Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-241/2023 03.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, zərərçəkmiş şəxsin hüquqi varisi X5, "xxxx" MMC-in etibarnamə üzrə nümayəndəsi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Goranboy rayonunda anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə saat 11 radələrində idarə etdiyi, “Toyota- Prius” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mehdiabad-Xırdalan avtomobil yolunun Abşeron rayonu Novxanı kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhkükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcək sürətlə idarə etməli, manevr edərkən avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda bunu etməyərək, avtomobilin idarə etməsini itirib, yolun sağ kənarında dayanmış piyada, xx.xx.1989-cu il təvəllüdlü X7 vurduqdan sonra yolun sağ kənarında quraşdırılmış, "xxxx" MMC-yə məxsus dəmir ışıqlanma dirəyinə çırparaq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan X6 onurğa beyininin zədələnməsi ilə müşayiət olunan 2-ci və 3-cü boyun fəqərələrinin sınıqları, kəskin daxilə qanaxma və qarın boşluğu orqanlarının döş boşluğuna dislokasiyası ilə müayiət olunan və diafraqmanın, dalağın, nazik bağırsağın cırılmış yaraları, sağ 5-6-7-8-9-10-cu qabırğaların, sağ bazu, sol bud, sol incik və çanaq sümüklərinin sınıqları, hər iki tərəfli hemopnemotoraksla nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər almaqla ölməsinə və "xxxx" MMC-yə 1600 manat məbləğində ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Goranboy şəhərində qeydiyyatda olsa da təxminən 6 ay olar ki, Bakı şəhərində kirayədə yaşamaqla Balaxanı qəsəbəsindəki mebel sexində usta işləyir. 2021-ci ilin noyabr ayından xalası oğlunun vasitəsi ilə əslən Gəncə şəhərindən olan Ramiz adlı oğlanla tanış olub, sonuncunun Bakı şəhəri 3-cü mikrorayon ərazisində kirayə tutduğu evdə birlikdə yaşammışdır. Sürücülük vəsiqəsi olduğuna görə həmin ərəfədə Ramiz özünə məxsus “Toyota-Prius” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmək üçün ona etibarnamə vermiş, buna görə də o, lazım olanda Ramizin həmin maşınından istifadə etmişdir. Kirayədə yaşadığı evin istilik sistemi olmadığına görə 18 yanvar 2022-ci ildə Ramizlə məsləhətləşib, Xırdalan şəhərindən kirayə yaşamaq üçün yeni ev tutmuşlar. Bundan sonra vaxtıları olanda yaşadıqları evdə olan əşyaları hissə-hissə yeni tutduqları evə daşımağa başlamışlar. 23 yanvar 2021-ci ildə Ramiz ailəsi ilə görüşmək üçün Gəncə şəhərinə getdiyinə görə avtomobilini ona vermiş və lazım olanda istifadə etməsini söyləmişdir. 26 yanvar 2022-ci ildə səhər tezdən Bakı şəhərində kirayədə yaşadıqları evdəki əşyalardan bəzilərini avtomobilin yük yerinə yığıb, Bakı şəhəri, Suraxanı rayonu ərazinə ona pul verməli olan şəxslə görüşməyə getmiş, lakin həmin adamla görüşə bilməyib maşının yük yerinə yığdığı əşyaları Xırdalanda kirayə tutduqları evə aparmaq qərarına gəlmiş və bu niyyətlə mobil telefonunun naviqator xidmətini qoşub idarə etdiyi avtomobillə hərəkətə başlamış, naviqatorun göstərdiyi marşürut üzrə hərəkət edərək Mehdiabad-Xırdalan avtomobil yoluna çıxıb Xırdalan şəhəri istiqamətində hərəkət etməyə başlamış, saat 11 radələrində həmin yolun Novxanı kəndi ərazisindən keçən hissəsində təxminən 60 km/saat sürətlə hərəkətdə olduğu vaxt avtomobilin sol yan güzgüsündən arxadan onunla eyni istiqamətdə hərəkət edən, markasınavə dövlət qeydiyyat nişanına diqqət yetirə bilmədiyi ağ rəngli minik avtomobilinin məni ötüb keçmək üçün işıq və səs siqnalları verdiyini görüb tez idarə etdiyi avtomobilin sükanını yolun sağ ehtiyat hissəsinə istiqamətləndirmiş, elə bu anda idarə etdiyi avtomobil sürüşərək idarəetməni itirib, qabaq sağ tərəfi ilə yolun ehtiyat hissəsində olan piyada qadının arxasından dəyib, onu zərblə yolun kənarındakı taxtadan olan lövhəyə çırpmış, bundan sonra avtomobil qabaq hissəsi ilə yolun kənarındakı dəmir dirəyə dəyib dayanmışdır. O, tez maşından düşüb, qaçaraq həmin qadının yanına getmiş, qadının huşsuz vəziyyətdə yerə uzandığını görüb, əli ilə sifətinə toxunmuş, həmin vaxtı qadının nəfəs aldığını görüb, sağ olduğunu düşünmüş və tez mobil telefonu ilə DİN-nin 102 Xidmətinə zəng edib bu barədə məlumat vermək istəmiş, lakin hadisə yerini dəqiq bilmədiyi üçün danışmayıb telefonu söndürmüş, bundan 1-2 dəqiqə keçməmiş hadisə yerinə polis əməkdaşları gəlib, onu Saray polis bölməsinə aparmışlar. Həmin vaxtı o, xəsarət alan həmin qadının hadisə yerinə yaxınlıqda yaşayan X9 olduğunu və hadisədən dərhal sonra sonuncunun Bakı şəhəri X17 aparıldığını bilmişdir. Ertəsi günü Zümrüdün yanına xəstəxanaya gedib müalicəsi üçün lazım olan bəzi şeyləri almış və həkimi ilə danışmış, 4 gün ərzində həmin xəstəxanada olub, Zümrüdün müalicəsi ilə maraqlansa da sonuncu 30 yanvar 2022-ci il tarixdə axşam saatlarında xəstəxanada vəfat etmişdir. Hadisə vaxtı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Mərhumun ailə üzvlərinə maddi yardım etmişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu Novxanı kəndində yaşayır. X18 tibb kollecini bu il bitridiyinə görə hər gün yaşadıqları Novxanı kəndindəki “Araz” marketin yanındakı aptekə təcrübə keçməyə getmişdir. 26 yanvar 2022-ci il tarixdə saat 10 radələrində o, şəxsi işi ilə əlaqədar Bakı şəhərində olduğu vaxt ailə üzvülərindən kimsə ona zəng edib, qızı Zümrüdü yaşadıqları evin qarşısından keçən avtomobil yolunun kənarında “Toyota-Prius” markalı avtomobilin vurduğunu bildirmiş, o da bunu eşidən kimi dərhal hadisə yerinə getmiş və qızını vuran avtomobin yolun kənarındakı işıq dirəyinə çırpılmış vəziyyətdə olduğunu, qızı Zümrüdün də xəsarət aldığına görə Sumqayıt şəhər xəstəxanasına aparıldığını görüb, taksiyə minib həmin xəstəxanaya getmiş və orada qızına yaxşı baxılmayacağını düşünüb, Zümrüdün Bakı şəhəri X12 aparılmasını tələb etmiş, buna görə sonuncunu KTM-ə aparmışlar. Həmin xəstəxanada bir neçə gün tibbi yardım göstərilməsinə baxmayaraq Zümrüd 30 yanvar 2022-ci ildə saat 17 radələrində xəstəxanada vəfat etmişdir. Qızını vuran “Toyota-Prius” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisə baş verən günü xəstəxanda görmüş, əvvəllər onu tanımamış, hadisənin necə baş verdiyini görməmiş, hadisənin sürücü Kənanın avtomobilin idarəetməsini itirdiyinə görə baş verdiyini sonuncudan eşitmişdir. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs onlara maddi yardım etdiyinə görə ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 2020-ci ildən "xxxx" MMC-də texniki qrupun rəhbəri vəzifəsində işləyir. Abşeron rayonu Novxanı kəndi ərazisində, Novxanı-Binəqədi avtomobil yolunun kənarındakı dəmir elektrik işıqlanma dirəyinin həmin yerdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yarasız hala düşməsi barədə məlumatı həmin günü axşam saatlarında MMC-nin əməkdaşları Novxanı kəndi ərazisində işıqlanmanın vəziyyətini yoxlayarkən aşkar edib, bu barədə ona məlumat verdikdən sonra bilmişdir. Ertəsi günü həmin hadisə yerinə getmiş, həqiqətən oradakı dəmir işıqlanma dirəyinin əvvəllər tanımadığı Kənan adlı sürücünün idarə etdiyi “Toyota-Prius” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin çırpılması nəticəsində yarasız hala düşdüyünü görmüş və həmin avtomobilin dirəyə çırpılmazdan əvvəl yolun kənarında dayanmış piyada qadını da vurub xəsarət yetirdiyini eşitmişdir. Bir gün sonra həmin elektrik dirəyi MMC-nin əməkdaşları tərəfindən yenisi ilə əvəz edilərək işıqlanma təmin olunmuşdur. Baş vermiş hadisə nəticəsində MMC-yə 1600 manat məbləğində maddi ziyan dəymişdir. Ziyanla bağlı ibtidai istintaqa mülki iddia təqdim etməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Gəncə şəhərində qeydiyyatda olsa da təxminən 3 il olar ki, Bakı şəhərində kirayədə yaşamaqla atasının adına aldığı və baş etibarnamə ilə ona məxsus olan “Toyota-Prius” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti göstərib pul qazanır. Təqsirləndirilən şəxs Gəncə şəhərində yaşadığı müddətdən sonuncunun xalası oğlu Ramizin vasitəsi ilə mebel ustası kimi tanımışdır. 2021-ci ilin noyabr ayında Kənanın xalası oğlu Ramiz ona zəng edib, Kənanın işləmək üçün Bakı şəhərinə gəlib, onunla birlikdə qalmasına razılıq verməsini xahiş etmiş, o da razılaşmışdır. Bundan az sonra Kənan yanına gəlib, onun Bakı şəhəri 3-cü mikrorayon ərazisində kirayə tutduğu evdə onunla birlikdə yaşamağa başlamışdır. Kənan Avtomobil idarə etməyi bacardığına və sürücülük vəsiqəsi olduğuna görə o, “Toyota-Prius” markalı avtomobilini idarə etmək üçün ona etibarnamə vermişdir. Kirayədə yaşadıqları evin istilik sistemi olmadığına görə 18 yanvar 2022-ci ildə Kənanla məsləhətləşib Xırdalan şəhərindən kirayə yaşamaq üçün yeni ev tutduq dan sonra vaxtları olanda yaşadıqları evdə olan əşyaları hissə-hissə yeni tutduqları evə daşımağa başlamışlar. 23 yanvar 2021-ci ildə o, ailəsi ilə görüşmək və bəzi şəxsi işlərini həll etmək üçün Gəncə şəhərinə getmiş və gedərkən avtomobilini Kənana verib lazım olanda sürməsini söyləmişdir. 26 yanvar 2022-ci ildə saat təxminən 11 rdaələrində Gəncə şəhərində olduğu vaxt Kənan ona zəng edib, Mehdiabad- Xırdalan avtomobil yolunda Xırdalan istiqamətində hərəkətdə olarkən Novxanı kəndi ərazisində idarəetməni itirib yolun kənarında dayanmış qadını vurduğunu və bundan sonra avtomobilin qabaq hissəsi ilə yolun kənarındakı dəmir dirəyə çırpıldığını söyləmiş, bundan 15-20 dəqiqə sonra o, yenidən Kənan zəng edib, sonuncunun avtomobillə vurduğu qadının vəziyyəti ilə maraqlanmış, Kənan da qadının xəstəxənaya aparıldığını söyləmişdir. Həmin ərəfədə maddi imkanı olmadığına görə o, Bakıya qayıda bilməmiş, bir neçə gündən sonra xəsarət alan qadının Bakı şəhəri KTM-də öldüyünü eşitmiş, hadisənin necə baş verdiyini görməmiş, hadisə nəticəsində avtomobilinə 5800 manat məbləğində ziyan dəymişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibb ekspertinin xx.xx.2022-ci il tarixli 17 saylı rəyindən görünür ki, X6 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-onurğa beyininin zədələnməsi ilə müşayiət olunan 2-ci və 3-cü boyun fəqərələrinin sınıqları, kəskin daxilə qanaxma və qarın boşluğu orqanlarının döş boşluğuna dislokasiyası ilə müayiət olunan və diafraqmanın, dalağın və nazik bağırsağın cırılmış yaraları, sağdan 5-6-7-8-9-10-cu qabırğaların, sağ bazu, sol bud, sol incik və çanaq sümüklərinin sınıqları, hər iki tərəfli hemopnemotoraks qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə piyadanın hərəkətdə olan nəqliyyat vasitəsinin hissələri ilə vurulması zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb-onurğa beyininin zədələnməsi ilə müşayiət oğluan 2-ci və 3-cü boyun fəqərələrinin sınıqları fonunda travmatik-hemorragik şokla nəticələnmiş kəskin daxili qanaxmaya səbəb olan diafraqmanın, dalağın və nazik bağırsağın travmatik zədələnməsi olmuşdur. X1 ölümü onun meyitinin meyitxanada müyinəsi başlanadan (xx.xx.2022-ci il saat 11:00-dan) 18-22 saat əvvəl baş vermişdir ki, bu da onun adına olan xəstəlik tarixində qeyd olunan xx.xx.2022-ci il saat 15:28 tarixə uyğun gəlir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/919 nömrəli rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Toyota-Prius” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 01 nömrəli məktubla müəyyən edilmişdir ki, cəmiyyətə məxsus olan bir ədəd 10 m işıq dirəyi əzilərək nəticədə müəssisəyə 1600 manat ziyan dəymişdir. Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə xx.xx.2028-ci il tarixədək etibarlı olan AE seriyalı, 129494 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli 2/3183 nömrəli «sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə saat 14:50-də ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, “Toyota-Prius” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, saxlanılması üçün sahibinə Təqsirləndirilən şəxs qaytarılmışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi X10 tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, onun sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərəri ödəməklə aradan qaldırılmasına yönələn hərəkətlər etmiş, həmçinin təqsirləndirilən şəxs hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Toyota-Prius” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı "xxxx" MMC mülki iddiaçı qismində tanınsa da, eyni zamanda iş materiallarına ziyan aktı əlavə edilsə də mülki iddia əlavə edilməmişdir, həmçinin "xxxx" MMC tərəfindən məhkəmə istintaqı zamanı dəymiş ziyanla bağlı mülki iddia təqdim edilməmişdir. Məhkəmədə təklif edilməsinə baxmayaraq, "xxxx" MMC-in nümayəndəsi dəymiş ziyanla bağlı mülki iddialarının olmadığını bildirmişdir. Ona görə də bu hal nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Zərərçəkmiş şəxs "xxxx" MMC-yə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Hökmün icrası Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Toyota-Prius” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Zərərçəkmiş şəxs "xxxx" MMC-yə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-241/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-241/2023
03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver