Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-24/2020 05.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunmıəkujun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs1, və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1998-ci ildə Beyləqan rayonu, Milabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, 2 saylı uşaq evində qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən yeni məhəllədə yaşayan, barəsində həbs qətimkan qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 326.2-ci maddələri ilə, xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 mənzil 15 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən fərdi yaşayış evində yaşayan “barəsində başqa yerə qetməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 rəsmi sənəd hesab edilən pasportu, şəxsiyyət vəsiqəsini, mühüm şəxsi sənəd hesab edilən sürüçülük vəsiqəsini və qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmkalını gizli olaraq talamaqla təkrarən oğurluq cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxx 2018-ci il tarixə keçən gecə saat 02 radələrində Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi-1 ünvanındakı evinin qarşısında, küçədə saxladığı, ağ rəngli, “VAZ-21070” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açmaqla avtomobilin salonundakı hər biri 100 manat olan 6 ədəd səsgücləndirici kalonkaları, 450 manat dəyərində olan 1 ədəd “Samsung tab-3” markalı planşeti və 400 manat dəyərində olan səsgücləndirici cihazı oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1450 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarəntamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxx 2018-ci il tarixə keçən gecə saat 02 radələrində Zərərçəkmiş şəxs7 Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yaşadığı evin yaxınlığında küçədə saxladığı “VAZ-2107” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının qıfılını açmaqla həmin avtomobilin salonundakı 200 manat dəyərində olan 1 ədəd “Pioner” markalı maqnitafonu oğurlayaraq Zərərçəkmiş şəxs7 maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarəntamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxx 2018-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs5 Abşeron rayonu Saray qəsəbəsi, A.Mənsimov küçəsi-72 ünvanında, yaşadığı evin qarşısında küçədə saxladığı “Hyundai Santafe” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə qapının şüşəsini sındırmaqla salondan içərisində həmin dövrün məzənnəsi ilə 98.5 manat olmaqla 50 evro, 1700 manat olmaqla 100 ABŞ dolları və 1600 manat pul olan 1 ədəd əl çantasını, rəsmi sənəd hesab edilən pasportu, şəxsiyyət vəsiqəsini, mühüm şəxsi sənəd hesab edilən sürüçülük vəsiqəsini və 6 ədəd plastik kartı oğurlayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 1868.50 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarəntamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxxx 2018-ci il tarixə keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs6 Sumqayıt şəhəri, Corat bağları-2535A ünvanında yaşadığı evin qarşısında küçədə saxladığı “Kia-Serato” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə qapının sağ arxa yan şüşəsini sındırmaqla salondan 50 manat dəyərində olan 1 ədəd videoreqistratoru, 10 manat dəyərində olan 1 ədəd ”Davidoff Champion” markalı 30 ml-lik ətiri, 30 manat dəyərində olan 1 ədəd qulaqcığı, 3 manat nəqd pulu və avtomobilin arxa yük yerindən 200 manat dəyərində olan 1 ədəd, 2015-ci il istehsalı olan “Beko” markalı notebooku, 32 manat dəyərində olan 1 ədəd, 4 litirlik “Atef4” markalı avtomobil mühərrik yağını oğurlayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 325 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2018-ci il tarixə keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi-5 ünvanında yaşadığı evin arxasında, küçədə saxladığı, yaşıl rəngli, “Audi-A4” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qapısının şüşəsini sındırmaqla avtomobilin salonundakı pul kisəsindən 700 manat pulu oğurlayaraq Zərərçəkmiş şəxs2 maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2018-ci il tarixə keçən gecə saat 04 radələrində Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Xırdalan şəhəri, Həsənbəy Zərdabi küçəsi, döngə 2-dəki 10 nömrəli evinin qarşısında, küçədə saxladığı, metal rəngli, “Hyundai İ-30” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qapısının yan şüşəsini sındırmaqla avtomobilin salonundan cəmi 150 manat dəyərində olan iki ədəd qadın ətrini oğurlayaraq Zərərçəkmiş şəxs3 maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2018-ci il tarixə keçən gecə saat 04:30 radələrində Zərərçəkmiş şəxs4 Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi-3 ünvanında yaşadığı evin qarşısında, küçədə saxladığı, tünd göy rəngli, “Mercedes-Benz C220” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısının şüşəsini sındırmaqla avtomobilin salonundan 4 manat dəyərində 1 ədəd qara qaşlı üzüyü, 3 manat dəyərində 1 ədəd qara qaşlı deformasiyalı üzüyü, 3 manat dəyərində 1 ədəd gümüşü rəngli üzüyü, 25 manat dəyərində 1 ədəd kişi qol saatını və 300 manat pulu oğurlayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 335 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmkalını gizli olaraq talamaqla oğurluq cinayətini törədərək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxxx 2018-ci il tarixə keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs6 Sumqayıt şəhəri, Corat bağları-2535A ünvanında yaşadığı evin qarşısında küçədə saxladığı “Kia-Serato” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə qapının sağ arxa yan şüşəsini sındırmaqla salondan 50 manat dəyərində olan 1 ədəd videoreqistratoru, 10 manat dəyərində olan 1 ədəd ”Davidoff Champion” markalı 30 ml-lik ətiri, 30 manat dəyərində olan 1 ədəd qulaqcığı, 3 manat nəqd pulu və avtomobilin arxa yük yerindən 200 manat dəyərində olan 1 ədəd, 2015-ci il istehsalı olan “Beko” markalı notebooku, 32 manat dəyərində olan 1 ədəd, 4 litirlik “Atef4” markalı avtomobil mühərrik yağını oğurlayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 325 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər oğurluq etdiyi üçün Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən bir il altı ay müddətinə şərti sınaq müddəti ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, bundan sonra Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Bağlar massivində kirayədə yaşayan anasının yanına getmiş, bir neçə gün orada qaldıqdan sonra Abşeron rayonu, Masazır qəsəbəsində kirayə ev tutub iş axtarmağa başlamış, bir neçə gün iş tapa bilmədiyi üçün gecələr küçədə saxlanılan avtomobillərdən oğurluq edib pul əldə etmək qərarına gəlmiş və xx.xx.2018-ci il tarixə keçən gecə saat təxminən 02 radələrində bu niyyətlə Masazır qəsəbəsində kirayədə yaşadığı evdən çıxıb piyada Xırdalan şəhərinə gəlmiş, saat təxminən 03 radələrində Xırdalan şəhəri, Həsən Əliyev küçəsində oğurluq etmək üçün münasib avtomobil axtardığı vaxt həmin küçədə dayanmış ağ rəngli VAZ- 2107 markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb həmin avtomobilə yaxınlaşmış, ətrafa nəzər salıb heç kimin olmadığını gördükdən sonra özü ilə gəzdirdiyi cib bıçağını çıxarıb, həmin avtomobilin sol qabaq qapısının qıfılına salaraq qapını açmış, sonra avtomobilə əyləşib içərisindəki saxlanc yerini və digər yerləri axtarmış, lakin sənədlərin arasında pul tapa bilməyib avtomobilin salonundakı 6 ədəd səsgücləndiriciləri və bir ədəd səsgücləndirici aparatı oğurlayıb satmaq qərarına gəlib həmin səsgücləndiriciləri və aparatı özü ilə götürdüyü vintaçanla açıb üstündə apardığı sellafon torbaya qoyub oradan uzaqlaşaraq piyada kirayədə yaşadığı evə getmiş, oğurladığı səsgücləndiriciləri və aparatı satmaq üçün ertəsi günü nahar vaxtı avtobusla Xırdalan şəhərinə gətirmiş və “Texnikomun yanı” adlanan ərazidə dayanmış taksi sürücülərinə həmin səsgücləndiricilərin və aparatın özünə məxsus olduğunu söyləyib almalarını təklif etmiş, bu vaxt orada dayanmış, dövlət qeydiyyat nişanına diqqət yetirmədiyi qara rəngli “Tofaş” markalı avtomobilin tanımadığı sürücüsü həmin səsgücləndiriciləri neçəyə satdığını soruşmuş, o da hamısını 150 manata satdığını bildirmiş, bundan sonra həmin sürücü səsgücləndiricilərə və aparata baxıb yoxlamış, səsgücləndiricilərdən ikisinin nasaz olduğunu müəyyən edib, 4 ədəd kalonkaya və 1 ədəd səsgücləndirici aparata 100 manat pul vermək istədiyini bildirmiş, o da razılaşıb həmin səsgücləndirici kalonkaları və aparatı sürücüyə verib 100 manat pul alaraq oradan taksi ilə birbaşa Bakı şəhəri “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı kafeyə gedib yemək yedikdən sonra oradakı internet klubda kompyuterdə oyun oynamağa başlamışdır. Həmin oğurluqdan əldə etdiyi pulu iki gün ərzində siqaret almağa, yemək yeməyə və digər şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan üç gün sonra, yəni xx.xx.2018-ci il tarixə keçən gecə yenə siqaret almağa və xərcləməyə pulu olmadığına görə küçədəki avtomobillərdən oğurluq edib pul əldə etmək qərarına gəlib saat 02 radələrində Masazır qəsəbəsində kirayədə yaşadığı evdən çıxıb piyada Xırdalan şəhərinə gedib oğurluq etmək üçün münasib avtomobil axtarmağa başlamış, bu niyyətlə Xırdalan şəhəri, 27-ci məhəllədə gəzərkən orada küçədə dayanmış, VAZ-2107 markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb həmin avtomobildən oğurluq etmək qərarına gəlmiş və ətrafa nəzər salıb heç kimin olmadığını hiss edib avtomobilə yaxınlaşaraq özü ilə gəzdirdiyi cib bıçağını çıxarıb həmin avtomobilin sol qabaq qapısının qıfılına salıb qapını açıb avtomobilin içərisindəki bardaçoku və digər yerləri axtarmış, lakin pul və qiymətli hər hansı əşya tapa bilməyib avtomobilin salonundakı “Pioner” markalı maqnitafonun quraşdırıldığı yerdən çıxarıb özü ilə götürdüyü sellofan torbaya qoyub oradan uzaqlaşaraq piyada kirayədə yaşadığı evə getmiş, oğurladığı maqnitafonu satmaq üçün ertəsi günü nahara yaxın avtobusla Xırdalan dairəsinə gətirib orada dayanmış tanımadığı taksi sürücüsünə 45 manata satıb avtobusla Bakı şəhəri “Memar Əcəmi” metrostansiyasının yaxınlığına getmiş, həmin oğurluqdan əldə etdiyi pulun bir hissəsini oradakı internet klubda kompyuterdə oyun-oynamağa, yemək yeməyə xərcləyib sonra kirayədə yaşadığı evə qayıtmış, qalan pulları da siqaret almağa, yeyib-içməyə və digər şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan üç gün sonra, yəni xx.xx.2018-ci il tarixdə axşamüstü yenə siqaret almağa və xərcləməyə pulu olmadığı üçün küçədəki avtomobillərdən oğurluq edib pul əldə etmək qərarına gəlmiş və bu məqsədlə yaşadığı evdən çıxıb avtobusla Abşeron rayonu, Saray qəsəbəsinə gedib oğurluq etmək üçün münasib avtomobil axtarmağa başlamış, qaranlıq havada saat 20 radələrində Saray qəsəbəsində fərdi yaşayış evlərinin arası ilə gəzərkən ünvanını bilmədiyi evin qarşısında dayanmış qara rəngli “Hyundai Santafe” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil diqqətini cəlb etmiş, o, həmin avtomobildən oğurluq edə biləcəyini düşünüb ətrafa nəzər salmış, heç kimin onu görmədiyinə əmin olub həmin avtomobilə yaxınlaşaraq özü ilə götürdüyü ”sveça” avtomobil ehtiyat hissəsi ilə həmin avtomobilin arxa sağ qapısının şüşəsini sındıraraq qapını açıb maşına daxil olmuş və bundan sonra avtomobilin salonunda pul, qiymətli əşyalar axtarmağa başlamış, həmin vaxtı avtomobilin salonundan 1 ədəd pul çantasını, sənədləri və 6 ədəd adını xatırlamadığı bank kartlarını götürüb oradan uzaqlaşmış, əlində olan “sveça”nı orada yolun kənarına tullayıb yoluna davam etmiş, gedərkən xəlvəti yerdə dayanıb oğurladığı əşyalara baxmış, pul çantasında 1600 manat, 50 evro, 100 ABŞ dolları nağd pullar, pasport, şəxsiyyət vəsiqəsi sürücülük vəsiqəsi və adını xatırlamadığı banklara aid 06 ədəd kartlar olduğunu görüb pulları götürmüş, sonra həyətlərin arası ilə Bakı-Sumqayıt magistral yoluna çıxıb, oradakı “Pəhləvanlar” adlanan kafenin qarşısında dayanmış taksilərdən birinə minib, Bakı şəhəri istiqamətində getmiş, yolda olan zaman oğurladığı pasportu, şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini və 06 ədəd bank kartlarını maşın gedə-gedə hazırda xatırlamadığı ərazidə yol kənarına tullamışdır. Taksi ilə Bakı şəhəri “Memar Əcəmi” metrostansiyasının yaxınlığına getmiş, oğurluqdan əldə etdiyi pulun bir hissəsini oradakı internet klubda kompyuterdə oyun oynamağa, yemək yeməyə xərcləmiş, sonra tanışları Ravil Məhərrəmovun və Təqsirləndirilən şəxs2 telefon zəngindən sonra taksi ilə Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisindəki “039” adlı çay evinə gedib onlarla görüşmüş, söhbət zamanı o, Ramilə avtomobillərdən oğurluq etmək istədiyini bildirmiş, bu zaman Ravil əvvəllər avtomobillərdən oğurluq etdiyinə görə məhkum olunduğunu bildirib birlikdə oğurluq etməyi təklif etmiş o da razılaşmış, saat təxminən 03 radələrində birlikdə həmin çay evindən çıxıb piyada Sumqayıt şəhəri, Corat bağları adlanan yaşayış massivinə tərəf getmişlər. Həmin yerdə yolun kənarında daş hasarın yanında qara rəngli, “Kia-Serato” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görüb həmin avtomobildən oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxtı Ramil kənar şəxslər gəldiyi halda xəbər vermək üçün təxminən 5-10 metr aralıda dayanmış, o, Ravillə birlikdə həmin avtomobilə yaxınlaşmış və özü ilə götürdüyü qayçı ilə avtomobilin arxa sağ yan şüşəsini vurub sındıraraq avtomobilin qapısını açıb qabaq sağ oturacaqda əyləşib avtomobilin bardaçokundan 1 ədəd videoreqistiratoru, 1 ədəd blutuz qulaqcığı və 1 ədəd ətir götürmüş, bundan sonra avtomobilin salonundan arxa yük yerini açaraq avtomobildən düşüb yük yerində olan “Beko” markalı noteebooku və 4 litirlik “Atelfi” markalı avtomobil mühərrik yağını götürmüş, sonra Ravillə birlikdə götürdükləri 1 ədəd videoreqistiratoru Ramilə verib qalan əşyaları öz aralarında bölüşdürməyi qərarlaşdırmışlar. Avtomobildən oğurladıqları 1 ədəd ətiri, 1 ədəd blutuz qulaqcığı və 3 manat pulu özündə saxlamış, notebooku və mühərrik yağını yolun kənarında gizilədib, ertəsi günü satmaq barədə Ravillə razılaşdıqdan sonra həmin əşyaları yolun kənarındakı ağacın arxasında gizlədib piyada oradan uzaqlaşmağa başlamışlar. Bir qədər getdikdən sonra həmin ərazidə xidmət aparan PPX əməkdaşları onlara yaxınlaşaraq Ramilin əlindəki qayçının və videoreqistratorun kimə məxsus olduğunu soruşmuşlar. Ramil də oğurluq etdiyini etiraf etmiş, bundan sonra polis əməkdaşları Ramili aparmış, o da Ravillə birlikdə həmin yerdən uzaqlaşmışdır. Ertəsi günü səhər notebooku və mühərrik yağını gizlətdikləri yerdən götürüb avtobusla Bakı şəhəri 20 Yanvar metrostansiyasının yaxınlığına aparmış və orada həmin əşyaları cəmi 170 manata satmış, həmin pulu da bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan bir müddət sonra, yəni xx.xx.2018-ci il tarixə keçən gecə yenə siqaret almağa və xərcləməyə pulu olmadığına görə küçədəki avtomobillərdən oğurluq edib pul əldə etmək qərarına gəlmiş və saat 03 radələrində Masazır qəsəbəsində kirayədə yaşadığı evdən çıxıb piyada Xırdalan şəhərinə gəlib oğurluq etmək üçün münasib avtomobil axtarmağa başlamışdır. Bu niyyətlə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində gəzərkən oradakı yaşayş binasının arxasında küçədə dayanmış, yaşıl rəngli “Audi-A4” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb həmin avtomobildən oğurluq etmək qərarına gəlmiş və ətrafa nəzər salıb heç kimin olmadığını hiss edib, həmin avtomobilə yaxınlaşmış, özü ilə götürdüyü vintaçanın arxası ilə vuraraq avtomobilin sağ qabaq qapısının şüşəsini sındırmış və oradan başını içəriyə salıb avtomobilin salonundakı bardaçoku açaraq içərisini axtarmağa başlamışdır. Avtomobildəki səndlərin arasında olan pul kisəni götürüb içərisini yoxlamış, orada 700 manata yaxın pul olduğunu görüb pulları götürüb pul kisəsini avtomobilin salonuna tullayıb qaçaraq oradan uzaqlaşmış və taksiyə minib Bakı şəhəri “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı internet kluba gedib səhərə kimi orada kompyuterdə oyun oynamış, sonra oradakı kafelərdən birində yemək yeyib yenə kompyuterdə oyun oynamağa getmiş, axşama kimi orada oyun oynayıb sonra kirayədə yaşadığı evə getmişdir. Oğurluqdan əldə etdiyi pulları bir neçə gün ərzində siqaret almağa, yeyib-içməyə və digər şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan iki gün sonra, yəni xx.xx.2018-ci il tarixə keçən gecə yenə siqaret almağa və xərcləməyə pulu olmadığına görə küçədəki avtomobillərdən oğurluq edib pul əldə etmək qərarına gəlib saat 04 radələrində Masazır qəsəbəsində kirayədə yaşadığı evdən çıxıb piyada Xırdalan şəhərinə gəlmiş və oğurluq etmək üçün münasib avtomobil axtarmağa başlamışdır. Bu niyyətlə Xırdalan şəhəri, H.Zərdabi küçəsində gəzərkən küçədə dayanmış, metal rəngli “Hyundai İ-30” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb həmin avtomobildən oğurluq etmək qərarına gəlmiş və ətrafa nəzər salıb heç kimin olmadığını hiss edib, avtomobilə yaxınlaşaraq özü ilə götürdüyü vintaçanın arxası ilə vurub avtomobilin sol qabaq qapısının şüşəsini sındırmış və oradan başını içəriyə salıb avtomobilin salonundakı oturacaqların arasında olan saxlanc yerini axtarmışdır. Oradan iki ədəd ətirdən başqa heç nə tapmayıb həmin ətirləri götürüb qaçaraq oradan uzaqlaşmış və oğrladığı ətirləri yoxlamış, həmin ətirlərin bir az istifadə olunmuş qadın ətrləri olduğunu görüb sata bilməyəcəyini düşünüb, yolüstü xatırlamadığı yerdə zibil qutusuna tullamışdır. Həmin gecə pul əldə edə bilmədiyinə görə yenə oğurluq etmək üçün münasib avtomobil axtarmağa başlamış, bu niyyətlə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində gəzərkən beş mərtəbəli yaşayış binalarının həyətində dayanmış avtomobillərin arasındakı tünd rəngli “Mercedes-Benz” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etmək qərarına gəlib ətrafa nəzər salmış və heç kimin olmadığını görüb həmin avtomobilə yaxınlaşaraq özü ilə götürdüyü vintaçanın arxası ilə avtomobilin sol arxa qapısının balaca şüşəsini sındırıb əlini oradan içəriyə salıb qapını açıb avtomobilin arxa oturacağına əyləşmiş və qabaq oturacaqların arasındakı saxlanc yerini axtarıb oradan 3 ədəd üzük tapıb həmin üzkləri cibinə qoymuş, bu zaman avtomobilin oturacağının üstündə qara rəngli əl çantası olduğunu görüb həmin çantanı götürüb tez avtomobildən düşüb bir qədər kənarda olan çardağın altına keçib, çantanın içərisini axtarmağa başlamışdır. Çantada 1 ədəd 100 manatlıq, 3 ədəd 20 manatlıq pul və 1 ədəd metal rəngli kişi saatı olduğunu görüb həmin pulları və saatı da götürüb cibinə qoymuş, sonra çantanı avtomobilin içərisinə tullayıb, qapını astaca örtüb qaçaraq oradan uzaqlaşmışdır. Səhərin açılmasına az qaldığını hiss edib, yaşadığı evə qayıtmayıb, Bakı şəhərinə getmək qərarına gəlmiş, buna görə də oğurladığı üzükləri və qol saatını Xırdalan şəhərində torpağa basdırdıraraq gizlədib taksi ilə Bakı şəhərinə “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı kafeyə gedib yemək yemiş və bundan sonra oradakı internet klubda kompyuterdə oyun oynayıb axşam kirayədə yaşadığı evə qayıtmışdır. Gizlətdiyi üzükləri və saatı ertəsi günü nahar vaxtı götürüb satmaq üçün yaşadığı evdən çıxıb taksi ilə Xırdalan şəhərinə gəlmiş, həmin vaxtı polis əməkdaşları onun oğurluqda şübhəli olduğunu bildirib Abşeron rayon polis idarəsinə gətirmişlər. Hazırda törətdiyi oğurluq əməllərindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 21-ci mikrorayonda fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. xx xxxxxxx 2018-ci il tarixdə təxminən saat 20 radələrində dostu X6 ilə görüşərək çay içmək üçün Sumqayıt şəhəri, 17ci mikrorayon ərazisində yerləşən «039» adlı çay evinə getmiş, təxminən saat 21 radələrində çay evində olarkən Ravil Məhərrəmovun dostu Təqsirləndirilən şəxs1 onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq görüşmək istədiyini bildirmiş, Ravildə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən «039» adlı çay evində olduqlarını söyləmiş, təxminən yarım saatdan sonra İsmayıl çay evinə gələrək onlarla birlikdə əyləşib çay içmiş, həmin vaxt aralarında söhbət gedərkən İsmayıl kirayə yaşadığı evin aylıq ödənişini verməli olduğunu, ona görə oğurluq etmək istədiyini bildirmiş, Ravil də əvvəllər oğurluq etdiyinə görə məhkum olunduğunu söyləyib, oğurluq edərək pul qazanmaq istədiyini bildirmiş, bundan sonra o da Ravillə İsmayılın təklifi ilə razılaşmış, bu məqsədlə çay evindən çıxaraq piyada gəzməyə başlamışlar. Təxminən saat 03 radələrində Sumqayıt şəhəri, Corat bağları ərazisində piyada hərəkət edərkən yolun kənarında daş hasara yaxın məsafadə qara rəngli «Kia Cerato» minik markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görüb, həmin avtomobildən oğurluq etməyi qərarlaşdırmışlar. Həmin vaxtı o, kənar şəxslərin gəlməsini xəbər vermək üçün təxminən 10-15 metr kənarda dayanmış, Ravilə İsmayıl «Kia Cerato» minik markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışlar. İsmayıl avtomobilin arxa sağ yan şüşəsini vuraraq sındırmış və sonra avtomobilin arxa sağ qapısını açıb içəriyə daxil olub, qabaq oturacağında əyləşərək avtomobilin bardoçokundan 1 ədəd ətiri, 1 ədəd videoreqistratoru, 1 ədəd blutuz qulaqcığı və 3 manat nəğd pulu götürmüş, həmin vaxt Ravildə avtomobilin yanında dayanmış, İsmayıl avtomobilin salonundan arxa yük yerini açaraq avtomobildən düşüb arxa yük yerindən 1 ədəd «Beko» markalı notebooku və 1 ədəd 4 litrlik «Ateif4» markalı avtomobil yağını götürmüş, bundan sonra onlar birlikdə piyada oradan uzaqlaşmağa başlamışlar. Həmin vaxt İsmayıl qayçını və oğurladıqları 1 ədəd videoreqistratoru ona vermiş, 1 ədəd blutuz qulaqçığı, 1 ədəd ətiri və 3 manat pulu özündə saxlamış, «Beko» markalı notebooku və «Ateif4» markalı atvomobil yağını isə qarşılarına çıxan şəxslər oğurluq etmələrindən şübhələnməsin deyə yolun kənarında olan ağacın arxa tərəfində gizlədərək piyada yollarına davam etmişlər. Təxminən 200 metr getdikdən sonra polis əməkdaşları ona yaxınlaşmış, əlindəki 1 ədəd qayçını və 1 ədəd videoreqistratoru görüb kimə məxsus olduğunu və haradan əldə etdiyini soruşmuşlar. O da həyacanlandığından həmin suallara cavab verə bilmədiyinə görə polis əməkdaşları onun oğurluq etməsindən şübhələnib Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsinə aparmışlar. Polis bölməsində o, oğurluq etdiklərini etiraf etmiş və 1 ədəd videoreqistratorla qayçını polis əməkdaşlarına təqdim etmişdir. Hazırda etdiyi əməldən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını əsas gətirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, H.Əliyev küçəsi-1, mənzil 188 ünvanında yaşayır. Bakı şəhərində yerləşən “Avrora” şirkətində qrup rəhbəri vəzifəsində işləyir. Hər gün səhər saat 07 radələrində işə gedib, axşam saat 19-20 radələrində evə qayıdır. xx.xx.2018-ci il tarixə keçən gecə saat 20 radələrində etibarnamə ilə idarə etdiyi, özünə məxsus VAZ-21070 markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə işdən evə gəlib avtomobilini həmişəki kimi yaşadığı binanın yaxınlığında saxlayıb, qapı və pəncərələrini bağlayıb evə getmiş, ertəsi günü məzuniyyətdə olduğu üçün səhər saat 10 radələrində həmin avtomobilinə minib şəxsi işi ilə bağlı Abşeron rayonu, Məmmədli kəndinə getmək istəyərkən avtomobilinin qapısının açıq olduğunu və arxa oturacağının yanındakı, hər biri 100 manat olan 6 ədəd maqintafon səsgücləndiricisinin yerində olmadığını görüb maşınından oğurluq olduğunu hiss edib, başqa hansı əşyaların oğurlandığını yoxlamış, həmin vaxtı avtomobilinin salonunda oturacağın kanarına qoyduğu 450 manat dəyərində olan “Samsung-3” markalı planşetinin və avtomobilinin yük yerində quraşdırılmış 400 manat dəyərində olan səsgücləndirici cihazın yerində olmadığını müəyyən edib mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Əvvəllər avtomobilindən oğurluq olmayıb, baş vermiş oğurluq nəticəsində ona cəmi 1450 manat məbləğində maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini və Təqsirləndirilən şəxs1 şikayətçi olmamasına dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 9 mənzil 7 ünvanında yaşayır. Binəqədi rayonu ərazisində yerləşən “Araz” marketdə filal müdiri vəzifəsində işləyir. Özünə məxsus “Mercedes-Benz C220” markalı, 99FC893 dövlət qeydiyyat nişanlı avtomobili ilə işə gedibgəlir. xx.xx.2018-ci il tarixə keçən gecə işdən evə qayıdıb, saat təxminən 23 radələrində həmin avtomobili yaşadığı evin qarşısında əvvəllər saxladığı yerdə saxlayıb evə getmiş, səhər saat 08 radələrində işə getmək üçün avtomobilinə yaxınlaşdığı vaxt avtomobilinin sol arxa yan balaca şüşəsinin sınmış vəziyyətdə olduğunu, avtomobilindəki səndlərinin oturacağın üstünə səpələndiyini görüb, avtomobilindən oğurluq olduğunu yəqin edib mobil telefonu ilə DİN-nin 102 xidmətinə bu barədə məlumat vermiş, bir neçə dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəlib maşınına baxış keçirərkən avtomobilindən oğurluq edən naməlum şəxsin onun avtomobilinin salonundakı əl çantasında saxladığı 150 manat dəyərində olan 1 ədəd “Casio” markalı kişi qol saatını, 300 manat pulunu, avtomobilinin oturacaqlarının arasındakı saxlanc yerindən hər biri 45 manat dəyərində olan 4 ədəd gümüş üzüklərini götürdüyü müəyyən olunmuşdur. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 630 manat məbləğində maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini və ona dəymiş maddi ziyanın ödənilməməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. İbtidai istintaq zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ünvan 10 ünvanında qeydiyyatda olsa da, 14 il olar Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən nömrəsini bilmədiyi evdə kirayədə yaşayır. “xxxxxxxxxxxxx” MMC-də baş anbardar vəzifəsində çalışır, təxminən 1 il 6 ay olar həyat yoldaşı X4 adına VAZ-2107 markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, həmin avtomobili etibarnamə ilə idarə edərək işə gedib gəlir, gecələr avtomobilini yaşadığı evin yaxınlığında küçədə saxlayır, xx.xx.2018-ci il tarixdə də axşam işdən evə qayıdıb avtomobilini həmişəki kimi yaşadığı evin yaxınlığında küçədə saxlayıb qapı və pəncərələrini bağladıqdan sonra evə getmiş, ertəsi günü saat 07 radələrində işə getmək üçün həmin avtomobilinə yaxınlaşdığı vaxt qapılarının açıq olduğunu və avtomobilinin salonundakı 200 manata aldığı “Pioner” markalı maqnitafonun yerində olmadığını görüb, oğurlandığını yəqin edib mobil telefonu ilə DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Əvvəllər avtomobilindən oğurluq halları olmamışdır. İbtidai istintaq zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2018-ci ilin sentyabr ayından ailəsi ilə birlikdə ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. xx xxxxxxx 2018-ci il tarixdə saat 19 radələrində işdən evə gəlmiş və özünə məxsus olan “Hyundai Santafe” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı evin qarşısında saxlayıb evinə getmiş, həmin gecə saat 22 radələrində yenidən avtomobilinə minib şəxsi işi üçün getmək istəyən zaman avtomobilinin arxa sağ şüşəsinin sınmış vəziyyətdə olduğunu və avtomobildən içərisində 1600 manat, 50 evro, 100 ABŞ dolları, şəxsiyyət vəsiqəsi, pasportu, sürücülük vəsiqəsi və 6 ədəd bank kartları olan əl çantasının yerində olmadığını görüb oğurlandığını yəqin edib mobil telefonu ilə DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. İbtidai istintaq zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş X2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailə üzvləri ilə birlikdə ünvan 13 ünvanında yaşayır. 2018-ci ilin yanvar ayından «xxxxxxxxx» MMC-də satış məsləhətçisi vəzifəsində işləyir. Buna görə özünə məxsus «Kia Cerato» markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə «xxxxxxxxx» MMC-yə məxsus elan yapışdırmışdır. xx xxxxxxx 2018-ci il tarixdə saat 19 radələrində həmin avtomobilini yaşadığı Sumqayıt şəhəri, Corat bağları, 2535A saylı evin qarşısında saxlayaraq avtomobilin qapısını bağlayıb evə getmiş, xx xxxxxxx 2018-ci il tarixdə saat 07 radələrində işə getmək üçün evdən çıxıb avtomobilə yaxınlaşarkən avtomobilin arxa sağ yan şüşəsinin sındığını, qapısının açıq vəziyyətdə olduğunu, avtomobilin salonunda olan kiçik yük yerindən 1 ədəd videoreqistratorun, 1 ədəd blutuz qulaqcığın, 3 manat pulun, 1 ədəd ətirin oğurlandığını görmüş, sonra avtomobilin arxa yük yerinə baxıb oradakı «Beko» markalı notebookun və 1 ədəd 4 litrlik «Ateif4» markalı avtomobil yağının yerində olmadığını görüb oğurlandığını yəqin edib Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gedərək baş vermiş oğurluq hadisəsi ilə əlaqədar ərizə ilə müraciət etmiş, oğurluq nəticəsində ona ümumilikdə 325 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 5, mənzil 15A ünvanında yaşayır. Özünə məxsus yaşıl rəngli, “Audi-A4” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili var. xx.xx.2018-ci il tarixə keçən gecə işdən evə qayıdıb saat təxminən 21 radələrində həmin avtomobilini yaşadığı evin arxasında əvvəllər saxladığı yerdə saxlayıb evə getmiş, səhər saat 07 radələrində işə getmək üçün həmin avtomobilinə yaxınlaşdığı vaxtı avtomobilinin sağ qabaq yan şüşəsinin sınmış vəziyyətdə olduğunu, avtomobilinin salonundakı bardaçokda olan səndlərinin oturacağın üstünə səpələndiyini və həmin sənədlərin arasındakı pul qabındakı 700 manat pulunun yerində olmadığını görüb avtomobilindən oğurluq olduğunu yəqin etmiş və mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Əvvələr avtomobilimdən oğurluq halları olmamışdır. İbtidai istintaq zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş X3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi birlikdə ünvan 14 ünvanında yaşayır, etibarnamə əsasında idarə etdiyi özünə məxsus “Hyundai İ-30” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili var. xx.xx.2018-ci il tarixə keçən gecə saat təxminən 20 radələrində həmin avtomobilini yaşadığı evin qarşısında saxlayıb evə getmiş, səhər saat 08 radələrində işə getmək üçün həmin avtomobilinə yaxınlaşdığı vaxtı avtomobilinin sol qabaq yan şüşəsinin sınmış vəziyyətdə olduğunu, avtomobilindəki sənədlərinin oturacağın üstünə səpələndiyini və avtomobilinin salonunda saxladığı cəmi 150 manat dəyərində olan 2 ədəd qadın ətrinin yerində olmadığını görüb avtomobilindən oğurluq olduğunu yəqin edib, mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş, həmişə avtomobilini həmin yerdə küçədə saxlamışdır və əvvəllər avtomobilindən oğurluq halları olmadığını bildirmişdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Sumqayıt ŞPİ-nin Post Patrul Xidməti Tağımının 3-cü bölüyünün polis nəfəri vəzifəsində işləyir. xx xxxxxxx 2018-cı il tarixdə saat 03:30 radələrində tutulmuş cədvələ əsasən ŞPİ-nin PPXT-nun 3-cü bölüyünün polis nəfərləri Şahid3ov və Şahid2 ilə birlikdə Sumqayıt şəhəri, Corat bağları ərazisində xidmət aparan zaman həmin ərazidə 33 nömrəli maşrut yolunda 1 nəfər şəxsin piyada hərəkət etdiyini görüb, həmin şəxsə yaxınlaşıb, onun şəxsiyyəti barədə maraqlanmışlar. Həmin şəxs Təqsirləndirilən şəxs2 olduğunu bildirsə də özünü şübhəli aparmış, onun əlində 1 ədəd qayçı və 1 ədəd videoreqistrator olduğunu görüb, həmin əşyaların kimə məxsus olubolmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs2 qayçı ilə avtomobilin yan şüşəsini sındırdığını və 1 ədəd videoreqistratoru da həmin avtomobildən oğurladığını etiraf etmiş, onlar Təqsirləndirilən şəxs2 Sumqayıt ŞPİ-nin 1-ci PB-nə təhvil vermişlər. İş üzrə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyinə dair ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə Şahid2 Səhyəddin oğluibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyinə dair ərizəsini məhkəməyə təqdim etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Sərxanov Şahid3 elan olunaraq tədqiq edilmiş ifadələrindən görünür ki, o, Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. X13 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X13 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş üzrə maddi sübut olan 1 ədəd videoreqistrator 1 ədəd istifadə olunmuş qol saatı, 3 ədəd üzük və 1 ədəd avtomobil üçün nəzərdə tutulmuş videoreqistrator saxlanılması üçün qanuni sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasına dair xx.xx.2018-ci il tarixli, 33365 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş avtomobil üçün nəzərdə tutulmuş 1 ədəd videoreqistratorun istifadə olunmuş vəziyyətdə 2018-ci ilin oktyabr ayına pərakəndə satış qiyməti 50,00 manat, ekspertiza tədqiqatına təqdim edilməmiş 1 ədəd “Beko” markalı notebookun qiyməti 200,0 manat, 1 ədəd 4 litirlik “Ateif4” markalı avtomobil yağının qiyməti, 32,0 manat, 1 ədəd blutuz qulaqcığın qiyməti 30,0 manat, 1 ədəd 30 mi-lik “Davıdoff Champion” markalı ətrin qiyməti 10,0 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab AZ34CTRE********************). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair xx.xx.2019-cu il tarixli, 3573/3574 nömrəli rəyindən görünür ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə almaqla təqdim edilmş 1 ədəd qol saatının istifadə olunmuş vəziyyətdə 2018-ci ilin noyabr ayına pərakəndə satış qiyməti 25,00 manat, 1 ədəd qara qaşlı üzüyün qiyməti 4,00 manat, 1 ədəd qara qaşlı deformasiyalı üzüyün qiyməti 3,00 manat, 1 ədəd gümüşü rəngli üzüyün qiyməti 3,00 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 110,02 (bir on iki manat iki qəpik) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab AZ34CTRE********************). İş materiallarında olan arayışdan görünür ki, 01 ABŞ dollarının 2018-ci ilin 22 oktyabr ayı üçün Azərbaycan manatına olan nisbəti 1.700 manat, 01 Evroya olan nisbəti isə 1.970 manatdır. İş materiallarından görünür ki, iş üzrə təqsirləndirilən şəxs X6 xx.xx.2019-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmiş, Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərişinə uyğun olaraq koronavirusa (2019-nCov) qarşı profilaktik tədbirlərin görülməsi ilə əlaqədar olaraq, Azərbaycan Ordusunun hərbi və dövlət qulluqçularının, mülki işçilərinin infeksion xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədi ilə Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx xxxxxx 2020-ci il tarixli 3 nömrəli sərəncamına əsasən şəxsi heyətin hərəkətinə məhdudiyyət tətbiq olunduğu üçün məhkəmə iclaslarında iştirak edə bilməmiş və Abşeron RM-nin xx.xx.2020-ci il tarixli qərarı ilə iş üzrə təqsirləndirilən şəxs X6 barəsində icraat ayrılaraq dayandırılmışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri dinləyib, zərərçəkmiş şəxslərin və şahidlərin verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki,Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 326.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi, özlərinin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 326.2-ci maddələri və Təqsirləndirilən şəxs2 177.2.1-ci maddələri ilə törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən iş üzrə ittiham hökmü çıxarılmalı və təqsirləndirilən şəxslər təqsirli olduqları Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyaları həddlərində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraqTəqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx.xx.2018-ci il tarixli məhkumluq haqqında arayışından və Bakı şəhəri Suraxanı RM-nin xx.xx.2018-ci il tarixli məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 07 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə məhkumluğu hazırda, o cümlədən hazırki iş üzrə cinayət əməlini törədən zaman ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda isə Təqsirləndirilən şəxs1 əməllərində cinayətlərin residivi müəyyən olunur. Təqsirləndirilən şəxs1 əməllərində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. İş materiallarında olan Abşeron RİHB-nın Masazır kənd İƏD-si üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Masazır kəndi ərazisində qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 ondan şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 326.2ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azdlıqdan məhrum etmə növündə cəzalarının təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 326.2 -ci maddələri ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Həmin Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı rayon Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmlə təyin edilmiş şərti məhkumetmə ləğv edilməklə həmin hökmdə müəyyən edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə uyğun hökmlərin məcmusu üzrə təyin olunmuş cəza ilə birləşdirilməli və Təqsirləndirilən şəxs1 qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə xx.xx.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası ona aid hissədə Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx.xx.2018-ci il tarixli məhkumluq haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt bələdiyyəsi Corat bağları üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Salahov X8 şəhəri, Corat bağları ərazisi, bağ evində qeydiyyatsız yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki,Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə xx.xx.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, istintaq orqanı tərəfindən xx.xx.2018-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli və üzərinə yuxarıda göstərilən və onun islah olunmasına xidmət edən müvafiq vəzifələr qoyulmalıdır. Hökmün icrasıona aid hissədə Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu yer üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 160 (yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan müştərək qaydad Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. İş üzrə zərərçəkmiş şəxslərə vurulmuş və ödənilməmiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Suqmayıt şəhər Hüquq Məsləhətxanasının vəkili X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2--ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs1 təyin edilmiş şərti məhkum edilmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin hökmlə ona təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki cinayət işi üzrə ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkməsi müddətinin başlanğıcı tutulduğu xx.xx.2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona02 (iki) il azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhəri hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 160 (yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan müştərək qaydad Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. İş üzrə zərərçəkmiş şəxlərə vurulmuş və ödənilməmiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə maddi sübut olan 1 ədəd videoreqistrator 1 ədəd istifadə olunmuş qol saatı, 3 ədəd üzük və 1 ədəd avtomobil üçün nəzərdə tutulmuş videoreqistrator saxlanılması üçün qanuni sahiblərinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Suqmayıt şəhər Hüquq Məsləhətxanasının vəkili X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-24/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-24/2020
05.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver