Məhkəmə qərarları › İş №1(012)-245/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-245/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-245/2024 28.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1973-cü il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Laçın şəhəri, H.Aslanov küçəsi, ev 44 ünvanda qeydiyyatda olan, ünvan 1əskunlaşmış, hazırda ünvan 2 “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2008-ci il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X1 və xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 30 manat, cəmi 60 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin 2(012)-886/2008 saylı, xx.xx.2008-ci il tarixli, habelə alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 154 manat olmaqla, ümumilikdə 308 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin 2(012)- 1901/2019 saylı, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 3(012)-934/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədlərindəki tələbləri icra etməsi üçün ona xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyət ilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 15380,00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Laçın şəhərində ata evində yaşayır, Zərərçəkmiş şəxs onun həmyerlisi və qohumudur. 2001-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə qurmuş, lakin nikahları rəsmiləşdirilməmişdir. Birgə nikahdan xx.xx.2003-ci il təvəllüdlü X4 və xx.xx.2005-ci il təvəllüdlü X5 adlı uşaqları dünyaya gəlmişdir. Əvvəl münasibətləri normal olsa da, sonra münasibətləri pozulmuş, xasiyyətləri düz gəlməmiş, evdə heç bir əsaslı səbəb olmadan mübahisələri olmuş, Mehriban onun barəsində polisə şikayət etmiş və buna görə münasibətləri korlanmışdır. Bu səbəbdən Mehriban uşaqlarını götürərək anasının evinə köçmüş, sonra isə uşaqların saxlanılması üçün alimentin alınmasından ötrü məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)-886/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2008-ci il tarixdən hesablanmaqla xx.xx.2003-ci il təvəllüdlü X1 və xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 30 manat, cəmi isə 60 sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. O, həmin alimenti ödəməmişdir. Lakin təxminən 11 ildən sonra Zərərçəkmiş şəxs aliment miqdarının artırılması üçün yenə də məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-1901/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qətnamə qanuni qüvvəyə mindiyi gündən aliment miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 154 manat olmaqla ümumilikdə 308 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. O, fəhlə işləyərək gündəlik qazancı 15- 20 manat olmuş, lakin münasibətləri pis olduğundan və imkanı az olduğu üçün Mehribana aliment ödəməmişdir. Onun barəsində Abşeron rayon icra və probasiya şöbəsində icra işi aparılmış, lakin alimenti ödəməmişdir. Bu səbəbdən icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətam törətməkdə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Mehriban onu tutdurduğu üçün sonuncudan incimiş və bu səbəbdən alimenti ödəməmişdir. Ona məlumdur ki, Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş tarixli təqdimat əsasında xx.xx.2023-cü il tarixədək ödənilməmiş aliment borcu 15380,00 manat təşkil edir. O, xx.xx.2023-cü il tarixdə Laçın rayonunda yaşıllaşdırma idarəsinə fəhlə kimi işə düzəlmiş, orada əmək haqqısı hər ay üçün 800 manat müəyyən edilmiş, əmək haqqından aliment borcunu hissə-hissə ödəmək niyyətindədir. Törətdiyi əməlin cinayət olmasını başa düşür və əməlindən peşmandır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əslən Laçın rayonundan olan onun həmyerlisidir, mərhum atasının dayısı nəvəsidir. 2001-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, lakin nikahları rəsmiləşdirilməmişdir. Birgə nikahdan xx.xx.2003-ci il təvəllüdlü X4 və xx.xx.2005-ci il təvəllüdlü X5 adlı uşaqları dünyaya gəlmişdir. Əvvəl münasibətləri normal olsa da, sonra münasibətlər pozulmuş, belə ki, Təqsirləndirilən şəxs müxtəlif yerlərdə fəhlə işləməklə yanaşı həmçinin paltar alveri ilə məşğul olmuş, qazandığını ona bildirməmiş, qazandığı pulu öz ehtiyacları üçün və yeyib-içmək məclislərinə xərcləmişdir. Buna baxmayaraq ailənin dağılmaması üçün təxminən 7 il dözmüş, sonra isə ona məlum olmuşdur ki, Taleh ona başqa qadınla xəyanət etmişdir. Bu səbəbdən sonuncudan ayırılmağa məcbur olmuş, uşaqlarını götürərək anasının evinə köçmüşdür. Sonra isə uşaqlarının saxlanılması üçün alimentin alınmasından ötrü məhkəməyə müraciət etməyə məcbur olmuş və Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)-886/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdən hesablanmaqla xx.xx.2003-ci il təvəllüdlü X1 və xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 30 manat, cəmi isə 60 sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs həmin alimenti ödəməmiş, o özü uşaqlarını əziyyət çəkib böyüdürdü. Lakin təxminən 11 ildən sonra aliment miqdarının artırılması üçün yenə də məhkəməyə müraciət etməyə məcbur olmuş və Abşeron Rayon Məhkəməsinin 2(012)-1901/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qətnamə qanuni qüvvəyə mindiyi gündən aliment miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 154 manat olmaqla ümumilikdə 308 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs nə ilə məşğul olduğunu bilmir. Təqsirləndirilən şəxs barəsində Abşeron rayon icra və probasiya şöbəsində icra işi aparılmış, lakin Təqsirləndirilən şəxs alimenti ödəməmişdir. Bu səbəbdən icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İcra üçün Təqsirləndirilən şəxs yeni müddət təyin edilmiş, lakin alimenti ödəməkdən yayınmış heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs hazırda fərdi əmək fəaliyyəti ilə məşğuldur. Ona məlumdur ki, Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş təqdimat əsasında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək ödənilməmiş aliment borcu 15380,00 manat təşkil edir. Təqsirləndirilən şəxs indiyə kimi ona heç bir aliment ödəməmişdir. Tələbi odur ki, Təqsirləndirilən şəxs ona olan aliment borcunu tam ödəsin, əks təqdirdə barəsində qanunla nəzərdə tutulmuş ciddi cəza tədbirləri gğrülsün. Məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın verilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-886/2008 saylı, xx.xx.2008-ci il tarixli icra sənədinə əsasən xx.xx.2003-cü il təvəllüdlü X1 və xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 30 manat olmaqla, cəmi 60 manat sabit pul məbləğində aliment xx.xx.2008-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2009-cu il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş tərəflərə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1901/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən alimentin miqdarı dəyişdirilərək xx.xx.2003cü il təvəllüdlü X1 və xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş tərəflərə göndərilmişdir. Lakin, borclu tərəfindən tələbi könüllü müddət ərzində təmin edilməmişdir. Borclu çağırışlara gəlməmiş, sonuncunun yeri müəyyən edilərək Abşeron rayon icra və probasiya şöbəsinə gətirilmiş və barəsində xx.xx.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq Abşeron Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmənin müvafiq qərarına əsasən borclu 20 gün müddətində inzibati qaydada həbs olunmuşdur, inzibati həbsdən sonra borcluya yaranmış aliment borcunu ödəməsi üçün 10 gün- yeni müddət təyin edilərək müvafiq cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Həmin xəbərdarlıqdan sonra borclu yenidən icra sənədinin icrasını yerinə yetirməmişdir. Təqsirləndirilən şəxs icra materiallarına əsasən 15380 manat məbləğində aliment borcu vardır. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, bir dəfə inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etməmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin sonuncu öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, bir dəfə inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Zərərçəkmiş şəxs qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Təqsirləndirilən şəxs əməlində qərəzlilik elementləri vardır. Məhkəmə baxışında şahid qismində dindirilən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə baxışında şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)-886/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdən hesablanmaqla xx.xx.2003-cü il təvəllüdlü X1 və xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 30 manat, cəmi isə 60 sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1901/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qətnamə qanuni qüvvəyə mindiyi gündən aliment miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 154 manat olmaqla ümumilikdə 308 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnamələrini icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə qətnamələrinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış borcu könüllü ödənilməsinə dair xx.xx.2016-cı il və xx.xx.2019-cu il tarixli bildirişlərdən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli inzibati xəta qərarından, xx.xx.2022ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan və digər icra sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Abşeron Rayon Məhkəməsinin 2(012)- 886/2008 saylı, xx.xx.2008-ci il tarixli və 2(012)-1901/2019 saylı xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(012)-934/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. AR ƏƏSMN tabeliyində X3 7 saylı Ərazi Məşğulluq Mərkəzinin xx.xx.2022-ci il tarixli, 17/757934212E saylı məktubuna əsasən, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən mərkəzdə işaxtaran vətəndaş kimi qeydiyyata alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs ödənilməmiş aliment borcu 15380,00 manat təşkil edir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)-886/2008 saylı, xx.xx.2008-ci il tarixli və 2(012)-1901/2019 saylı xx.xx.2019-cu il tarixli qanuni qüvvəsini almış qətnaməsini bilərəkdən qərəzli şəkildə icra etməmiş və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafı, bunu tamamlayan zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən xx.xx.2021-ci il tarixdə daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron rayon İHB-nın Pirəkəşkül kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs haqqında Nümayəndəliyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların isə olmamasını, təyin olunmuş cəzanın təqsirkarın islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Laçın şəhəri, H.Aslanov küçəsi, ev 44 ərazisini saat 23:00-dan saat 06:00-dək yaşayış yerini və Laçın rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. İş materiallarında olan 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müstəntiqin çağırışlarına gəlmədiyindən barəsində axtarış elan edilmiş, Abşeron rayon Polis İdarəsinin Qobu PB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş, 09 sentyabr 2023-cü il tarixdə müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından 02 gün çıxılmalıdır. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Laçın rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə yaşayış yeri olan Laçın şəhəri, H.Aslanov küçəsi, ev 44 ərazisini saat 23:00-dan saat 06:00-dək tərk etməməklə Laçın rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası Laçın rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Laçın rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar