Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-239/2021 11.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçivani küçəsi bina 1 A mənzil 93 qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu azyaşlı qızı Fatiməni aparmaq üçün xx.xx.2021-ci il tarixdə saat 17 radələrində arvadı Şahid2 valideynləri ilə birlikdə yaşadığı ünvan 1 mənzil 25 ünvanına getmiş, həmin vaxt evdə olan Şahid2 ünvanına nalayiq ifadələr işlədərkən, müdaxilə etmiş qayınatası Zərərçəkmiş şəxs ilə ailə məişət münasibətlərinin pisləşməsi zəmnində yaranmış mübahisə zamanı üzərinə hücum edərək, onu itələyib yerə yıxmış, yerdən qalxandan sonra isə onu badalaqla bir daha yerə yıxaraq bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirməklə, sonuncuya sağ gicgah nahiyəsinin əzilmiş yarası, sol yanaq nahiyəsinin sıyrığı, alt dodağın selikli qişasının şişkin fonda əzilmiş yarası, sağ bazu nahiyəsinin qançırı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa Yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə döymüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qayınatasıdır. Şahid2 ilə 2009-cu il tarixdə həyatı qurmuş, rəsmi nigahdan iki övladları vardır. Şahid2 ilə aralarında narazılıq olduğu üçün təxminən 1 ay olar ki, ayrı yaşayırlar. Azyaşlı oğlu onunla, azyaşlı qızı Zəhra isə anası ilə birlikdə yaşayır. Halhazırda Şahid2 qayınatası Zərərçəkmiş şəxs evində qalır. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində qayınatası Zərərçəkmiş şəxs evinə getmişdir. Azyaşlı qızını aparmaq üçün geyindirən zaman Zərərçəkmiş şəxs ona atmaca atmağa başlamışdır. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zəmnində Zərərçəkmiş şəxs ona yaxınlaşmış, yumruqla ağız nahiyyəsindən bir dəfə zərbə endirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs itələmiş və o yerə yıxılaraq, başı radiatora dəymişdir. Bundan sonra yerdən qalxıb, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs söydüyü söyüşdən əsəbləşib, badalaqla onu yerə yıxmış və yerdə olan zaman köynəyindən tutub özünü sağa-sola silkələmişdir. Aralarında baş vermiş dava-dalaş hadisəsindən təxminən 15-20 dəqiqə sonra qayınatası Qəribxan və arvadı Zəhra evdən çıxıb getmişlər. O, isə evdə qalmışdır. Bir az sakitləşdikdən sonra çıxıb getmişdir. Onlar evdən gedən zaman barəsində şikayət etmələrini bildirmişdir. Mübahisə qayınatası Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qonaq otağında baş vermiş, təxminən 10 dəqiqə davam eləmiş, həmin vaxt qayınatası Qəribxan, qayınanası Rəna, arvadı Zəhra olmuşdur. Zərərçəkmiş şəxs ağız nahiyyəsindən bir dəfə yumruqla zərbə endirmişdir. Azyaşlı qızını aparmaq üçün geyindirən zaman Zərərçəkmiş şəxs ona atmaca atmağa başlamışdır. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zəmnində Zərərçəkmiş şəxs ona yaxınlaşmış, yumruqla ağız nahiyyəsindən bir dəfə zərbə endirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs itələmiş və o yerə yıxılaraq, başı radiatora dəymişdir. Bundan sonra yerdən qalxıb, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs söydüyü söyüşdən əsəbləşib, badalaqla onu yerə yıxmış və yerdə olan zaman köynəyindən tutub özünü sağa sola silkələmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və sonuncunun ona qarşı hər hansı şikayəti olmamasını bildirərək məhkəmədən onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhəkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs kürəkənidir. Qızı Şahid2 boşanmaq istədiyi üçün təxminən 1 ay olar ki, ona məxsus fərdi yaşayış evində qalır. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində kürəkəni Təqsirləndirilən şəxs yaşadığı evə gəlmişdir. Onun evə daxil olmasına narazı olmağına baxmayaraq evə daxil olmuşdur. Azyaşlı övladının əynini geyindirib, aparan zaman qızı Şahid2 ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Şahid2 ünvanına nalayiq ifadələr işlətməsindən əsəbləşib, öz iradlarını bildirmişdir. Onun bu sözündən sonra Təqsirləndirilən şəxs ilə aralarında mübahisə düşmüşdür. Mübahisə zəmnində Nurlan onu söymuş, bu səbəbdən ona cavab qaytarmışdır. Təqsirləndirilən şəxs üzərinə hücum edərək, onu itələmiş, nəticədə yerə yıxılmış başı divara çırpılmışdır. Yerdən qalxandan sonra onu badalaqla bir daha yerə yıxaraq bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmişdir. O, da baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə münaqişə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs vurub xəsarət yetirmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə hücum edərək, onu itələdi başı divara çırpılmışdır. Yerdən qalxandan sonra onu badalaqla bir daha yerə yıxaraq bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxlə barışdığını və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhəkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, barəsində Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verdiyi Təqsirləndirilən şəxs ilə 2009-ci il tarixdə ailə həyatı qurmuş, rəsmi nigahdan iki övladları vardır. Ailə-məişət münasibətləri zəmnində aralarında münaqişələrimiz olduğu üçün təxminən 1 ay olar ki, atası Qəribxana məxsus fərdi yaşayış evinə gəlmişdir. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə gəlmiş və az yaşlı qızı Fatimənin əynini geyindirib aparan zaman ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman atası Zərərçəkmiş şəxs məsələyə müdaxilə eləmiş, ona nalayiq ifadələr işlətdiyi üçün öz iradlarını bildirmiş və ondan evi tərk etməyi tələb eləmişdir. Həmin vaxt əri Nuriyev X1 Ağayevi də söymüşdür. Atası ona cavab qaytaranda Təqsirləndirilən şəxs onu döymüşdür. O, da baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs dəqiq sərxoş olduğunu bilmir. Sadəcə olaraq özünü aqressiv aparmasından sərxoş olduğunu düşündüyü üçün bu şəkilədə 102 xidmətinə məlumat verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onu döymədiyini demişdir. Atası Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs vurmadığını bildirmişdir. Məhəkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs əri barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs isə kürəkənidir. Qızı Şahid2 təxminən 1 ay olar ki, əri Təqsirləndirilən şəxs ilə yola getmədiyi üçün onlara məxsus evdə yaşayır. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə gəlmiş və az yaşlı qızı Fatimənin əynini geyindirib aparan zaman əri Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. Onların arasında yaranmış mübahisə zamanı azyaşlı Fatiməni də götürüb getmişdir. Qızı Şahid2 baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olması barədə qızı Şahid2 102-xidmətinə məlumat versədə, spirt qoxusu hiss etmədiyini demişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2- Təcrübi və Tədris Birliyinin MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 162 nömrəli rəyindən görünür ki, 1951-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-sağ gicgah nahiyəsinin əzilmiş yarası, sol yanaq nahiyəsinin sıyrığı, alt dodağın selikli qişasının şişkin fonda əzilmiş yarası, sağ bazu nahiyəsinin qançırı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2- Təcrübi və Tədris Birliyinin MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 219 nömrəli rəyindən görünür ki, 1986-cı il Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar olunmadı. İş materiallarına əlavə olunmuş 102 saylı MKİS tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçivani küçəsi, ev 1A , mənzil 93-də yaşayır və yaşadığı müddətdə onun barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdıqlarını və aralarında heç bir mübahisə olmadığını bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təhqiqat zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş iş üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin.Təqsirləndirilən şəxs təhqiqat zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabınaödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-239/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-239/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver