Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-238/2025 05.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci ildə Astara rayonu, Səncərədi kəndi anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şössesinin cənubu ünvanıda qeydiyyatda olmaqla ünvan 2-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 avqust 2023-cü il tarixdə saat 19:55 radələrində informasiya texnologiyasından istifadə etməklə qohumu Abşeron rayonu, Ağağı Güzdək qəsəbəsində yaşayan, xx.xx.1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs “Kapital” banka aid 4169-7332-2039- 6209 nömrəli plastik kartının bank hesabından 900 manat pulu, əvvəllər sonuncunun həyat yoldaşı Şahid1 mobil telefonundan istifadə edərkən öz mobil telefonuna kğçürdüyü “bir bank” tətbiq proqramı vasitəsilə, onun bu niyyətindən məlumatı olmayan tanışı Şahid2 "xxxx" ASC-yə aid 4169-7388-7237-9486 nömrəli katının bank hesabına köçürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməyərək ifadəsində göstərdi ki, qeyd edilən tarixdə özünə pul lazım olduğu üçün “mpay” mobil tətbiqindən istifadə edərək balansını artırmaq istəmişdir. Bu zaman mobil tətbiqin yaddaşında olan bank kartlarından birindən istifadə etmişdir. Həmin vaxt o hansı kartdan pul çıxardığına fikir verməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, özünə pul lazım olduğu üçün kartdan pul çəkmək istəmişdir. Zərərçəkmiş şəxs onun qayının yoldaşı olduğu üçün qayını Şahid1 razılığı ilə onun həyat yoldaşının kartından əvvəllər ödəniş etdiyi üçün həmin kart hesabı onun “mpay” hesabının yaddaşında qalmışdır. Ödəniş edən zaman kart hesabının öz kartı olduğunu zənn etmiş, qohumunun kartı olduğunu bilməmişdir. Ödəniş etdikdən sonra da hansı kartdan ödəniş etdiyinə baxmamışdır. Hadisədən 3 gün sonra qohumu polis idarəsinə şikayət etdikdən sonra polis əməkdaşı onu çağıran zaman kart hesabının özünün deyil, qayının həyat yoldaşına məxsus olduğunu bilmişdir. Əslində məqsədi oğurluq olmamışdır. Belə ki, özünün kart hesabında 1050 manat pul olduğunu bildiyi üçün hesab etmişdir ki, həmin kartdan pul yükləyir, sonradan bu halı özü aşkar etsə də, elə bilmişdir ki, hər hansı bir texniki xəta olmuşdur. Sonda himayəsində bir azyaşlı uşağının, zərərçəkmişin şikayət və tələbinin olmamasını nəzərə alınmasını və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs X2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivi, Osman Sarıvəlli küçəsində yaşayır. Taksi fəliyyəti ilə məşğuldur. Təxminən 1 ay 10 gün əvvəl sinif yoldaşı Nizaminin qadın tanışının vasitəsi ilə Aysun adlı qadınla tanış olduqdan sonra sonuncu ilə yaxın münasibət qurub mütamadi olaraq görüşərək birlikdə vaxt keçirmişlər. xx.xx.2023-cü il tarixdə saat 19-20 radələrində o, Aysunla telefon əlaqəsi saxladıqdan sonra Xırdalan şəhərində yerləşən “Hermes” restoranında görüşüb, yeyib içdikdən sonra həmin restoranda birlikdə 5-6 saat vaxt keçirmişlər. Yeməkdən sonra o, şəxsi istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu ilə internet sosial şəbəkəsi vasitəsi ilə “Mosped” mərc oyununa daxil olub, özünə məxsus bank kartının hesabına qoyduğu 20 manat pulla oyun oynayaraq 1050 manat pul qazanmış, həmin vaxtı telefonun enerjisi qurtardığına görə yanında olan Aysundan “Samsunq” markalı mobil telefonu alıb, həmin telefonun internet sosial şəbəkəsində öz profili ilə qeydiyyatdan keçərək yenidən həmin mərc oyununu davam etdirib, qazandığı pulları Aysunun mobil telefonu vasitəsi ilə “mpay” proqramı ilə onun elektron pul kisəsinə 900 manat pul köçürmüş, 150 manatını isə növbəti oyun üçün saxlamış, həmin gecə saat 03 radələrində yaşadığı evə qayıtdıqdan sonra mobil telefonuna enerji yükləyib, qalan 150 manatla yenidən mərc oyunu oynamaq istəyərkən az əvvəl oyun zamanı qazandığı 1050 manatın yerində olduğunu görüb Aysunun “mpay” hesabına göndərdiyi 900 manatı səhvən başqa kart hesabından köçürdüyünü bilmiş, lakin bunun oyun zamanı yaranan texniki xəta olduğunu düşünərək əhəmiyyət verməmiş, bundan təxminən bir ay sonra, yəni xx.xx.2023-cü il tarixdə qohumu Natiq Alxanlı ilə birlikdə olduğu vaxt sonuncu xx.xx.2023-cü il tarixdə saat 19:55-də həyat yoldaşı Badama məxsus "xxxx" kartından naməlum şəraitdə 900 manat pulun çıxarıldığını deyib, bununla əlaqədar banka gedəcəyini söyləmiş, bu zaman o da həmin 900 manatın onun oyun zamanı tanışı Aysunun "xxxx" hesabına göndərdiyi 900 manat pul olduğunu yəqin etmiş, amma bu barədə Natiqə heç bir söz deməyib, həmin məbləğdə pulu sonuncudan xəbərsiz kart hesabına göndərəcəyini düşünmüş, lakin həmin ərəfədə maddi imkanı yaxşı olmadığına görə bunu edə bilməmiş, qohumu Zərərçəkmiş şəxs həmin kart nömrəsini sonuncunun həyat yoldaşı Şahid1 əvvəllər mobil telefonundan isitifadə edərkən özünə məxsus mobil telefona köçürmüşdür. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq ona dəymiş zərərin ödənildiyini, şikayətinin geri çəkdiyini, səhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak etməyəcəyini və qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs X4 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayır, evdar qadındır. Şahid1 ilə 2 il olar ki, evlidir. Birgə nigahdan bir övladları var. "xxxx" ASC-yə aid 4169 7332 2039 6209 nömrəli plastik kart ona məxsusdur. Həmin plastik kart 2021-ci ilin mart ayında bankdan kredit götürdüyü vaxt ona əlavə istifadə üçün verilmişdir. Kartın hesabında 1300 manat pul olmuşdur. O və həyat yoldaşı Şahid1 əvvəllər bir neçə dəfə həmin plastik kartda olan puldan müxtəlif vaxtlarda istifadə etsələr də 40 gün ərzində həmin pulu kartın hesabına geri qoymuşlar. 27 avqust 2023-cü ildə axşamüstü o, yaşadıqları evdə olduğu vaxt həyat yoldaşı Namiqin ***-***-**-** nömrəli telefonunda olan “Bir bank” mobil tətbiqi proqramına baxarkən 23 avqust 2023-cü il tarixdə saat 19:55 dəqiqədə həmin kartının bank hesabından 900 manat pulun “mpay” vasitəsi ilə hansısa elektron pul kisəsinə köçürüldüyü barədə mesajı görüb, bu barədə Namiqdən soruşmuş, sonuncu da heç bir məlumatının olmadığını dedikdən sonra həmin məbləğdə pulun kartdan oğurlandığını deyib, mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş, pulu oğurlanarkən həmin kartın bank hesabında 1242 manat pul olmuş, həmin məbləğdə pulun 900 manatı oğurlanmış, kartın mobil tətbiqi yalnız həyat yoldaşı Namiqin mobil telefonunda olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısının həyat yoldaşıdır. Özü edə bilmədiyi üçün bir dəfə kart məlumatlarını Təqsirləndirilən şəxs verərək oun həmin kart hesabından əməliyyat həyata keçirməsinə icazə vermişdir.Bu hal hadisədən çox öncə olmuşdur. 27 avqust 2023-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs ona məxsus olan kart hesabından 900 manat pulun çıxarıldığını ona bildirmişdir. Hadisədən sonra DİN-nin 102 xidmətinə zəng vuraraq həyat yoldaşına məxsus kart hesabından 900 manat pulun naməlum şəraitdə oğurlanması barədə məlumat vermişdir. Daha sonra polis bölməsinə çağırılmış və bölmədə izahatları alınmışdır. Hadisədən təxminən bir ay sonra müstəntiq onları çağırmış və Təqsirləndirilən şəxs adlı şəxsi tanıyıb-tanımamalarını onlardan soruşmuşdur. O, Mahirin onun yeznəsi olduğunu bildirmiş və daha sonra Mahir polis bölməsinə gəlmişdir. Onun kart hesabından pulu səhvən çəkdiyini öyrənmiş və Mahir pulu geri qaytarmışdır. Polis idarəsində Mahirdən şikayət və tələbinin olmadığını bildirmişdirlər. Kart hesabından pulu çəkənin Mahir olduğunu bilməmişlər, bilsələr polis idarəsinə şikayət etməzdilər. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, iki övladı ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı yaşayış massivi, “14 İyul” küçəsi 7-ci döngədə valideynlərinə məxsus fərdi evdə onlarla йашайыр. Yaşadığı ərazidə qadın gözəllik salonunu işlədir. Təqsirləndirilən şəxs təxminən iki ay olar ki, ortaq tanışı Nizaminin vasitəsi ilə tanımış, bundan sonra aralarında yaxın münasibət yarandığına görə bir neçə dəfə görüşüb birlikdə vaxt keçirmişlər. 21 avqust 2023-cü il tarixdə saat 05 radələrində evdə olduğu vaxtı Mahir ona zəng edib, yol hərəkəti qaydasını pozduğuna görə polislərin maşınını saxladılğını deyib, cəriməni ödəmək üçün pul lazım olduğunu söyləyib, bir günə qaytarmaq şərti ilə ondan 190 manat borc pul istəmiş, o da işlətdiyi salonun 140 manat icarə pulunun olduğunu deyib, həmin pul verə biləcəyini söyləmiş, Mahir də razılaşıb onunla görüşüb 140 manat pulu ondan alıb getmiş və həmin günü saat 15 radələrində yenidən ona zəng edib 50 manatı da tez çatdırmasını xahiş etmiş, o da mobil telefonunda olan “Bir bank” mobil tətbiqi vasitəsi ilə Mahirin ona göndərdiyi bank kartının hesabına 50 manat pul göndərmişdir. Mahir həmin pulu bir günə qaytaracağına söz veriyinə görə o, 2 gün sonra, yəni 23 avqust 2023-cü ildə günorta vaxtı Mahirə zəng edib pulu nə vaxt qaytaracağını soruşmuş, sonuncu da ondan "xxxx"a aid kartının şəklini göndərməsini xahiş etmiş, o da bank kartının şəklini Mahirə göndərmiş, sonuncu da axşamüstü onun həmin kartına 400 manat pul göndərəcəyini bildirmiş və ondan həmin puldan 150 manatını çıxarıb borcunun əvəzində götürməyini, qalan pulu da öz kartına göndərməsini xahiş etmiş, o, Mahirdən qalan 40 manat pulu nə vaxt verəcəyini soruşmuş, sonuncu da 2 günə qaytaracağını söyləmişdir. Elə həmin günü, yəni xx.xx.2023-cü ildə saat 21:15 dəqiqədə onun kart hesabına 388 manat pulun köçürülməsi barədə telefonuna mesaj gəlmiş, o da mesajı görüb Mahirin dediyi kimi həmin pulun 50 manatını verdiyi borcun əvəzində özünə götürmüş, qalan 338 manatını isə Mahirin bank kartına göndərmişdir. Mahirin onun kartına göndərdiyi həmin 388 manatı öz qaynı Namiqin kart hesabından oğurlayaraq onun kartıma göndərdiyini polisə çağırıldığı vaxt bilmiş, həmin pulun oğurlanmış pul olduğunu qabaqcadan bilməmiş, bu barədə Mahir ona heç bir söz deməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlama və icraata götürülməsi” barədə 16 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, oğurluq cinayət əməlinin törədilməsi ilə bağlı toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək, istintaqı aparılmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 16 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 30 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2023-cü il tarixdə saat 13:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 01 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunması qərara alınmışdır. - “Qətimkan tədbiri seçilməsi haqqında” 01 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmiş və o Abşeron RPİ-nin Müvəqqətii saxlama yerindən azad olunmuşdur. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 03 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif olunması haqqında” 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmuş, zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin etirafedici ifadələri və pul vəsaitlərinin köçürmə əməliyyatına dai çıxarışlar iş üzrə sübut növü kimi tanınmışdır. - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış 10 iyul 2024-cü il tarixli teleqramdan görünür ki, ona dəymiş zərərin ödənilmişdir, şikayətinin geri çəkir. - Abşeron Rayon Məhkəməsinin 1(012)-876/2024 saylı 29 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. - Abşeron Rayon Polis İdarəsinin 17 mart 2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2025-ci il tarixdə tutularaq aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. - Abşeron Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd) “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərər çəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompüter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək pul çəkdiyi kart hesabının özünün kartı olduğunu zənn etdiyini, həmin kartdan səhvən pul çəkdiyini, oğurluq məqsədinin olmadığını bildirməsinə baxmayaraq iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə iclasında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş müvafiq mötəbər dəlillərlə sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin bank kartının özünə məxsus olduğunu düşündüyünü bildirsə də ibtidai istintaq orqanında verdiyi ifadəsində göstərmişdir ki, gecə saat 03 radələrində yaşadığı evə qayıtdıqdan sonra mobil telefonuna enerji yükləyib, qalan 150 manatla yenidən mərc oyunu oynamaq istəyərkən az əvvəl oyun zamanı qazandığı 1050 manatın yerində olduğunu görüb Aysunun “mpay” hesabına göndərdiyi 900 manatı səhvən başqa kart hesabından köçürdüyünü bilmiş, lakin bunun oyun zamanı yaranan texniki xəta olduğunu düşünərək əhəmiyyət verməmiş, bundan təxminən bir ay sonra, yəni xx.xx.2023-cü il tarixdə qohumu Natiq Alxanlı ilə birlikdə olduğu vaxt souncu ona həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus "xxxx" kartından naməlum şəraitdə 900 manat pulun çıxarıldığını deyib, bununla əlaqədar banka gedəcəyini söyləmiş, bu zaman o da həmin 900 manatın onun oyun zamanı tanışı Aysunun "xxxx" hesabına göndərdiyi 900 manat pul olduğunu yəqin etmiş, amma bu barədə Natiqə heç bir söz deməyib, həmin məbləğdə pulu sonuncudan xəbərsiz kart hesabına göndərəcəyini düşünmüş, lakin həmin ərəfədə maddi imkanı yaxşı olmadığına görə bunu edə bilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsində əməlini etiraf edərək, hadisələrin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun səmimi ifadələr verərək, müdafiəçinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsə də, məhkəmə istintaqı zamanı elan olunmuş ittihamda özünü təqsirli bilməmiş,həmçinin yalnız polisə dəvət edildikdən sonra pulun Namiqin yoldaşının kartından çıxartdığını bildiyini qeyd edərək ziddiyyətli ifadə vermişdir. Halbuki, təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində ilkin vermiş olduğu ifadəsində törətdiyi cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadəsinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadə cinayət işinin materiallarında olan sübutlarla da üst-üstə düşməklə təsdiq olunur. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün ziddiyyətli ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələr, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəyərək barışıq əldə etməsini,himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal olaraq nəzərə alır. Eyni zamanda cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, onun tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini və zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar olaraq qiymətləndirərək, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 gün və məhkəmə icraatı dövründə tutulduğu 01 gün, cəmi 2 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 hüquqi yardıma görə sərf etdiyi 20 saatın hər iş saatının 6 manatdan, 10 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 230 manat (20 saat x 6 AZN + 10 saat x 11AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı dövründə tutulduğu 02 (iki) gün müddətinin 01 günü 02 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, cəmi 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 2 ünvanındaki yaşayış evini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sumqayıt Şəhəri Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Sumqayıt Şəhəri Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 230 (iki yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-238/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-238/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver