Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-242/2021 16.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən,orta təhsilli, evli, məhkum olunmuş, Abşeron rayonu Quşçuluq Y/M 7-ci küçə, dalan -6 ev 7-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”–in siyahısına (Siyahi İ) daxil olan təmiz çəkisi 0,320 qram kustar üsulla hazirlanmiş narkotik vasitə heroini 10 manat müqabilində qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Xırdalan şəhərinə daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 7-ci küçə adlanan ərazidə Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis idarəsinin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində boz rəngli şalvarının sağ yan cibindən 0,320 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuşdur. Arada bir narkotik vasitələrdən istifadə edir. x xxxxxx 2020-ci il tarixdə işləri ilə əlaqədar axşam tərəfi Bakı şəhəri Yasamal rayonu ərazisinə getmiş,məhəllələrin arasında piyada keçən vaxtı bir nəfər tanımadığı şəxs qarşısına çıxmış,o hiss etmiş ki,həmin oğlan narkotik satır ona görə də ona yaxınlaşıb narkotik vasitə heroin olub-olmadığını soruşmuşdur.Ondan bir ədəd bükümə görə 10 manat istəmişdir. 10 manatı həmin oğlana vermiş,həmin oğlan cibindən bir ədəd sellofana bükülü narkotik vasitə olan heroin ona vermişdir. x xxxxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivdə yaşadığı evin yaxınlığında küçədə olan vaxtı birdən yanına mülki geyimlə şəxslər yaxınlaşmış və özlərini polis əməkdaşları kimi təqdim etdikdən sonra ondan şübhələndiklərini bildirib bu məqsədlə onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O hiss etmiş ki,artıq onlar onun üzərində narkotik vasitə olduğunu bilir ona görə də heç bir söz demədən onlarla birlikdə Abşeron rayon polis idarəsinə getmişdir. Polisdə də ona deyilmiş ki,üzərinə baxış keçiriləcək ona görə də müdafiəçi dəvət olunmuşdur. Müdafiəçi ilə tanış olduqdan sonra hüquqları ona izah edilmişdir.Sonra videoçəkilişlə üzərinə baxış keçirilmişdir. O əynindəki şalvarının sağ cibindən bir gün əvvəl aldığı narkotik vasitəni polislərə təqdim etmişdir.Sonra təhqiqatçı tərəfindən sənədləşmə aparılmış və o əməlimi səmimi olaraq etiraf edərək imza etmişdir. Sonda o, əməlindən peşman olmasını bildirirək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yeni massivi 7-ci küçə dalan 6 ev 7-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşqul olması barədə daxil olmuş əməliyyat məlumatın yoxlanılması üçün iş yoldaşı Şahid1la birlikdə rayon polis idarəsinin rəhbərliyinə məruzə edilmiş və müvafiq qərar qəbul edildikdən sonra əməliyyat tədbiri keçirilməsi üçün sonuncunun yaşadığı Xırdalan şəhəri Quşçuluq massivindəki evinin yaxınlığına getmişlər.Həmin günü saat 15 -16 radələrində zahiri əlamətləri Təqsirləndirilən şəxs oxşar şəxsi görən kimi ona yaxınlaşmış və özlərini təqdim edərək ondan şübhələndiklərini bildirərək Abşeron RPİ-nə dəvət etmişlər.Təqsirləndirilən şəxs özləri ilə birlikdə RPİ-nə gətirib müvafiq sənədləşmə apardıqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması üçün tərtib olunmuş raport əsasında material təhqiqatçıya həvalə edilmişdir.Daha sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmışdır. Aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs oğu şalvarının sağ yan cibindən bir ədəd büküm aşkar edilmişdir.Təqsirləndirilən şəxs bildirmiş ki, həmin büküm narkotik vasitə olan heroindir.Heroini bir gün əvvəl Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manata almışdır.Daha sonra həmin büküm qablaşdırılmış və möhürlənərək zərfə qoyulmuşdur. Bundan sonra müvafiq protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 6/2688 saylı rəyindən görünür ki, xx xxxxxx 2020-ci il tarixli 6/2688 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,320 qram olan yəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ümumi çəkisi – 0,320 qramdır. (qalıq 0,270 qram – 0,050 qram heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 192 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert rəyindən sonra qalıq qalmış 0,270 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş, bir ədəd CD diski iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhər Probosiya şöbəsinə tabeçiliyi müəyyən edilən Abşeron rayon icra və probasiya şöbəsində qeydiyyatdan keçmiş və cəza müddəti bitməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun əməlində cinayətin residivi yoxdur. Cinayət işi materiallarında olan 4 saylı MTİİTS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan 4 saylı MTİİTS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqiətəndə Abşeron Rayonu, Xırdalan şəhəri,Quşçuluq massivi, 7-ci küçə, dalan-6, ev 7-də qeydiyyatdadır və yaşayır. Abşeron rayon polis idarəsinin xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Abşeron Rayon Məhkəməsinin 4(012)-606/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqa 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 4(012)-223/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd CD diskə baxış keçirlərkən, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağa olunmuş hər hansı bir narkotikə bənzər vasitələrin olub-olmamasını soruşduqda o,əynində olan oz rəngli şalvarının sağ yan cibində olan şəffaf rəngli sellofana bükülmüş heroinə bənzər bir büküm təqdim etdi. Həmin bükümü bir gün əvvəl Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhjkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasını onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 4(012)-223/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Abşeron rayon Probasiya şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 4(012)-223/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə 01 il 05 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhər Probasiya şöbəsinə tabeçiliyi müəyyən edilən Abşeron rayon icra və probasiya şöbəsində qeydiyyatdan keçmişdir. Nəzarət subyekti Təqsirləndirilən şəxs cəza müddəti bitməmişdir. Məhkum qeyd olunan cəzadan 07 (yeddi) ay 18 (on səkkiz) gününü çəkmiş, 10 (on) ay 02 (iki) günü isə çəkilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 4(012)-223/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən təyin edilmiş 01 (bir) il 05 (beş) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 (on) ay 02 (iki) günü 2 günü azadlıqdan məhrumetmənin 1 gününə hesablanaraq, 5 (beş) ay 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Əliyev X2 ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 4(012)-606/2020 saylı,xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 81,82 (səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,270 qram narkotik vasitə heroin məhv edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 ( yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67, 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-223/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən təyin edilmiş 01 (bir) il 05 (beş) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 (on) ay 02 (iki) günü 2 (iki) günü azadlıqdan məhrumetmənin 1 (bir) gününə hesablanaraq, 5 (beş) ay 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək, Əliyev X1 çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin tutma altında və həbsdə saxlanılma müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə 81,82 (səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,270 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Əliyev X1 ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 ( yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-242/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-242/2021
16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver