Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-241/2025 17.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1995-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Füzuli Hərbi Məhkəməsinin xx.xx.2024-cii il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 333.4-1-ci maddəsi ilə təqsirli bilinərək, Azəıbayacaıı Respublikası CM-nin 66.2-ci madsdəsinə əsasən 03 il, 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 8500 cərmə cəzasına məhkum olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1m ayrı-avrı şəxsləri işə düzəltmək kimi imkanının olmasına inandıraraq, sonuncunu müəyyən məbləğdə pul müqabilində hərbi hissələrin birinə texniki işçi kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə Giilüsbəyim Əliyevadan 2021-ci ilin dekabr ayında ünvan 3 ünvanının qarşısında 2 dəfəyə olmaqla 750 manat, 2022-ci ilin yanvar ayının əvvəllərində ünvan 4 ünvanının yaxınlığında 550 manat, 2022-ci ilin yanvar ayının ortalarında ünvan 5 ünvanının yaxınlığında 500 manat, 2022-ci ilin sonlarında ünvan 6 ünvanının yaxınlığında yerləşən “Ayan” şirniyyat mağazasının qarşısında 150 manat pul alıb, ələ keçirərək verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Gülüsbəvim Əliyevaya ümumilikdə 1950 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamalı niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 idarə etdiyi, X2 məxsus “Khazar” markalı avtomobilə dair yaranmış cərimə borclarını ödəyəcəyinə və avtomobilin müəyyən hissələrini təmir etdirəcəyinə dair yalan vəd verib, aldadaraq, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 2023-cü ilin sentyabr ayının ortalarında Abşeron rayonu. Xırdalan şəhəri, «AAAE-Park» yaşayış kompleksinin qarşısında 500 manat, 2023-cü ilin sentyabr ayının sonlarında isə həmin ünvanda 500 manat, pulu cəmi 1000 manat pulu alıb ələ keçirərək, verdiyi vədə əməl elməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Xırdalan şəhəri "Quşçuluq” yaşayış massivindəki evlərində yaşamışdır. 2-ci Qarabağ müharibəsi iştirakçısıdır, qazidir, torpaqların işğaldan azad olunmasında göstərdiyi şücaətə görə 8 medal almışdır. 2023-cü ilin yanvar ayında Abşeron rayon məhkəməsində barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan cinayət işi üzrə 1 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Zərərçəkmiş şəxs1 Xırdalan şəhəri 5 nömrəli məktəbdə oxuduqları vaxtdan tanıyır. Onunla vaxın münasibəti olmuşdur. 2019-cu ilin mart ayında müddətdən artıq hərbi xidmətdə olduğu vaxtı tarixini dəqiq xatırlamadığı gündə Gülüsbəyimlə Xırdalan şəhərində evlərinin yanında görüşərkən sonuncudan 10 gün müddətinə qaytarmaq şərti ilə 100 manat borc pul almışdır. Həmin pulu da bundan 15 gün sonra qaytarmışdır. Gülüsbəyim düz danışmır, o, Gülüsbəyimə işə düzəltməklə bağlı heç bir vəd verməmiş və sonuncudan buna görə pul almamışdır. O, Gülüsbəyimdən borc olaraq 100 manat pul almış, həmin pulu da 15 gün sonra qaytarmışdır. Zərərçəkmiş şəxs2 və X3 2023-cti ilin avqust ayından tanıyır. Belə ki. Rəvan lizinq yolu ilə aldığı “Khazar” markalı avtomobilini taksi fəaliyyəti göstərmək və ona gündəlik icarə haqqı ödəmək üçün Cavidə vermişdir. Cavid də icarə haqqını ödəyə bilmədiyinə görə Rəvan həmin avtomobilini Caviddən alıb eyni şərtlərlə ona vermişdir. O da həmin avtomobili Caviddən qəbul edəndə sonuncunun Rəvana borcu olmuş, həmçinin vol hərəkəti qaydalarını pozduğuna görə 180 manat məbləğində cəriməsi vardır. Həmin vaxtı Cavid cəriməni bir neçə günə ödəyəcəyinə söz versə də bunu etmədiyinə görə yol polisi bir neçə gündən sonra Bakı şəhərində onu saxladıb idarə etdiyi həmin avtomobili ondan alıb cərimə meydançasına qoymuşdur. O da bu barədə Cavidə bildirmiş, sonuncu da ertəsi günü ona 105 manat pul vermişdir. O da həmin pulu avtomobilin cəriməsinə ödəyib avtomobili götürüb idarə etməyə başlamışdır. Bundan bir neçə gün sonra o, Cavidə zəng edib qalan cəriməni ödəməsə idarə etdiyi avtomobili yenidən ondan alıb cərimə meydançasına qovacaqlarını deyib, Caviddən həmin pıılıı ödəməsini xahiş elmişdir. Ertəsi günü Cavidlə görüşüb 85 manat pul almışdır. Lakin həmin vaxtı ehtiyacı olduğuna görə pulu cəriməyə ödəməyib şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan bir neçə gün sonra Rəvan atasının cərrahi əməliyyatına görə avtomobili ondan geri alıb satmışdır. Avtomobilin cərimələri də ödənməmiş qalmışdır. Bundan az sonra Rəvan bir neçə dələ ona zəng edib avtomobilin qalan cərimələrini ödəməyini xahiş etsə də maddi imkanı olmadığına görə həmin cərimələri ödəyə bilməmişdir. Rəvan dü/ deyir. Rəvan onun idarə etdiyi avtomobilinə kreditlə təkər aldığı vaxt sonuncuya həmin təkərləri nağd pulla alacağını və bunun əvəzində aralarındakı razılaşmaya əsasən ay ərzində verəcəyi 400 manat icarə haqqını verməyəcəyini söyləmişdir. Lakin həmin vaxtı pula ehtiyacı olduğuna görə Rəvanı aldadıb 4 ədəd təkəri Rəvanın adına kreditə götürmüş, icarə haqqı kimi Rəvana ödəyəcəyi pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Cavid cərimələrini ödəmək üçün ona birinci dəfə 105 manat, ikinci dəfə isə 85 manat pul vermişdir. O da Cavidin birinci dəfə verdiyi pulu cərimənin ödənilməsinə versə də ikinci dəfə verdiyi pulu şəxsi ehtiyaclarına xərcləmiş, Cavid düz danışmır, sonuncu ona 1000 manat pul verməmişdir. Hazırda o, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hazırda işsizdir, əvvəllər Xırdalan şəhərində mağazada satıcı işləmişdir. Təqsirləndirilən şəxs Xırdalan şəhərində 5 nömrəli orta məktəbdə oxuduqları vaxtdan tanıyır. Məktəbi bitirdikdən sonra əlaqələri olmasa da 2020-ci ilin sonunda atası vəfat etdikdən sonra Nurlan ona zəng edib başsağlığı verib, yas mərasimində iştirak etmək istədiyini bildirmişdir. Bundan sonra yaxın münasibətləri yaranmışdır. Tez-tez telefonla sosial şəbəkədə əlaqə saxlamışlar. Həmin vaxtı o. Xırdalan şəhərində mağazada kompyuter operatoru işləmişdir. 2021-ci ilin noyabr ayının axırında Nurlan ona zəng edib, 2-3 günə qaytarmaq şərti ilə 100 manat borc pul verməyini xahiş etmişdir. O da Xırdalan şəhərində yaşadıqları evin yaxınlığında onunla görüşüb 100 manat pul vermişdir. Bundan bir neçə gün sonra 2021-ci ilin dekabr ayında tarixini dəqiq xatırlamadığı gündə Nurlan ona mobil telefonunun “WhatsApp” xidməti vasitəsi ilə zəng edib hərbidə işlədiyini deyib, onu hərbi hissələrin birinə kompyuter işinə düzəldə biləcəyini təklif edib, hər ay 600 manat əmək haqqı alacağını söyləmişdir. O da Nurlanın sözünə inanıb razılıq vermişdir. Bundan sonra Nurlan işə düzəlməyi tiçün lazım olan sənədlərin hazırlanmasına müəyyən məbləğdə pul lazım olacağını bildirmişdir. O da həmin vaxtı ayda 400 manat əmək haqqı aldığına görə Nurlana lazım olan pulları hissəhissə verə biləcəyini söyləmişdir. Bundan bir neçə gün sonra, yəni 2021-ci ilin dekabr ayında tarixini dəqiq xatırlamadığı gündə Nurlan telefonla ona zəng edib, işə düzəlməyi üçün sənədlərin hazırlanmasından ötrü 350 manat pul lazım olduğunu söyləmişdir. O da ertəsi günü Xırdalan şəhərində yaşadıqları evin qarşısında küçədə Nurlanla görüşüb sonuncuya həmin 350 manatı vermişdir. Bundan bir neçə gün sonra, 2021-ci ilin dekabr ayının ortalarında tarixini dəqiq xatırlamadığı gündə Nurlan yenə telefonla ona zəng edib sənədləşmə işinin həll edilməsi üçün əlavə 400 manat pul lazım olduğunu bildirmişdir. O da bir neçə gün sonra onunla yaşadığı evin qarşısında görüşüb istədiyi 400 manatı Nurlana vermişdir. Bundan təxminən 10 gün sonra, yəni 2022-ci ilin yanvar ayının əvvəllərində Nurlan yenə ona zəng edib işə düzəlməyi üçün lazım olan sənədlərin hazırlanmasından ötrü əlavə 550 manat pul lazım olduğunu bildirmişdir. O da ertəsi günü yaşadıqları evin yaxınlığındakı avtobus dayanacağında onunla görüşüb həmin məbləğdə pulu Nurlana vermişdir. Bundan təxminən 10 gün sonra, yəni 2022-ci ilin yanvar ayının ortalarında Nurlan ona zəng edib əlavə 500 manat da pul lazım olduğunu söyləmişdir. O da ertəsi günü Xırdalan şəhərində yaşadıqları evin yaxınlığında küçədə onunla görüşüb həmin məbləğdə pulu Nurlana vermişdir. Bundan bir neçə gün sonra, yəni 2022-ci ıliıı yanvar ayının axırlarında Nurlan yenə ona zəng edib işə düzəlməyi üçün lazım olan sənədlərin tamamlanması üçün əlavə 150 manat da pul lazım olduğunu söyləmişdir. O da ertəsi günü yaşadıqları evin yaxınlığındakı avtobus dayanacağı ilə üzbəüz olan “Ayan” şirniyyat mağazasının yanında Nurlanla görüşüb istədiyi 150 manatı vermiş və iş məsələsinin nə vaxt həll olunacağını soruşmuşdur. Nurlan da 10-15 günə həll olunacağını deyib getmişdir. Lakin Nurlanın dediyi müddət keçdikdən sonra da o, iş məsələsinin həll olunmadığını görüb Nurlana zəng edib bu barədə soruşmuşdur. Nurlan da yaxın günlərdə bu məsələnin həll olunacağını deyib ondan gözləməyini xahiş etsə də onu aldadaraq işə düzəlmə məsələsini həll etməyib onu aldatmışdır. O, bunu bildikdən sonra Nurlana zəng edib verdiyi 1950 manat pulu qaytarmasını tələb etmişdir. Nurlan da pulu qaytaracağını bildirsə də yenə onu aldadıb pıılunıı qaytarmamışdır. O da bu məsələni ailə üzvlərindən gizlətdiyi üçün bir neçə ay Nurlanın onun pulunu qaytarmasım gözləmişdir. Lakin Nurlanın artıq onun pulunu qaytarmayacağım hiss edib bu barədə anasına bildirmiş və bundan sonra 2023-cti ilin oktyabr ayında polisə şikayət etmişdir. Nurlan da ondan işə düzəltmək adı ilə pul almadığını, ondan 100 manat borc pul aldığını və həmin pulu da qaytardığını demişdir. C), Nurlanla iş barədə danışarkən və sonuncuya buna görə pul verərkən yanında heç kim olmamışdır. Nurlan ondan borc aldığı 100 manatı qaytarsa da işə düzəltmək adı ilə aldığı pulları qaytarmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun-iyul aylarında işsiz olduğuna görə dostu Rəvanın "xxxx" MMC-dən lizinq yolu ilə aldığı “Khazar” markalı avtomobili etibarnamə ilə alıb, idarə edərək taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Az sonra başqa iş tapdığına görə həmin maşını Rəvana qaytarmaq istədiyini bildirmiş, sonuncu da həmin maşını onun əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı cavan oğlana aylıq kredit ödənişini vermək şərti ilə icarəyə vermişdir. Bundan bir neçə gün sonra Nurlan ona zəng edib maşının cərimələri olduğuna görə yol polisinin avtomobili alıb cərimə meydançasına qoyduğunu söyləmiş və həmin cəımələrin o, avtomobili idarə etdiyi müddətdə yol-hərəkəti qaydalarını pozduğuna görə yarandığını bildirmişdir. Buna görə də o, ertəsi günü, vəııi 2023-cü ilin sentyabr ayında Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-Paık yaşayış kompleksində Nurlanla görüşüb cərimələri ödəməsi üçün 500 manat nağd pul vermişdir. Həmin vaxtı o, gecikmə faizləri ilə bir yerdə cəmi 550 manat cərimə ödəməli olmuş və avtomobili idarə etdiyi müddətdə qabaq mühərrik örtüyünü və qabaq bamperini əzdiyinə görə həmin hissələri təmir etdirməli olmuşdur. O, Nurlana 500 manatı verdikdən sonra sonuncu ona demişdir ki. maşını idarə edə bilmək üçün həmin qalan cəriməni işləyib hissə-hissə ödəyəcək və av tomobilin təmir edilməli olan hissəsini də təmir etdirəcək, qalan 500 manatı və avtomobilin təmir edilməsi üçün əlavə ona verər. O da də Cavidin sözünə inanmış və bundan bir neçə gün sonra vermişdir. Bundan bir müddət sonra Rəvan ona zəng edib maşınını Nurlandan geri alıb satarkən avtomobilin cərimələri olduğunu və qabaq mühərrik örtüyü ilə qabaq bamperinin təmir olunmadığını öyrənmişdir. O da cərimələrin ödənilməsi və avtomobilin təmir olunması üçün Nurlana cəmi 1000 manat pul verdiyini söyləmişdir. Bundan sonra Nurlanı tapıb sonuncudan bu barədə soruşmuş. Nurlan da ondan aldığı pulları öz. şəxsi ehtiyaclarına xərclədiyini, cərimələri ödəmədiyini və avtomobili də təmir etdirmədiyini bildirmişdir, o da bunu bildikdən sonra Nurlandan şikayət etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 8500 manat cərimə cəzasına məhkum olunmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 67.1-ci və 69.3-cü maddələri tətbiq edilməklə 01 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və 8500 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, Füzuli Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.4-1 -ci maddəsi ilə təqsirli bilinərək, Azəıbayacaıı Respublikası CM-nin 66.2-ci madsdəsi tətbiq edilməklə 03 il, 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 8500 cərmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 03 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmış ərizələrdən görünür ki, onlara dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxslər məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nə xx.xx.2025-ci il tarixdə cinayət nəticəsində vurulmuş təqsirləndirilən şəxsə münasibətdə 2950 manat məbləğində maddi ziyanın iyirmi beş faizi miqdarında – 741 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 09 yanvar 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın onun payına düşən hissəsinin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Lakin, Təqsirləndirilən şəxs həmin əsasla cinayət məsuliyyətindən azad olunmasına mane olacaq hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilməli, Füzuli Hərbi Məhkəməsinin xx.xx.2024-cii il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəza çəkməsi nəzərə alınmalı; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 440 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilsin. Füzuli Hərbi Məhkəməsinin xx.xx.2024-cii il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 440 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-241/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-241/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver