Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-243/2022 18.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X7 qanuni nümayəndəsi X2 və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhər 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, hazırda Müdafiə Nazirliyinin N saylı hərbi hissədə müddətli hərbi xidmətdə olan və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2003-cü il təvəllüdlü, yetkinlik yaşına çatmış Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək niyyəti ilə aşkar surətdə on altı yaşına çatmayan, xx xxxx 2007-ci il təvəllüdlü X11 ilə 07 iyun 2021 -ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri “Əhmədli” metrostansiyası yaxınlığında tanış olduqdan sonra onunla Bakı şəhəri, Xətai rayonu, “Neapol” dairəsi deyilən yerdəki parkda ağacların sıx olduğu yerə gəlib orada və 08 iyun 2021 -ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, İstiqlal küçəsi, 8-ci binanın 2-ci girişində 4-cü mərtəbədə yerləşən müvəqqəti yaşadığı mənzildə boynundan, sinəsindən öpməklə, cinsiyyət orqanını nümayiş etdirib arxa dəliyinə sürtüb, sonra isə arxa keçəcəyinə daxil edib, cinsi ehtirasını təmin etməklə seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2018-ci il tarixdə Türkiyə Respublikasının İzmir şəhərində yerləşən X6 qəbul olmuş və təhsilini qiyabi almışdır. xx.xx.2021-ci il tarixdə hərbi xidmət yaşına çatdığından Azərbaycan Respublikasına qayıtmış, yaşadığı Sabirabad rayonuna getmişdir. xx.xx.2021- ci il tarixdə gəzmək üçün Bakı şəhərinə gəlmiş və atasının dostu Ramil adlı şəxsin kirayədə qaldığı Xırdalan şəhərində yerləşən, lakin ünvanını bilmədiyi çoxmərtəbəli bina evində qalmışdır. xx.xx.2021-ci il tarixdə dostları ilə görüşmək üçün Əhmədli qəsəbəsinə getmiş, saat 23 radələrində dostlarından ayrılaraq Əhmədli metrostansiyasının girişində olduğu vaxt, sonradan adını öyrəndiyi Günel adlı qız ona yaxınlaşaraq bir gecəliyə qalması üçün ondan ev istədikdə ona Əhmədli ərazisində qalmadığını və elə bir ev tanımadığını demişdir. Günel ondan ayrılıb bir qədər kənara getmiş, həmin vaxt Günelə tanımadığı müxtəlif şəxslərin yaxınlaşdığını və ona sataşmaq istədiklərini gördükdə, Günelə əli ilə işarə edərək yanına çağırmış, ondan niyə qalmağa ev axtardığını soruşduqda Günel qaldığı Hövsan qəsəbəsindəki evdən qaçdığını, qalmağa yeri olmadığını demişdir. Günelə yaşadığı evə qayıtmaqda kömək etməsini dedikdə, o, evinə qayıtmaq istəmədiyini deyərək bir günlüyə ona gecələməsi üçün ev tapmağını xahiş etmişdir. Ondan adını və yaşını soruşduqda adının Günel, yaşının isə 14 olduğunu ona demişdir. Özünə məxsus mobil telefon ilə Günelə qohumlarına zəng edə biləcəyini təklif etmiş, lakin Günel heç kimə zəng etmək istəmədiyini demişdir. Sonra Günel ilə gəzə-gəzə Neapol dairəsi tərəfinə getmiş, oradakı binaların həyətində, heç kimin olmadığı yerdə oturacaqda oturduqda, Günel başını onun sinəsi üstə qoymuş, Günel ilə öpüşməyə başlamışdır. Təxminən 15 dəqiqədən sonra oradan Neapol dairəsinin yaxınlığına getmiş, orada qaranlıqda, ağacların sıx olduğu yerdə Günel ilə öpüşməyə başlamış, Güneli arxadan qucaqlamış, onun əynindəki şalvarını aşağı çəkib, cinsiyyət orqanını Günelin arxa anal dəliyi nahiyyəsinə sürtməyə başlamış, həmin vaxt sperması Günelin anal dəliyi nahiyyəsinə tökülmüşdür. Günelə qalmağa ev tapa bilmədiyi üçün onu saat 02 radələrində Xırdalan şəhərində qaldığı evə sifariş verdiyi “bolt” taksi ilə aparmışdir. Həmin vaxt evdə heç kim olmamışdır. Günel ilə birlikdə evə girmiş və hər ikisi soyunaraq yatağa uzanıb öpüşməyə başlamışlar. Günel üstünə çıxaraq qucağında oturmuş, cinsiyyət orqanını Günelin arxa dəlik nahiyyəsinə sürtməyə başlamış, sonra sperması Günelin arxa dəlik nahiyyəsinə tökülmüşdür. Lakin cinsiyyət orqanın Günelin arxa dəliyinə salmamışdır. Təxminən saat 07 radələrində onun xahişi ilə Günel həyətə getmiş, sonra birlikdə Günelin təklifi ilə Bayıl qəsəbəsinə getmiş və Xalça muzeyi istiqamətinə gəldikdə, Güneldən ayrılmışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X11 ifadəsində göstərdi ki, xx.xx.2007-ci ildə anadan olmuş, 237 nömrəli orta məktəbin 8-ci sinif şagirdidir. Anası Əfsanə onu Hövsan qəsəbəsində yaşayan rəfiqəsi Gülnaz xalanın evinə aparıb qoymuş və anası Apsana xx.xx.2021 -ci il tarixdə şəxsi işi ilə əlaqədar Türküyə Respublikasına getmişdir. xx.xx.2021-ci il tarixdə, günün ikinci yarısında evdə Gülnaz xalanın qızları ilə evi təmizləməyə görə aralarında söz mübahisələri olmuş, heç kimə demədən evdən çıxmış, evin yaxınlığında taksi ilə Əhmədli qəsəbəsinə, Əhmədli metrostansiyasının qarşısına getmişdir. Orada bir qədər gəzdikdən sonra hava qaralana yaxın qalmaq üçün özünə ev tapmaq qərarına gəlmişdir. Anasının tapşırığı ilə Gülnaz xala ondan telefonu almışdır. Orada tanımadığı şəxslərdən bir gecəlik qalmaq üçün ev soraqlaşmağa başlamışdır. Həmin vaxt metronun girəcəyində dayanmış, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs bir gecəlik qalmaq üçün ev olub-olmamasını soruşduqda, Tehran ona əvvəlcə ev tanımadığını bildirmişdir. Tehrandan aralanıb gedəndə Tehran onu arxadan çağırmış və dostuna zəng edib ona qalmağa ev tapacağını demişdir. Tehran kiməsə zəng edib danışdıqdan sonra ona ev olmadığını demişdir. Tehranın təklifi ilə onunla gəzməyə parka getmiş, saat 23 radələrində “Neapol” dairəsinin yaxınlığında Tehran onu ağacların sıx olduğu, heç kimin olmadığı yerə aparmış və ondan yaşını, harada yaşadığını, valideyinlərini soruşduqda, Tehrana 14 vaşı olduğnu, 7-ci sinifdə oxuduğunu demişdir. Oturacaqda Tehran onu qucaqlamış, üzündən, bədənindən öpmüş, əlləri ilə onun sinəsinə və bədəninin müxtəlif yerlərinə toxunmuşdur. Tehran onu ayağa qaldırmış, əynindəki şalvarını aşağı çəkdikdə Tehranın əlindən çıxıb kimisə çağırmaq istədikdə Tehran onun boynunun arxasından tutub sıxmış, Tehrandan ona toxunmamasını, onu buraxmasını xahiş etmişdir. Həmin vaxt Tehran onu çevirmiş, cinsiyyət orqanını onun arxa tərəfinə sürtmüş, onu arxa tərəfindən özünə tərəf sıxdıqda anidən anal dəliyi möhkəm ağrımışdır. Qışqırmaq istəyəndə Tehran onun ağzından tutub qışqırmağa imkan verməmişdir. Bir dəqiqə sonra Tehranın cinsiyyət orqanından gələn maye onun üstünə töküldükdən sonra, onu buraxmışdır. Sonra Terhran ilə oradan uzaqlaşmış, Tehran onu taksi ilə Xırdalan şəhərinə gətirmiş, bina evinin 8-ci mərtəbəsinə qalxmış otağa daxil olub, birlikdə yatağa uzanmışlar. Həmin vaxt saat 02-03 radələri olmuşdur. Tehran yenə onu qucaqlamış, yenə dodağından, sinəsindən və bədəninin müxtəlif yerlərindən öpməyə başlamış, əynindəki şalvarını və alt paltarını aşağı çəkmiş, onu üzü üstə uzandırmış və üstündə uzanaraq cinsiyyət orqanını onun arxa dəliyinə salmışdır. Tehran cinsiyyət orqanından gələn mayeni onun üstünə tökdükdən sonra sakitləşmişdir. Bundan sonra yatmış, saat 07 radələrində Tehran onu oyatmış və həyətə düşmüş, onu taksi ilə Bakı şəhər bülvarına aparmış, orada Tehran ona “nə sən məni tanıyırsan, nə də mən səni tanımıran demiş və ayrılmışlar. Məhkəmə baxışında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş anası X5 ifadəsində göstərmişdir ki, xx.xx.2007-ci il təvəllüdlü qızı X9 müvəqqəti qalması üçün Bakı şəhəri Hövsan qəsəbəsində yaşayan rəfiqəsi X4 evinə aparıb qoymuş, 17 may 2021-ci il tarixdə şəxsi işi ilə əlaqədar Türküyə Respublikasına getmişdir. 07 iyun 2021-ci il tarixdə günün ikinci yarısında rəfiqəsi Gülnaz ona zəng edərək Günelin evdən çıxıb getdiyin və evə qayıtmadığını, polisə gedib dediyini, lakin polisdə uşağın valideyinlərinin olmasını dediklərini ona bildirdikdə təcili olaraq bilet almış və 08 iyun 2021-ci il tarixdə səhər tezdən Türkiyədən Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində çatan zaman Bakı X3 DİN-nin 102 xidmətinə zəng edərək qızı Günelin evdən çıxması və itkin düşməsi barədə məlumat vermiş, bundan sonra 30-cu PB-nə gedib bu barədə məlumat vermişdir. Bundan sonra həmin tarixdə, saat 24 radələrində qızı Günelin tapılması barədə 30-cu Polis Bölməsindən ona məlumat verilmiş, buna görə həmin bölməyə getmişdir. Bölmədə qızı Günelin Səbail rayonu ərazisində tapıldığını bilmişdir. Bundan sonra Güneli yanında saxlamış, Günel 07 ivun 2021-ci il tarixdə günün ikinci yarısında Gülnazgildən çıxıb gəzmək üçün metronun Əhmədli stansiyasının yaxınlığına getdiyini, orada Tehran adl şəxslə tanış olduğunu, Tehranın onu aldadaraq əvvəlcə Bakı şəhərində istirahət parkına aparıb onunla əxlaqsız hərəkətlər etdiyini, sonra onu taksi ilə Xırdalan şəhərinə tanışının evinə apardığını, orada Tehranın ona qarşı nalayiq hərəkətlər etdiyini, onunla qeyri təbii yolla cinsi əlaqədə olduğunu, demişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, ona qanunla müəyyən edilmiş qaydada cəza verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 16 iyun 2021-ci il tarixli 305 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X7 bədən səthi üzərində o cümlədən cinsiyyət üzvlərində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilmədi. G.N.Rəhimovanın qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik qurluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. G.N.Rəhimovada arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. Qeyri - təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyyəsində xəsarət və ya xəsarət izi qalmırsa müddət haqqında fikir söyləmək mümkün deyil. İş materiallarında olan X10 Məhkəmə Psixiatrik və Psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2342 nömrəti ekspert rəyindən görünür ki, X8 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. X7 əqli və psixi inkişafının intelektual imkanlarının normaya uyğun olduğu, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavradığı, bu barədə düzgün məlumat verə biləcəyi, əhval-ruhiyyə fonunun bir norma səviyyəində olduğu müəyyən edilir. Hazırda hadisə ilə əlaqədar psixi-emosional vəziyyətində hər hansı bir dəyişiklik (stress, emosional gərginlik, nevrotik və depressiv hal və s.) aşkar olunmur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2022-ci il tarixdən hesablanmalıdir. İş materiallarından görünür ki, ibtidai istintaqın zamanı Təqsirləndirilən şəxs barəsində “Komandanlığın müşahidəsi altına vermə” haqqında qətimkan tədbiri seçilsə də, məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2022-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-243/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-243/2022
18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver