Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-248/2021 04.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Abbas-zadə Rəhim İsaq oğlunun iştirakı ilə xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi 4-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır kəndi, Z.Əliyeva küçəsi ev 16-da yaşamış, əvvəllər məhkum olunmuş, Abşeron Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14.03.2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 18.02.2020 və 06.05.2020-ci il tarixlərdə törətdiyi oğurluq cinayət əməllərinə görə məhkum olunmamasına, barəsində Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə olan cinayət işinin hal-hazırda məhkəmə baxışında olmasına baxmayaraq o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 10.06.2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır kəndi, M.İbrahimov küçəsində yerləşən yeni inşa edilmiş fərdi yaşayış evinin zirzəmisindən döşəmə taxtalarını mismardan çıxarmaq yolu ilə evə qanunsuz daxil olaraq, evin damında olan 120 manat dəyərində 60 metr uzunluğunda elektrik naqilini, 500 manat dəyərində 01 ədəd üzərində heç bir markalanma yazısı olmayan, 2x3 metr ölçüdə, yun tərkibli sapdan toxunmuş, ornament naxışlı xalçanı və 5 manat dəyərində yuyucunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 625 (altı yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 30.06.2020-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır kəndi, M.İbrahimov küçəsində yerləşən yeni inşa edilmiş fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, sanitar qovşağında quraşdırılmış 350 (üç yüz əlli) manat dəyərində 01 ədəd tam komplektli vəziyyətdə unitazı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmədiyi üçün oğurlub edib pul əldə etmək qənaətinə gəlmişdir. 09.06.2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Masazır kəndində yerləşən “Zümrüd” marketin yanı ilə 2 nömrəli məktəb istiqamətində tək hərəkət etmişdir. Məktəbin yaxınlığında yeni tikilmiş kürsülü ev görmüş, həmin evə nəzarət etdikdən sonra evdə yaşayış olmadığını bilib, axşam saatlarında həmin evə daxil olub, oğurluq etmək qənaətinə gəlmişdir. Bu səbəbdən 10 iyun 2020-ci il tarixdə saat 02 radələrində qeyd olunan evə tərəf getmişdir. Evin qapı və pəncərələri bağlı olduğundan, evin sol tərəfində yerləşən zirzəmisinin qarşısına söykənmiş taxta qapını aralayıb zirzəmiyə keçmiş, daha sonra həmin zirzəmidən döşəmə taxtaları mismardan çıxarıb, taxtaları aralayıb evə daxil olmuşdur. Evdə təmir işləri başa çatmadığından və evdə dəyərli bir şey olmadığından evin damına qalxmışdır. Evin damında xalça görmüş, həmin 01 ədəd xalçanı, 01 ədəd yuyucunu və təxminən 60 metr uzunluğunda olan 4-lük elektrik naqilini özü ilə götürmüş, əvvəl evin qapısını içəridən açmaq istəmiş, lakin aça bilmədiyi üçün yenidən içəri daxil olduğu zirzəmidən çıxıb həmin evi tərk etmişdir. Oğurladığı əşyaları evinə aparmış, elektrik naqilini əritmiş və yuyucu ilə birlikdə tanımadığı dəmir yığanlara 10 manata satmışdır. Bundan başqa maddi vəziyyəti yaxşı olmadığına görə yenidən həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən 30.06.2020-ci il tarixdə gecə saat 04 radələrində həmin evin qarşısına gəlmiş və evin ara divarına söykənmiş nərdivanı götürüb pəncərəyə söykəyib pəncərədən içəriyə daxil olmuş, içəridə heç bir qiymətli əşyanın olmadığını görüb təmirsiz sanitar qovşağına keçmiş, orada da yerə yeni qoyulmuş unitazın olduğunu görüb, həmin unitazı oğurlamaq qərarına gəlmişdir. Unitazı yerindən çıxardandan sonra, evin dəhlizinin taxta döşəməsini söküb unitazı oradan bayıra çıxardıb, öz yaşadığım ünvana aparmışdır. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndi, M.İbrahimov küçəsində 0,01 ha torpaq sahəsində özünə bir mərtəbəli ev tikdirmişdir. Həmin ev bir otaqdan və bir mətbəxdən ibarətdir. Həmin evə giriş dəmir qapıdan girmək mümkündür. Qeyd olunan ünvanda yaşamır, lakin demək olar ki hər gün, evinə gəlib baş çəkir. Sonuncu dəfə 09.06.2020-ci il tarixdə saat 21 radələrində evində olan zaman, hər şey öz qaydasında olmuş və evdən çıxanda evin giriş qapısını bağlamışdır. Səhəri gün, yəni 10.06.2020-ci il tarixdə saat 13 radələrində evinə gəlib baş çəkən zaman, evin mətbəx otağının plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Bundan sonra dərhal evə girmiş və məlum olmuşdur ki, naməlum şəxs onun evinə, evin arxa tərəfində zirzəmidən daxil olmuş və dəhlizin döşəmə taxtalarının bir hissəsini mismardan çıxardıb, həmin yerdən evin içərisinə daxil olmuşdur. Evə baxış keçirən zaman, evin damında gizlətdiyi 120 manat dəyərində 60 metr uzunluğunda 5-lik elektrik naqillərin, evin mətbəx otağında olan 500 manat dəyərində 01 ədəd 2x3 metr olan xalçanın və 01 ədəd 5 manat dəyərində yuyucunun yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, DİN-nin 102 zəng xidmətinə zəng edərək, baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 625 manat məbəlğində maddi ziayn dəymişdir. Bundan sonra 30.06.2020-ci il tarixdə səhər saatlarında evə baxmaq üçün getmiş və evin zirzəmisindən evə naməlum şəxsin dəhlizin baş tərəfindən daxil olaraq sanitar qovşağına quraşdırılmış, yeni alınmış 350 manat dəyərində unitazın oğurlandığını aşkar etmişdir. Bundan sonra o, yenidən Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək baxış keçirmişlər. Şikayətçidir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04.02.2021-ci il tarixli, 31 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan vət. Zərərçəkmiş şəxs məxsus oğurlanmış əmlakın işlənmə dərəcəsi nəzərə alınmaqla hazırki vəziyyətdə 2020-ci ilin iyun ayına ümumi orta bazar qiyməti 270,0 manat müəyyən edilir. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, 01 ədəd xalça və 01 ədəd unitaz maddi sübut kimi tanınaraq, 01 ədəd xalça saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmış, 01 ədəd unitaz saxlanılması üçün Abşeron RPİ-nin MSYnə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Abşeron Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 177.2.2, 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Abşeron Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzası qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 14.03.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin MSY-də saxlanılan bir ədəd 01 ədəd unitaz hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd xalçanın sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Abbas-zadə Rəhim İsaq oğlunun göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə təyin edilmiş 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası indiki hökmlə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilən hissəsi ona hazırkı hökmlə təyin edilən cəzanın müddətinə hesablanmaqla cəzasının əvvəli 14.03.2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin MSY-də saxlanılan bir ədəd 01 ədəd unitaz hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd xalçanın sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Abbas-zadə Rəhim İsaq oğlunun göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-248/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-248/2021
04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver