Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-249/2020 01.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1960-cı ildə Laçın rayonunun Leninkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, hazırda məhkumluğu olmayan, Abşeron rayon X1 yığıcı vəzifəsində işləyən, Laçın rayonu Qarakeçdi kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, B.Səfəroğlu küçəsi ev 5-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 10.000 (on min) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Laçın Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(047)-527/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(012)-160/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati qaydada həbs tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərini davam etdirməklə borcunu tələbkara ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla yanaşı məhkəmənin məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2013cü ilin oktyabr ayında oğlu Ruslan Məmmədov 38500,00 ABŞ dolları müqabilində Xırdalan şəhərinin ərazisindən dövlət mülkiyyətində olan 0,08 hektar boş torpaq sahəsinin özünə məxsus olduğunu Zərərçəkmiş şəxs inandıraraq sonuncuya satacağına vəd vermiş, lakin Zərərçəkmiş şəxs aldadaraq həmin məbləğdə pulu ələ keçirmiş, bu səbəbdən Ruslan Məmmədov törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmuş, məhkəmə zamanı yüngül cəza verilməsi üçün Zərərçəkmiş şəxs zərərin bir hissəsi ödənilmiş, lakin oğlunun Zərərçəkmiş şəxs qalıq olan 10000,00 manat məbləğində pula dair sonuncu ilə arasında notarial qaydada borc müqaviləsi bağlanmış, müqavilədə qeyd olunan müddət bitdikdən sonra həmin məbləğdə olan pulu qaytara bilməmiş, bu səbəbdən Zərərçəkmiş şəxs pulun tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və nəticədə Laçın Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(047)-527/2018 saylı qətnaməsinə əsasən, ondan 10000,00 manat məbləğində borc və ödənilmiş 30,00 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraat başlanılaraq ona tələbin könüllü icra olunması üçün 10 günlük müddət verilmiş, lakin həmin məbləğdə pulun qaytarılmasına imkanı olmadığından irəli sürülən tələbi icra edə bilməmiş, daha sonra barəsində məcburi icra tədbirləri həyata keçirilmiş, əmlakına və pul vəsaitlərinə dair müvafiq təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlakı və ya pul vəsaiti aşkar olunmamış, icra məmurunun tələblərini əməl etmədiyindən və icra vərəqəsi üzrə tələbi icra etmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətində inzibati həbs tətbiq olunmuş, məhkəmə qətnaməsini icra etməməsinə görə cinayət məsuliyyətinə cəlb olunacağı barədə dəfələrlə icra məmuru tərəfindən xəbərdar olunmuş, iş yerinin olmadığından icra zamanı icra məmuru tərəfindən Məşğulluq Mərkəzinə göndərilmiş və orada təklif olunan işə qəbul olunmuş, həmin göndərişə əsasən 2019-cu ilin sentyabr ayından Abşeron rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-X2 tabeliyində X1 işləyir, əmək haqqısı 260 manat təşkil edir, lakin əmək haqqından hər ay tələbkarın hesabına 125 manat məbləğində pul köçürməklə hazıradək cəmi 375 manat məbləğində pul ödəmişdir. Maddi vəziyyəti pis olduğundan qətnaməni tam icra etməyə imkanı olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu Ruslan Məmmədov 2013-cü ilin oktyabr ayında Xırdalan şəhərində yerləşən 0,08 hektar torpaq sahəsinin özünə məxsus olmasını inandıraraq, 38500,00 ABŞ dolları müqabilində həmin torpaq sahəsini satmaq adlı ilə həmin pulu mənimsəyərək onu aldatmış, bununla bağlı sonuncunun barəsində cinayət təqibi başlanmış, pulun çox hissəsi ona qaytarılmış, lakin məhkəmə icraatı zamanı təqsirləndirilənin atası Təqsirləndirilən şəxs notarial qaydada 10000,00 manat məbləğinə dair onunla 6 ay müddətinə borc müqaviləsi bağlamış və bunun müqabilində sonuncunun oğlu R.Məmmədov barəsində şikayəti geri götürmüş, qeyd olunan müddət bitdikdən sonra İmamvedi Məmmədov vəd etdiyi pulu ona verməmiş, bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və nəticədə Laçın Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(047)-527/2018 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 10000,00 manat məbləğində borc və ödənilmiş 30,00 manat dövlət rüsumu tutularaq ona ödənilməsi qət edilmişdir. Daha sonra qətnamə üzrə verilmiş icra vərəqəsi aidiyyəti üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müdət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş pul borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuş, daha sonra icra məmuru tərəfindən borcluya yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq bir daha imkansızlığını əsas gətirib qətnamə üzrə pulu qaytarmamış, qətnamənin icrasından qərəzli olaraq yayınmış, uzun müddətdir Masazır qəsəbəsi ərazisində ət satışı ilə məşğul olmasına, kifayət qədər maddi imkana malik olmasına baxmayaraq, pulu ödəməkdən qəsdən yaynır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Laçın Rayon Məhkəməsinin 2(047)527/2018 saylı xx.xx.2018-cı il tarixli icra sənədinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 10000,00 manat məbləğində borc, həmçinin ödənilmiş 30,00 manat məbləğində dövlət rüsumu alınıb iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcra vərəqəsi əsasında Abşeron Rayon İcra və Probasiya Şöbəsində xx.xx.2018-cı il tarixdə icraata başlanılmış, tələb könüllü müddət ərzində təmin edilməmiş, tələbin borcluya məxsus əmlak və gəliri hesabına ödətdirilməsi istiqamətində görülmüş tədbirlər nəticə verməmiş, iş üzrə borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Abşeron Rayon Məhkəməsinin 3(012)160/2019 saylı xx.xx.2019-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 gün müddətində inzibati qaydada həbs seçilmiş, məhkəmə qərarının icrasının təmin edilməsi məqsədilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Abşeron Rayon Məhkəməsinin 8(012)132/2019 saylı xx.xx.2019-ci il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmış, iş üzrə borclu Təqsirləndirilən şəxs Məmmədova (İmanova) Şehli Neymət qızı ilə nikahda olduğu məlum olmuş, görülmüş tədbirlər nəticəsində Məmmədova (İmanova) Şehli Neymət qızının adına tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilməmiş, Abşeron rayon Məşğulluq Mərkəzinin xx.xx.2019-cu il tarixli arayışında iş üzrə borclu Təqsirləndirilən şəxs Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı İstehsalat-X2 tabeliyində X1 işlədiyi qeyd edilmiş, tələb xx.xx.2019cu il tarixdə borclunun gəlirinə yönəldilmiş, borclu şəxsin gəlirindən icra zamanı 125 manat məbləğində pul vəsaiti tutularaq iş üzrə tələbkar Zərərçəkmiş şəxs hesabına köçürülmüş, borclu barəsində görülmüş tədbirlərdən heç bir nəticə çıxarmamış, tələbkarın xeyrinə qeyd olunan borcdan ödəniş etməmiş və bununla da qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından qərəzli şəkildə yayınmaqda davam etmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Laçın Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(047)-527/2018 saylı qətnamənin surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 10000,00 manat məbləğində borc, həmçinin ödənilmiş 30,00 manat məbləğində dövlət rüsumu alınıb iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Abşeron RPİ-si tərəfindən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmədə təklif edilsə də təqsirləndirilən şəxs borcundan hər hansı bir məbləği zərərçəkmiş şəxsə ödəməkdən qəti imtina etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 01 il 06 ay hissəsi qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Məmmədov təqsirləndirilən şəxs İmamverdi Əmir oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-249/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-249/2020
01.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver