Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-247/2022 13.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1990-ci il tarixdə Fizuli anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Fizuli rayonu, Ayıbasanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24.02.2022-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında yaşadıqları evdə aralarında yaranmış ailə məişət münasibətləri nəticəsində baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs yumruqla vurub, ona burun nahiyyəsinin, burun sümüyünün yerdəyişməyən sınığı ilə müşaiyət olunan əzilmiş-cırılmış yarası, sıyrığı, sol göz qapaqlarının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinliyi, sol gözaltı-almaçıq nahiyyəsinin qançır şişkinliyi, sol gicgah və sol bud nahiyyələrinin əzilmiş-cırılmış yaraları, alın nahiyyəsinin sıyrığı, döş qəfəsi, sağ kürəkaltı, hər iki bazu, hər iki bud nahiyyələrinin iri ölçülü qançırları xəsarəti yetirərək sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, barəsində şikayət edən arvadı Zərərçəkmiş şəxs ilə 2016-cı il tarixdə ailə qurduqlarını və həmin nigahdan iki övladlarının olduğunu bir müddət olar ki, arvadı Aygün ilə münasibətlərinin normal olmadığını, buna səbəb arvadı Aygünün onun sözlərinə qulaq asmaması və anasının sözü ilə onu ailə başçısı kimi qəbul etməməsi, arvadı Aygün ilə mütəmadi olaraq aralarında ailə məişət münasibətləri üstündə mübahisələr yarandığını bildirmişdir. 24.02.2022-ci il tarixdə saat 23 radələrində yaşadığları evdə olarkən yenədə arvadı Aygün ilə onun xəyanət etməsindən şübhələndiyi üçün aralarında mübahisə yaranmış və həmin vaxt Aygün ona cavab qaytararaq iradını bildirdiyi üçün yumruqla Aygünün sifət nahiyyəsindən və təpiklə onun bədəninin müxtəlif nahiyyələrindən vuraraq onu döymüşdür. Mübahisə zamanı əlində balta və bıçaq olmamışdır. Arvadı Aygün DİN-nin “102” xidmətinə zəng vuraraq onun tərəfindən döyülməsi barədə polisə məlumat vermişdir. O, aralarında baş vermiş mübahisənin 5- 10 dəqiqə davam etdiyini, mübahisə yaşadıqları evdə baş verdiyi üçün orada kənar şəxslərin olmadığını, arvadı Aygünün ona qarşı hər hansı bir fiziki zor tətbiq etmədiyini bildirmişdir. Sonda o, hərəkətindən peşman olduğunu, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X1 ifadəsində əri Təqsirləndirilən şəxs ilə 2016-cı il tarixdə ailə qurduqlarını və həmin nigahdan iki övladlarının olduğunu,bir müddətdir ki, əri Sənan ilə münasibətlərinin normal olmamasını, buna səbəb Sənanın yaşadığları evdə əsassız olaraq münqaişə yaratması və onu dəfələrlə döyməsini, Sənanla mütəmadi olaraq aralarında ailə məişət münasibətləri üstündə mübahisələr yarandığını bildirmişdir. 24.02.2022-ci il tarixdə saat 23 radələrində yaşadığları evdə olarkən yenədə Sənan ilə guya ona xəyanət etməyindən əsassız olaraq şübhələndiyi üçün aralarında mübahisə yaranmış və həmin vaxt ona iradını bildirdiyi üçün Sənan yumruqla onun sifət nahiyyəsindən və yumruq, təpiklə bədəninin müxtəlif nahiyyələrindən vurub onu döyərək ona əlində olan evdən götürdüyü bıçaq və balta ilə xəsarətlər yetirmiş, o, uşaqları götürərək yaşadıqları evdən qaçaraq çıxıb getmiş, DİN-nin “102” xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Sənan ilə aralarında baş vermiş mübahisənin 5-10 dəqiqə davam elədiyini, mübahisə yaşadıqları evdə baş verdiyi üçün orada kənar şəxslərin olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs şikayətçi olmaqla ona cəza verilməsini xahiş etdi. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 03.03.2022-ci il tarixli 402 nömrəli rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - burun nahiyyəsinin, burun sümüyünün yerdəyişməyən sınığı ilə müşaiyət olunan əzilmiş-cırılmış yarası, sıyrığı, sol göz qapaqlarının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinliyi, sol gözaltı-almaçıq nahiyyəsinin qançır şişkinliyi, sol gicgah və sol bud nahiyyələrinin əzilmiş-cırılmış yaraları, alın nahiyyəsinin sıyrığı, döş qəfəsi, sağ kürəkaltı, hər iki bazu, hər iki bud nahiyyələrinin iri ölçülü qançırları bərk-küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan müddətdə və şəraitdə, yəni 24.02.2022-ci il tarixdə insan bədəni hissələrinin (əl, baş, ayaq, və s) təsirindən, elcədə də müayinə olunan şəxsin qeyd etdiyi şəraitdə, yəni küt əşya ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aidddirlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 04 saylı qərarının 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində, 27.01.2010-cu il tarixdə Azərbaycan Respublikasının CM-nin 332.1 -ci maddəsinə əsasən, Tər-Tər Hərbi Məhkəməsinin hökmü ilə 05 ay intizam xarakterli H/hissədə saxlama cəza növü təyin edilmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 01.03.2022-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Səfərov X3 rayonu, Masazır qəsəbəsi, S. Aşiq küçəsi ev-5 ünvanında yaşamaqla həmin ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib peşmançılığını bildirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını və cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməldir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul vəsaiti, məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351- 353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə Abşeron rayonu və Bakı şəhərini saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul vəsaiti, məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-247/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-247/2022
13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver