Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-241/2022 10.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki uşaq olan, işləməyən, məhkumluğu olamayan, Sumayıt şəhəri Kotec qəs məh 11, ev 212-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla 24 dekabr 2021-ci il tarixdə saat 07 radələrindən Abşeron rayonu, Saray qəsəbəsi Üzümlük yaşayış massivində yerləşən X3 məxsus yeni tikilməkdə olan bir mərtəbəli fərdi yaşayış evinin arxa hissəsindəki 2 ədəd hər biri 400 manat dəyərində olan plastik pəncərələrini gizli olaraq ələ keçirib zərəçəkmiş şəxs Zərərçəkmiş şəxsya ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 24 dekabr 2021-ci il tarixdə səhər saat 07 radələrində idarəetdiyi VAZ 2107 markalı **-RX-*** qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu Saray qəsəbəsi Üzümlük yaşayış massivi deyilən ərazidən keçən vaxtı orada bir neçə evlərin yeni tikildiyini görmüş, orada tikilən evlərdən biri nə qapsı nə də hasarının olmadığını görmüş, həmin evdə yan-yana olan iki ədəd plastik pəncərələrin qoyulduğunu görmüşdür. Lakin pəncərələr yerinə bərkidilməmişdir. Yalnız taxta ilə müvəqqəti bərkidilmişdir. O, pəncərələrin yerindən rahat çıxarıldığının mümkün olduğunu bilmişdir. Həmin vaxtı da onun pula ciddi ehtiyacı olmuşdur. Ona görə də həmin yeni tikilmiş evin yan-yana olan şüşələri qoyulmamış plastik pəncərələrini tək özü yerindən çıxarıb avtomobilinin yuxarı hissəsi ndə qoymuş, həmin günü də o, arvadını valideyinlərinin yaşadığı Bakı şəhərinə aparmalı olmuşdur. O, yaşadığı Sumqayıt şəhəri Kotec qəsəbəsi məh 11, ev 212-də arvadını götürüb evlərindən çıxmış, Bakı şəhərinə yola düşmüş yoldaşı avtomobilin üzərində olan pəncərələri soruşanda ucuz qiymətə alıb bir qədər baha qiymətə satacağımı bildirmişdir. Yəni arvadı pəncərələrin oğurluq olduğunu bilməmişdir. O, ailəsi ilə Bakı şəhərinə gedəndə yolunun üstündə Sumqayıt şəhərində yerləşən taxta bazarına keçmiş, Orada tanımadığım satıcıya yaxınlaşıb iki ədəd plastik pəncərələri satmaq istədiyini bildirmişdir. Həmin satıcı ilə 200 manata razılaşıb satmışdır. O, pəncərələri satan vaxtı oğurluq barədə heç nə deməmişdir. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir. Əməlindən peşmançılıq çəkir, yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsi Üzümlük yeni yaşayış sahəsində yaşamaq üçün ev inşa edir. Evin inşası başa çatmağından orada yaşayış yoxdur. İşlərinin çoxluğu ilə bağlı olaraq həmin evə gec-gec baş çəkir. Sonuncu dəfə təxminən 20 gün bundan öncə həmin evinə gəlmişdir.Bundan sonra o, 27 dekabr 2021-ci il tarixdə saat 12 radələrində yenidən Abşeron rayonu Saray qəsəbəsi Üzümlük bağındakı evinə baş çəkərkən evinin arxa hissəsində 2 ədəd plastik pəncərələrin yerində olmadığını oğurlandığını aşkar etmişdir. Bunla bağlı hadisə barədə polisin 102 məlumat mərkəzinə istifadəsində olan mobil telefonu ilə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gələrərək polis tərəfindən hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin foto şəkilləri çəkilərək baxış protokoluna əlavə edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçılar və onun tərəfindən imzalarla təsdiqlənmişdir.Həmin evindən oğurlanmış plastik pəncərələrin hər birinin dəyəri 400 (dörd yüz) manat təşkil edir. Həmin oğurluq nəticəsində ona 800 manat maddi ziyan vurulmuşdur.Bundan sonra o, Sumqayıt şəhərində yerləşən taxta bazarına getmiş, orada əşyalara baxan zaman evindən oğurluq edilmiş pəncərələrdən birinin orada olduğunu görüb tanımışdır. Orada həmin pəncərələri Şahid2 məxsus mağazada satdığını görüb ona yaxınlaşmış soruşanda bildirdi ki, o həmin pəncərəni tanımadığı şəxsdən 200 (iki yüz manata) almışdır. Taleh onu da bildirdi ki, o həmin pəncərənin birini bir neçə gün bundan öncə satmışdır. O, həmin pəncərələrin üzərində zədələr olduğundan qəbul etməmişdir. Bundan sonra Saray PB-nin əməkdaşları həmin oğurluğu törətmiş şəxsi müəyyən etdikdən sonra hadisəni törədən şəxsin Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir .Bundan sonra Təqsirləndirilən şəxs atası Təqsirləndirilən şəxs oğulu tərfındən ona vurulmuş maddi ziyanı yəni 800 (səkkiz yüz) manatı ziyan tam olaraq ona ödəmişdir. Onun Təqsirləndirilən şəxs qarşı tələbi qalmamışdır. Məhkəməyə dəvət olunduqdan sonra Elşad ona dəymiş ziyanı ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə el adəti ilə ailə qurmuş birgə nigahdan iki övladları vardır. Hazırda Sumqayıt şəhəri kotec qəsəbəsi məhəllə 11, ev 212-də ailə üzvləri ilə birlikdə yaşayır. Ailəsi maddi sıxıntıda yaşayır, əri Elxan fərdi işlə məşğuldur. O evə qazanc pul gətirməsə ailənin maddi sıxıntısı daha da çox olar. Belə ki, Elxan 24 dekabr 2021-ci il tarixdə o anasıgilə aparmalı idi ona görə də işi olduğu üçün səhər saat 07 radələrində evdən idarə etdiyi Vaz 2107 markalı **-RX-*** qeydiyyat nişanlı avtomobillə çıxıb getmişdir. Həmin günü Elxan evə gəlib onu və azyaşlı övladlarını götürüb avtomobilə əyləşən vaxtı avtomobilinin üstündə iki ədəd pəncərə görmüş, o, yolda Elxandan avtomobilin üzərində olan pəncərələri soruşmuş, Elxan həmin pəncərələri ucuz qiymətə alıb bir qədər baha qiymətə satacağını bildirmişdir. Sonra da Elxan yolunun üstündə Sumqayıt şəhərində yerləşən taxta Bazarına getmiş, orada avtomobildən düşüb bazara gedib, bir qədər sonra tanımadığı satıcı ilə avtolmobilə yaxınlaşıb iki ədəd plastik pəncərələri satmaq istədiyini bildirmiş, sonra Elxan ona demişdir ki, o pəncərəliri 200 manata satıb. Elxan pəncərəlirin oğurluq olması barədə ona heç nə deməmişdir. Bundan sonra polis tərəfindən Elxan bölməyə aparılanda ona bildirmişdir ki, həmin pəncərələri Abşeron rayonu Saray qəsəbəsi Üzümlük deyilən yeni yaşayış massivi yeni tiklməkdə olan evin hasarı və qapıları olmadığından yarımtikili evin sahibsiz olduğunu zənn edib ona görə də həmin pəncərələri oradan tək götürmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hal hazırda Sumqayıt şəhərində yerləşən taxta bazarında icarə əsasən obyekt işlədir. 24 dekabr 2021-ci il tarixdə günorta saat təxminən 12-13 radələrində bir cavan oğlan idarə etdiyi VAZ 2107 markalı **-RX-*** qeydiyyat nişanlı avtomobili saxlayıb ona yaxınlaşmış, idarə etdiyi avtomobilin üzərindəki iki ədəd plastik pəncərələri göstərib satmaq istədiyini bildirdikdən sonra aralarında 200 manata razılaşmış, o da 200 manat pulu sonradan adını bildiyi Elxana vermişdir. Lakin pəncərələri ona satan Elxan pəncərələrin özünün olduğunu deyib ona heç bir sənəd verməmişdir. Lakin o istifadəsində olan 051 *** ** ** mobil nömrəsi verdi. Mən də həmin pəncərələrin oğurluq olmadığını yəqin edib satış üçün obyektin qarşısına qoymuşdur. Bundan sonra 26 dekabr 2021-ci il tarixdə obyektə gələn müştəriyə həmin plasitik pəncərənin birini 170 manata satmışdır. Digər pəncərəni isə çöldə satdıq üçün qoymuşdur. 27 dekabr 2021-ci il tarixdə o, obyektə olan vaxtı ora bir müştəri gəlmiş və X5 özünü təqdim edib bildirmişdir ki, çöldə olan pəncərə ona məxsusdur deyəndə o, pəncərələrin oğurluq olduğunu bilmişdir. Elvin pəncərəyə baxıb bildirmişdir ki, pəncərə zədələnib ona görə də pəncərəni geri istəməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 03.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 18.07.2019-cu il tаriхli hökmü ilə Аzərbаycаn Rеspublikаsının Cinаyət Məcəlləsinin 234.1ci mаddəsilə təqsirli bilinərək, CM-nin 69.3-cü mаddəsinə əsаsən 01 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 06.09.2021-ci il tarixdə cəza müddəti başa çatdığından azad edilmişdir. Zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nın 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Sumqayıt şəhər Məhkəməsinin 18.07.2019-cu il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, zərərçəkmiş şəxsin şikayətçi olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-241/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-241/2022
10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver