Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-242/2023 14.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, İmişli rayonu Yalavac kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu ərazisində kirayədə yaşayan, barəsində məhkəmə istintaqında “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu Masazır kəndi, Əliağa Vahid küçəsində Zərərçəkmiş şəxs taksi kimi idarə etdiyi “Mercedes Benz” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə sərnişin qismində əyləşdikdən sonra Masazır Bələdiyyəsinin qarşısındakı ərazidə özünü pis hiss etdiyini sürücüyə bildirərək ona ürək dərmanı ilə su alınmasını sonuncudan xahiş etmiş, Zərərçəkmiş şəxs həmin ərazidə avtomobili saxlayıb salondan düşərək yaxınlıqda olan aptekə daxil olduğu zaman avtomobilin salonundakı saxlanc yerindən sonuncuya məxsus 555 manat pulu, ekvivalentlə 187 manat təşkil edən 110 ABŞ dollarını, ekvivalentlə 17,067 manat təşkil edən 10 Evronu, içərisində 40 manat dəyərində avtomobilin ehtiyat açarını və ümumilikdə 250 manat təşkil edən 50 qəpiklik metal pullar saxlanılan 20 manat dəyərində pulqabını, cəmi 1029,067 manat dəyərində əmlakını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşagıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, təxminən 6 ay olar ki, işləmir, Rusiya Federasiyasında yaşayan atasının göndərdiyi pulla uşaqlarını dolandırır. 19 avqust 2022-ci il tarixdə nahar vaxtı uşaqlarını bacısı Günelin yanında qoyub Abşeron rayonu Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksində yaşayan rəfiqəsigilə qonaq getmişdir. Həmin günü saat 22 radələrinədək rəfıqəsigildə olub, sonra Abşeron rayonu Saray qəsəbəsində yaşayan Sadiqin yaşadığı evə gedib, sifarişi əsasında ona verilmiş qadın ətrini götürüb sonra evə getmək qərarına gəlib rəfiqəsinin evindən çıxmış və küçədən keçən “Mercedes Benz” markalı taksi avtomobilini saxladıb tanımadığı orta yaşlı sürücüdən onu Saray qəsəbəsinə neçə manata aparmasını soruşmuşdur. Sonuncu 10 manata aparacağını söylədikdən sonra onun maşının arxa oturacağına əyləşmişdir. Sürücü Masazır kəndinin mərkəzi istiqamətində hərəkətə başlamış, az sonra taksi sürücüsünün maşındakı saxlanc yerlərində pul olmasını düşünüb həmin yerləri olan pulları oğurlamaq qərarına gəlmiş və bunun üçün sürücüyə özünü pis hiss etdiyini söyləyib, yolun kənarındakı aptekdən ona ucuz qiymətə olan dərman və su almasını xahiş edib, həmin dərmanla suyun pulunu yol pulu ilə birlikdə ödəyəcəyini bildirmişdir. Onun bu sözündən sonra sürücü maşını yolun kənarına sürüb saxlamış və avtomobilin açarını üstündə qoyub yaxınlıqdakı aptekə getmişdir. O, tez avtomobilin açarını götürüb saxlanc yerini açıb oradakı balaca əl çantasını götürüb tez içərisinə baxmış, çantada müxtəlif növ pullar və pasport olduğunu görüb tez həmin pasportu çantadan çıxarıb əyləşdiyi oturacaqda altıına qoyub, çantanın içərisindəki pulları götürüb əynindəki koftasının altında gizlətmişdir. Sonra saxlanc yerində gördüyü dəmir qabı açıb içərisinə baxmış, həmin qabda da 50 qəpiklər olduğunu görüb, qabı maşının qabaq oturacağının altında gizlətmiş və dərhal sonra avromobilin saxlanc yerini bağlayıb açarı əvvəlki yerinə qoymuşdur. 2 dəqiqə keçməmiş ki, sürücü əlində aptekdən aldığı sellofan torbada olan dərmanı və bir plastik qabda olan suyu ona verib sükanın arxasına keçib hərəkətə başlamışdır. O da sonuncunun aldığı “ekstrat valerian”dan bir tabletka qəbul edib, sudan içmişdir. Bir neçə dəqiqədən sonra o üstündə pul olmadığını deyib, yol pulunun həyat yoldaşının verəcəyini söyləmiş və öz telefonunda kontur olmadığına görə ərinə zəng etmək üçün sürücüdən mobil telefonunu istəmişdir. Sonuncu da telefonunu ona vermiş, o, Sadiqə zəng edib onun yanına getdiyini deyib, yol pulunu vermək üçün 10 manat götürüb Saray qəbirsanlığının yanına yola çıxmasını xahiş etmiş və sonra telefonu sürücüyə qaytarmışdır. Bir neçə dəqiqədən sonra Saray qəsəbəsinə Sadiqin yaşadığı yerin yaxınlığına çatanda sonuncunun yolun kənarında dayandığını görüb sürücüdən maşını Sadiqin yanında saxlamasını xahiş etmişdir. Sürücü maşını saxlamış, Sadiq maşına yaxınlaşıb sürücüyə 10 manat vermişdir. Həmin vaxtı o da oturacağın altında gizlətdiyi dəmir qabını sürücünün ona dərman aldığı sellofan torbaya qoyub maşından düşüb getmiş, sürücü də maşını sürüb getmişdir. Bundan sonra Sadiqlə onun yaşadığı evə getmiş və oğurladığı dəmir qabını isə əlində saxladığı şəxsi əşyasının içərisində gizlətmişdir. Sadiqlə birlikdə evə gedib təxminən bir saat onunla birlikdə vaxt keçirmiş, sonra taksi sifariş verib evə getmək üçün Sadiqin olduğu evdən çıxmış, Sadiq onu ötürmək istəmiş, lakin ona yalandan demişdir ki, qardaşı arxasınca gəlir və onu görə bilər. Buna görə də Sadiq onun arxasınca evdən çıxmamış, o, tək evdən çıxmış və yolda taksini gözlədiyi anda oğurladığı və şəxsi əşyalarının içərisində gizlətdiyi dəmir qabda olan pulları saymış, onun içərisində 555 manat nağd pul, 100 ABŞ və 10 ABŞ dolları, 10 Evro və avtomobilə məxsus ehtiyat açarı və bir də 250 manat məbləğində 50 qəpiklər olmuşdur. Oğurladığı qəpiklə çantasına tökmüş, qalan pulları isə pul kisəsinə qoymuşdur. Həmin avtomobildən oğurladığı dəmir qabı evə gedərkən küçədə hazırda xatırlamadığı yerdə yol kənarına tullamış, pulları isə şəxsi ehtiyaclarına xərcləmiş, hazırda törətdiyi əməlindən çox peşimandır. Göstərmişdir ki, Sadiqə üstündə pulu az olduğunu bildirib taksiyə verəcəyi yol pulunu onun verməsini xahiş etmiş, Sadiq də heç bir təmənnası olmadan onun gediş haqqını ödəmiş, buna görə də onunla birlikdə olduğu bir saat ərzində taksidən oğurladığı içərisində pul vahidləri olan pul qabını çıxarmamış, belə ki, Sadiq onun üstündə pulunun az olduğunu yəqin etmiş, eyni zamanda Sadiqə hər hansı miqdarda pul verməmiş, ümumiyyətlə Sadiqin onun törətdiyi hadisədən heç bir məlumatı olmamışdır. Əməlindən peşmandır, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, tikinti-təmir işləri ilə məşğuldur və boş vaxtlarımda özünə məxsus “Mercedes- Benz” markalı, **-SK-*** nömrəli avtomobili ilə taksi fəaliyyəti göstərib pul qazanır. Müştəri tapmaq üçün adətən Bakı-Sumqayıt avtomagistral yolunun onların yaxınlığından keçən hissəsindəki “Azər Citi” marketin qarşısında dayanır. 19 avqust 2022-ci il tarixdə saat 22:30 radələrində qonşusunu Masazır kəndi “Qurtuluş-93” yaşayış kompleksinə düşürüb geri qayıtmaq istədiyi vaxtı adını bilmədiyi təxminən 30 yaşında, qara saçlı, ağ bənizli, arıq bədənli bir qadm ona əli ilə işarə edib saxlatimış və onu Saray qəsəbəsindəki qəbirsanlığın yaxınlığında olan məhəlləyə aparmağı xahiş edib, neçəyə aparacağını soruşmuşdur. O da 7-8 manata apara biləcəyini söyləmiş, sonra həmin qadm onun maşınının arxa sol tərəfindəki oturacaqda əyləşdikdən sonra o Saray qəsəbəsi istiqamətində hərəkətə başlamışdır. Masazır Bələdiyyəsini keçdikdən az sonra həmin qadm özünü pis hiss etdiyini deyib, ondan ürək dərmanı və su almağı xahiş etmişdir. O da idarə etdiyi avtomobili dərhal yolun kənarında saxlamış, həmin qadm ona alacağı ürək dərmanının 30 qəpik olduğunu, üzərində xırda pulu olmadığını, dərmanın pulunu ona maşından düşəndə yol pulu ilə birlikdə verəcəyini söyləmişdir. Bundan sonra o da yolun əks tərəfindəki aptekə gedib, 2 manat verib qadına dərman və su alıb geri qayıtmışdır. Həmin vaxtı qadm artıq maşınımda arxa oturacaqda əks tərəfdə oturmuş, o aldığı suyu və dərmanı sellofan torbada ona verib sükan arxasına keçib yoluma davam etmişdir. Bir neçə dəqiqədən sonra həmin qadm yol pulunun həyat yoldaşının verəcəyini deyib, öz telefonunda kontur olmadığına görə, ərinə zəng etmək üçün mobil telefonunu ona verməyimi xahiş etmişdir. O, da telefonunu ona vermişdir. Həmin qadm onun telefonu ilə kiminləsə danışıb, ondan yol pulunu vermək üçün 10 manat götürüb Saray qəbirsanlığının yanına yola çıxmasını xahiş etmiş və sonra telefonunu özünə qaytarmışdır. O, avtomobili sonuncunun göstərməsinə əsasən qəbirtsanlığın kənarı ilə sürüb, yolun kənarında dayanınış təxminən 30 yaşında, qarayanız, 170 sm boyu olan cavan oğlanın yanında saxlamışdır. Həmin oğlan maşınına yaxınlaşıb ona 10 manat pul vermiş, həmin vaxtı qadın da maşından düşüb əlində ona aptekdən aldığı sellofan torba ilə getmişdir. O da oradan avtomobilini sürüb yaşadığı məhəlləyə qayıtmışdır. Saat təxminən 23:50 radələri olmuş, maşının qapılarını bağlayan vaxtı arxa pəncərənin açıq olduğunu görüb bağlamaq istəmiş, həmin vaxtı maşınının salonundakı saxlanc yerində olan balaca əl çantasının içərisində saxladığı pasportunun arxa oturacağın üstündə olduğunu görmüşdür. Bundan sonra maşınımın salonundakı saxlanc yerinə baxmış və içərisində 555 manat, 100 ABŞ və 10 ABŞ dolları, 10 Evro olan pul qabının və həmin pulqabı ilə birlikdə balaca çantaya qoyduğu avtomobilin ehtiyat açarının, həmçinin saxlanc yerindəki içərisində 250 manat məbləğində 50 qəpiklər olan dəmir pul qabının yerində olmadığını görüb, arxıncı dəfə maşınına müştəri qismində mindirdiyi qadının həmin pullarını və avtomobil açarını oğurladığını yəqin edib, qadının onun mobil telefonuna zəng etdiyi axırıncı nömrəni tapmaq üçün telefonuna baxmışdır. Qadının həmin nömrəni zəng etdikdən sonra telefonundan sildiyini görüb, öz telefonu ilə bacısı oğlu Ceyhunun ***-***-**-** nömrəsinə zəng edib bu barədə məlumat vermişdir. Göstərmişdir ki, avtomobilimin salonundan içərisində 555 manat pulu, ekvivalentlə 187 manat təşkil edən 110 ABŞ dolları, ekvivalentlə 17,067 manat təşkil edən 10 Evro pulu, 20 manat dəyərində pul qabısı və həmin pulqabı ilə birlikdə 40 manat dəyərində avtomobilinin ehtiyat açarı, həmçinin saxlanc yerindəki ümumilikdə 250 manat məbləğində 50 qəpiklər oğurlanmış, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1029,067 manat maddi ziyan dəymişdir. Dəymiş ziyandan 100 manat ödənilmişdir, qalan məbləği tələb edir. Məhkəmə iclasında Şahid elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin may ayından Abşeron rayonu Saray qəsəbəsində yaşayan dostu Hüseynin vasitəsi ilə tanış olmuşdır. Bundan sonra Əsmərlə yaxın münasibəti yarandığına görə onunla bir neçə dəfə görüşüb birlikdə vaxt keçirmişdir. 19 avqust 2022-ci il tarixdə saat təxminən 23 radələrində Hüseyngildə qonaq olduğu vaxtı Əsmər tanımadığı mobil nömrədən onun ***-***-**-** nömrəli mobil telefonuna zəng edib, onun yanına gəldiyini və mindiyi taksinin yol pulunu vermək üçün pulu olmadığını deyib, ondan 10 dəqiqədən sonra Saray qəbirsanlığınm yanına yola çıxıb onun gəldiyi taksi sürücüsünə 10 manat yol pulu verməyini xahiş etmişdir. O da sonuncunun dediyi kimi 10 dəqiqədən sonra evdən küçəyə çıxıb gözləməyə başlamışdır. Bir neçə dəqiqədən sonra tanımadığı taksi sürücüsü tünd boz rəngli “Mercedes-Benz” markalı avtomobilini onun yanında saxlamış, o, Əsmərin həmin maşının arxa oturacağından düşdüyünü görüb sürücüyə yaxınlaşıb 10 manat yol pulu vermiş, həmin maşın sürüb getmiş, Əsmərlə o, evə getmişdir. Həmin vaxtı Əsmərin əlində ağ rəngli sellofan torba olmuş, lakin həmin torbada nəyin olduğuna fikir verməmişdir. Onlar Hüseyngildə təxminən 1 saat bir yerdə olduqdan sonra Əsmər mobil telefonu ilə qardaşına zəng edib həmin yerə gəlib onu aparmasını xahiş etmişdir. Təxminən 30 dəqiqədən sonra qardaşı gəldiyini telefonla ona xəbər vermiş, Əsmər əlində gətirdiyi şəxsi əşyasını götürüb evdən çıxıb getmiş, o, həmin vaxtı Əsməri yola salmaq istəmiş, lakin Əsmər qardaşı onu görməsin deyə onu yola salmamağı xahiş etmiş, o da evdə qalmış, Əsmər isə çıxıb getmişdir. Göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla görüşə gəldikdə onun üstündə pul olmadığı üçün taksiyə onun gediş haqqını ödəmiş, buna görə də əgər onun üstündə hər hansı miqdarda pulu olsaydı, ona göstərməzdi. Həmçinin evdə olduqları müddətdə onun üstündə şəxsi əşyasından başqa hər hansı pul vahidlərinin və yaxud açarın olduğunu görməmiş, həmçinin onun taksi avtomobilindən pul vahidlərini və açarı oğurladığını polisdə olarkən məlumat almışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 03 oktyabr 2022-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 22 noyabr 2022-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş və istintaq davam etdirilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Abşeron PRİ-nin MSY-ya təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə dogurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadəsi ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldıgı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə baglı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uygun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü Ayan adlı 1 azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını agırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uygun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uygun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az agır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən cəmi 100 manatı ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıgın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlıgın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlıgın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlıgın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlıgın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındıgı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlıgının faktiki məhdudlaşdırıldıgı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli,məhkəmə iclas zalından dərhal azad edilməli, barəsində hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək iltizam” qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək həbsdə saxlanıldıgı 25 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlıgın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıgın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İmişli rayon Probasiya şöbəsinə həvalə olunmalıdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsinin tələb etmək hüququ izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləgində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək həbsdə saxlandığı 25 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 10 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilsin, qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İmişli rayon Probasiya şöbəsinə həvalə olunsun. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsinin tələb etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləgində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olundugu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdıgı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-242/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-242/2023
14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver