Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-247/2020 31.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X7 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, himayəsində 3 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu 2-ci Cabanı kəndində qeydiyyatda olan və Abşeron rayonu Atyalı y/mdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evinin mətbəxtinin plastiq pəncərəsini özü ilə gətirdiyi vintaçanla açıb qanunsuz daxil olaraq qonaq otağından1000 manat dəyərində 1.20x0.80 diaqanallı 01 ədəd “Samsung” markalı plazma televizoru, 500 manat dəyərində 01 ədəd “Zinger” markalı paltar tikən maşını, 300 manat dəyərində 01 ədəd paltara naxış vuran maşını, 350 manat dəyərində 03 ədəd müxtəlif markalı saç qurudan, saç buran və saç ütüləyən saç fenlərini, 80 manat dəyərində 01 ədəd ət çəkən maşını, 250 manat dəyərində 01 ədəd 3x4 ölçüdə xalçanı, 70 manat dəyərində 01 ədəd “DVD” aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 2550 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Abşeron rayonu, Aşagı Güzdək qəsəbəsində yerləşən X8 məxsus yeni inşa olunmuş, tikintisi başa çatmamış, zirzəminin pəncərəsini açmaq yolu ilə qanunsuz evə daxil olaraq evdən 20 kvadrat metr, hər kvadratı 16 manat olmaqla 320 manat dəyərində pol taxtasını, 300 manat dəyərində alçıpan profillərini, 1 top 20 manat dəyərində 2,5-lik 100 metr kabeli, 80 metr 80 manat dəyərində 6-lıq elektrik kebelllərini, 2 ədəd hər birinin dəyəri 70 manat olan 140 manat dəyərində elektrik kabelərini, 1 ədəd 30 manat dəyərində hamam qızdırıcısını, 110 manat dəyərində çəkic, şpatel və şkurkanı özü ilə gətirdiyi torbalara yığıb gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 1000 manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxx 2019-cu il tarixdə saat 16 radələrində Abşeron rayonu Aşagı Güzdək qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus evə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq yataq otağından 1 ədəd 200 manat dəyərində xalçanı, 1 ədəd 20 manat dəyərində maqintafonu, 1 ədəd 6 manat dəyərində süfrəni və hamamdan 1 ədəd 100 manat dəyərində su qızdırıcısını gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs4 326 manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxx 2019-cu il tarixədə saat 01 radələrində Abşeron rayonu Aşagı Güzdək qəsəbəsində yerləşən X6 məxsus evə taxta qapının qıfılını dəmir parçası ilə sındırmaq yolu ilə qanunsuz daxil olaraq hamamdan 100 manat dəyərində 1 ədəd istilik qızdırıcısını, yataq otağından 1 ədəd 500 manat dəyərində şubanı, 200 manat dəyərində 7 dəst yorğan-döşək üzlüklərini və 2000 manat dəyərində 12 dəst müxtəlif çeşiddə məişətdə istifadə olunan qab-qacaqları və döşəyin altından 800 manat məbləğndə pulu gizli olaraq talayaraq zərərçəkmiş T.Bayraməliyevaya 3600 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, X32 küçəsində yerləşən fərdi yaşayış evinə yataq otağının pəncərəsini özü ilə gətirdiyi vıntaçanla açıb qanunsuz daxil olaraq yataq otağında 30 manat dəyərində olan 1 ədəd peyk antenasının qəbuledici cihazını, 40 manat dəyərində olan 1 ədəd “DVD” aparatını, qonaq otağında dolabdan 100 manat nəğd pul və 500 manat dəyərində 1 ədəd 750 əyar qram çəkidə qızıl medalyon olan 200 manat dəyərində 1 ədəd paltonu, 200 manat dəyərində 1 ədəd dəri gödəkçəni, 60 manat dəyərində olan 1 dəst kişi kostyumunu, hər biri 5 manat dəyərində olan istifadə olunmuş 2 ədəd kişi köynəyini, hər biri 5 manat olan 2 ədəd 10 manat dəyərində istifadə olunmuş cins şalvarı, dolabın üstündə cəmi 10 manat dəyərində olan 5 ədəd saç boyasını, 15 manat dəyərində olan istifadə olunmuş 1 cüt qadın krasovkasını, evin təmir olunmamış balaca otağından cəmi 535 manat dəyərində olan müxtəlif növ qab-qacaqları və mətbəxdə “Samsunq” markalı soyuducunun 80 manat dəyərində olan mühərrikini oğurlayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1790 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu Atyalı yaşayış massivi yeni məhəllədə fəaliyyət göstərməyən fermanın həyətinə yerləşən nömrəsiz evə daxil olaraq evin bayır tərəfində quraşdırılmış dəyəri 1000 manat olan 1 ədəd kondisioneri, ümumi dəyəri 600 manat olan 6 ədəd qapını, dəyəri 100 manat olan 50 metr uzunluğunda elektirik naqillərini, həyətdən dəyəri 500 manat olan dəmir pilləkəni, və ümumi dəyəri 700 manat olan qab-qacaqları oğurlayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2900 manat zıyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxxxx 2019cu il tarixdə saat 15 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində gəzərkən oğurluq etmək üçün yer axtarmış, daş sexinin yaxınlığında yerləşən hasarı olmayan evi görüb oradan oğurluq etmək qərarına gəlmiş, evdə adam olub-olmadığını yoxlamaq üçün evin qapısını döymüş, lakin heç kim cavab verməmiş, evin pəncərələrinin tozlu olduğunu gördükdə evdə yaşayış olmadığını bilmiş, bundan sonra oradan oğurluq etmək üçün özü ilə gətirdiyi vintaçan ilə pəncərəni açmış, evə daxil olduqdan sonra oradan bir ədəd Samsung markalı televizoru, Zinger markalı paltar tikən aparatını, ət çəkən maşınını, DVD aparatını, bir neçə saç fenini, bir ədəd xalçanı özü ilə gətirdiyi çantalara yığmış, çantaları evin yaxlınlığında yerləşən çalaya qoyub üzərinidə kağız karobka ilə örtüb oradan uzaqlaşmış, təxminən bir saat sonra hava qaralan vaxtı oğurladığı əşyaların olduğu yerə gəlib çantaları yolun kənarında çıxartmış, yoldan keçən tanımadığı taksi avtomobilinə əyləşib Bakı şəhəri, 3-cü mikrorayon dairəsi ərazisinə getmış, orada oğurladığı əşyaları 200 manata tanımadığı şəxsə satmış, əldə etdiyim pulları şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa xx xxxxxxx 2019-cu il tarixdə Abşeron rayonu Aşagı Güzdək qəsəsbəsi ilə saat təxminən 18 radələrində gəzərkən bir qapının üzrərində asma qıfıl olduğunu görüb həmin evdə heç kimin olmadığını bildikdən sonra həmin evə hasardan aşma yolu ilə daxil olmuş, bundan sonra o, pəncərəni açmaq yolu ilə həmin evə daxil olaraq evdən 20 kvadrat metr pol taxtası, alçıpan profilləri, 1 top 2,5-lik 100 metr kabeli, 80 metr 6-lıq elektrik kebelllərini, 2 ədəd elektrik kabellərini, 1 ədəd hamam qızdırıcısını, çəkic, şpatel və şkulkanı özü ilə gətirdiyi torbalara yığaraq bayıra çıxarmış, oradan hissə-hissə oğurlayaraq həmin evdən çıxarıb birbaşa yaşadığı evə aparmış, oradan o, Sumqayıt şəhərində yerləşən əşya bazarına getmiş, orada kabelləri 100 manata, qalan əşyaları isə 150 manata satmış, əldə etdiyi 250 manat pulu isə öz şəxsi ehtiyaclarını ödəmişdir. Bundan başqa xx xxxxxxx 2019cu il tarixdə Abşeron rayonu Aşagı Güzdək qəsəsbəsi ilə saat təxminən 16 radələrində gəzərkən bir qapının üzərində asma qıfıl olduğunu görüb həmin evdə heç kimin olmadığını bildikdən sonra hasardan aşıb pəncərəni açmaq yolu ilə həmin evə daxil olaraq evdən 1 ədəd xalçanı, 1 ədəd maqintafonu, 6 ədəd süfrəni və hamamda olan 1 ədəd su qızdırıcını oğurlayaraq evdən çıxıb birbaşa yaşadığı evə getmiş, oradan o, Sumqayıt şəhərində yerləşən əşya bazarına getmiş, orada həmin əşyalardan su qızdırıcı, xalçanı və süfrələri 50 manata sataraq pulu şəxsi ehtiyaclarına ödəmiş, qalan 1 ədəd maqnitafon isə işləmədiyi üçün həmin onu zibil qutusuna atmışdır. Bundan başqa o, xx xxxxxxx 2019-cu il tarixdə Abşeron rayonu Aşagı Güzdək qəsəbəsi ilə saat təxminən 01 radələrində gəzərkən bir qapının üzrərində asma qıfıl olduğunu görüb həmin evdə heç kimin olmadığını bildikdən sonra taxta qapını açıb həmin evə daxil olduqdan sonra evdən döşəyin altından 800 manat pulu və məişət əşyaları və paltarları özü ilə gətirdiyi torbalara yığaraq həmin evdən çıxaraq birbaşa yaşadığı evə getmiş, oradan isə o, Sumqayıt şəhərində yerləşən əşya bazarına gedib orada kabelləri məişət əşyalarını 300 manata satmış, 800 manat isə özündə qalmışdır. Əldə etdiyi 1100 manat pulu isə öz şəxsi ehtiyaclarına ödəmişdir. Bundan başqao, xx xxxxxx 2019-cu il tarixdə Abşeron rayonu, Aşagı Güzdək qəsəsbəsi ilə saat təxminən 16 radələrində gəzərkən hasarı olmayan bir həyətdəki bir mərtəbəli, kürsülü fərdi yaşayış evində heç kimin olmadığını hiss edib, həmin evə yaxınlaşmış və evin giriş qapısını döyərək evdə kiminsə olub-olmadığını bir daha yoxlamış, evdə heç kimin olmadığına tam əmin olub içəriyə girmək üçün münasib yer axtarmağa başlamış, həmin vaxt evin sol yan tərəfindəki plastik pəncərədən evə daxil olmağın daha münasib olduğunu görüb özü ilə götürdüyü vintaçanla həmin pəncərəni açıb içəri daxil olmuş və yataq otağındakı 1 ədəd peyk antenasının qəbuledici cihazını, 1 ədəd DVD aparatını, qonaq otağındakı dolabdan cibində 100 manat pul və 1 ədəd qızıl medalyon olan 1 ədəd paltonu, 1 ədəd dəri gödəkçəni, 1 dəst kişi kostyumunu, 2 ədəd kişi köynəyini, 2 ədəd istifadə olunmuş cins şalvarı, dolabın üstündən 5 ədəd saç boyasını, istifadə olunmuş 1 cüt qadın krasovkasını, təmir olunmamış balaca otaqdakı əşyalarımın içərisindən müxtəlif növ qab-qacaqları özü ilə götürdüyü bazar zənbillərinə yığmış, sonra evin mətbəxdə yerləşən soyuducunun mühərrikini sökərək yerindən çıxarıb həmin evdən tapdığı sellofan torbaya qoyub evə girdiyi pəncərədən daşıyaraq küçəyə çıxarmış və sonra həmin zənbillərlə sellofan torbanı daşıyaraq mərkəzi yolun kənarında gizlətmiş, oğurladığı paltonun cibində olan pulla qızıl əşyasını götürüb cibinə qoyduqdan sonra soyuducunun mühərriki olan sellofan torbanı götürüb evinə aparmış, məqsədi həmin mühərrikin içərisindəki mis metalı çıxarıb satıb pul əldə etmək olduğu üçün həmin mühərrikin mis metalını çıxarıb ertəsi günü Bakı şəhəri “Şamaxinka” adlanan yerə aparıb orada metal alan şəxsə hazırda xatırlamadığı qiymətə satmış, oğurladığı qızıl medalyonu da Memar Əcəmi metrostansiyansının yanındakı qızıl mağazalarının yaxınlığında tanımadığı şəxsə 25 manata satmış və oğurladığı əşyaları yığdığı zənbilləri gizlətdiyi yerə gedib həmin zənbilləri yolla gedən taksiyə qoyub Bakı şəhəri 3-cü mikrorayon bazarına aparıb həmin əşyaları tanımadığı şəxslərə müxtəlif qiymətlərə satıb hazırda xatırlamadığı məbləğdə pul əldə edib evinə qayıtmış və əldə etdiyi pulları bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqao, xx.xx.2019-cu il tarixdə saat 01 radələrində Abşeron rayonu Atyalı y/m-də oğurluq məqsədiilə gəzən zaman yolun sağ hissəsində yerləşən evi görmüş, o, həmin evin alçaq hasarından həyətə baxmış və orada heç kimin olmadığını görüb həyətə tullandıqdan sonra o,evin qarşısında yerləşən dama doğru getmiş və damın qapısının açıq olduğunu görüb içəri daxil olmuş, o,dama daxil olduqdan sonra damda olan elektirik naqillərini, 2 ədəd eletirik hava çəkəni, götürmüş, onları həyətə yığmış və evə tərəf gedib evin divarına bağlı kondisoneri yerindən çıxartmış, daha sonra evin içinə daxil olmuş və orada olan qab-qacaqları götürərək həyətə yığmış, o,həyətdə axtarış aparan zaman həyətdə olan aliminium qapıları və dəmir pilləkənləri görmüş və onları götürüb əvvəldən götürdüyü əşyalarla birlikdə yaşadığı evin həyətinə aparıb qoymuş, səhəri gün həmin əşyaları aparıb Abşeron rayonu Atyalıy/m-də yerləşən yerini xatırlamadığı metal qəbulu sexinə satmış və həmin pulu şəxsi ehtiyacına xərcləmişdir. Hazırda törətdiyi əməldən peşman olduğunu, ilk dəfə cinayət törətdiyini və himayəsində üç azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X14 ifadəsindəgöstərdiki, o, Qobustan rayonu M.Ə.Sabir küçəsində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu Aşagı Güzdək qəsəbəsində yerləşən 2 sot torpaq sahəsində fərdi yaşayış evində ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, təxminən 2018-ci ilin avqust ayından Abşeron rayonu Aşagı Güzdək qəsəbəsində yerləşən 2 sot torpaq sahəsində fərdi yaşayış evi inşa etməyə başlamış, hal-hazırda həmin evdə təmir bərpa işləri aparılır. xx xxxxxxx 2019-cu il tarixdə o, evə gəlib baş çəkmişdir. xx xxxxxxx 2019-cu il tarixdə evə gələrək naməlum şəxs və ya şəxlərin evə zirzəminin açıq pəncərəsindən daxil olaraq evdən 20 kvadrat metr hər kvadratı 16 manat olmaqla 320 manat dəyərində döşəmə taxtasın, 300 manat dəyərində alçıpan profillərin, 1 top 20 manat dəyərində 2,5-lik 100 metr kabeli, 80 metr 80 manat dəyərində 6-lıq elektrik kebelllərini, 2 ədəd hər birinin dəyəri 70 manat olan elektrik kabellərini, 1 ədəd 30 manat dəyərində hamam qızdırıcısını, 110 manat dəyərində isə çəkic, şpatel və şkulrkanı oğurlandığını görmüş, ümumilkdə ona 1000 manat maddi ziyan dəymişdir. Hazırda o, vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, təxminən 10 ilə yaxındır Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, S.Ə.Şirvanı küçəsində yerləşən nömrəsi evdə yaşayır. Lakin evin təmiri və tikintisi tam başa çatmamışdır. Belə ki, evin bir yataq, bir qonaq otağını və mətbəxini yarımçıq təmir etmiş, Xırdalan şəhərində qadın salonunda saç ustası işləyir. Təxminən iki il olar iş yeri yaşadığı yerdən uzaq ollduğu və xəstə olduğu üçün Xırdalan şəhərində qardaşı Hikmətin evində onun ailəsi ilə birlikdə yaşayır, buna baxmayaraq həftədə bir dəfə öz evinə baş çəkməyə gedir. Axırıncı dəfə xx.xx.2019-cu ildə saat təxminən 12 radələrində o, həmin evinə baş çəkməyə getdiyi vaxt hər şeyin yerində olduğunu görsə də, xx.xx.2019-cu il tarixdə 18 radələrində evinə yenidən baş çəkməyə getdiyi vaxt evinin yataq otağının plastik pəncərəsinin açıq olduğunu və yataq otağındakı 30 manat dəyərində olan 1 ədəd peyk antenasının qəbuledici cihazının, 40 manat dəyərində olan 1 ədəd DVD aparatının, qonaq otağındakı dolabdan cibində 100 manat pul və 500 manat dəyərində 1 ədəd qızıl medalyon olan 200 manat dəyərindəki 1 ədəd paltomun, 200 manat dəyərində olan 1 ədəd dəri gödəkçəmin, 60 manat dəyərində olan 1 dəst kişi kostyumunun, hər biri 5 manat dəyərində olan istifadə olunmuş 2 ədəd kişi löynəyinin, hər biri 5 manat dəyərində olan 2 ədəd istifadə olunmuş cins şalvarın, dolabın üstündəki cəmi on manat dəyərində olan 5 ədəd saç boyasının, 15 manat dəyərində olan istifadə olunmuş 1 cüt qadın krasovkasının, təmir olunmamış balaca otaqdakı əşyalarımın içərisindəki cəmi 535 manat dəyərində olan müxtəlif növ qab-qacaqlarımın və mətbəxdəki “Samsunq” markalı soyuducunun 80 manat dəyərində olan mühərrikinin yerində olmadığını görüb oğurlandığını yəqin edib, mobil telefonumla DİN-nin 102 xidmətinə zəng etmiş, bu barədə məlumat vermişdir. Əlavə olaraq o, əvvəllər həmin evdə oğurluq hallarının olmadığını, baş vermiş oğurluqda şübhələndiyi şəxslərin olmadığını, oğurluq nəticəsində ona cəmi 1790 manat məbləğində maddi ziyan vurulduğunu bildirdi. Hazırda ona vurulmuş ziyan ödənilməmiş və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə ona məxsus fermada əvvəllər yaşayan və ona kömək edən X16 ona zəng edərək fermanın yerləşdiyi ərazidən keçərkən orada olan sanitar qovşağının qapılarının yerində olmadığını gördüyünü ona bildirmiş, bundan sonra o, Ayxana içəri keçərək daha hansı əşyaların yerində olmadığını yoxlamağı demiş, Ayxan içəri daxil olmuş və 2 ədəd sanitar qovşağının qapısının, həmçinin sanitar qovşağında olan elektrik kabellərinin kəsilərək götürüldüyünü, bundan əlavə fermanın içərisində yerləşən evin çöl tərəfində quraşdırılmış 1 ədəd kondisionerin, saxlanc yerindən bir neçə ədəd stol-stulun, qab-qacağm, həmçinin elektrik naqillərinin, fermada heyvanların saxlanması üçün nəzərdə tutulmuş qapalı yerdə olan 4 ədəd aliminium materialda qapının, 1 ədəd elektrik qızdırıcısının havalandırma qurğusunun içərisində olan mis materialdan olan naqillərin, həyətdə yerləşdirilmiş uzunluğu 4 metr olan dəmir pilləkanların da oğurlandığını ona bildirmiş və o, dərhal DİN-nin 102 xidməti-zəng mərkəzi sismetinə zəng edərək bu barədə məlumat vermiş, əlavə olaraq o, 102 xidmətinə müraciət etsə də, həmin vaxt orada olmadığı üçün Ayxan onun əvəzinə ərizə və izahatla Abşeron RPİ- nə müraciət etdiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu Aşagı Güzdək qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Belə ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 10 radələrində o, ailə üzvləri ilə birlikdə doğulduğu Gədəbəy rayonuna getmiş. xx xxxxxxx 2019-cu il tarixdə saat 15 radələrində yaşadığı evə gəlmiş, bu zaman naməlum şəxs və ya şəxslər onun evinə daxil olaraq evdən 100 manat dəyərində istilik qızdırıcısını, 500 manat dəyərində şubanı, 200 manat dəyərində isə 7 cüt yorğan döşək üzlüklərini, 2000 manat dəyərində isə 12 dəst müxtəlif məişətdə istifadə olunan qabqacaqları və 800 manat pulu oğurladıqlarını görmüş, bundan sonra o, hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şamaxı rayonu, Cəmcəmli kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu Aşagı Güzdək qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Belə ki, Abşeron rayonu Novxanı qəsəbəsində bağ evlərində gözətçi işləyir. xx xxxxxxx 2019-cu il tarixdə evindən çıxmış və xx.xx.2019-cu il tarixdə evinə gələrkən naməlum şəxs və ya şəxlər evə pəncərəni açmaq yolu ilə daxil olaraq evdən 1 ədəd 200 manat dəyərində xalçanı, 1 ədəd 20 manat dəyərində maqintafonu, 1 ədəd 6 manat dəyərində süfrəni və 1 ədəd 100 manat dəyərində su qızdırıcısını gizli olaraq talayaraq oğurladıqlarını görmüş və oğurluq nəticəsində ona 326 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şamaxı rayonunun Çarhan kəndində qeydiyyatda olsa da, 2010-cu ildən etibarən ailə ilə üzvləri ilə birlikdə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsindəki fərdi yaşayış evində yaşayır, o, özü binalara üzlük daş çəkməklə məşğul olur. 2018-ci ilin sentyabr ayından o, işi ilə əlaqədar olaraq Şamaxı rayonunun Əngəxaran kəndində yaşayıb orada tikilmiş yaşayış evinə üzlük daş çəkirmiş, işi orada olduğu üçün ailə üzvləri də Şamaxı rayonunun Əngəxəran kəndinə aparmış, Abşeron rayonu Aşağı Güzdək kəndindəki evində isə heç kim olmamış. xx xxxxxx 2019-cu il tarixdə ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Aşağı Güzdək kəndindəki evinə gəlmiş, bir gecə evdə qalıb yenidən xx.xx.23019-cu il tarixdə Şamaxı rayonunun Əngəxaran kəndinə getmiş, yenə evi boş qalmış, yəni evində yaşayan olmamışdır. xx.xx.2019-cu il tarixdə qonşu Habil ona zəng vurub ondan evin qarşı pəncərəsinin açıq olduğunu dedikdə o, da Habilə xx.xx.2019-cu il tarixdə gəlib xx.xx.2019-cu il tarixdə Şamaxıya qayıtdığını, hazırda da Şamaxı rayonunun Əngərəxəran kəndində olduğunu demiş, Habil ona burada möhkəm külək olduğunu, bəlkə də pəncərəni külək açdığını, yaxşı olar özünün gəlib evə baxmağını demişdir. xx.xx.2019-cu il tarixdə o, arvadı Xəyalə ilə birlikdə Abşeron rayonunun Aşağı Güzdək kəndindəki evinə gəlmiş, evə gələndən sonra evinin mətbəxinin qarşı tərəfə, həyət baxan pəncərəsinin sındırıldığını görmüşdür. O, evin giriş-çıxış qapısını özündə olan açarla açıb evə daxil olmuş, evə daxil olandan sonra evin iki otağının dağıdılıb tökülmüş halda olduğunu, yəni otaqlarda olan əşyaların axtarılaraq evin döşəməsinə dağıdıldığını görmüş, mətbəxdə də olan əşyaların da hamısı yerindən götürülüb pəncərənin qarşısına yığılmış halda olmuşdur. O, evə baxanda evində olan bir ədəd “Samsung” markalı televizor, bir ədəd “Zinger” markalı paltartikən maşın, bir ədəd paltarın kənarına naxış vuran avadanlığın, bir ədəd elektrik ət çəkən maşının, bir ədəd “LG” markalı DVD aparatın, bir ədəd saç ütünün, bir ədəd saç qududan fenin, bir ədəd saç buran fenin, 1 ədəd də üçün-dördə ölçüdə yun xalça oğurlandığını görmüş, o, bunları biləndən sonra dərhal DİN-nin 102 xidmətinə zəng vurub evindən oğurluq olması barədə məlumat vermiş, sonra evə əməliyyat qrupu gəlmiş, hər yer müayinə olunmuş və o, Abşeron rayon polis idarəsinə gedərək ərizə də yazmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X9 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 8 ilə yaxındır Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində özünə məxsus fərdi yaşayış evində yaşayır. Yaşadığı evə köçdükdən sonra özünə məxsus fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayan qonşusu X4 ilə tanış olmuşdur. Təxminən 2018-ci ilin sentyabır ayında Vaqıf Dünyəmalıyev ailə üzvləri ilə birlikdə harasa köçüb getmişlər və köçmələrinin səbəbi isə evlərinin içərisinə qurunt sularının dolması nəticəsində evdə nəmişlik yaranması olmuşdur. 2018-ci ilin sentyabr ayından sonra o Vaqif Dünyəmalıyevi və ailəsini bir daha məhəllədə görməmişdir. Təxminən 2019-cu ilin fevral ayının əvvəllərində o, qonşulardan Vaqıf Dünyəmalıyevə məxsus evdən televizor oğurlandığını eşitmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Atyalı yaşayış massivində metal qəbulu sexində işləyir. Orada işlədiyi vaxtdan Təqsirləndirilən şəxs tanımış, belə ki, Rafik dəfələrlə dəmir, aliminum və digər metal hissələri iş yerinə gətirib, ona metal kimi satmış, o, Təqsirləndirilən şəxs bir dəfə şəxsiyyət vəsiqəsinin surətini alıb işdə saxladığı üçün sonrakı vaxtlarda satmağa gətirdiyi mellalara görə hər dəfə Rafikdən şəxsiyyət vəsiqəsini tələb etməmiş, Təqsirləndirilən şəxs satmağa gətirdiyi həmin metal hissələri haradan gətirdiyini soruşduqda, həmişə onları yol kənarından, tullantı olan yerlərdən yığıb gətirdiyini demiş, o, da ona inandığına görə gətirdiyi metalları qəbul edib, pulunu vermiş, Rafik ona dəfələrlə metal gətirdiyi üçün onun konkret hansı tarixlərdə və hansı adda metal gətirdiyini xatırlamadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, zərərçəkmiş şəxs X1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. X23 Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin «Saidinin-Fransaya qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X23 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma və məhkəmə mərhələsində şahid qismində şəxslərinverdikləri ifadələri də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mütəxəssis rəylərindən görünür ki, təqsirləndirilən şəxs X20 tərəfindən oğurlanmış əşyalar Respublika daxili orta bazar qiyməti nəzəri olaraq təxminən aşağıdakı kimi müəyyən edilir: -xx xxxxxx 2019-cuiltarixdəgünortasaat 15 radələrindəAbşeronrayonu, AşağıGüzdəkqəsəbəsindəyerləşənDünyamalıyevVaqifAğaqasımoğlunaməxsusfərdiyaşayı şevindəbaşvermişoğurluqhadisəsiiləəlaqədar
1. 1.20x0.80 diaqanallı 01 ədəd “Samsung” markalıplazmatelevizor- 1000 manat
2. 01 ədəd “Zinger” markalıpaltartikənmaşın- 500 manat
3. 01 ədədpaltaranaxışvuranmaşın -300 manat
4. 03 ədədmüxtəlifmarkalısaçfen- 350 manat
5. 01 ədədətçəkənmaşın -80 manat
6. 01 ədədxalça -250 manat
7. 01 ədədDVDaparatı- 70 manat -xx.xx.2019-cu il tarixdə saat 01 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi İlyasovElmanHəsənoğlunaməxsusAbşeronrayonuAtyalıy/miyeniməhəllədəyerləşənnömrəsizevdəbaşvermişoğurluqhadisəsiiləəlaqədar
8. Kondisoner- 1000 manat
9. 6 ədədqapını, hərbirii 100 manat
10. 50 metruzunluğundaelektiriknaqilləri- 100 manatolan
11. dəmirpilləkən- 500 manat
12. qab-qacaqları -700 manat -xx xxxxxxx 2019-cu il tarixdə saat 16 radələrində Abşeron rayonu Aşagı Güzdək qəsəbəsində yerləşən Vət. Zərərçəkmiş şəxs4 məxsusevdəbaşvermişoğurluqhadisəsiiləəlaqədar
13. 1 ədəd xalça -200 manat,
14. 1 ədəd maqintafon- 20 manat
15. 1 ədəd süfrə- 6 manat
16. 1 ədəd su qızdırıcı-100 manat - xx xxxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Abşeron rayonu Aşagı Güzdək qəsəbəsində yerləşən X8 məxsusevdəbaşvermişoğurluqhadisəsiiləəlaqədar
17. 20 kvadrat metr hər biri 16 metr olmaqla pol taxtasın- ümumidəyəri320 manat
18. 20 ədədalçıpan profili -300 manat
19. 1 top 2,5-lik 100 metr kabel -20 manat
20. 80 metr 6-lıq elektrik kebel- 80 manat
21. 2 topelektrik kabelləri – hər birinin dəyəri 70 manat
22. 1 ədəd hamam qızdırıcı- 30 manat
23. 1 ədədçəkic- 50 manat
24. 1 ədəd, 1ədədşpatel-40 manat
25. 1 ədədşkurka- 20 manat - xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, X32 küçəsində yerləşənevindəbaşvermişoğurluqhadisəsiiləəlaqədar
26. 1 ədəd peyk antenasının qəbuledici cihazı- 30 manat
27. 1 ədəd DVD aparatı- 40 manat
28. 1 ədəd qadınpaltosu- 200 manat
29. 1 ədəd kişidəri gödəkçəsi-200 manat
30. 1 dəst kişi kostyumunu- 60 manat
31. istifadə olunmuş 2 ədəd kişi köynəyini-hər biri 5 manat
32. 2 ədəd istifadə olunmuş cins şalvarı-hər biri 5 manat
33. 5 ədəd saç boyasını-10 manat
34. istifadə olunmuş 1 cüt qadın krasovkası, 15 manat 10.25 ədədmüxtəlif növ qab-qacaqlar –hərbirinindəyəri 21.40 manat 11.“Samsunq” markalı soyuducunun mühərrikini -80 manat -xx xxxxxxx 2019-cu il tarixədə saat 01 radələrində Abşeron rayonu Aşagı Güzdək qəsəbəsində yerləşən X6 məxsus evdə başvermişoğurluqhadisəsiiləəlaqədar 1.istilik qızdırıcısını-100 manat 2.şubanı -500 manat 3.7 dəst yorğan döşək üzlükləri-200 manat 4.12 dəst müxtəlif məişətdə istifadə olunan qab-qacaqlar-2000 manat Göstərilən əşyanın xx xxxxxx 2019-cu iltarixəolanRespublikadaxili orta bazar qiyməti nəzəri olaraq təxminən aşağıdakı kimi müəyyən edilir: 1 ədəd 750 əyar, 3 qram qızıl medalyon- 500 manat Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxslərivə şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki,Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələriilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki,məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır . İş materiallarında olan Şamaxı RİH başçısının 2-ci Cabanı kənd İƏD üzrə nümayənədəliyi tərəfindən verilmiş arayış və xasiyyətnaməsindəngörünürki, Təqsirləndirilən şəxs Şamaxı rayonu, 2-ci Cabanı kəndində qeydiyyatdadır vəyaşayış yeri üzrə müsbətxarakterizəolunur. İş materiallarında olan şəxsiyyət vəqsiələrinin surətlərindən görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X21, xx.xx.2014-cü il təvəllüdlü X17 adlı uşaqları var. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində üç azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran hallarının olmamasını, qanunvericiliyin tələblərini, cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması qanuni və əsaslı olmaqla cəzanın məqsədlərinə uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixində şühəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixində barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məvəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə, onun cəzasından çıxılmalı və cəzaçəkmə müddətinin əvvəli məhkəmə istintaqı zamanı tutulduğu xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə törədilmiş cinayət nəticəsində ona dəymiş və ödənilməmiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. HökmünicrasıAbşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvaləolunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X12 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələriilənəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil olunmaqla cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslərə törədilmiş cinayət nəticəsində dəymiş və ödənilməmiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmünicrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X12 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu,təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən:Şövkət Nəcəfova