Məhkəmə qərarları › İş №1(012)-239/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-239/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-239/2025 18.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı il təvəllüdlü, Abşeron rayonu, Masazır kəndində anadan olmuş, subay,orta təhsilli, əvvəllər məhkum olunmuş, işsiz, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə saat 17 radəllərində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” deyilən ərazidən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq xeyli miqdarda bir bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına»(Siyahı İ) daxil olan 21,44 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 80 manat müqabilində əldə edib əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq Abşeron rayonu, Masazır qəsəbəsi, “Yoncalıq” massivinə daşımış və saxlamış, 29 fevral 2024-cü il tarixdə saat 19:00 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb Abşeron RPİnin inzibati binasına gətirilərək, həmin günü saat 19:40-dan 19:55-dək idarənin inzibati binasında xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf bükümdə xeyli miqdarda 21,44 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu nəzərə alıb, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilirək, törətdiyi əmələ görə peşmandır və 3 aydır ki, narkotik maddə olan qurudulmuş marixuanadan istifadə edir, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu Masazır qəsəbəsi “Yoncalıq” yaşayış massivində olarkən iki nəfər polis əməkdaşı yaxınlaşaraq və özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirdilərək onu polis idarəsinə dəvət etmişlər və etraz etməyərək, polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis idarəsinə gəlmişdir. Rayon Polis İdarəsində xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə hüquq və vəzifələri izah olunmuş, daha sonra videogörüntü və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olubolmaması soruşulduqda, könüllü olaraq əynində olan tünd göy rəngli cins şalvarının sağ cibində olan 1 (bir) ədəd şəffaf selofana bükülmüş içərisində yaşlı rəngli narkotik vasitə olan marixunanı təqdim etmişdir. Həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Papanin deyilən ərazisində üzdən tanıdığı lakin, adını bilmədiyi şəxsdən 80 manata aldığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən CAŞ-nə məlumat daxil olmuş, daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədr İdarənin rəhbərliyinə raportla məruzə etmiş və rəisin qərarı ilə əməliyyat qrupu yaradılmış, həmin qrupa CAŞ-nin kiçik inspektoru Şahid2 ilə bərabər daxil edilmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən etmişlər ki, Salahov X1 rayonu, Masazır kəndi, Yoncalıq adlanan ərazidədir. Həmin yerə gedərək Zülfüqara yaxınlaşıb özlərini ona təqdim etmişlər eyni zamanda Zülfüqarda özünü təqdim etmişdir. Ona siz narkotik vasitə qanunsuz olaraq əldə eib üzərində saxlamaqda şübhəli olduğun üçün bizmlə birlikdə Abşeron RPİ-nə gəlməlisən dedikdə o, etraz etməmiş və onunla birlikdə Abşeron rayon Pİ-nə gəlmişlər və onun Pİ-nə gətiorilməsi ilə əlaqədar polis idarəsinin rəisinə raportla müraciyyət etmişlər. Abşeron RPi-nin xidməti otagında Zülfüqarın ərizəsi əsasında təhqiqatçı tərəfindən vəkil dəvət edilmiş, Vəkili gəldikdən sonra Təqsirləndirilən şəxs arasında görüş təmin edilmiş,daha sonra video çəkiliş ilə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığını əgər varsa təqdim edilməsi barədə xəbardarlıq edildikdən sonra o, əynindəki tünd göy rəngli şalvarın sag yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş işərisində yaşıl kütlə olan əşyanı təqdim etmişdir. Həmin büklü açıldıqda içərisində yaşıl bitgi mənşəlli kütlə olduğunu müəyyənlləşdirmişlər. Zülfüqardan həmin kütlənin nə olduğu soruşullduqda o, həmin kütlənin narkotik vasitə marixuana olduğunu xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən özü qəbul etmək üçün 80 manata aldığını buldirmişdir. Onun üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərində qanunla qadağan edilmiş digər əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə olan sellofan büklü təhqiqatçı tərəfindən zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir, iştirakçılarla bərabər zərfin üzərini və tərtib edilmiş protokolu imzalayıblar. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 qeyd etdiyi xüsusatları təstiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş üzrə təyin olunmuş məhkəmə kimyəvi ekspertizasının 01 mart 2024-cü il tarixli, 7/3487 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs ...” yazıları və imzalar olan kagız paketdəki 01 (bir) ədəd sellofan büklüdə təmiz çəkisi 21,44 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-ci il tarixli, 3668 nömrəli rəyindən görünür ki, Opoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 29 fevral 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Cinayət işi üzrə 29 fevral 2024-cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə məhkəmədə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 29 fevral 2024-cü il tarixdə saat 219:40-dən 19:55-dək qeydə alınır və Abşeron RPİ-nin təhqiqatçısı, polis kapitanı Aslan Allahverdiyevin əyləşdiyi xidməti otaqdır. Video görüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz istifadəsi üçün əldə etdiyi 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixauananı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri papanin adlanan yerdə tanımadığı şəxsdən 80 manat müqabilində almışdır. Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 29.02. 2024-cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq və cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 21,44 qram narkotik vasitə olan qurudulmuş marixuana ekspertiza tədqiqatına sərf edildikdən sonra bir ədəd zərfdə qalıq çəkisi– 21,39 qram olan marixuana iş üzrə maddi sübut kimi tanınaraq və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Salahov X1 rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-noin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il , qazancın 20 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzası təyin edilmişdir. Bundan başqa Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Resppubilkası CM-nin 234.1, 67, 68.1.3-cü maddəlləri ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər apelyasiya məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan başqa o, Abşeron rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə Azərbaycan Respubilkası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum edilmişdir.Quba rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 177.2.4-cü maddəlləri ilə təqsirli bilinib 05 il, CM-nin 66.5-ci maddəsinə əsasən 01 hökümlə təyin olunmuş cəza hazır ki, cəza ilə qismən birləşdirilərək qəti olaraq 06 il müddətinə cəza təyin edilmişdir. xx.xx.2016cı ildə cəzanın sonu iulə azad edilmiuşdir. Quba rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respubilkasının CM-nin 177.2.1,177.2.2,1772.3,177.2.4-cü madəlləri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hölmü ilə Azərbaycan Resoubilkası CM-nin 77.2.1, 177.2.3, 180.2.1,66.2,69.3,70.1-ci maddələrilə təqsirli bilinərək 02 il 05 ay 21 gün azadlıqdan məhrum etmə cəzasının 02 il şərti sınaq müddəti cəzası təyin edilmişdir. Sumqayıt Apelyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli hökm dəyişdirilərək CM-nin 70-ci maddəsinə əsasən hökmdən xaric edilmiş CM-nin 177.2.1, 177.2.3, 180.2.1 madəlləri ilə qəti təyin edilmiş 02 il 05 ay 21 gün azadlıqdan məhrumetmə cəzası dəyişdirilmədən saxlanılmışdır.Cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2021-ci il tarixdir. xx.xx.2023-cü il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respubilkası 76-cı maddəsinə əsasən, cəzasının çəkilməmiş 06 ay 13 gün hissəsini cəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-in 59 -cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətin resedivi olmasıdır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmamasını, eləcə də cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətli hesab edilməlidir. Odur ki, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-nin 177.2.1, 177.2.3, 180.2.1, 66.2, 69.3-cü maddələrilə təqsirli bilinərək 02 il 05 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzasının xx.xx.2023-cü il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respubilkası 76-cı maddəsinə əsasən, cəzasının çəkilməmiş 06 ay 13 gün hissəsini cəkməkdən vaxtından əvvəl şərti azad edilməsi ləğv edilməli, barəsində Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 ay 13 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs 29 fevral 2024-cüil tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 mart 2024-cü iltarixdə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilərək Abşeron RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs istintaq orqanından qaçıb gizləndiyindən xx.xx.2024-cü il tarixdə barəsində axtarış elan edilərək həmin tarixdə cinayət işinin ibtidai istintaq icraatı Azərbaycan Respubilkası CPM-nin 53.13-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2024-cü il tarixdə gecə saat 22-20-də saxlanılaraq istintaq orqanına təhvil verildiyindən həmin gün cinayət işinin ibtidai istintaq icraatı təzələnərək icraatıma qəbul edib istintaqı davam etdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 03 gün müddət cəza müddətindən çıxılmalıdır. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutlarn saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd zərfdə möhürlənmiş, ekspertizadan sonra 21,39 qram qalmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv olunmalıdır. Bundan başqa, iş üzrə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut iş materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərci - məhkəmə ekspertizası üzrə 78 manat Təqsirləndirilən şəxs tutulmalıdır. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-nin 177.2.1, 177.2.3, 180.2.1, 66.2, 69.3-cü maddələrilə təqsirli bilinərək 02 il 05 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzasının xx.xx.2023-cü il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respubilkası cəzasının çəkilməmiş 06 ay 13 gün hissəsini cəkməkdən vaxtından əvvəl şərti azad edilməsi ləğv edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 ay 13 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin və ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) gün müddət çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalında həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertizadan sonra 21,39 qram qalmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar