Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-244/2022 06.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı il Rusiya Federasiyası, Sankt- Peterburq şəhərində anadan olmuş, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Sumqayıt şəhər X2 fərdi nömrəsiz evdə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17.02.2022-ci il tarixdə, saat 01 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, bağlar massivində yerləşən gündəlik kirayə verilən evdə, icazəsiz onun çarpayısında yatmasına irad bildirdiyinə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyyəsindən bir dəfə yumruqla qəsdən vuraraq, ona sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz orbitasının hematoması, sağ gözaltı və sağ gözün bayır bucağını əhatə edən sahənin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, burunun qançırından ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edərək, ifadəsində göstərmişdir ki, maşın yuma məntəqəsində işləməklə dolanışığını təmin edir. Bu səbəbdən də Ceyranbatan qəsəbəsi, bağlar massivində gündəlik kirayə verilən evlərdə bir neçə nəfərlə birlikdə yaşayır. Şikayətçi Zərərçəkmiş şəxs da həmin evdən tanımış və aralarında hər hansı bir mübahisə və narazılıq olmamışdır. 17.02.2022-ci il tarixdə, saat 00:30 radələrində uzanmışdır. Bir qədər sonra İlkin də oraya gələrək nə üçün onun yerində uzandığını soruşmuş, o isə bir qədər əvvəl başqa bir şəxsin orada yatdığını və həmin şəxsin vətən müharibəsi iştirakçısı olduğunu demişdir. Lakin İlkin onun bu sözünə kobud tərzdə cavab verdiyindən o, vətən müharibəsi iştirakçılarına hər kəsin borclu olduğunu bildirmişdir. Bu mövzuda davam edən söhbət zamanı onlar arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı o, İlkinin sifət nahiyəsinə bir dəfə yumruqla zərbə vurmuşdur. Zərbədən sonra o, İlkinə köməklik göstərsə də sonuncu onun barəsində şikayət edəcəyini bildirdiyindən o, oradan çıxıb getmişdir. Sonradan polis əməkdaşları onun iş yerinə yaxınlaşaraq barəsində şikayət olduğunu bildirdiklərindən o, həmin əməkdaşlarla birlikdə Saray polis bölməsinə getmişdir. Sözügedən hadisə 5-6 dəqiqə davam etmiş, həmin vaxt orada tanışı Şahid başqa heç kimin olmamışdır. Zərərçəkmiş şəxslə barışıq əldə edə bilməmişdir.Törətdiyi əməldən peşmançılıq çəkir. Zərərşəmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclaslarının yeri və vaxtı barəsində məlumat verilsə də məhkəmə iclaslarına gəlmədiyindən 01.04.2022-ci il tarixdə barəsində məcburi gətirilmə verilmiş, Abşeron Rayon Polis İdarəsinin 383-6180-1222 saylı məktubuna əsasən məcburi gətirilmənin təmin edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, fəhləlik etməklə dolanışığını təmin edir. Bu səbəbdən də Ceyranbatan qəsəbəsi, bağlar massivində gündəlik kirayə verilən evlərdə bir neçə nəfərlə birlikdə yaşayır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs da həmin evdən tanımış və aralarında hər hansı bir mübahisə və ya münaqişə olmamışdır. 17.02.2022-ci il tarixdə, saat 01 radələrində kirayədə yaşadığı evə gedən zaman onun çarpayısının dağınıq halda olduğunu görmüş və Şahinin orada yatdığını güman edərək sonuncudan nə üçün onun yerində yatdığını soruşmuşdur. Şahin isə ona kobud tərzdə cavab qaytararaq orada başqa bir şəxsin yatdığını və həmin şəxsin qazi olduğunu və buna görə də həmin şəxsə söz deməyə heç kimin ixtiyarı olmadığını demişdir. O isə öz növbəsində yerində yatmış insanın ən azı ondan icazə almasını istədiyini bildirmişdir. Bu sözünə görə Şahin ona irad bildirərək üzərinə gəlmiş və sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt Şahinin otağa daxil olan dostu İrşad dərhal araya girərək onları ayırmışdır. Bundan sonra o, şikayət edəcəyini bildirmiş, bunu eşidən Şahin isə oradan qaçıb getmişdir. Məlum hadisə 4-5 dəqiqə davam etmiş və həmin vaxt orada adlarını ifadəsində göstərdiyi şəxslərdən başqa heç kimin olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 17.02.2022-ci il tarixdə təxminən saat 01 radələrində tanışı Şahini yatmağa yeri olmadığı üçün özü ilə birlikdə gündəlik kirayədə qaldığı evə gətirmiş və həmin vaxt Şahin onunla eyni otaqda qalan Zərərçəkmiş şəxs çarpayısında yatmışdır. Bir qədər sonra isə İlkin sərxoş vəziyyətdə oraya gələrək yerində yatması ilə bağlı Şahinə irad bildirmiş və mübahisə etməyə başlamışdır. Yaranmış mübahisə zamanı isə Şahin İlkinin sifət nahiyəsinə bir dəfə yumruq vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt o, dərhal araya girərək onları ayırıb sakitləşdirmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 26.02.2022-ci il tarixli 343 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz orbitasının hematoması, sağ gözaltı və sağ gözün bayır bucağını əhatə edən sahənin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, burunun qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər; müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə yəni 17.02.2022-ci il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissəsinin (əl, yumruq və sair) təsirindən yarana bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 02.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 14.03.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin 20.05.2016-cı il tarixli Aministiya haqqında qərarına əsasən təyin edilmiş cəzadan azad edilmişdir. Şahid poçt vasitəsi ilə teleqram vuraraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı əməlindən səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 14.03.2014-cü il tarixli hökmündən yaranan məhkumluğu ödənilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cinayət törədildikdən sonrakı davranışını, onun cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat miqdarında cərimə edilsin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-244/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-244/2022
06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver