Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-243/2020 29.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1982-ci il tarixdə Cəlilabad rayonu, Soltankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Cəlilabad rayonu, Soltankənd kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 18-ci küçədə fərdi yaşayış evində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 23 radələrində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd kibrit qutusunun içərisində üç ədəd şəffav rəngli sellofana bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.879 qram, 0.891 qram, 0.322 qram, ümumi təmiz çəkisi 2.092 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki və iki ədəd şəffav rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.449 qram və 0.225 qram, ümumi təmiz çəkisi 0.674 qram ağ rəngli kristal formada psixotrop maddə olan metafetamini 25 manata alıb əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq üzərində saxlayıb Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivinə daşımış, xx xxxxxx 2019-cu il tarixdə saat 04 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 120 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sonuncu dayanacağının yaxınlığında Azərbaycan Respublikası DİN-in X5 Alayının 12-ci patrul bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq Abşeron polis idarəsinə gətirilib xidməti otaqda üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində üç ədəd şəffav rəngli sellofana bükülmüş 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi ümumi təmiz çəkisi 2.092 qram tünd qəhvəyi rəngli qətranabənzər xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və iki ədəd şəffav rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri ümumi təmiz çəkisi 0.674 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış formada psixotrop maddə olan metafetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçədə yerləşən fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, təxminən 3 aydir ki, narkotik maddə olan tiryək və psixotrop maddə metamfetamindən istifadə etmişdir. xx.xx.2019-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Alatav yaşayış massivində olarkən tanımadığı şəxsdən 25 manat müqabilində bir ədəd şəffav rəngli sellofana bükülü narkotik vasitə olan tiryək və iki ədəd şəffav rəngli sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetamini özü istifadə etməyə görə alaraq bükümləri kibrit qutusuna yerləşdirib cibinə qoyub evinə gəlmişdir. Həmin narkotik vasitə tiryəki istifadə etmək üçün 3 hissəyə bölüb şəffav rəngli sellofanlara bükmüşdür. xx.xx.2019-cu il tarixdə gecə saatlarında kibrit qutusunda olan narkotik vasitəni istifadə etmək üçün əynində olan mavi rəngli cins şalvarın sağ yan cibinə qoymuş və evdən çıxıb Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 120-nin axırı deyilən ünvana getmişdir. Həmin vaxtı orada tanışı Vüsal və onun yanında olan iki nəfər adlarını bilmədiyi şəxslərlə rastlaşmışdır. Onlar həmin vaxtı yüksək səslə danışdıqları üçün iki nəfər polis əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim etmişlər və Abşeron RPİ-nə getmələrini bildirmişlər. Polis əməkdaşları tərəfindən çağırılmış post-patrul xidməti avtomobilinə minərək Abşeron rayon polis idarəsinə gəlmişlər. Abşeron rayon polis idarəsində otaqların birində video çəklişlə müdafiəçinin iştirakı ilə polis əməkdaşları onun üzərində axtarış aparan zaman o, əynimdə olan mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda olan üç ədəd şəffav rəngli sellofana bükülü içində narkotik vasitə olan tiryəki və iki ədəd şəffav rəngli sellofana bükülü içində narkotik vasitə metanfetamini təqdim edib özünə məxsus olduğunu və Bakı şəhəri, Yasamal rayonu, Alatava yaşayış massivində tanımadığı bir nəfər şəxsdən 25 manata aldığını bildirmişdir. Təqdim etdiyi bir ədəd kibrit qutusunda olan 3 ədəd şəffav rəngli sellofana bükülü içində narkotik vasitə olan tiryək və iki ədəd şəffav rəngli sellofana bükülü içində narkotik vasitə metanfetamin kağız zərfə qoyularaq qablaşdırılmış, kağız zərfi o, və digər iştirakçılar imzalamışlar. Onun narkotik vasitə qəbul etməsindən və ya narkotik vasitə saxlamsından tanışı Şahid5 və onun tanışları Şahid4 və Şahid3 xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin X6 Alayının 12-ci patrul bölüyünün polis nəfəri, vəzifəsində işləyir, polis serijantıdır. xx xxxxxx 2019-cu il tarixdə saat 04 radələrində iş yoldaşı X7 12-ci patrul bölüyünün polis serjantı Şahid2 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 120 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sonuncu dayanacağının yaxınlığında xidmət aparan zaman dörd nəfər şəxsin yüksək səslə danışdığını görüb həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxslərə nizam-intizamlı olmaları barədə xəbərdarlıq etmişlər. Həmin şəxslərdən bir nəfər özünü şübhəli apardığı üçün onlar həmin dörd nəfər şəxsə Abşeron rayon polis idarəsinə gəlmələrini təklif etmişlər. Həmin dörd nəfər şəxs onların təklifini qəbul edib xidməti avtomobilə əyləşərək onlarla bir yerdə Abşeron rayon polis idarəsinə gəlmişlər. Onlar həmin dörd nəfər şəxsi Abşeron rayon polis idarəsinə gətirib növbətçi hissəsinə təhvil verərək bu barədə raport yazmışlar. Abşeron rayon polis idarəsinin növbətçi hissəsində məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs, Şahid5, Şahid4 və Şahid3dur. Abşeron RPİ-nin inzibati binasında otaqıarın birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxslərdən biri Təqsirləndirilən şəxs vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif olunmuşdur ki, “üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin”. Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sarı rəngli üzərində qara rəngli dəvə şəkli, “SPİÇKİ” sözü və xırda hərflərlə sözlər yazılmış kibrit qutusunu çıxararaq təqdim etmişdir. Həmin bir ədəd sarı rəngli üzərində qara rəngli dəvə şəkli, “SPİÇKİ” sözü və xırda hərflərlə sözlər yazılmış kibrit qutusunun içərisinə baxdıqda həmin kibrit qutusunun içərisində üç ədəd şəffav rəngli sellofana bükülmüş bükümlərdə tünd qəhvəyi rəngli maddələr, iki ədəd şəffav rəngli sellofana bükülmüş bükümlərdə isə ağ rəngli kristal formada maddələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd sarı rəngli üzərində qara rəngli dəvə şəkli, “SPİÇKİ” sözü və xırda hərflərlə sözlər yazılmış kibrit qutusunun içərisində olan üç ədəd şəffav rəngli sellofana bükülmüş bükümlərdə tünd qəhvəyi rəngli maddələr tiryək, iki ədəd şəffav rəngli sellofana bükülmüş bükümlərdə isə ağ rəngli kristal formada maddələr isə metanfetamindir, xx.xx.2019-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Alatava yaşayış massivində olarkən tanımadığı şəxsdən həmin narkotik vasitələrə 25 manat pul verib almış və özü ilə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivinə daşımışdır. Həmin narkotik vasitə olan tiryəkə oxşar kütlə və psixotrop maddə olan metafetamin təhqiqatçı tərəfindən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılaraq üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Şəxsi axtarış aparılması başa çatdıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzalamışlar. Həmin zərflərə və protokollara imza atmışdır. Bundan sonra həmin otaqda tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş dörd nəfər şəxsdən digər üç nəfər şəxs Şahid5, Şahid4 və Şahid3 üzərinə öz razılıqları ilə video çəkiliş vasitəsi ilə ayrı-ayrılıqda baxış keçirilməyə başlanmışdır. Şahid5, Şahid4 və Şahid3 üzərinə baxış keçirilməzdən əvvəl onlara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş sonra Şahid5, Şahid4 və Şahid3 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın predmetin olub-olmaması, əgər vardırsa təqdim etməyi təklif olunmuşdur. Şahid5, Şahid4 və Şahid3 bildirmişdir ki, onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya yoxdur. Bundan sonra Şahid5, Şahid4 və Şahid3 üzərinə ayrı-ayrılıqda baxış keçirilmişdir. Baxış zamanı Şahid5, Şahid4 və Şahid3 üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya predmet aşkar olunmamışdır. Sonra bununla bağlı təhqiqatçı tərəfindən baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və protokolu imzalarla təsdiq etmişlər. Sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, Şahid5, Şahid4 və Şahid3 izahatları alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, valideynləri ilə bir yerdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, yeni məhəllədə yerləşən fərdi evdə yaşayır. Təqsirləndirilən şəxs, Şahid4 və Şahid3 tanıyır. Elnur Bəxtiyarın əmisi oğludur. Elməddin, Elnur və Bəxtiyarla münasibətləri hər zaman yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. X3 tanımamışdır. Bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə Elnurun yaşadığı evinə qonaq getmişdir. Həmin vaxt Elnurun əmisi oğlu Bəxtiyarda orada olmuşlar. xx.xx.2019-cu il tarixdə gecə saatlarında dostları Elnur və Bəxtiyarla onu yaşadığı evinə ötürmək üçün Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 120-nin axırı deyilən yerə gəlib orada onunla gəzən zaman tanışı Elməddinlə rastlaşmışdır. Elməddinlə görüşüb ucadan söhbət edən zaman iki nəfər polis əməkdaşı onlar yaxınlaşaraq özlərini təqdim edib onları nizam-intizamlı olmağa dəvət etmişlər. Sonra polis əməkdaşları oraya yaxınlaşan post-patrul xidməti avtomobili ilə onları Abşeron rayon polis idarəsinə gətirmişlər. Abşeron rayon polis idarəsində otaqların birində təhqiqatçı tərəfindən ondan “üzərimdə qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə olmasını, əgər vardırsa təqdim etməyimi” soruşmuşlar. Polis əməkdaşlarına bildirmişdir ki, “mənim üzərimdə qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə yoxdur”. Sonra polis əməkdaşları onun öz razılığı ilə video çəkiliş vasitəsi ilə onun üzərinə baxış keçirmişlər. Baxış zamanı onun üzərindən qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Bununla bağlı təhqiqatçı tərəfindən baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və o, protokolu öz imzası ilə təsdiq etmişdir. Sonra polis əməkdaşlarından eşitmişdir ki, tanışı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış aparılan zaman Elməddinin üzərindən narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Bildirmişdir ki, nə onun nə də dostları Şahid4 və Şahid3 tanışı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasından xəbərləri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, valideynləri və ailəsi ilə bir yerdə Bakı şəhəri, Binəqədi rayonu, Güzdək yaşayış massivində yerləşən fərdi evdə yaşayır. Şahid5 və Şahid3 tanıyır, Vüsal onun dostu, Bəxtiyar isə əmisi oğludur. Vüsal və Bəxtiyarla münasibətləri hər zaman yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs, tanımır, Elməddin Vüsalın tanışıdır, Elməddini hadisə günü bircə dəfə görmüşdür. Elmədinlə heç bir münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. Bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə əmisi oğlu Bəxtiyar onun evinə qonaq gəlmişdir. Həmin vaxt dostu Vüsalda onun evində olmuşdur. xx.xx.2019-cu il tarixdə gecə saatlarında dostu Vüsalı və əmisi oğlu Bəxtiyarla birlikdə yaşadığı evinə yola salmaq üçün Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 120-nin axırı deyilən yerə gəlib orada gəzən zaman Vüsalın tanışı Elməddinlə rastlaşmışlar. Vüsal Elməddinlə görüşüb Elməddini onlara tanışı kimi təqdim edəndən sonra Elməddinlə ucadan söhbət edən zaman iki nəfər polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim edib bizi nizamintizamlı olmağa dəvət etmişlər. Sonra polis əməkdaşları oraya yaxınlaşan post-patrul xidməti avtomobili ilə onlar Abşeron rayon polis idarəsinə gətirmişlər. Abşeron rayon polis idarəsində otaqların birində təhqiqatçı tərəfindən ondan “üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə olmasını, əgər vardırsa təqdim etməsini” soruşmuşlar. Polis əməkdaşlarına bildirmişdir ki, “mənim üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə yoxdur”. Sonra polis əməkdaşları onun öz razılığı ilə video çəkiliş vasitəsi ilə onun üzərinə baxış keçirmişlər. Baxış zamanı onun üzərindən qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Bununla bağlı təhqiqatçı tərəfindən baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxundu və o, protokolu öz imzası ilə təsdiq etmişdir. Sonra polis əməkdaşlarından eşitmişdir ki, Vüsalın tanışı olan Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış aparılan zaman Elməddinin üzərindən narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 29110 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış maddi sübut..”əl yazıları olan zərfdəki 01 ədəd kibrit qutusunda yerləşdirilmiş 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.879qram, 0.891qram, 0.322qram, ümumi təmiz çəkisi 2.092 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.449 qram və 0.225 qram, ümumi təmiz çəkisi 0.674 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metafetamindir (qalıq 1,1992 qram - 0,01 qram tiryək, qalıq 0,614 qram – 0,06 qram metafetamin tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2628 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserində deydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Abşeron rayon polis idarəsinin xx.xx.2019-cu il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, sonuncunun əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində üç ədəd şəffav rəngli sellofana bükülmüş 3 ədəd bükümlərdə ayrı-ayrılıqda tünd qəhvəyi rəngli qətrana bənzər xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və iki ədəd şəffav rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış formada psixotrop maddə olan metafetamin polis əməkdaşları tərəfindən aşkar edilməsi müəyyən edilmişdir Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 109 manat 90 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1.992 qram narkotik vasitə olan tiryək və 0.614 qram psixatrop maddə metanfetamin məhv edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 109 manat 90 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 1.992 qram narkotik vasitə olan tiryək və 0.614 qram psixatrop maddə metanfetamin məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-243/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-243/2020
29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver