Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-244/2021 27.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1, qanuni nümayəndəsi X2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.2002-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Q.Qarayev küçəsi, dalan 6-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə və xx.xx.2003-cü ildə İmişli şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, işləməyən, İmişli rayonu, Məmmədli ərazi dairəsi, Əlyetməzli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan, barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə 25.03.2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev parkında piyada gəzdikləri zaman Zərərçəkmiş şəxs2 onlara yaxınlaşıb oğlu Şahid3la bir daha görüşməmələrini tələb etdikdə Zərərçəkmiş şəxs2 iradlarını cüzi səbəb gətirərək, özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq olunması ilə müşayət olunmaqla ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıq hörmətsizlik ifadə edərək, ciddi səbəb olmadan ictimai yer olan parkda insanların gözləri qarşısında sonuncunun ünvanına təhqiramiz ifadələr işlədib Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə birlikdə hücum edərək onu yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq fiziki ağrı yetirməklə bir qrup şəxs şəxs halında xuliqanlıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə 25.03.2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev parkında piyada gəzdikləri zaman Zərərçəkmiş şəxs2 onlara yaxınlaşıb oğlu Şahid3la bir daha görüşməmələrini tələb etdikdə Zərərçəkmiş şəxs2 iradlarını cüzi səbəb gətirərək, özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq olunması ilə müşayət olunmaqla ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıq hörmətsizlik ifadə edərək, ciddi səbəb olmadan ictimai yer olan parkda insanların gözləri qarşısında sonuncunun ünvanına təhqiramiz ifadələr işlədib Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə birlikdə hücum edərək onu yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq fiziki ağrı yetirmiş, həmin vaxtı parkda gəzişən Abşeron rayonu, Masazır kənd sakini Zərərçəkmiş şəxs1 yaxınlaşıb onların etdiyi xuliqanlıq hərəkətlərinə narazılığını bildirməklə Təqsirləndirilən şəxs2 itələyib onlarla əlbəyaxa olduqda o, Zərərçəkmiş şəxs1 qarşı fiziki zor tətbiq edərək üzərində gəzdirdiyi silah qismində istifadə olunan iti uclu və kənarlı bıçaqla heç bir ciddi səbəb olmadan sonuncunun döş nahiyəsinə bir dəfə zərbə endirib ona döş qəfəsin sol yarısının daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə bir qrup şəxs şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 25.03.2020-ci il tarixdə saat 19 radələrində dostu Ənvərlə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində H.Əliyev parkının yaxınlığında gəzdiyi zaman həmin parkın yaxınlığında mağazada işləyən həmyaşıdı Ramin adlı şəxs onlara yaxınlaşaraq bir gün əvvəl ona borc verdiyi 5 manat pulu qaytarmağı Nahiddən tələb etdikdə Raminin atası Ələkbər söhbəti eşitdiyi üçün onlara yaxınlaşmış və nə üçün oğlu Ramindən borc pul aldığını soruşmuşdur. Həmin vaxt Raminin valideyni Ələkbərə bildirmişdir ki, hazırda pulu yoxdur, sabah oğlu Raminə olan 5 manat borcu qaytaracaqdır. Bundan sonra Ələkbər oğlu ilə birlikdə onlardan aralaşıb işlədikləri mağazaya tərəf getmiş, dostu Ənvərlə gəzmək üçün parka getmiş, həmin vaxt dostu Ənvərin tanıdığı bir nəfər də onlara yaxınlaşıb onlarla söhbət etməyə başlamış, bir neçə dəqiqədən sonra Raminin valideyni Ələkbər parka tərəf gələrək əli ilə onları çağırmış və onlara yaxınlaşıb ünvanlarına nalayiq söyüş söyərək oğlu Ramindən aralı durmağı tələb etmişdir. Ələkbər onların ünvanına nalayiq söyüşlər söydüyünə görə hər üçü, yəni Ənvər, onun tanıdığı oğlan və o, Ələkbəri döyməyə başlamışdır. Həmin vaxt ətrafa toplaşan xeyli sayda şəxslər onları aralamağa çalışmış, həmçinin həmin vaxt onları aralaşdıran şəxslərdən biri dostu Nahidi və onu vurmağa çalışmış, buna görə də Nahid onları aralaşdırmağa gələn və tanımadığı həmin şəxsin bu hərəkətlərinə bərk əsəbləşdiyi üçün şalvarının arxa cibinə qoyaraq üzərində gəzdirdiyi qatlanan tipli bıçağı çıxarıb onun qarın nahiyyəsinə bir dəfə dəfə vurmuş, sonra isə ətrafa toplaşan şəxslər onları aralaşdırmış və həmin yerdən çıxıb getmişlər. Sonda əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 25.03.2020-ci il tarixdə saat 19 radələrində dostu Ənvərlə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində H.Əliyev parkının yaxınlığında gəzdiyi zaman həmin parkın yaxınlığında mağazada işləyən həmyaşlı Ramin adlı şəxs onlara yaxınlaşaraq bir gün əvvəl ona borc verdiyi 5 manat pulu qaytarmasını bildirmiş, onun bu sözlərini atası Ələkbər eşitdiyi üçün onlara yaxınlaşmış və nə üçün oğlu Ramindən borc pul aldığını soruşmuşdur. Həmin vaxt o, Raminin valideyni Ələkbərə bildirmişdir ki, hazırda pulu yoxdu, sabah oğlu Raminə olan 5 manat borcunu qaytaracaqdır. Bundan sonra Ələkbər oğlu ilə birlikdə onlardan aralaşıb işlədikləri mağazaya tərəf getmiş, sonra dostu Ənvərlə gəzmək üçün parka getmişdir. Həmin vaxt dostu Ənvərin tanıdığı bir nəfər də onlara yaxınlaşıb onlarla söhbət etməyə başlamış, bir neçə dəqiqədən sonra Raminin valideyni Ələkbər parka tərəf gələrək əli ilə onları çağırmış və onlara yaxınlaşıb ünvanlarına nalayiq söyüş söyərək oğlu Ramindən aralı daymanmaqlarını bildirmiş və onların ünvanına nalayiq söyüşlər söydüyünə görə hər üçü, yəni Ənvər, onun tanıdığı oğlan və o, Ələkbəri döyməyə başlamışlar. Həmin vaxt ətraflarına toplaşan xeyli sayda şəxslər onları aralamağa çalışmış, həmçinin həmin vaxt onları aralaşdıran şəxslərdən biri dostu Ənvəri və onu vurmağa çalışmış, ona görə də onları aralaşdırmağa gələn və tanımadığı həmin şəxsin bu hərəkətlərinə bərk əsəbləşdiyi üçün şalvarının arxa cibinə qoyaraq üzərində gəzdirdiyi qatlanan tipli bıçağı çıxarıb onun qarın nahiyyəsinə bir dəfə vurmuş, sonra isə ətrafına toplaşan şəxslər onları aralaşdırmış və onlar həmin yerdən çıxıb getmişlər. Əlavə olaraq göstərmişdir ki, dava-dalaş zamanı onları aralaşdıran şəxslərdən biri, yəni hazırda adını bildiyi Zərərçəkmiş şəxs1 dostu Ənvəri və onu vurmağa çalışmış, Qadirin bu hərəkətlərinə bərk əsəbləşdiyi üçün şalvarının arxa cibinə qoyaraq üzərində gəzdirdiyi qatlanan tipli bıçağı çıxarıb sonuncunun qarın nahiyyəsinə bir dəfə vurmuşdur. Onun məqsədi Qadiri öldürmək olmamış, sadəcə olaraq Qadir Ələkbərə kömək edərək Ənvərlə onu vurmaq istədiyi üçün bərk əsəbləşib bıçaq xəsarəti yetirmişdir. Həmin bıçağı hadisədən bir neçə ay öncə tapmış və arabir üzərində gəzdirmiş, bıçaq qatlanan tipli olmuş, hadisədən sonra həmin bıçağı Xırdalan şəhərində fikrində qalmayan bir yerə tulladığı üçün onu hazlırda istintaqa təqdim edə bilmir. Dava-dalaş Xırdalan şəhərində, H.Əliyev parkının “aşağı qapısı adlanan yerin yaxınlığında baş verdiyindən ətrafa təxminən 10-15 nəfər tanımadığı şəxslər toplaşmışdır. Sonda əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 oğlunun ifadəsindən görünür ki, 25.03.2020-ci il tarixdə saat 17 radələrində qonşuluğunda yaşayan dostu Şahid2 ilə birlikdə onun “Pidbul” cinsli itini Xırdalan şəhərində parkda gəzdirməyə aparmış, onlar birlikdə parkda təxminən 2 saat gəzdikdən sonra evə getmək üçün parkın aşağı qapısı adlanan yerdən yola, yəni Qalubiyyə küçəsinə çıxmışlar. Bu zaman yolda 3 nəfər cavan oğlanın bir nəfər orta yaşlı kişi ilə mübahisə edərək onu döydüklərini görmüş, onlara yaxınlaşaraq həmin 17-18 yaşlı cavan oğlanlara “evdə böyüyünüz yoxdurmu, yaşlı adamı niyə döyürsünüz, böyüyə niyə hörmət etmirsiz?” deyərək iradını bildirmiş və onlardan birini döydükləri həmin orta yaş kişidən aralaşdırmağa çalışmışdır. Bu zaman qalan 2 nəfər şəxs onunla mübahisə etməyə və dalaşmağa başlamış, həmin vaxt tanımadığı əlavə 2-3 nəfər şəxs də həmin 2 nəfər şəxsə kömək edərək təxminən 4-5 dəqiqə onunla dalaşmışlar Sonra ətrafdan bir neçə nəfər yaxınlaşaraq onları aralamış, bundan sonra Əmrahla həmin yerdən uzaqlaşıb getmiş, bir qədər getdikdən sonra dava-dalaş zamanı bıçaqla vurulduğunu bilmiş, belə ki, döş qəfəsindən qan axdığını, bədəninin istiləşdiyini və paltarının qan olduğunu hiss etdikdə dava-dalaş zamanı həmin şəxslərdən birinin onu bıçaqla vurduqlarını bilmiş, onlar təxminən 200 metr getdikdən sonra o, dava-dalaş zamanı həmin şəxslərdən birinin onu bıçaqla vurduğunu dostu Əmraha demiş və bıçaqla yaralandığı yerini Əmraha göstərmişdir. Bundan sonra Əmrah ona həkimə getməyi bildirəndə ona valideynlərinin bilməməsi üçün xəstəxanaya, həmçinin evə getmək istəmədiyini bildirmiş, sonra onlar piyada Masazır qəsəbəsinə, yaşadığı evə doğru getmişlər. Həmin vaxt yarasından qan axdığına və üst-başı qan içində olduğuna görə onun xahişi ilə Əmrah yaşadığı evdən ona dəyişmək üçün bir köynək gətirmiş, sonra o, onlarla eyni məhəllədə yaşayan Amil adlı dostuna zəng edib harda olduğunu soruşmuş, Amil evdə olduğunu bildirəndə ona küçəyə çıxmağı söyləmiş, Amil küçəyə çıxdıqdan sonra baş vermiş hadisə barədə ona danışmış və əynindəki qış gödəkçəsini dəyişmək üçün ona vermişdir. Sonra hər üçü Xırdalan dairəsinə gedərək aptekdən qan axmanın qarşısını alan bir dərman alıb dostu Amilin dayısı gilə getmiş, lakin o həmin dərmandan istifadə edə bilməmiş, sonra o qanın kəsmədiyini görüb xəstəxanaya getməsinə və ailə üzvlərinə xəbər etmələrinə razılıq vermiş, ona görə də Amil və Əmrah ailə üzvlərinə xəbər etmişlər. Sonda təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir Zərərçəkən şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq iclasda iştirak edə bilməyəcəyini və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, 25.03.2020-ci il tarixdə saat 19 radələrində işlədiyi mağazadan bayıra çıxan zaman bir qədər aralıda 2003-cü il təvəllüdlü oğlu Şahid3la 2 nəfər şəxsin mübahisə etdiklərini görmüş, o, dərhal onlara yaxınlaşıb aralarındakı mübahisənin səbəbini soruşmuş, lakin həmin şəxslər Raminlə mübahisə etmələrinin səbəbini deməmiş, həmin vaxt Ramin də ona bir söz deməmişdir. Bundan sonra o Raminlə mağazaya qayıtmış, mağazada bir daha Ramindən həmin şəxslərin onunla mübahisə etmələrinin səbəbini soruşduqda, Ramin yenə də ona bu barədə bir söz deməmiş, bundan sonra o mağazadan çıxıb ətrafa baxanda təxmini yaşları 17-18 olan həmin 2 nəfər şəxsin parkın yaxınlığında gəzişdiklərini görmüş, ona görə də onlara yaxınlaşıb Ramindən kənar durmalarını bildirmiş, bu zaman həmin şəxslər ona qarşı aqressivlik edərək heç bir səbəb olmadan onunla mübahisə etməyə, ona qarşı nalayiq sözlər deməyə başlamışlar. O, həmin vaxtı avtomobil yolunun kənarına yaxınlaşmış, bu vaxtı həmin şəxslər gözləmədiyi anda ona əl-qol atıb vurmağa başlamışlar. Bu zaman ətrafa bir neçə adam toplaşaraq ona qarşı əl-qol atdıqlarına görə həmin şəxsləri qınayaraq sakitləşdirmək istəmişlər. Lakin onların hər üçü onu təpiklə və yumuruqla vurduqları üçün o, avtomobillərin hərəkət yoluna yıxılmışdır.Həmçinin həmin vaxt tanımadığı şəxslər onu vurmağa çalışan həmin 2 nəfərə iradını bildirəndə onlar ətrafdakı şəxslərlə də mübahisə etməyə başlamışlar. Bundan sonra ətrafdakı şəxslərin köməkliyi ilə mübahisə və dava-dalaş sakitləşdirilmiş və o, aralaşıb mağazaya getmişdir. Ertəsi gün işlədiyi mağazaya polis əməkdaşları gələrək onu Abşeron rayon polis idarəsinə dəvət edən zaman məlum olmuşdur ki, həmin vaxt aralarındakı mübahisə sakitləşdikdən sonra həmin 2 nəfər şəxslə tanımadığı bir nəfər şəxs arasında mübahisə yenidən davam etmiş, aralarında dava-dalaş düşmüş, bu zaman onu vurmağa çalışan həmin 2 nəfər şəxsdən biri onlara iradını bildirən şəxslərdən birini bıçaqla vurmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, bəzi vaxtlarda Abşeron rayonu, Xırdalan şəhərində H.Əliyev parkının aşağı qapı adlanan tərəfində ərzaq mağazasında işləyən atası Zərərçəkmiş şəxs2 köməklik edir. 25.03.2020-ci il tarixdə saat 18:50 radələrində mağazanın yaxınlığında olduğu zaman mağazada bir neçə dəfə müştəri olmuş Ənvər və Nahid adlı şəxslər ona yaxınlaşaraq ondan borc pul istəmişlər. Bu zaman atası Zərərçəkmiş şəxs2 onlara yaxınlaşaraq nə məsələ olduğunu soruşmuş, həmin vaxt nə o, nə də ki, Ənvər və Nahid aralarında nə söhbət olduğunu atasına deməmişlər. Bundan sonra atası Ələkbər hər üçünə əsəbləşmiş və ona mağazaya qayıtmağı bildirib özü də onunla birlikdə mağazaya qayıtmışdır. Mağazada atası ondan aralarında nə söhbətin olduğunu soruşduqda o, həmin Ənvər və Nahidin ondan borc pul istədiklərini bildirmiş, bundan sonra atası mağazadan bayıra çıxdıqda Ənvərin və Nahidin mağazadan bir qədər aralıda olduqlarını gördüyü üçün onlara tərəf getmiş, o isə həmin vaxt mağazada qalmışdır. Təxminən 15-20 dəqiqədən sonra atası Ələkbər mağazaya qayıtmış, lakin Ənvər və Nahidlə aralarında nə söhbət etdiyi haqda ona heç bir söz deməmişdir. Ertəsi gün polis əməkdaşları onu və atası Ələkbəri polis idarəsinə dəvət etdikləri zaman ona məlum olmuşdur ki, atası həmin vaxt Ənvər və Nahidə yaxınlaşıb ondan uzaq durmalarını tələb etdiyinə görə Ənvər və Nahid atası ilə mübahisə edib atasını döyməyə başlamışlar. Həmçinin həmin vaxt kənardan həmin dava-dalaşa müdaxilə edib onları aralaşdıran şəxslərdən biri Ənvər, yaxud da Nahid adlı şəxslərdən biri tərəfindən bıçaqla vurulmuşdur. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 oğlunun ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 birlikdə hərbi xidmətdə olmağı səbəbindən və yaşadığı evdən 1 küçə aralıda yaşamağı səbəbindən tanımış, ona görə də Qadirlə aralarında dostluq münasibətləri yaranmışdır. 25.03.2020-ci il tarixdə saat 20:30 radələrində evdə olduğu zaman Qadir onun mobil nömrəsinə zəng edib harda olduğunu soruşmuş, ona evdə olduğunu söylədikdən sonra küçəyə çıxmasını xahiş etmiş, o, küçəyə çıxdıqda Qadirin üst başının qan olduğunu görmüş, soruşanda Qadir ona tanımadığı şəxslərlə dalaşdığını və həmin şəxslərdən birinin onu bıçaqla vurduğunu söyləmiş, həmçinin əynindəki qış gödəkçəsini dəyişmək üçün ondan gödəkçə istəmiş, o, evdən Qadirə bir gödəkçə gətirmiş, sonra hər üçü Xırdalan dairəsinə gedərək aptekdən qan axmanın qarşısını alan dərman alıb Masazır qəsəbəsində yaşayan dayı Məzahirgilə getmiş ki, aptekdən aldığı dərmanla yarasının qanını kəssin. Lakin Qadir həmin dərmandan istifadə edə bilməmiş, Qadir onların təkidi ilə onu xəstəxanaya aparılmasına razılıq vermiş, həmçinin dayısı Məzahir də təcili Qadirin ailə üzvlərinə xəbər verməyi bildirmiş, sonra onlar Qadirin ailə üzvlərinə xəbər etmişlər. Bir qədər sonra Qadirin 2 nəfər qohumu Masazır qəsəbəsində olduğu yerə gələrək Qadiri xəstəxanaya aparmış, o da Əmrahla evə qayıtmışdır. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 oğlunun ifadəsindən görünür ki, 25.03.2020-ci il tarixdə saat 16 radələrində qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs1 ilə birlikdə onun “Pidbul” cinsli itini Xırdalan şəhərində parkda gəzdirməyə aparmış, onlar birlikdə parkda təxminən 2-3 saat gəzdikdən sonra evə getmək üçün parkın aşağı qapısı adlanan yerdən yola çıxmış, bu zaman yolda 2 nəfər cavan oğlanın 1 nəfər orta yaş kişi ilə mübahisə edə-edə onu döydüyünü görmüş, bu zaman Qadir onlara yaxınlaşaraq həmin 17-18 yaşlı cavan oğlanlara “evdə böyüyünüz yoxdurmu, yaşlı adamı niyə döyürsünüz?” deyərək onlara öz iradını bildirmiş, bu zaman həmin 2 nəfər şəxs döydükləri kişidən aralaşıb Qadirlə mübahisə etməyə və dalaşmağa başlamışlar. Həmin vaxt o, yanındakı “Pidbul” cinsli itin boynundan asılmış xaltadan tutub saxladığına görə onlara yaxınlaşa bilməmiş və onlara qışqıraraq sakitləşmələrini bildirmiş, Qadirlə həmin 2 nəfər şəxs təxminən 4-5 dəqiqə birbirilərinə yumruq və təpiklə vurduqdan sonra ətrafdan bir neçə nəfər yaxınlaşaraq onları aralamış, bundan sonra Qadirlə həmin yerdən uzaqlaşıb getmişlər. Onlar təxminən 200- 300 metr getdikdən sonra Qadir dava-dalaş zamanı həmin 2 nəfərdən birinin onu bıçaqla vurduğunu söyləmiş, o, Qadirin döş nahiyyəsinə baxdıqda həqiqətən də döş qəfəsində bıçaq yarası və az-az qan axdığını görmüş, sonra Qadirə həkimə getməyi bildirdikdə sonuncu ona valideynlərinin bilməməsi üçün xəstəxanaya, həmçinin evə getmək istəmədiyini bildirmişdir. Bundan sonra onlar piyada Masazır qəsəbəsinə, yaşadığı evə doğru getmiş, o, Qadirin istəyi ilə yaşadığı evdən köynəklərindən birini götürüb Qadirə vermiş, Qadir köynəyini dəyişdikdən sonra mobil telefonu ilə onun məhəllədə yaşayan Amil adlı dostuna zəng edib harda olduğunu soruşmuş, Amil də evdə olduğunu bildirdikdə Qadir ona küçəyə çıxmağı söyləmiş, Amil küçəyə çıxdıqdan sonra Qadir baş vermiş hadisə barədə ona danışmış və əynindəki qış gödəkçəsini dəyişmək üçün Amildən gödəkçə istəmişdir. Amil evdən Qadirə bir gödəkçə gətirmiş, Qadir əynindəki qanlı gödəkçəni çıxarıb Amilin verdiyi gödəkçəni geyinmiş, sonra hər üçü Xırdalan dairəsinə gedərək aptekdən qan axmanın qarşısını alan dərman alsalar da, Qadir həmin dərmandan istifadə edə bilməmiş, sonra Qadir qanın kəsmədiyini görüb onu xəstəxanaya aparmasına razılıq vermiş, ona görə də onlar Qadirin ailə üzvlərinə xəbər etmiş, bir qədər sonra Qadirin dayısı və qonşusu Masazır qəsəbəsində olduğu yerə gələrək Qadiri xəstəxanaya aparmış, o isə Amil ilə birlikdə evə qayıtmışlar. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-təcrübi və Tədris Birliyinin məhkəmə-tibbi ekspertizasının 30 mart 2020-ci il tarixli 636 saylı rəyində qeyd olunmuşdur ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – döş qəfəsin sol yarısının daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası iti deşici-kəsici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 25.03.2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlmlığa yüngül zərər vurmaya aiddir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-təcrübi və Tədris Birliyinin məhkəmə-tibbi ekspertizasının 04 aprel 2020-ci il tarixli 651 saylı rəyində qeyd olunmuşdur ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və onun izi aşkar edilməmişdir. İş üzrə Təhlükəsiz Şəhər Xidmətinin ATŞ 022 nömrəli kameralarının 25.03.2020-ci il tarixli saat 19:00-dan 19:10-dək olan müddətdəki videogörüntülərin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd CD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqda həmin CD diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, görüntünün 00:45 saniyəsində iki nəfər şəxs itlə parkda gəzişir. Görüntünün 00:52 saniyəsində bir nəfər şəxs avtomobil yolunu iti addımlarla soldan sağa doğru keçir və parkın qarşısında gəzişən 3 nəfər şəxsə yaxınlaşır və mübahisə edir. Görüntünün 01:11 saniyəsində həmin şəxs mübahisə etdiyi 3 nəfər şəxsdən ayrılaraq geri avtomobil yoluna tərəf qayıdır. Görüntünün 01:18 saniyəsində 3 nəfər şəxsdən biri avtomobil yoluna tərəf iti addımla gəlib həmin şəxsə çatır. Görüntünün 01:21 saniyəsində həmin avtomobil yoluna tərəf çatan şəxs arxaya çevrildikdə həmin 3 nəfər şəxs əlbəyaxa olur və ardıcıl olaraq onu yumruq və təpiklə döyməyə başlayırlar. Görüntünün 01:25 saniyəsində qırmızı köynəkli şəxs digər 2 nəfər şəxslə köməkləşib onunla mübahisə edən həmin şəxsi ardıcıl təpiklə vuraraq avtomobil yoluna yıxırlar, həmin şəxs yerə asfaltın üstünə yıxılan anda avtomobil yolu ilə hərəkətdə olan dövlət nömrə nişanı fiksə edilməyən Hunday markalı avtomobilin hərəkət yoluna düşür və həmin avtomobilin hərəkəti məhdudlaşdığından dayanır, eyni ilə həmin anda avtomobil yolunda hərəkətdə olman digər avtomobillər də hərəkətlərini saxlayır və avtomobil yolunda hərəkət sıxlığı yaranır. Görüntünün 01:18 saniyəsində qırmızı köynəkli şəxs yerə yıxılmış vəziyyətdə həmin şəxsə sonuncu dəfə təpiklə vuraraq geri dönüb parkın içinə doğru qaçır. Görüntünün 01:25 saniyəsindən 03:59 saniyəsinədək olan müddət ərzində ani anda parkın içində olan bir nəfər şəxs qaçaraq qırmızı rəngli oğlana çatır və onunla əlbəyaxa olub tutaşır, həmin anda yaranmış münaqişələrə ətrafdan keçən çoxlu sayda insan toplaşaraq müşahidə edir. Həmin vaxtı parkda dava dalaşı müşahidə edən şəxslər qırmızı rəngli köynəklə onunla tutaşan şəxsi şəxsi bir-birindən ayırmağa çalışır. Tərəəkləri bir-birindən ayırdıqdan sonra qırmızı rəngli köynrəkdə olan şəxs onunla tutaşdığı şəxsə ani olaraq hücum edib əlindəki əşya ilə sonuncunun döş nahiyəsində bir dəfə zərbə vurur və kənara çəkilir. Bundan sonra münaqişə ətrafda toplaşan şəxslərin köməkliyi ilə sakitləşir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirlilikləri özlərinin tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından vəəməlin Cinayət Məcəlləsinin 15-ci maddəsiilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini, yəni cinayətlərin qəsdən törədilməsini, ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxslərin şəxsiyyəti, təyin ediləcək cəzanın onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan 04.11.2020-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işi materiallarında olan İmişli RİHB-nin Məmmədli kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Musa X3 rayonu, Əlyetməzli kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs1 cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, bir daha belə hallara yol verməyəcəyi barədə söz verərək əməlindən səmimi olaraq peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan 04.11.2020-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işi materiallarında olan 3 saylı MTİİTS tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Xırdalan şəhəri, Q.Qarayev küçəsində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməli yetkinlik yaşına çatmayan dövrdə törətməsini, cinayəti səmimi etiraf etməsini, bir daha belə hallara yol verməyəcəyi barədə söz verərək əməlindən səmimi olaraq peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarından görünür ki, 27.10.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 oğlu, Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2 və 221.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarından görünür ki, 29.10.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onlara müvafiq olaraq həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan olunaraq, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilərək saxlandığı Abşeron rayon Pİ-nin MSY-dən azad edilmiş, Təqsirləndirilən şəxs2 barəsində isə həbs qətimkan tədbiri seçilməsi haqqında qaldırılmış vəsatət Abşeron rayon Prokuroru tərəfindən təmin edilməmiş və Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsinə dair qərar qəbul olunduğundan, həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlandığı Abşeron rayon Pİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə 27.10.2020-ci il tarixdən 29.10.2020-ci il tarixədək tutma altında saxlanıldıqları 02 gün müddət onlara təyin olunacaq cəzaya hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 əməli yetkinlik yaşına çatmayan dövrdə törətməsini, cinayət əməlini etiraf etməsini, cinayətlərin xarakterini, yəni bu cinayətlərin az ağır cinayətlərə aid olmasını, onların ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, cəzasını ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların isə olmasını, onun şəxsiyyətini, yəni səmimi peşmançılığını, həmçinin cəzanın onun islah olunması perspektivlərinə və gələcək həyatına təsirini nəzərə alaraq hesab edir ki, onun hazırda cəza çəkmədən islah olunması mümkün olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən həmin cəza şərti olaraq tətbiq edilməli və ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti verilməli, üzərinə onun islah olunmasına xidmət edəcək müvafiq vəzifələr qoyulmalı və həmin vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsi müvafiq ərazi üzrə Probasiya xidmətinə həvalə edilməlidir. Digər Təqsirləndirilən şəxs2 da törətdiyi cinayət əməlini məhkəmədə etiraf etməsini, cinayətlərin xarakterini, yəni bu cinayətlərin az ağır cinayətlərə aid olmasını, onların ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, cəzasını ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların isə olmasını, onun şəxsiyyətini, yəni səmimi peşmançılığını, həmçinin cəzanın onun islah olunması perspektivlərinə və gələcək həyatına təsirini nəzərə alaraq hesab edir ki, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, üzərinə onun islah olunmasına xidmət edəcək müvafiq vəzifələr qoyulmalı və həmin vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsi müvafiq ərazi üzrə Probasiya xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutma altında 02 (iki) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutma altında 02 (iki) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, ümumilikdə 02 (iki) gün müddət hazırki hökmdə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası şərti olaraq təyin edildiyinə görə onun barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyinə görə onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təhlükəsiz Şəhər Xidmətinin ATŞ 022 nömrəli kameralarının 25.03.2020-ci il tarixli saat 19:00-dan 19:10-dək olan müddətdəki videogörüntülərin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Hökmün icrası təqsirləndirilən şəxslərin yaşadığı yer üzrə Abşeron rayon İcra və probasiya şöbəsinə və Abşeron Rayon Polis İdarəsinə həvalə edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 (dörd yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 (üç yüz altmış) manat məbləğində pul, digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 (dörd yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 (üç yüz altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutma altında 02 (iki) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, ümumilikdə 02 (iki) gün müddət hazırki hökmdə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs1 qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə ona şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulsun . Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsi onun yaşadığı yer üzrə Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutma altında 02 (iki) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 04 (dörd) gün müddət hazırki hökmdə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsi onun qeydiyyatda olduğu Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təhlükəsiz Şəhər Xidmətinin ATŞ 022 nömrəli kameralarının 25.03.2020-ci il tarixli saat 19:00-dan 19:10-dək olan müddətdəki videogörüntülərin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Hökmün icrası təqsirləndirilən şəxslərin yaşadığı yer üzrə Abşeron rayon İcra və probasiya şöbəsinə və Abşeron Rayon Polis İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 (dörd yüz iyirmi) manat məbləğində, digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 (dörd yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-244/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-244/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver