Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-240/2023 17.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Hacıyeva (Cavadova) Gülnar Eynulla qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Səhiyyə nazirliyi Respublika Narkoloji Mərkəzində məcburi müalicədə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasına baxmayaraq yenidən qəsdən cinayət törədərək, cavabdeh kimi ondan 20 oktyabr 2016-cı il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 117,00 manat, cəmi 234,00 manat sabit pul məbləğində aliment tutulub Hacıyeva (Cavadova) Gülnar Eynulla qızına ödənilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2017-ci il tarixli, 2(006)-140/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 24 avqust 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 21 iyun 2022-ci il tarixə kimi 15912,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək, zərərçəkmiş şəxs Hacıyeva (Cavadova) Gülnar Eynulla qızına maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən məhkəmə qərarı əsasında Respublika Narkoloji Mərkəzinə məcburi müalicəyə yerləşdirilmiş, özü narkotik vasitələrinin aludəçisidir, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzsına məhkum edilmiş, bundan başqa narkotik vasitələrin istifadə etməsi ilə əlaqədar bir neçə dəfə inzibati qaydada həbs olunmuş, məcburi müalicəyə yerləşdirilməzdən öncə işəmuzd taksi fəaliyyəti ilə məşğul olmuş, idarə etdiyi nəqliyyat vasitəsi 90AT063 dövlət qeydiyyat nişanlı “London Taxi” markalı avtomaşın olmuş, Hacıyeva (Cavadova) Gülnar Eynulla qızı onun keçmiş arvadıdır, sonuncu ilə xx.xx.2011-ci iİ tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan Əsmər və Sinan adlı övladları doğulmuş, münasibətləri pozulduqdan sonra 2017-ci ildə ayrılmış və Zərərçəkmiş şəxs uşaqların saxlanmasına görə ondan aliment pulun alınmasından ötrü Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və 20 oktyabr 2016-cı il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 117,00 manat, cəmi 234,00 manat sabit pul məbləğində aliment ondan tutulub Hacıyeva (Cavadova) Gülnar Eynulla qızına ödənilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2017-ci il tarixli, 2(006)-140/2017 saylı qətnaməsi çıxarılmışdır. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin etməsinə baxmayaraq, qətnamə tərəfindən icra olunmamış, icra məmurunun tələblərini yerinə yetirmədiyindən və qətnaməni icra etmədiyindən icra məmuru tərəfindən barəsində iki dəfə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il və xx.xx.2021-ci il tarixli qərarlarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib hər qərar üzrə barəsində 10 (on) gün müddətində inzibati qaydada həbs seçilmiş, inzibati tənbehdən sonra icra məmuru tərəfindən yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu ödəməmiş və cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən xəbərdarlıq elan edilmişdir. İcra zamanı aliment borcu üzrə tərəfindən heç bir ödəniş aparılmamış, icra qurumu tərəfindən göndərilmiş təqdimatda, yəni xx.xx.2022-ci il tarixədək aliment üzrə borcu 15912,00 manat təşkil etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, alimentin icra olunmamasının səbəbi keçmiş arvadı Zərərçəkmiş şəxs ona uşaqlarla görüşməsinə icazənin verilməməsi olmuş, bundan başqa digər səbəb, aliment borcunun yüksək olmasıdır, lakin özü işəmuzd taksi sürücüsü işləsə də, aylıq alimentin müəyyən hissəsinin ödənilməsinə imkanın olmasını təsdiqləmiş, həmçinin icra zamanı ərazi üzrə Məşğulluq Mərkəzinə işlə təmin olunmaq üçün müraciət etməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Hacıyeva (Cavadova) Gülnar Eynulla qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan Əsmər və Sinan adlı övladlarımız dünyaya gəlmiş, ilkin dövürdə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulmuş, bu səbəbdən 2017-ci ildə əri ilə ayrılaraq uşaqlarla birlikdə valideyinlərinin evinə köçmüş və uşaqların saxlanması üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2017-ci il tarixli, 2(006)- 140/2017 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 20 oktyabr 2016-cı il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 117,00 manat, cəmi 234,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən iki dəfə inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il və xx.xx.2021-ci il tarixli qərarlarla hər iki halda 10 (on) gün müddətində inzibati qaydada həbs olunmuş, inzibati tənbehdən sonra icra məmuru tərəfindən borcluya yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək aliment üzrə heç bir ödəniş etməmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 15912,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, “London Taxi” avtomaşınla taksi sürücüsü fəaliyyəti ilə məşğul olur, borclunun qazanc əldə etməsinə baxmayaraq qərəzli olaraq alimenti ödəməkdən yayınır, bir ata kimi öz övladları ilə maraqlanmır və evə heç bir köməklik göstərmir, həmçinin övladı Sinan anadan gəlmə kəskin ağ ciyər xəstəsidir, sistem altında saxlanılır, daimi həkim nəzarətinə ehtiyacı var, bununla belə Təqsirləndirilən şəxs uşağın müalicəsinə heç bir köməklik göstərmir. Lakin borclunun ailəsinin kifayət qədər maddi imkanı vardır, bir neçə şəxsi evi və Zirə qəsəbəsində torpaq sahələri mövcuddur, borclu əldə etdiyi qazancı narkotik vasitələrinin istifadəsinə xərcləyir, dəfələrlə bununla əlaqədar inzibati qaydada həbs olunmuş, bundan əlavə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respubliaksı CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, qətnamə üzrə yaranmış aliment borcunu keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş edir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-140/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 20 oktyabr 2016-cı il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 117,00 manat, cəmi 234,00 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. Qeyd edilən icra vərəqəsi Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli məktubla Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və xx.xx.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş iş üzrə borclu tərəfə təqdim edilmiş, icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Cavadov X10 Rayon Məhkəməsinin 3(012)-1592/2018 saylı xx.xx.2018ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-455/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə X8 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Cavadov X10 Rayon Məhkəməsinin 3(012)-1281/2021 saylı xx.xx.2021ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmiş, bundan sonra borclunun əmlak və gəlirləri yoxlanılarkən “Elektron İcra” informasoya sistemində iş üzrə borclu Təqsirləndirilən şəxs adına “VAZ-21074 minik” markalı 90LO180 dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuş, Abşeron Rayon Məhkəməsinin 8(012)-7/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs mülkiyyətində olan həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuş və icra edilməsi üçün aidiyyatı üzrə göndərilmiş, borclu ilə dəfələrlə əlaqə saxlanılmış nəqliyyat vasitəsinin təqdim olunması tələb olunsa da, borclu hər dəfəsində nəqliyyat vasitəsini xeyli müddət əvvəl satdığını bildirmişdir. Borclu Təqsirləndirilən şəxs işlə təmin olunması məqsədilə Abşeron rayon Məşğulluq Mərkəzinə müarciət olunmuş, cavab məktubunda Təqsirləndirilən şəxs mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz (və ya işaxtaran) kimi qeydiyyatının aşkar olunmadığı qeyd olunmuşdur. X1 şöbəyə ərizə ilə müraciət edərək borclunun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər görülməsini xahiş etmişdir. İcra vərəqəsinin icrası ilə bağlı borclu Təqsirləndirilən şəxs yenidən Abşeron rayon icra və probasiya şöbəsinə dəvət edilmiş və borcluya rəsmi xəbərdarlıq edilməklə məhkəmə qətnaməsinin icrası ilə bağlı yeni müddət təyin edilərək borc məbləğinin ödənilməsi üçün 5 (beş) gün müddət verilmiş, yekun olaraq borclu Təqsirləndirilən şəxs bütün bu tədbirlərdən qərəzli şəkildə heç bir nəticə çıxarmamış və icra sənədi üzrə 15912,00 manat borcun ödənilməsindən qəsdən yayınmışdır. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2017-ci il tarixli, 2(006)-140/2017 saylı qətnaməsinin sürətindən görünür ki, cavabdeh kimi Təqsirləndirilən şəxs 20 oktyabr 2016-cı il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 117,00 manat, cəmi 234,00 manat sabit pul məbləğində aliment tutulub X5 ödənilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(012)-1281/2021 saylı qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2017-ci il tarixli, 2(006)-140/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(012)-1281/2021 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. X6 7 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs “Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyata alınmamış və işlə təmin olunmaq üçün filiala müraciət etməmişdir. Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2022ci il tarixli məktubuna əsasən, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeyd olunan mərkəzin İxtisaslaşdırılmış Şöbəsində məcburiyə yerləşdirilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(008)-292/2023 saylı qərarından görünür ki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməni qərəzli olaraq icra etməmək əməli Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «İnsan Hüquqlarının və X9 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və X9 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə xx.xx.1997-ci il tarixli Qərar). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi (köhnə redaksiyada) ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Həmçinin cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-240/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-240/2023
17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver