Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-247/2023 13.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs X8 Şəbəkəsi MMC-in nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi, vəkil Müdafiəçi3 iştirakı ilə xx xxxxxx 1991-ci ildə Abşeron rayonunda anadan olmuş, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Güzdək qəsəbəsində qeydiyyatda olan və Qaradağ rayonu Müşviqabad qəsəbəsi 25-ci küçə ev 1-də yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri ilə seçilmiş, hazırda Ədliyyə Nazirliyi PXin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxxxx 1986-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Güzdək qəsəbəsində qeydiyyatda olan və Qaradağ rayonu Müşviqabad qəsəbəsi 25-ci küçə ev 1A da yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri ilə seçilmiş, hazırda Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddəsi ilə, xx xxxx 1993-cü ildə Qobustan rayonunda anadan olmuş, evli, himayəsində üç azyaşlı uşaqları olan, orta təhsilli, AR-nın vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, Qobustan rayonu Cəyirli ərazi dairəsi Çalov kəndində qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu 28 may qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə birlikdə 2022-ci ilin sentyabr ayının sonunda "xxxx" ASC-nin “X8 şəbəkəsi” MMC-nin X5 məxsus strateji əhəmiyyətli 220-330 kilovoltluq hava xətlərinin Abşeron rayonu Müşviqabad qəsəbəsinin ərazisindən keçən hissəsində olan elektrik dayaqlarından bir ədədi 2,0 manat olan 8 sm uzunluqda, üzərində “Bervel 5.8” yazısı olan 1660 manat dəyərində 830 ədəd bolt-qaykaları vintaçanla açmaqla gizli olaraq talayıb, zərərçəkmiş “X8 şəbəkəsi” MMC-yə həmin məbləğdə ziyan vurmuşlar. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə birlikdə 04 oktyabr 2022-ci il tarixdə, saat 23 radələrində "xxxx" ASC-nin “X8 şəbəkəsi” MMC-nin X5 məxsus strateji əhəmiyyətli 220-330 kilovoltluq hava xətlərinin Abşeron rayonu Müşviqabad qəsəbəsinin ərazisindən keçən hissəsində olan elektrik dayaqlarından bir metri 25,00 manat, 9.5 x 9.5 sm ölçülü, 8.5 mm qalınlığında müxtəlif ölçülərdə və ümumilikdə 150 metr uzunluğunda, cəmi 3750 manat dəyərində dəmir materialından olan künclükləri vintaçanla açmaqla gizli olaraq talayıb, zərərçəkmiş “X8 şəbəkəsi” MMC-yə həmin məbləğdə ziyan vurmuşlar. Təqsirləndirilən şəxs3 tamah niyyətilə özgənin əmlakını gizli olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən 2022-ci ilin sentyabr ayının sonunda oğurlanmış "xxxx" ASC-nin “X8 şəbəkəsi” MMC-nin X5 məxsus strateji əhəmiyyətli 220-330 kilovoltluq hava xətlərinin Abşeron rayonu Müşviqabad qəsəbəsinin ərazisindən keçən hissəsində olan elektrik dayaqlarından bir ədədi 2,0 manat olan 8 sm uzunluqda, üzərində “Bervel 5.8” yazısı olan 1660 manat dəyərində 830 ədəd bolt-qaykaları 2022-ci ilin sentyabr ayının sonunda və 04 oktyabr 2022-ci il tarixdə, saat 23 radələrində "xxxx" ASC-nin “X8 şəbəkəsi” MMC-nin X5 məxsus strateji əhəmiyyətli 220-330 kilovoltluq hava xətlərinin Abşeron rayonu Müşviqabad qəsəbəsinin ərazisindən keçən hissəsində olan elektrik dayaqlarından bir metri 25,00 manat, 9.5 x 9.5 sm ölçülü, 8.5 mm qalınlığında müxtəlif ölçülərdə, ümumilikdə 150 metr uzunluğunda, cəmi 3750 manat dəyərində dəmir materialından olan künclükləri 05 oktyabr 2022-ci il tarixdə, saat 10 radələrində Abşeron rayonu Müşviqabad qəsəbəsində yerləşən metal qəbulu məntəqəsində qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini biləbilə əldə edərək sahiblik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, qardaşı Əfrayılın Qazel markalı, 01CG456 dövlət qeydiyyat nişanlı avtomobili vardır.Əvvəllər metal əritmə fəaliyyəti məşğul olan “Milan A” şirkətində işləmişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində şirkət təmirə dayandığı üçün işdən çıxmışdır. 2022-ci ilin sentyabr ayının sonunda qardaşı Əfrayıl ilə onun idarə etdiyi Qazel markalı avtomobillə Sanqaçal qəsəbəsindən Müşviqabad qəsəbəsinə gəlirmişlər, Abşeron rayonu Qobu qəsəbəsinin ərazisi ilə gələndə yolun kənarında dəmir konstruksiaylı elektrik dirəklərini görüb onların metallarından oğurlamaq qərarına gəlmişlər. Ona görə avtomobili orada saxlayıb qardaşı Əfrayıl ilə düşüb avtomobildən götürdüyü vintaçanla yaxınlıqda olan elektrik dayaqlarının aşağı hissələrində olan bolt və qaykaları açıb torbaya yığmağa başlamışlar. Həmin vaxt gecə saat təxminən 23 radələri olmuşdur.Onlar iki ədəd torbanı bolt qayka ilə doldurub avtomobilə qoyub və oradan evlərinə gəlmişlər. Səhəri günü həmin bolt qaykaları atasına məxsus VAZ-2106 markalı qeydiyyat nömrəsini xatırlamadığı avtomobilə qoyub Müşviqabad qəsəbəsində Sühəddin adlı şəxsin metal qəbulu yerinə gətirmiş və Sülhəddinə həmin bolt qaykaları 50 manata satmışdır. Süləddin həmin bolt qaykaların haradan əldə etdiyini soruşmuş, o da Sülhəddinə demişdir ki, narahat olmasın heç bir problemi yoxdur. Bundan başqa 04 oktyabr 2022-ci il tarixdə, saat təxminən 22 radələrində evdə olan zaman qardaşı Əfrayıl ilə razılaşmışlar ki, gedək həmin elektrik dayaqlarının metallarından açıb oğurlayaq.Ona görə qardaşım Əfrayıl ilə birlikdə Əfrayılın Qazel markalı avtomobilinə oturub Abşeron rayonu Müşviqabad qəsəbəsinin ərazisində olan elektrik xəttin yaxınlığına getmişlər. Orada avtomobildən düşüb elektrik dayaqlarında olan metal künclüklərdən açıb avtomobilə yükləyib evlərinə gətirmişlər. Həmin metal künclüklər uzun olduğu üçün onları rezak ilə kəsib ölçülərini qısaldıb və yenidən avtomobilə yığmışlar. Səhəri günü yəni 05 oktyabr 2022-ci il tarixdə, saat təxminən 10 radələrində evdən çıxanda bibisi oğlu Elnur evlərinə gəlmişdir.Elnur da onlarla avtomobilə oturmuş, onlar Elnurun avtomobilinə ehtiyyat hissəsini almağa getməlimişlər, ondan xahiş etmişlər ki, avtomobildə olan yükü boşaldıb gedərlər. Elnur da razılaşmışdır. Həmin metalları Sülhəddinin metal qəbulu yerinə gətirib Sülhəddinə satmışlar. Həmin vaxt Sülhəddin öz metal qəbulu yerində olan metalları da zavoda aparmaq üçün Kamaz markalı avtomobilə yüklətdirirmiş, elə onlardan aldığı metalları da tərəzidə çəkdirib Kamaz markalı avtomobilə yüklətdirmişdir.Onların gətirdikləri metallar təxminən 1 tondan çox olmuşdur. Sülhəddin onlara 640 manat verməlimiş, lakin demişdir ki, pulu yoxdu, metalları təhvil verəndən sonra pulu verəcək. Sülhəddin onlardan metalları haradan əldə etdiklərini soruşmuş, onlar demişlər ki, Sanqaçal qəsəbəsi ərazisində yolun kənarından götürmüşlər, problemi yoxdur. Ondan sonra onlar oradan çıxıb getmişlər və Elnurun avtomobili üçün ehtiyyat hissələrini alıb evlərinə aparıb boşaltmişlar, ondan sonra o, Əfrayıl ilə oradan çıxıb öz evlərinə getmişlər. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödənilmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, onun Qazel markalı, 01CG456 dövlət qeydiyyat nişanlı avtomobili vardır. 2022-ci ilin sentyabr ayının sonunda qardaşı Bahadur ilə birlikdə idarə etdiyi Qazel markalı avtomobillə Sanqaçal qəsəbəsindən Müşviqabad qəsəbəsinə gəlirmişlər, Abşeron rayonu Qobu qəsəbəsinin ərazisi ilə gələndə yolun kənarında dəmir konstruksiyalı elektrik dirəklərini görüb onların metallarından oğurlamaq qərarına gəlmişlər. Ona görə avtomobili orada saxlayıb qardaşı Bahadur ilə düşüb avtomobildən götürdüyü vintaçanla yaxınlıqda olan elektrik dayaqlarının aşağı hissələrində olan bolt və qaykaları açıb torbaya yığmağa başlamışlar. Həmin vaxt gecə saat təxminən 23 radələri olmuşdur. Onlar iki ədəd torbanı bolt qayka ilə doldurub avtomobilə qoymuşlar və oradan evlərinə gəlmişlər. Səhəri günü həmin bolt qaykaları qardaşı Bahadur aparıb satmışdır və ona da aldığı puldan 30 manat vermişdir. Bundan başqa 04 oktyabr 2022-ci il tarixdə, saat təxminən 22 radələrində evdə olan zaman qardaşı Bahadurla razılaşmışlar ki, gedən həmin elektrik dayaqlarının metallarından açıb oğurlayaq.Ona görə özünün Qazel markalı avtomobilə oturub, Abşeron rayonu Müşviqabad qəsəbəsinin ərazisində olan elektrik xəttin yaxınlığına getmişlər. Orada avtomobildən düşüb elektrik dayaqlarında olan metal künclüklərdən açıb avtomobilə yükləyib evlərinə gətirmişlər. Həmin künclüklər uzun olduğu üçün onları rezak ilə kəsib ölçülərini qısaldıb və yenidən avtomobilə yığmışlar. Səhəri günü, yəni 05 oktyabr 2022-ci il tarixdə, saat təxminən 10 radələrində evdən çıxanda bibisi oğlu Elnur evlərinə gəlmiş və o, da onlarla avtomobilə oturmuşdur. Onlar Elnurun avtomobilinə ehtiyyat hissəsini almağa getməlimişlər, ona görə Elnurdan xahiş etmişlər ki, avtomobildə olan yükü boşaldıb gedərlər.Elnur da razılaşmışdır. Həmin metalları Sülhəddinin metal qəbulu yerinə gətirib Sülhəddinə satmışlar. Həmin vaxt Sülhəddin öz metal qəbulu yerində olan metalları da zavoda aparmaq üçün Kamaz markalı avtomobilə yüklətdirirmiş, elə onlardan aldığı metalları da tərəzidə çəkdirib, Kamaz markalı avtomobilə yüklətdirmişdir.Onların gətirdiyi metallar təxminən 1 tondan çox olmuşdur. Sülhəddin onlara 640 manat verməlimiş, lakin demişdir ki, pulu yoxdu, metalları təhvil verəndən sonra pulu verəcək. Sülhəddin onlardan metalları haradan əldə etdiklərini soruşmuş, onlar Sülhəddinə demişlər ki, metalları Sanqaçal qəsəbəsi ərazisində yolun kənarından götürmüşlər, problemi yoxdur. Ondan sonra onlar oradan çıxıb getmişlər və Elnurun avtomobili üçün ehtiyyat hissələrini alıb evlərinə aparıb boşaltmışlar, ondan sonra o, Bahadur ilə oradan çıxıb öz evlərinə getmişlər. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödənilmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2022-ci ilin təxminən yanvar ayından Abşeron rayonu Müşviqabad qəsəbəsinin ərazisində 2 sot torpaq sahəsində yer tikdirmiş, orada metal və plastik məmulatların qəbulu ilə məşğul olur. Həmin metal qəbulu yerində qardaşı Murad və əmisi oğlu Nicat da onunla birlikdə işləyirlər.Onlar metal və plastik məmulatları alıb aparıb Bakı şəhəri Nərnəgül qəsəbəsində yerləşən “Bakstil” metal emalı zavoduna təhvil verir. Metal qəbulu fəaliyyəti ilə məşğul olması barədə kiçik sahibkar kimi qeydiyyata da alınmışdır və bununla bağlı vergi də ödəyir. O, metalları qəbul etməsi barədə özündə dəftərdə qeydiyyat da edir. 2022-ci ilin təxminən sentyabr ayının sonunda bir gün metal qəbulu yerində olan zaman əvvəllər tanıdığı Bahadur iki ədəd torbada 70 kiliqram çəkidə metal bolt və qaykalar gətirmişdir.O, heç bilməmişdir Bahadur onları hansı avtomobillə metal qəbulu yerinə gətirmişdir.O, Bahadurdan həmin bolt və qaykaları haradan əldə etdiyini soruşanda Bahadur demişdir ki, çoxdan onda qalmış bolt qaykalardır.O, Bahadura təxminən 50 manat gətirdiyi metalın pulunu vermişdir. Bundan başqa 05 oktyabr 2022-ci il tarixdə, saat təxminən 10 radələrində metal qəbulu yerində Bahəddin adlı şəxsin Kamaz markalı avtomobilinə metal qəbulu yerində olan metalları yüklətdirib təhvil verməyə aparacaqmış. Həmin Kamaz markalı avtomobili əmisi oğlu Nicat yükləyirmiş. Bu zaman Elnur adlı şəxs, Bahadur və qardaşı Əfrayıl idarə etdikləri Qazel markalı avtomobillə bir ton 300 kiloqram metal künclüklər gətirmişlər.O, baxmışdır ki, avtomobildə həmin gətirdikləri metalların üstünü kardon kağız parça ilə örtmüşlər.O, onlardan həmin metalları haradan əldə etdiklərini soruşmuş, Bahadur ilə Əfrayıl demişlər ki, Sanqaçal adlanan ərazidən gələndə oralarda metal yığıldığını görüb həmin metalları avtomobilə yığıb gətiriblər. Onların gətirdikləri metal künclüklər təzə metlallar olmuş və doğranılmış olmuşdur.O, onlara demişdir ki, bu metallar təzədir və bunu alsa onun üçün problem yaranacaq, bunları sənəd ilə alacaq. Bahadur ilə Əfrayıl demişlər ki, heç bir problem olmaz və Əfrayıl Şəxsiyyət vəsiqəsini surətini vermişdir.O, həmin metalları tərəzidə çəkdirmiş və 646 manat pul verməlimiş, lakin o, həmin metlaların oğurluq olduğundan qorxmuş və onların pulunu verməmiş, onlara da demişdir ki, hələ pul yoxdur, metalları təhvil verəndən sonra gəlib pulu aparacaqlar. Onlar da çıxıb getmişlər. Aradan 10- 15 dəqiqə sonra Qobu polis bölməsinin əməkdaşları onun metal qəbulu yerinə gəlmişlər və aldığı metalların oğurluq olduğunu bildirmişlər.O, da polis əməkdaşlarına həmin metalları Elnur, Əfrayıl və Bahadur adlı şəxslər tərəfindən gətirildiyini bildirmişdir. Həmin metal künclüklər, bolt-qaykalar polis əməkdaşları tərəfindən götürülmüşdür. Qeyd etmişdir ki, həmin metalları alanda onların oğurluq olduğunu bilmişdir, lakin Əfrayıl ilə Bahadurun onları haradan əldə etdiklərini bilməmiş, Əfrayıl və Bahadur ona yalandan demişlər ki, həmin metalları “Sanqaçal” adlanan ərazidə yolun kənarından götürmüşlər. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə icasında zərərçəmiş hüquqi şəxs X8 Şəbəkəsi MMC-in nümayəndəsi qismində Nümayəndə ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır.O, "xxxx" ASC-nin "xxxx" MMC-də aparıcı hüquq məsləhətçisi vəzifəsində işləyir. X5 məxsus strateji əhəmiyyətli 220-330 KV hava xətlərinin Abşeron rayonu Müşviqabad qəsəbəsinin ərazisində keçən hissəsində son 6 ay ərzində olan müddətdə elektrik dayaqlarının bolt və qaykalarının naməlum şəxslər tərəfindən oğurlanması ilə bağlı "xxxx" MMC-nin X3 rəisi 05 oktyabr 2022-ci il tarixdə Abşeron rayon polis idarəsinə müraciət etmişdir. Ona görə də həmin oğurluq hadisəsi ilə bağlı X9 tərəfindən zərərçəkmiş şəxsin nümayəndəsi qismində o, təyin edilmişdir. Son 6 ay ərzində həmin ərazidə baş vermiş oğurluqla bağlı X9 tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilmişdir.Belə ki, həmin oğurluqlar qeyd edilən müddətlərdə mütəmadi olaraq davamlı şəkildə törədilmişdir və əvvəllər baş vermiş oğurluq nəticəsində oğurlanmış boltlar və künclüklər X9 tərəfindən hətta bərpa da edilmişdir. Həmin ərazidə konkret olaraq hansı tarixdə nə qədər oğurluq olmasını dəqiq bilmir, ancaq sonuncu dəfə isə 04 oktyabr 2022-ci il tarixdə həmin ərazidən boltların və metal künclüklərin oğurlanması X9 tərəfindən aşkar edilmişdir. Oğurlanmış Oğurlanmış boltlar və künclüklər onlara qaytarıldığına görə təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır.Onun “Kamaz yük” markalı, 90BD243 dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobillə yük daşıyır. Qəsəbədə yaşayan Təqsirləndirilən şəxs3 tanıyır və Sülhəddinin metal qəbulu məntəqəsi vardır. Şülhəddin məntəqədə aldığı metalları və plastik materialları çox vaxt o, avtomobili ilə Bakı şəhəri Dərnəgül qəsəbəsində olan metal əritmə zavoduna aparır. Həmişə olduğu kimi 05 oktyabr 2022-ci il tarixdə, saat 09 radələrində Sülhəddin ona zəng edib demişdir ki, onun metal qəbulu məntəqəsindən Bakı şəhəri Dərnəgül qəsəbəsində olan metal əritmə zavoduna metal aparmaq lazımdır. O, da idarə etdiyi “Kamaz” markalı avtomobillə Sülhəddinin metal qəbulu məntəqəsinə gəlmiş və avtomobili içəri salmış, Sülhəddin özü də və iki nəfər də tanımadığı fəhlələr var olmuşlar. O, Sülhəddin ilə söhbət edirmiş və fəhlələr də avtomobilə məntəqədə olan köhnə məişət əşyaları və digər metalları yükləyirmişlər. Saat təxminən 10 radələri olmuş, bir Qazel yük markalı avtomobil ora gəlmiş və həmin avtomobildən bildiyinə görə üç nəfər düşmüş, onlardan iki nəfər Sülhəddinə yaxınlaşmışlar və onunla söhbət etmişlər. Ondan sonra onlar həmin Qazel markalı avtomobildə olan müxtəlif ölçülərdə, təxminən 1, 2 və 3 metr uzunluqda dəmir künclükləri avtomobildən boşaldıb, tərəziyə qoymuşlar və tərəzidə çəkiləndən sonra onun idarə etdiyi avtomobilə yükləməyə başlamışlar. Ondan sonra o, oradan çıxıb getmiş, çünki fəhlələr təxminən iki günə dəmirləri onun avtomobilinə yükləyəcəkmişlər və ondan sonra o, gəlib avtomobili ilə yükü metal əritmə zavoduna aparacaqdır. Həmin gün o, Qədəbəy rayonuna getmiş və rayonda olan zaman ona zəng edib demişlər ki, həmin Qazel markalı avtomobillə gətirilmiş metallar oğurluq metallar olub və polis əməkdaşları bunları aşkar ediblər. O, həmin Qazel markalı avtomobillə ora metal gətirən şəxsləri tanımır, o, birinci dəfə olmuşdur ki, həmin şəxslərin ora metal gətirdiklərini görmüş, həmin metalların da haradan oğurlandığını bilmir və bu barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və "xxxx" ASC-nin "xxxx" MMC-də baş mühəndis vəzifəsində işləyir. X5 məxsus strateji əməmiyyətli 220-330 KV hava xətlərinin Abşeron rayonu Müşviqabad qəsəbəsinin ərazisində keçən hissəsində son 6 ay ərzində olan müddətdə elektrik dayaqlarının bolt və qaykalarının naməlum şəxslər tərəfindən oğurlanması ilə bağlı Abşeron REŞ” MMC-nin X3 rəisi 05 oktyabr 2022-ci il tarixdə Abşeron rayon polis idarəsinə müraciət etmişdir. Son 6 ay ərzində həmin ərazidə baş vermiş oğurluqla bağlı X9 tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Belə ki, həmin oğurluqlar qeyd edilən müddətlərdə mütəmadi olaraq davamlı şəkildə törədilmişdir və əvvəllər baş vermiş oğurluq nəticəsində oğurlanmış boltlar və künclüklər X9 tərəfindən hətta bərpa da edilmişdir. Onun iştirakı ilə Abşeron rayonu Müşviqabad qəsəbəsinin ərazisindən keçən elektrik xəttinə baxış keçirilmiş və məlum olmuşdur ki, elektrik dayaqlarından 830 ədəd bolt-qayka və ümumilikdə isə 150 metr uzunluğunda metal künclüklər oğurlanmışdır. Həmin ərazidə konkret olaraq hansı tarixdə nə qədər oğurluq olmasını dəqiq bilmir, ancaq sonuncu dəfə isə 04 oktyabr 2022-ci il tarixdə həmin ərazidən oğurluq olması X9 tərəfindən aşkar edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirlinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəşünaslıq ekspertizasının 28 noyabr 2022-ci il tarixli, 9/7686 saylı rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına nümünə qismində təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin sentyabr-oktyabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir:
1. 01 ədəd 8 sm uzunluqku, üzərində “Bervel 5.8” yazıları olan bolt-qayka -2,0 manat;
2. 01 metr 9.5 x 9.5 sm ölçülü, 8.5 mm qalınlığı olan dəmir materialından künclük – 25,00 manatdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, İş üzrə maddi sübut olan 8 sm uzunluqda, üzərində “Bervel 5.8” yazısı olan 830 ədəd bolt-qaykalar və 9.5 x 9.5 sm ölçülü, 8.5 mm qalınlığında, ümumilikdə 150 metr uzunluğunda dəmir materialından olan künclüklər "xxxx" MMC-nin X2ytarılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 18 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 18 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 18 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətində islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli “Amnistiya” qərarının 1.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşlar. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsindəhəbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt Apellasiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəmiş hüquqi şəxs X8 Şəbəkəsi MMC-in nümayəndəsi qismində Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən oğurlanmış 8 sm uzunluqda, üzərində “Bervel 5.8” yazısı olan 830 ədəd boltqaykalar və 9.5 x 9.5 sm ölçülü, 8.5 mm qalınlığında, ümumilikdə 150 metr uzunluğunda dəmir materialından olan künclüklər "xxxx" MMC-nin X2ytarıldığına görə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qarşı şikayətləri və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin və şahidlərin ifadəsi ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə görə məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadəsinin, mütəxəssis rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əməlləri Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-2-ci, Təqsirləndirilən şəxs3 törətdiyi əməli Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılması, o cümlədən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılması, o cümlədən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olması, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılması, o cümlədən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətmələrini, cəzalarının yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 05 ay 07 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs3 böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasının yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 07 gün nəzərə alınaraq, ona təyin edilmiş cəza yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə zalında həbsdən azad edilməlidirlər. Barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə maddi sübut olan 8 sm uzunluqda, üzərində “Bervel 5.8” yazısı olan 830 ədəd bolt-qaykalar və 9.5 x 9.5 sm ölçülü, 8.5 mm qalınlığında, ümumilikdə 150 metr uzunluğunda dəmir materialından olan künclüklər "xxxx" MMC-nin X2ytarılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilməsi nəzərə alınmalı və iş üzrə CPM-nin 198.1-ci maddəsinə əsasən 50 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs3 aid hissədə Qobustan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-2ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 05 ay 07 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 01 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00- dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3- 2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 05 ay 07 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 01 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3500 manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 07 gün nəzərə alınaraq, ona təyin edilmiş cəza yüngülləşdirilsin və üzərində qəti olaraq 3000 manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 8 sm uzunluqda, üzərində “Bervel 5.8” yazısı olan 830 ədəd bolt-qaykalar və 9.5 x 9.5 sm ölçülü, 8.5 mm qalınlığında, ümumilikdə 150 metr uzunluğunda dəmir materialından olan künclüklər "xxxx" MMC-nin X2ytarılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs3 aid hissədə Qobustan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Vaqif Həsənov