Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-247/2021 10.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə xx.xx.1992-ci ildə Qəbələ rayonu Şamlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Qəbələ rayonu, Şamlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 02 radələrində ünvan 2 ünvanında qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs mobil telefonda başqa şəxsə yazışdığına görə aralarında yaranmış şəxsi münasibətlər zəminində sonuncunu qəsdən yumruqla sol gicgah nahiyəsinə vuraraq başın sol alın-gicgah nahiyəsinin, dərialtı hematoması, sol gözətrafı yumşaq toxumalarının-sol üst və altı göz qapaqlarının, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan, sol gözündə görmə itiliyinin zəifləməsi ilə nəticələnən sol gözaltı nahiyə də əhatə olmaqla qançır-şişkinliyi, sağ yanaq nahiyəsinin sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Arzu ilə 2019-cu ildə tanış olmuş, bir müddət mobil telefon vasitəsilə danışdıqdan sonra onunla ünvan 3 ünvanında otaq yoldaşı kimi yaşamağa başlamış, xx xxxxxxxx 2020-ci il tarixdə saat 21 radələrində Arzu ilə Şəhərciyin həyətində yerləşən mağazaya bazarlıq etmək üçün getmişdir. Mağazadan bazarlıq etdikrən sonra yaşadıqları evə gəlmişlər. Həmin vaxt Arzu «Viski» tərkibli 2 ədəd «Goo» enerji içkisi içmiş, o, da 1 ədəd «Goo» enerjili içki içmişdir, bir az sonra Arzu ilə aralarında telefon üstündə sözlə mübahisə baş vermiş, sonra o, sonuncunun əlindən telefonu almaq istəmiş, lakin Arzu ona imkan verməmiş, həmin vaxt o, Arzunun boğazından tutaraq itələmiş, sonuncuda onun boğazından tutmuş, mübahisə vaxtı o, Arzunun sifət nahiyəsindən bir dəfə sillə ilə vurmuş, sonuncu da yataq taxtının üzərinə yıxılmışdır. Bundan sonra Arzu hamama keçmiş və hamamdan çıxanda onun sifət nahiyəsində şişkinlik görəndə soyuducudan buz götürüb gicgah nahiyəsinə qoymaq üçün Arzuya vermiş, Arzu buzu götürərkən evdən çıxıb getməyi bildirmiş, mübahisə dahada gərginləşməsin deyə o, siqaret almaq üçün evdən çıxmış, o, siqaret alıb yaşadığı evə gələn zaman blokun qarşısında təcili tibbi yardım briqadasanın həkimlərinin Zərərçəkmiş şəxs yardım göstərdiyini görüb onlara yaxınlaşmadan yaşadığı evə gedib yatmışdır. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, hadisədən sonra zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini nəzərə alıb barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasına, cinayət işinə xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə 2019-cu ilin mart ayında tanış olmuş, bir müddət onunla mobil telefonla danışdıqdan sonra Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamağa başlamışlar. Sahib ilə qısqanclıq zəminində aralarında tez-tez mübahisələr baş verdiyi üçün ondan ayrılmaq qərarına gəlmişdir. Təxminən üç aya yaxın onunla Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən ünvan 4ünvanında yaşasalarda Sahib ilə münasibəti yaxşı olmamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Sahib ilə bazarlıq etmək üçün yaşadıqları binanın həyətində yerləşən marketə getmiş, alış-veriş etdikdən sonra yaşadıqları evə qayıdarkən evdə bir ədəd «Viski» tərkibli «Goo» energetik içki içmiş, Sahib isə iki ədəd «Vodka Goo» energetik içki içmişdir. xx.xx.2020-ci il tarixdə saat 02 radələrində telefona baxarkən Sahib ondan kiminlə danışdığını soruşanda o, heç kiminlə danışmadığını bildirdirmişdir. Bir neçə dəqiqə keçdikdən sonra o, Sahibdən çay süzməsini xahiş etdikdə Sahib onun üzərinə hücum çəkmiş və telefonu əlindən almağa çalışmış və onun kiminləsə danışdığını iddia etmişdir. O, Sahibə telefonu verməmiş, bundan sonra yataq otağına keçmiş, həmin vaxt Sahib telefonun kodunu açmaq üçün onun barmağını zorla tutub telefona tərəf aparmağa çalışmış, o, sonuncuya imkan verməmiş, bu vaxt Sahib onu sağ əli ilə boğmuş, o, da onun boğazından sağ əli ilə tutmuş, Sahib onu boğduğu üçün o, huşunu itirmiş, Sahibdə ondan əl çəkmiş, o, özünə gələndən sonra ayağa qalxmış və Sahibdən evdən çıxmasını tələb etmiş, o isə evdən çıxmaq istəmədiyini, telefonuna baxıb mesajlarını oxuyacağını bildirdikdə o da qışqırmış, həmin vaxt Sahib onun üzərinə hücum çəkərək güclü yumruq zərbəsi ilə sol gicgah nahiyəsindən vurmuş, zərbənin təsirindən onun başı furlanmış və o, yerə oturmuş, Sahib isə əlini üzünə tutmuş o, da bundan qorxub güzgünün qarşısına keçmiş və sol gicgah nahiyəsi şişib sol gözünün üstünə qan yığıldığını görmüşdür. Sahib onun belə vəziyyətini görüb mətbəxdən buz gətirmiş, maz almaq üçün evdən çıxıb getmiş, o isə X2 və Azərbaycan Respublikası DİN-nin 102-xidmətinə zəng vurmuş, bir neçə dəqiqə keçdikdən sonra həkimlər blokun qarşısına gəlmiş, ona avtomobildə ilkin tibbi yardım göstərmiş, həmin vaxt Sahib evdə olduğu üçün evə qalxmamış və həyətdə oturacaqda əyləşmişdir. Səhər saat 09 radələrində o, Abşeron rayon Polis İdarəsinə getmişdir. Sonda o, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Bundan əlavə, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 2004 nömrəli rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs oğlunun məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın sol alın-gicgah nahiyəsinin derialtı hematoması, sol gözətrafı yumşaq toxumaların-sol üst və alt göz qapaqlarının, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan, sol gözündə görmə itiliyinin zəifləməsi ilə nəticələnən, sol gözaltı nahiyə də əhatə olmaqla qançır-şişkinliyi, sağ yanaq nahiyəsinin sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir: qərarda qeyd olunan müddətdə və şəraitdə əni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi, özünün etiraf edici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və ekspertiza rəyi həmçinin digər materiallarla tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmçinin bu Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Ona görə məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri xitam olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALİR: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-247/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-247/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver