Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-242/2022 07.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd oğlunun sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Abşeron rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr-oktyabr aylarında Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 5,45 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan 1 ədəd AK-74 modelli “Kalaşnikov” konstruksiyalı avtomatı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 7,62x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş və həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan 1 ədəd darağı, 30 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı, döyüş sursatı olan ştat patronlarını qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə Abşeron rayonu, Hökməli qəsəbəsi, İ.Qayıbov küçəsi 21 ünvanda yaşadığı evə daşıyaraq həmin evdə saxlamış, 07 yanvar 2022-ci il tarixdə saat 04 radələrində Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən onun yaşadığı qeyd edilən ünvanda keçirilmiş baxış zamanı həmin “Kalaşnikov” konstruksiyalı odlu silah, komplekt hissəsi olan 1 ədəd daraq və döyüş sursatı olan 30 ədəd patronlar evin mətbəxində divanın altında ağ rəngli torbada aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, evlidir, faktiki olaraq heç bir yerdə işləmir. Təxminən 3-4 ay əvvəl, yəni 2021-ci ilin sentyabr-oktyabr aylarında Abşeron rayonu, Hökməli qəsəbəsində olan zaman zibil yeşiklərinin arasında ağ rəngli kisənin içərisində avtomat, patronlar və bir ədəd daraq olduğunu görmüşdür. O, dərhal həmin silahı, 30 ədəd patron və bir ədəd darağı götürüb Abşeron rayonu, Hökməli qəsəbəsi, İ.Qayıbov küçəsində yerləşən evinə aparmışdır. Həmin silahı, patronları və darağı evdə gizlətmişdir. xx.xx.2022-ci il tarixdə saat 04 radələrində yaşadığı evin yaxınlığında Hökməli qəsəbəsində küçədə olarkən mülki geyimdə olan sonradan özlərini təqdim etdikdən sonra bildiyi üç nəfər polis əməkdaşları ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onu Qobu polis bölməsinə dəvət etmişlər. Orada özü eiraf etmişdir ki, yaşadığı evdə, yəni Hökməli qəsəbəsi, İ.Qayıbov küçəsi 21A ünvanda bir ədəd AK-74 markalı Kalaşnikov avtomat, 30 ədəd patron və bir ədəd darağı vardır. Daha sonra protokol tərtib edilmişdir. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Bundan sonra onun razılığı ilə yaşadığı ünvana gedilmişdir. Onun iştirakı ilə ünvan 4vanda yerləşən evinə video çəkiliş ilə müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı ondan evində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olubolmamağı soruşulmuş, o, da evin mətbəxində olan divanın altından kisənin içərisində saxladığı 1 ədəd AK-74 markalı Kalaşnikov avtomat silah, 30 ədəd patron və 1 ədəd darağı çıxarıb təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi həmin silah, patronlar və daraq götürülmüşdür. Sorğu zamanı o, həmin silah, patronlar və darağı təxminən 3-4 ay əvvəl, yəni 2021-ci ilin sentyabr-oktyabr aylarında Abşeron rayonu, Hökməli qəsəbəsində olan zaman zibil yeşiklərinin arasında ağ rəngli kisənin içərisindən tapdığını bildirmişdir. Hazırda əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİO-da 2013-cü ildən, tutduğu vəzifədə, yəni Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində 2020-ci ildən polis leytenantı rütbəsi ilə xidmət edir. 07 yanvar 2022-ci il tarixdə ünvan 5 ünvanda йашайан Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində qanunsuz olaraq odlu silah əldə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə, yəni 07 yanvar 2022-ci il tarixdə saat 04 radələrində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü Abşeron RPİ-nin Qobu PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3la birlikdə daxil olmuş məlumatı yoxlamaq üçün Hökməli qəsəbəsi, İ.Qayıbov küçəsinə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına getmişlər. Qeyd olunan küçədə Maisi yaşadığı evin yaxınlığında görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Maisi Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinə dəvət etmişlər. Mais də etiraz etməyib onlarla Qobu polis bölməsinə gəlmişdir. Polis bölməsinin inzibati binasında X4 və müdafiəçi Elşad Məmmədovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Mais üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş heç bir əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs onun Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində qanunsuz olaraq odlu silah əldə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatları olduğunu bildirmişlər. Mais isə yaşadığı Hökməli qəsəbəsi, İ.Qayıbov küçəsində yerləşən evdə odlu silah saxladığını bildirmişdir. Bundan sonra Maisin yaşadığı ünvan 5 ünvanda yerləşən evə gedilmişdir. X4, əməliyyat müvəkkilləri Şahid2, Şahid3, müdafiəçi Elşad Məmmədov və Təqsirləndirilən şəxs iştirakı və razılığı ilə sonuncunun yaşadığı qeyd olunan ünvana baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxində olan divanın altından kisəni çıxarıb açmışdır. Kisənin içərisindən 1 ədəd AK-74 markalı Kalaşnikov avtomat silah, 30 ədəd patron və 1 ədəd darağı çıxarıb təqdim etmişdir. Bundan sonra Maisin təqdim etdiyi həmin silah, patronlar və daraq götürülmüşdür. Sorğu zamanı Mais həmin silah, patronlar və darağı təxminən 3-4 ay əvvəl, yəni 2021-ci ilin sentyabr-oktyabr aylarında Abşeron rayonu, Hökməli qəsəbəsində olan zaman zibil yeşiklərinin arasında ağ rəngli kisənin içərisindən tapdığını bildirmişdir. Bundan sonra Maisin evinə baxış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və ifadəsi elan edilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə Azərbaycan Respublikası DİN-nin KTİ-dən alınmış alınmış xx.xx.2022-ci il tarixli 22/28R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. -tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə keçmiş SSSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır. -tədqiqata təqdim edilmiş 30 ədəd patronlar zavod üsulu ilə keçmiş SSSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. -eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gülləgilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. -DİN-in Kriminalistik Tədqiqatlar İdarəsində “məhkəmə fiziki-kimyəvi” ekspertizası keçirilmədiyindən qərarın “Həmin silahdan atəş açılıb-açılmaması müəyyənləşdirilsin” sualına cavab verilmədi. Qeyd: Təqdim edilmiş 30 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədəd eksperimental atəşlər zamanı istifadə olundu. DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 011-429-1222 nömrəli məktubunda göstərilmişdir ki, təqdim olunmuş 01 ədəd 5,45 mm kalibrli nömrəsi silinmiş Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İstintaq materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış və götürmə keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Abşeron rayon polis idarəsinin TŞ-nin təhqiqatçısı Fərman Rəhimov tərəfindən, Qobu PBnin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3, müdafiəçi Elşad Məmmədovun iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə baxış və götürmə zamanı, evin mətbəxində olan divanın altından içərisində “Kalaşnikov” konstruksiyalı odlu silah, komplekt hissəsi olan 1 ədəd daraq və döyüş sursatı olan 30 ədəd patronlar olan ağ rəngli torba aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 5,45 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan 1 ədəd AK-74 modelli “Kalaşnikov” konstruksiyalı avtomatı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 7,62x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş və həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan 1 ədəd darağı, 30 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı, döyüş sursatı olan ştat patronları və bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra 01 ədəd AK-74 modelli “Kalaşnikov” konstruksiyalı avtomat, 1 ədəd daraq və 27 ədəd 7,62x39 mm kalibrli ştat patronlarının saxlanması üçün Abşeron rayon Pİ-nin növbətçi hissəsinə təhvil verilməsi nəzərə alınmış, bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan qərarlardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı Fərman Rəhimov tərəfindən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan cinayət işi üzrə toplanmış sübutlara əsasən, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində Abşeron rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 84.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, mövcud cinayət işi üzrə cinayətlərin residivi müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2012-ci il təvəllüdlü Nahid İsmayılzadə, 14 mart 2011-ci il təvəllüdlü Cahid İsmayılzadə adlı 2 azyaşlı övladı var. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən 2 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 228.1-ci maddəsin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğundan ibtidai istintaqda seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi Abşeron RPİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 5,45 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan 1 ədəd AK-74 modelli “Kalaşnikov” konstruksiyalı avtomatı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 7,62x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş və həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan 1 ədəd darağı, 30 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı, döyüş sursatı olan ştat patronları və bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra 01 ədəd AK-74 modelli “Kalaşnikov” konstruksiyalı avtomat, 1 ədəd daraq və 27 ədəd 7,62x39 mm kalibrli ştat patronlarının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Bundan başqa, ibtidai istintaq istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 70 (yetmiş) saat hüquqi yardıma görə 420 (dörd yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Abşeron RPİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 5,45 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan 1 ədəd AK-74 modelli “Kalaşnikov” konstruksiyalı avtomatı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 7,62x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş və həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan 1 ədəd darağı, 30 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı, döyüş sursatı olan ştat patronları və bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra 01 ədəd AK-74 modelli “Kalaşnikov” konstruksiyalı avtomat, 1 ədəd daraq və 27 ədəd 7,62x39 mm kalibrli ştat patronları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 70 (yetmiş) saat hüquqi yardıma görə 420 (dörd yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-242/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-242/2022
07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver