Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-24/2023 07.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə İsmayıllı rayonu, Mican kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, İsmayıllı şəhəri, M.Müşviq küçəsi, ev 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu Masazır qəsəbəsində nömrəsi, fərdi yaşayış sahəsində yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs "Renault Tondar" minik markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, maşında olan şəxsiyyəti istintaqa məlum olmayan şəxslər ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 12 oktyabr 2021 -ci il tarixdə saat 23 radələıində Zərərçəkmiş şəxs idarə etdiyi **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş-93" yaşayış massivində işıqforun qırmızı işığında gözlədiyini görüb yanında saxlamış və sonuncu ilə işləri olduğuna görə qarşıda yerləşən "Olimpiya" stadionun yaxınlığına gəlməsini demiş, bundan sonra avtomobilləri ilə stadionun qarşısına gəldikdə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə əyləşdirib qıraq ərazidə söhbət edəcəklərini deyərək avtomobili sürərək Abşeron rayonu. Masazır qəsəbəsində yerləşən “Zəngilan məcburi köçkün şəhərciyinin" arxa hissəsinə gətirmiş və orada istintaqa məlum olmayan şəxslərlə birlikdə öz hərəkətlərini qarşılıqlı olaraq bir-biri ilə uzlaşdırıb, ictimai qaydam kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında mütəşəkkil tapmış əxlaq normalarını və qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını kobud surətdə pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, öz şəxsiyyətini ətrafdakıların və zərərçəkmiş şəxsin fövqündə qoyub nümayişkaranə olaraq araşdırılması hüquq mühafizə orqanlarının səlahiyyətinə aid olan məsələləri ictimai maraqlara zidd olaraq zor gücünə həll etmək imkanı olduğunu göstərərək, maşında olan şəxslərlə birgə zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək Şahid avtomobilindən oğurluq etməsini bəhanə edib faktiki olaraq, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə həm avtomobildə, həm də küçədə qəsdən yumruq və təpiklə vuraraq, ona burun nahiyəsinin burun sümüklərinin ikili (orta və proksimal 1/3) yerdəyişən sınığı ilə müşayiət olunan qançır-şişkinliyi, alın, sağ göz qapaqlarının və sağ gözaltıalmacıq nahiyəsinin, həmin gözün ağlı qişasına qansızına ilə müşayiət olunan qançırları, sol göz qapaqlarının qançırı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, habelə ictimai qaydanın kobud surətdə pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər yəni, xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs tanıyır, onunla əvvəllər münasibəti yaxşı olmuşdur. Əvvəllər Abşeron rayonu. Masazır qəsəbəsi. "Yeni Bakı" yaşayış kompleksinin yaxınlınlığında yerləşən avtomobil təmiri sexində işləmişdir. Baş vermiş hadisədən bir müddət əvvəl tanışı Şahid avtomobilini təmir üçün onun seximə vermiş, həmin müddətdə Etibarin avtomobilindən oğurluq hadisəsi baş vermişdir. Etibar isə Zərərçəkmiş şəxs onun avtomobilindən oğurluq etməsindən şübhələndiyini bildirmişdir. Buna görə xx.xx.2021-ci il tarixdə idarə etdiyi qara rəngli ‘'Renault Tondar” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şahid ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış massivində saat 22-23 radələrində olduğu vaxt, təsadüfən Zərərçəkmiş şəxs öz avtomobili ilə “Qurtuluş-93” yaşayış massivində işıqforun qırmızı işığında dayandığını gördükdə, avtomobilini onun idarə etdiyi avtomobilin yanma sürüb saxlamış, Şahid avtomobilin sağ şüşəsini açaraq Cavidlə salamlaşmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs irəlidə yerləşən “Olimpiya” stadionunun yanma tərəf getməsini bildirmiş və hər iki avtomobil ilə “Olimpiya” kompleksinin həyətinə tərəf getmişlər. Orada avtomobili saxladıqdan sonra Zərərçəkmiş şəxs avtomobildən yerə düşmüşdür. Etibar ilə birlikdə Zərərçəkmiş şəxs yanma gəlib salamlaşaraq onunla söhbət etmək üçün avtomobilinə oturmasını və kənar bir ərazidə söhbət etmək istədiyini bildirmişdir. Şahid avtomobilləri saxladıqları yerdə qalmış, o, isə Zərərçəkmiş şəxs ilə Zəngilan məcburi köçkün şəhərciyinin arxa tərəfmə getmişdir. Həmin ərazi boş, heç kimin olmadığı ərazi olmuşdur. Ora gəldikləri avtomobildən yerə düşərək, Zərərçəkmiş şəxs, Etibarın avtomobilindən oğurluq edib-etməməsini soruşduqda, Zərərçəkmiş şəxs oğurluq etmədiyini bildirmiş, buna görə aralarında mübahisə olmuş, mübahisə zamanı Zərərçəkmiş şəxs vurub müxtəlif dərəcəli xəsarətlər yetirmişdir. Həmin ərazidə onlardan başqa heç kim olmamışdır, təxminən 5-10 dəqiqə Cavidi vurduqdan sonra onların yanından polis avtomobilinin keçdiyini gördükdə tez öz avtomobilinə oturaraq sürüb oradan uzaqlaşmış və Etibarı avtomobildən düşürdüyü yerə gəlmiş, lakin Etibarı görməmişdir. Bundan sonra evinə getmişdir. Sonda o, himayəsində beş azyaşlı uşağının olmasını əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, idarə etdiyi “Renault Tondar” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Belə ki, “20 Yanvar” dairəsindən Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış massivinə hər bir sərnişini 1 manata daşımaqla məşğul olur. Onun kimi taksi fəaliyyəti ilə məşğul olan Şahid təxminən üç il olar tanıyır, münasibətləri normal olmuşdur. xx.xx.2021-ci il tarixdə, gecə saat 01-02 radələrində “20 Yanvar” dairəsindən Masazır qəsəbəsində yerləşən “Qurtuluş- 93” yaşayış massivində sərnişinləri düşürdüb evinə qayıdarkən "Qurtuluş-93" yaşayış massivində yolda işıqforun qırmızı işığında dayanıb gözləyən zaman, Şahid avtomobili onun avtomobilinin yanında saxlayıb onunla salamlaşdığı vaxt, Etibarın yanında olan, usta kimi tanıdığı Təqsirləndirilən şəxs ona avtomobilini qarşıda yerləşən “Olimpiya” stadionuna tərəf sürməsini, orada onunla söhbət edəcəyini demişdir. Buna görə idarə etdiyi avtomobili həmin istiqamətdə sürüb saxlamışdır. Atomobilindən düşən zaman Etibarın idarə etdiyi avtomobildən başqa digər avtomobil gəlib onun yanında saxlamış və həmin avtomobildən tanımadığı 4 nəfər yerə düşmüşdür. Etibar ona həmin dörd nəfərin içərisində olan “Pərviz” adlı şəxsin onunla söhbət etmək istədiyini demişdir. Onlardan nə məsələ olmasını soruşanda, onlar avtomobilə əyləşməsini və kənar bir ərazidə söhbət etmək istədiklərini dedikdən sonra onların avtomobilinin arxa oturacağında oturmuşdur. Təqsirləndirilən şəxs sağ tərəfində, “Pərviz" adlı şəxs qababq sağ tərəfdə, sürücü və arxada sol tərəfində oturan şəxsləri tanımamışdır. Etibar onlarla getməmiş, öz avtomobilinin yanında qalmışdır. Öz avtomobilini açarları üzərində olmaqla stadionun həyətində saxlamışdır. Həmin şəxslər onu Zəngilan məcburi köçkün şəhərciyinin arxasına, heç kimin olmadığı boş əraziyə aparmışlar. Avtomobillə gələn zaman “Pərviz” adlı şəxs ona narkotik vasitə satdığını bildirdikdə onun dedikləri ilə razı olmamışdır. Ondan sonra narkotik vasitə istifadə etdiyini bəhanə etdikdə narkotik vasitə istifadə etmədiyini onlara bildirmişdir. Bundan sonra “Pərviz” adlı şəxs ona Etibarın avtomobilindən oğurluq etdiyini bildirdikdə bunun da yalan olduğunu demişdir. Lakin onlar onun oğurluq etdiyini təkidlə deyib avtomobilin içərisində onu vurmağa başlamışlar. Sürücüdən başqa avtomobildə olan şəxslər onu vurmaqda davam etmişlər. Bir qədər getdikdən sonra sürücü avtomobili Zəngilan şəhərciyinin arxasında boş olan, heç kimin olmadığı ərazidə saxlamış, həmin şəxslər onu avtomobildən dıışürdərək yenidən döyməyə başlamışlar. Həmin vaxt özünü qorudğu üçün kimin onu necə və hansı formada döyməsini görə bilməmişdir. Təxminən 5-10 dəqiqə onu döydükdən sonra onların yanından polis avtomobilinin keçdiyini gördükdə, onlar avtomobillərinə oturub sürərək oradan getmişlər. Lakin, polis avtomobilindəkilər onu görməmişdir. Yerdən durub, piyada avtomobilini saxladığı yerə gəlmiş, lakin avtomobilini orada görməmişdir. Bu barədə anasına məlumat vermiş və evinə qayıtmışdır. Bundan sonra DİN- nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, bir neçə gün vəziyəti ağır olduğuna görə evdə qalmış və 15 oktyabr 2021-ci il tarixdə bu barədə ərizə ilə Abşeron RPİ-nə müraciət etmişdir.Zəngilan şəhərciyinin arxasında tanımadığı dörd nələr şəxs və Təqsirləndirilən şəxs onu vurub xəsarət yetirən zaman Etibar onların yanında olmamışdır. Sonda o, təqsirləndirlən şəxslə barışdığını, ondan şikayətçi olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, idarə eldiyi “Nexia Ravon” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə “20 Yanvar'* dairəsindən Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış massivinə sərnişinlərin hər birini 1 manata daşımaqla taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs taksi sürücüsü kimi tanıyır, aralarında normal münasibətləri olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs də, idarə etdiyi avtomobili ilə “20 Yanvar” dairəsindən Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış massivi istiqamətində taksi fəaliyyəti ilə məşğul olur. Özünə məxsus “Nexia Ravon” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirə ehtiyacı olduğu üçün 2021-ci ilin avqust ayında usta Təqsirləndirilən şəxs Qabil oğlunun təmir sexinə qoymuş, avtomobil bir ay həmin təmir sexində qalmışdır. Həmin vaxt avtomobilindən oğurluq hadisəsi baş vermiş, bu barədə 19 sentyabr 2021-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Avtomobilindən 2000 manat dəyərində avtomobilin arxa farası və avtomobilin ehtiyyat hissələri oğurlanmışdır. Həmin günü Natiq adlı taksi sürücüsü ilə Şamaxinka deyilən ərazidə görüşən zaman Natiq onun avtomobilindən oğurluq hadisəsinin baş verməsini bildirib Zərərçəkmiş şəxs onunla telefon əlaqəsi saxlamasını, qardaşı Nailin “Ravon” markalı avtomobilinə arxa faraların lazım olmasını və 20 manata satmaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs Natiqə “Ravon” markalı avtomobilə məxsus fara satmasından, avtomobilindən onun oğurluq etməsindən şübhələnmişdir. xx.xx.2021-ci il tarixdə saat 22-23 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə atasına məxsus avtomobil ilə gedən zaman Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış massivində, “Ramazan” marketin qarşısında Zərərçəkmiş şəxs gördükdə ona yaxınlaşaraq onunla işləri olduğunu bildirmişlər. Həmin yerdən uzaqlaşıb Masazır qəsəbəsində olan “Olimpiya” stadionunun qarşısına gəlmişlər, Zərərçəkmiş şəxs avtomobilini orada saxlamış və onların avtomobilinə arxada oturmuşdur. Avtomobili Zəngilan şəhərciyinin arxasına boş sahəyə sürüb getmişlər və orada Zərərçəkmiş şəxs avtomobilindən oğurluq etdiyini soruşduqda, Zərərçəkmiş şəxs etdiyi əməli boynuna almamış, bundan sonra Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs vurub xəsarət yetirəndən sonra Zərərçəkmiş şəxs oğurluq etdiyini etiraf edərək oğurladığı əşyaların Yasamal rayonu ərazisində olmasını bildirmiş, gedib həmin əşyaları gətirib qaytarması üçün onlardan vaxt istəmiş və avtomobilinin onlarda qalmasına etiraz etməyərək getmiş, lakin geri qayıtmamış və telefon zənglərinə cavab verməmişdir. Sonradan Zərərçəkmiş şəxs onlar tərəfindən döyülməsi barədə Abşeron RPİ-nə ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı onun tərəfindən aparılmışdır. Cinayət işi üzrə istintaq zamanı hər hansı prosessual pozuntulara yol verilməmiş, bütün istintaq hərəkətləri zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakı ilə aparılmışdır. Bütün sənədlərdə olan imzalar həmin şəxslərə aiddir. İş materiallarında olan “MTE və PA Birliyi”-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2021 -ci il tarixli 2497 nömrəli ekspert rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətlər - burun nahiyyəsinin burun sümüklərinin ikili (orta və proksimal 1/3) yerdəyişən sınığı ilə müşaiyət onunan qançır-şişkinliyi, alın, sağ göz qapaqlarının və sağ gözaltıalmacıq nahiyyəsinin həmin gözün ağlı qişasına qan sızma ilə müşaiyət olunan qançırları, sol göz qapaqlarının qançırı bərk- küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2021 -ci il tarixdə insan bədənin hissələri (əl, baş və sair) təsirindən əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə iş üzrə 10 dekabr 2021-ci il tarixdə Abşeron rayon Pİ-nin müstəntiqi Cavid Kərimli tərəfindən alınmış dindirmə protokolunda olan imzaların ona məxsus olub olmamasını aydınlaşdırmaq üçün Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti əsasında Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə məhkəməxətşünaslıq ekspertizası təyin etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 1(012)- 336/2022 nömrəli cinayət işinin 30-32-ci vərəqələrində olan 10 dekabr 2021-ci il tarixli zərərçəkmiş şəxsi dindirmə protokolunun 1-ci vərəqəsinin üz tərəfində «İmza» qrafalarındakı imzalar (2 ədəd), 2-ci vərəqəsinin üz tərəfinin aşağı hissəsindəki imza, 3-cü vərəqəsinin üz tərəfində «Zərərçəkmiş şəxs» yazıları önündəki imza, i/v 92-95-də olan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolunun üz tərəfində «Qarayev» soyadı önündəki imza, 2-ci vərəqədə «Qarayev» soyadı önündəki imzalar (5 ədəd), 3-cü vərəqədə «Qarayev» soyadı önündəki imza, 4-cü vərəqədə isə «Qarayev» soyadı önündəki imza, i/v 99a-da olan xx.xx.2022-ci il tarixli ərizədə «Zərərçəkmiş şəxs» yazıları önündəki imza, i/v 128-də olan xx.xx.2022-ci il tarixli protokolda «Zərərçəkmiş şəxs» yazıları önündəki imza, i/v 130-da olan xx.xx.2022-ci il tarixli protokolda «Zərərçəkmiş şəxs” oğlu qrafasındakı imza - Zərərçəkmiş şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iş üzrə cinayət işinin 7-ci səhifəsində olan izahatda, 61-ci səhifəsində olan “təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında” bildirişdə, 63-cü vərəqəsində olan təqsirləndiirlən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndiirlən şəxsə ittihamın elan edilməsi, hüquq vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın surətinin, hüquq və vəzifələrinə dair yazılı bildirişin ona verilməsi haqqında protokolda, 65-ci səhifəsində olan təqsirləndirilən şəxsin dindirmə protokolunda, 93-cü səhifəsində olan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolunda, 94-cü səhifəsində olan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolunda, işin 99-cü səhifəsində olan ərizədə, 115-ci səhifəsində olan “təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında” bildirişdə, 117-ci səhifəsində olan təqsirləndiirlən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndiirlən şəxsə ittihamın elan edilməsi, hüquq vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın surətinin, hüquq və vəzifələrinə dair yazılı bildirişin ona verilməsi haqqında protokolda, 127-ci səhifəsində olan cinayət işinin ibtidai istintaqının qurtarması barədə təqsirləndiirlən şəxsə və onun müdafiəçisinə məlumat vermək haqqında” protokolda olan imzaların Təqsirləndirilən şəxs məxsus olub-olmamasını aydınlaşdırmaq üçün Dövlət ittihamçısı vəsatəti əsasında Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 1(012)- 336/2022 nömrəli cinayət işinin 60-61-ci vərəqlərində olan “təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında”.xx.xx.2022-ci il tarixli bildirişin 1-ci vərəqinin aşağı hissəsindəki imza və 2-ci vərəqində “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 63cü vərəqində olan “təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın surətinin, hüquq və vəzifələrinə dair yazılı bildirişin ona verilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 65-66-cı vərəqlərində olan xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirmə” protokolunun 1-ci vərəqindəki imzalar və 2-ci vərəqində “İmza Təqsirləndirilən şəxs” qrafasındakı imza, 92-95-ci vərəqlərində olan 11 04.2022-ci il tarixli üzləşdirmə protokolunun 1-ci vərəqinin aşağı hissəsindəki imza, 2-ci vərəqin sağ hissəsində “Təqsirləndirilən şəxs” qrafasının üst və aşağı hissəsindəki imzalar, 3-cü vərəqin aşağı sağ hissəsindəki imza, 4-cü vərəqin sağ hissəsində "İmza Təqsirləndirilən şəxs” qrafasındakı imza, 115-116-cı vərəqlərində olan “təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında” xx.xx.2022-ci il tarixli bildirişin 1-ci vərəqinin aşağı hissəsindəki imza və 2-ci vərəqində “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 117-ci vərəqində olan “təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın surətinin, hüquq və vəzifələrinə dair yazılı bildirişin ona verilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 127-ci səhifəsində olan “Cinayət işinin ibtidai istintaqının qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat vermək haqqında” xx.xx.2022-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İş üzrə Zərərçəkmiş şəxs istintaq zamanı təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Qabil oğlu onu tək döyərək xəsarət yetirmiş, hal-hazırda təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayət və tələbi yoxdur.Cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü, 221.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü, 221.2.1-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 127.23 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməməsini, məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş və müdafiə xarakteri daşıyan qeyri-səmimi ifadə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri. Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan CMS AZEMİS çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində beş azyaşlı-xx.xx.2018-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2020-cu il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşaqları var. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində beş azyaşlı uşaqlarının olmasını və zərəçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1.2-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyasında isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə törədilmiş cinayət əməllərinin hər birinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci, 127.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci, 127.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanının çağırışlarına gəlmədiyi üçün barəsində xx.xx.2022-ci il tarixdə barəsində axtarış elan edilmiş və o, xx.xx.2022-ci il tarixdə tutulmuşdur. xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə növündə qətimkan seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 04 (dörd) gün nəzərə alınaraq azadlığın məhdudlaşdırılması növündə təyin ediləcək qəti cəzasından çıxılmalı və üzərində qəti cəza müddəti saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 00:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 222 (iki yüz iyirmi iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat və 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak, , maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə ona qəti 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 00:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 222 (iki yüz iyirmi iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat və məhkəmə baxışı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-24/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-24/2023
07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver