Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-244/2023 10.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 33b ünvanında qeydiyyatda olan, ünvan 2da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə usta kimi sosial şəbəkədə verdiyi elana əsasən tanış olduğu Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, “Atyalı” yaşayış massivində yerləşən evinə gəlib sonuncu ilə danışıb həyətinə çardaq düzəldəcəyinə yalandan vəd verib onu inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs 24 aprel 2022-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, “Atyalı” yaşayış massivində yerləşən evində 3500 manat nağd pulunu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs 3500 (üç min beş yüz) manat məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olub ailəsinin dolanışığın təmin etmiş, elan saytlarında fərdi yaşayış evləri üçün çardaqların quraşdırılması ilə bağlı elanlar yerləşdirmişdir. Ona müraciət etmiş müştərilərin evlərinə gedib həmin evə çardaq düzəltmək məqsədi ilə baxış keçirtmiş, Zərərçəkmiş şəxs da ona müraciət edən müştəri kimi tanımışdır. Onunla hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Sahib bildirmişdir ki, Zərərçəkmiş şəxs qardaşı 2022-ci ilin təxminən aprel ayının ikinci ongünlüyündə onunla əlaqə saxlayıb yaşadıqları Abşeron rayonu, “Atyalı” yaşayış massivində yerləşən evin həyəti üçün çardaq düzəltdirmək istədiyini bildirmişdir. Bundan bir qədər sonra Alı özü əlaqə saxlayıb yaşadığı evin ünvanını ona demiş, Sahib də 24 aprel 2022-ci il tarixdə tanımadığı bir nəfər taksi sürücüsü ilə həmin ünvana getmişdir. Zərərçəkmiş şəxs onu qarşılamış və həyətə daxil olmuşdur. Alı çardaq düzəltdirmək istədiyi yeri ona göstərmiş, Sahib də həmişə olduğu kimi müvafiq ölçmə işləri aparmışdır. Ölçmə işlərindən sonra nəzərdə tutulacaq işləri hesablayıb ümumi xərcin 6300 manat təşkil edəcəyini bildirmişdir. Sahib işə başlamaq üçün 3500 manat lazım olduğunu demiş, Alı ilkin olaraq razılaşmasa da, sonradan razılaşmışdır. Alının yaşadığı evin həyətində Sahib Alıdan 3500 manat pul almış, orada bütün işlərin təxminən 10 gün ərzində yekunlaşacağını bildirmişdir. Alı da onunla razılaşmışdır. Bundan sonra Sahib oradan çıxıb getmişdir. Lakin pandemiya başladıqdan sonra müəyyən qədər borcları yaranmış, ona görə Alıdan aldığı 3500 manat pulu borcu olan şəxslərə borcunu qaytarmışdır. Həmin puldan borcu olan şəxslərin birinə 1700 manat, digərinə isə 1800 manat pul qaytardığı üçün Alıya söz verdiyi işləri görə bilməmişdir. Həmçinin ona məxsus fərdi yaşayış evinə çardaq düzəltmək üçün Alıdan aldığı 3500 manat pulu da qaytarmamışdır. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ona məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi, “Atyalı” yaşayış massivində yerləşən evinin həyətində çardaq düzəldtirmək fikri olmuş, bu məqsədlə həmin işləri görən şəxs maraqlandığı üçün elan saytların birində özünü “Fərman” adlı şəxs kimi təqdim edən şəxslə tanış olmuşdur. Onun istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələr ilə əlaqə saxlamışdır. Əlaqə saxladığı şəxs ona həmin işlərin görülməsi ilə məşğul olduğunu bildirmiş, həmçinin onun etibarını qazanmaq üçün özünün gördüyü kimi təqdim etdiyi bir neçə fotoşəkli də ona “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona göndərmişdir. Bundan sonra Alı onunla xx.xx.2022-ci il tarixdə yaşadığı evin həyətində görüşmüş, özünü “Fərman” kimi təqdim edən şəxs “Opel” markalı, gümüşü rəngli avtomobildə tanımadığı başqa bir nəfərlə birlikdə gəlmişdir. “Fərman” adlı şəxs onun həyətində müəyyən ölçü işləri aparmış və bundan sonra ümumilikdə görüləcək işlərin qiyməti 6300 manat təşkil edəcəyini bildirmişdir. Həmin şəxs Alıya 3500 manat dəyərində material lazım olduğunu, materialların pulun verməyini, hələlik görüləsi işlərə başlayacağını demişdir. Alı da ona məbləğin çox olduğunu desə də, həmin şəxs razılaşmamışdır. Alı da məcbur qalıb 3500 manat pulu ona məxsus olan evin həyətində sayıb “Fərman” adlı şəxsə vermiş, “Fərman” adlı şəxs də həmin pulu sayıb götürmüşdür. Bundan sonra o, Alıya təxminən işlərin 7-10 gün çəkəcəyini və sifariş etdiyi çardağın hazır olacağını demişdir. Alı da onunla razılaşmış və gələn şəxslər getmişlər. Təxminən 3 gün sonra Alı onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. “Fərman” adlı şəxs də ona mütəmadi əlaqə saxlamağını, hər hansı bir dəyişiklik olsa, deməyini istəmişdir. Bundan “Fərman” ona dediyi vaxtda gəlmədiyi üçün Alı bir də onunla əlaqə saxlamışdır. “Fərman” da ona hal-hazırda işləri ilə əlaqədar yorğun olduğunu, həftəsonu gəlib bütün işləri tam yerinə yetirəcəyini vəd vermişdir. Bundan sonra Alı həftəsonu onunla əlaqə saxlamağa çalışsa da, o, ilk olaraq mobil telefona cavab verməmiş, bir neçə saat sonra isə ümumiyyətlə ona məxsus olan nömrələrə zəng çatmamışdır. Alı da başa düşmüşdür ki, “Fərman” adlı şəxs onu aldadıb 3500 manat pulunu almışdır. Buna görə də polisə müraciət eləmişdir. Polisə müraciət elədikdən sonra ona məlum olmuşdur ki, özünü “Fərman” kimi təqdim edərək onu aldadan şəxs Təqsirləndirilən şəxsdur. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 4 ildir ki, Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayır. Bildirmişdir ki, Anarın həmişə onunla yaxşı qonşuluq münasibəti olmuş və bir-birinin evinə gedib-gəlişləri olmuşdur. xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, “Atyalı” yaşayış massivində yerləşən evindən çıxmış, bu vaxt qonşusu Alının qapısının açıq olduğunu görmüşdür. Alının evdə olduğunu bildiyi üçün ona məxsus həyətə daxil olmuş, bundan sonra həyətdə 2 nəfər tanımadığım şəxsin olduğunu görmüşdür. O, həmin şəxslərlə salamlaşan zaman Alı da evdən çıxıb onlara yaxınlaşmışdır. Alı həmin şəxslər usta olduğunu və ona məxsus evin həyətinə çardaq düzəltmək üçün ölçü götürməyə gəldiyini demişdir. Anar da öz həyətinə çardaq düzəltdirmək fikri olduğu üçün həmin çardağın qiymətləri ilə maraqlanmışdır. Hətta həmin şəxs ona müəyyən qədər endirim də edəcəyini demişdir. Bundan sonra Alı öz həyətinə çardaq düzəltdirmək üçün həmin şəxsə Anarın yanında 3500 manat pulu sayıb vermiş, həmin şəxs pulu sayıb götürmüş və Alıya çardağın 10 gün ərzində hazır olacağını demişdir. Alı da həmin şəxslə razılaşmışdır. Pulu götürdükdən sonra həmin şəxslər çıxıb getmişdir. Bundan sonra Alı ona bildirmişdir ki, həmin şəxs məni onu aldadıb heç bir iş görməmiş və ona verdiyi 3500 manat pulu da qaytarmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-244/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-244/2023
10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver