişdir. Yəni, cinayət əməlinin törədilməsindən 2 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini yazılı formada xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Nəticə: Göstərilənlərə əsasən və CPM-in 39.1.3, 41.1, 43.1.2, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-238/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-238/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver