Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-246/2025 16.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Rusiya Federasiyasının Nijniy Novqorod şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Ağdaş şəhəri, Üç-Qovaq küçəsi 1/21-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşamış, hal-hazırda AR ƏN PX-nin 4 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 mart 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffaf sellofan bükümdə 7,90 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı 40 manat pul müqabilində əldə edib, Abşeron rayonu, Xırdalan şəhərinə daşıyaraq üzərində saxlamış, həmin gün saat 21:30 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron City” yaşayış kompleksinin yaxınlığında Abşeron RPİ-nin cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, idarəyə gətirilib həmin gün saat 22:30-dan 22:40-dək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 7,90 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 3-4 aydır ki, psixotrop maddələrdən istifadə edir. 26 mart 2024-cü il tarixdə günorta vaxtı Bakı şəhəri “Kubinka” adlanan ərazidən əvvəllər tanımadığı şəxsdən öz istifadəsi üçün 40 manat müqabilində bir büküm narkotik vasitə marixuana alıb gödəkçəsinin sağ yan cibinə qoyaraq istədiyi vaxt qəbul edə bilməsi üçün saxlamışdır. Həmin gün saat 21:30 radələrində yaşadığı Xırdalan şəhəri, “Abşeron City” yaşayış kompleksi yaxınlığında piyada hərəkətdə olan zaman tanımadığı mülkü geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Abşeron rayon Polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları olduqlarını, ona narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğunu bildirib. onu Abşeron rayon polis idarəsinə dəvət etmişdirlər. Polis idarəsində xidməti otaqların birində təhqiqatçısı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra o, dövlət hesabına vəkillə təmin olunmaq istədiyini bildirmiş, vəkil dəvət olunub ona təqdim edilmiş, dəvət edilmiş müdafiəçi Pərvanə Hüseynova tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. Bundan sonra, polis əməkdaşları video-çəkilişlə onun üzərinə şəxsi axtarış keçirəcəklərini bildirib, müdafiəçinin və şəxsi axtarışda iştirak etmək üçün dəvət edilmiş əvvəllər tanımadığı X7 iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlanılarkən polis əməkdaşları ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya varsa təqdim etməsini təklif etmiş, bu zaman o, gödəkçəsinin sağ yan cibində olan şəffaf sellofan bükümdə saxladığı narkotik vasitə marixuananı çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı həmin narkotik vasitəni “Kubinka” adlanan yerdə tanımadığı şəxsdən 40 manata öz istifadəsi üçün əldə edib saxladığını etiraf etmişdir. Bundan sonra Lətafət Rəhimova tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi sellofan büküm boş kağız zərfə qablaşdırılıb möhürlənmiş, zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Sonra videoçəkiliş dayandırılmış, təhqiqatçı tərəfindən protokol tərtib edilib ucadan və aydın şəkildə oxunmuş, protokolun doğruluğu iştirakçılar və onun tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 26 mart 2024-cü il tarixdə Abşeron RPİ-nin CAŞ-nə ünvan 2 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmiş və bundan sonra CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə Şahid2la birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron City” yaşayış kompleksinin yaxınlığında əməliyyat mövqeyi seçib gözləyərkən, həmin gün axşam saatlarında zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs gəldiyini görüb ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib, ona narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğunu bildirib, onu Abşeron RPİ-nə dəvət etmişlər. Polis İdarəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan sonra, dövlət hesabına vəkil dəvət olunub təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün həmin vaxt Abşeron RPİ-nin inzibati binasının qarşısından piyada hərəkət edən bir nəfər qadına yaxınlaşaraq, ona özünü təqdim edərək bir nəfər qadının narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün polis idarəsinə gətirildiyini, həmin qadıın üzərinə şəxsi axtarış keçiriləcəyini, bildirib, şəxsi axtarışda iştirak etməsini xahiş etmişdir. Həmin qadın sonrada şəxsiyyəti onlara məlum olan X10 şəxsi axtarışda iştirak etməyə razı olduğunun bildirmiş, könüllü şəkildə idarənin inzibati binasına xidməti otaqların birinə gəlmiş, bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, içərisində yaşıl rəngli ot kütləsi olan bükümü çıxarıb masanın üzərinə qoyaraq, bükümün içərisindəki maddənin narkotik vasitə marixuana olduğunu, marixuananı Bakı şəhəri, “Kubinka” adlanan ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 40 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxsın üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərində hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qablaşdırılıb möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kustar usulla hazırlanmış narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru, polis baş serjantı Şahid2, Şahid1la eyni məzmunlu ifadə vermişdir. Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Rəfael Əskərov tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:30-dan 22:40-dək video çəkilişdən istifadə etməklə şübəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükümü təqdim etmiş və həmin bükümün içərisindəki maddənin qurudulmuş marxiuana olduğunu, Bakı şəhəri, Kubinka adlanan ərazidə tanımadığı şəxsdən 40 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27 mart 2024-cü il tarixli 3-16-16/2-7/484 saylı məhkəmə-bioloji ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən,,, “ yazıları və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 7,90 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video- görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarışın keçirilməsinə 26 mart 2024-cü il tarixdə saat 22:30-da başlanlır. Şəxsi axtarış Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X9, Abşeron RPİ-nin CAŞnin əməliyyat müvəkkili polis mayoru Şahid1, CAŞ-nin kiçik inispektoru polis baş serjantı Şahid2, şəxsi axtarışda iştirak etmək üçün dəvət edilmiş X11, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X5 iştirakları ilə süni işıqlandırma şəraitində, Abşeron RPİ-nin inzibati binasında xidməti otaqda aparılır. X12 tərəfindən iştirakçılar özlərini təqdim etməsi xahiş olunur və daha sonra iştirakçılara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi təklif edilir, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur və bükümün içərisindəki yaşıl rəngli ot kütləsində ibarət məddənin narkotik vasitə olan marixuana olduğunu, öz istifadəsi üçün Kubinka deyilən ərazidə tanımadığı şəxsdən 40 manat pul müqabilində əldə etdiyini bildirir. Daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilir, hər hansı əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxsın üzərindən aşkar edilmiş bükülü zərfə qoyularaq möhürlənir və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Bununla da şəxsi axtarışın keçirilməsi başa çatdırılır. Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2830 №-li narkoloji-ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimuliyasiyaların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lakin, onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi məhkəməyə göndərilmiş və Abşeron Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 1(012)-385/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək ona 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3 maddəsinə əsasən tutulduğu 02 gün müddət çıxılmış, üzərində qəti olaraq 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində həbs qətimkan tədbiri seçilmiş,cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində narkomaniyadan məcburu müalicə təyin edilməsi, ərazi narkoloji dispanserdə qeydiyyata alınması, cəza çəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Hazırda cəza çəkir. Maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk ********* №-li cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Qeyd olunan qovluqdakı görüntüyə baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümü masanın üzərinə qoymuş, şəffaf sellofan bükümün içərisində yaşıl rəngli xüsusi iyə malik ot kütləsi aşkar edilmişdir. Daha sonra əməkdaşlar tərəfindən üzərinə baxış keçirilmiş hər hansı əşya və predmet tapılmamışdır.Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitə marixuananı 26 mart 2024cü il tarixdə Kubinka deyilən ərazidən tanımadığı şəxsdən 40 manata aldığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını, satmaq niyyətinin olmadığını bildirmişdir. Maddi sübut kimi tanıma qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi- 7,90 qram qurudulmuş marixuana ********* №-li cinayət işi üzrə maddi sübut hesab edilmiş və qurudulmuş marixuananın 7,85 qram qalığı saxlanılması üçün Abşeron RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 1 ədəd bükümdə ümumi çəkisi 7,90 qram narkotik vasitə marixuana ekspertiza keçirildikdən sonra qalıq qalmış 7,85 qram marixuana iş üzrə 27 mart 2024-cü il tarixdə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən Abşeron RPİ-nin əməkdaşları tərəfindən çəkilmiş 1 (bir) ədəd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs 26 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş 28 mart 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1 maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin edilmiş azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən onun barəsində Abşeron Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 1(012)-385/2024 saylı hökmü ilə təyin edilmiş 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs bu cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün və Abşeron Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 1(012)-385/2024 saylı hökmü ilə nəzərə alınan 02 gün tutma, cəmi 04 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli Abşeron Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 1(012)-385/2024 saylı hökmü ilə müəyyən edilən 08 iyul 2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 1(012)- 385/2024 saylı hökmü ilə hazırda azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,85 qram marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 78 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron Rayon Vəkil Bürosunun vəkili X4 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, Abşeron Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 1(012)-385/2024 saylı hökmü ilə ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin, ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs bu cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün və Abşeron Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 1(012)-385/2024 saylı hökmü ilə nəzərə alınan tutulduğu 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 08 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 1(012)- 385/2024 saylı hökmü ilə hazırda azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 7,85 qram marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 78 manat məbləğində pul məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardıma görə Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-246/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-246/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver