Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-249/2021 30.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 Hörmət oğlunun, Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, V Y/S, ev 3, mənzil 49-da qeydiyyatda olan, lakin Abşeron rayonu, Masazır kəndi Qurtuluş 93 yaşayış kompleksində kirayə yaşayan barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.5ci maddələri ilə xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovu, küçəsi, ev 181E-də qeydiyyatda olan və yaşayan, barəsində Abşeron rayon Məhkəməsinin 04.12.2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir və 05 mart 2021-cil tarixli məhkəmə hazırlıq iclasında həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla və zərərçəkmiş şəxsin cibindən çıxarmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 mart 2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu. Xırdalan şəhəri, Z.Əliyeva küçəsində “119" saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusda sərnişin kimi hərəkətdə olan vətəndaş Zərərçəkmiş şəxs1 əynindəki qış gödəkçəsinin yan cibindən 1 ədəd 700 manat dəyərində qara rəngli “Samsung A50" markalı mobil telefonu gizli çıxarmaqla talayıb Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 aprel 2020-ci il tarixdə saat 08 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində 535 saylı marşurut xətti üzrə hərəkət edən avtobusda olarkən sərnişin olan vətəndaş Zərərçəkmiş şəxs2 Hörmət oğlunun əynindəki şalvarının sağ yan cibindən bir ədəd 365 manat dəyərində “Redmi 8A” markalı mobil telefonunu gizli çıxarmaqla talayıb Zərərçəkmiş şəxs2 Hörmət oğluna 365 manat məbləğində ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 aprel 2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu Mazasır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində 525 saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusda sərnişin olan vətəndaş Zərərçəkmiş şəxs9 arxa sağ cibində saxladığı iki ədəd ümumi 10 manat dəyərində ***- ***-**-** və ***-***-**-** saylı GSM mobil nömrələri işlədən 260 manat dəyərində olan “Samsung J2” markalı mobil telefonu gizli çıxarmaqla talayıb Zərərçəkmiş şəxs9 ümumilikdə 270 manat məbləğində ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 aprel 2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində 523 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda olarkən sərnişin olan vətəndaş Zərərçəkmiş şəxs8 əl çantasından 1 ədəd 350 manat dəyərində «XİOMİ» markalı mobil telefonunu gizli çıxarmaqla talayıb Zərərçəkmiş şəxs8 qızma 350 manat məbləğində ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 may 2020-ci il tarixdə saat 19 radələrində 119 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda olarkən sərnişin olan vətəndaş Zərərçəkmiş şəxs4 qızma yaxınlaşıb, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sərnişinlərin sıx olmasından istifadə edərək sonuncunun əynində olan plaşının sağ cibində saxladığı ***-***-**-** və ***-***-**-** saylı GSM mobil nömrələr altında işləyən 350 manat dəyərində “Hissense C20” markalı mobil telefonunu gizli çıxarmaqla talayıb Zərərçəkmiş şəxs4 qızma 350 manat məbləğində ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 iyun 2020-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu Masazır qəsəbəsində 535 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda olarkən sərnişin olan vətəndaş Zərərçəkmiş şəxs6 əl çantasından 1 ədəd 15 manat dəyərində pul qabını, içindəki 246 manat nağd pulu, 1 ədəd 10 manat dəyərində Zərərçəkmiş şəxs6 məxsus "xxxx" ASC tərəfindən verilmiş kredit kartını, 1 ədəd 10 manat dəyərində Zərərçəkmiş şəxs6 adma Kapital Bank ASC tərəfindən verilmiş əmək haqqı kartını gizli çıxarmaqla talayıb, Zərərçəkmiş şəxs6 qızma ümumilikdə 281 manat məbləğində ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 iyun 2020-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 1 ünvanda yerləşən fərdi evinin həyətinə hasardan tullanaraq evin qapısını sındırıb qanunsuz evə daxil olmaqla evdən Eldar Əzimova məxsus təqaüd kartını, su kartı, qaz kartını, 450 manat dəyərində qadın üzüyü və sırğaları, 700 manat dəyərində 3 ədəd “Samsung” markalı mobil telefonları, bir ədəd 40 manat dəyərində dreli, bir ədəd 50 manat dəyərində elektrik taxta kəsən mişarı, bir ədəd 10 manat dəyərində qaz açarını, 500 manat nəğd pul vəsaitini gizli talayıb, Zərərçəkmiş şəxs5 ümumilikdə 1750 manat məbləğində ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 iyul 2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 592 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda olarkən sərnişin olan vətəndaş Zərərçəkmiş şəxs3 əynindəki cins şalvarın arxa sağ cibindən 1 ədəd 440 manat dəyərində qara rəngli “Samsung A20s” markalı mobil telefonu gizli çıxarmaqla talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 440(dörd yüz qırx ) manat məbləğində ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 sentyabr 2020-cu il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs7 məxsus ünvan 2 ünvanında yerləşən evinə eyvanın pəncərəni açaraq qanunsuz içəri daxil olmaqla evin yataq otağında kitab dolabının rəfində olan parça çantanın içərisindən 170 manat ekvivalentində 100 ABŞ dolları pulu, bir ədəd 3000 manat dəyərində olan briliyant qaşlı Kolye boyunbağını, bir ədəd 2000 manat dəyərində olan briliyant qaşlı Kolye qolbağını, bir ədəd 4000 manat dəyərində zümrüd brilyant qaşlı simfoniya dəstini, bir ədəd 3600 manat dəyərində 60 qram çəkidə qızıldan kardinal şəkilli boyunbağını, bir ədəd 3600 manat dəyərində 60 qram çəkidə qızıldan paxlava şəkilli boyunbağını, bir ədəd 800 manat dəyərində mirvari qaşlı qızıl boyunbağını və qolbağı, bir ədəd 1000 manat dəyərində Zümrüd brilyantdan qaşlı olan kulonu, bir ədəd 3000 manat dəyərində qızıldan olan üzərində brilyant qaşlarla ALLAH sözü yazılan böyük kulonu, bir ədəd 500 manat dəyərində kleopatra lülə şəkilli qızıldan kulonu, bir ədəd 300 manat dəyərində günbəz şəkili üzərində ALLAH sözü yazılmış qızıl kulonu, iki ədəd 1200 manat dəyərində qızıldan nazik boyunbağını, bir cüt 200 manat dəyərində qızıldan uşaq sırğasını, bir ədəd 2000 manat dəyərində brilyant qaşlı qızıl qadın üzüyünü, bir ədəd 2500 manat dəyərində zümrüd brilyant qaşlı qadın üzüyünü, bir ədəd 500 manat dəyərində ballı-qırmızı qaşlı qızıl qadın üzüyü, bir ədəd 700 manat dəyərində sirkon qaşlı qızıl qadın üzüyünü, bir ədəd 1000 manat dəyərində gül brilyant qaşlı qadın üzük-sırğa dəstini, bir ədəd 5000 manat dəyərində kəpənək şəkilli qədimi qolbağını, bir ədəd 500 manat dəyərində qızıldan kişi üzüyünü, həmin otaqda taxtadan olan düvar künclüyün rəfindən bir ədəd 30 manat dəyərində fleşkartı, bir ədəd 10 manat dəyərində “Redmi A8” markalı mobil telefona məxsus qlaqcığı, digər yataq otağında termonun içərisindən bir ədəd 50 manat dəyərində “Lowe Wuch” markalı kişi qol saatını gizli talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 35660 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən razılaşdıqları kimi 10 iyun 2020-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 1 ünvanda yerləşən fərdi evinin qarşısına gələrək o, orada dayanıb Təqsirləndirilən şəxs1 gözləmiş, sonuncu isə evin həyətinə hasardan tullanaraq evin qapısını sındırıb qanunsuz evə daxil olmaqla evdən Eldar Əzimova məxsus təqaüd kartını, su kartını, qaz kartını, 450 manat dəyərində qadın üzüyü və sırğaları, 700 manat dəyərində 3 ədəd “Samsung” markalı mobil telefonları, bir ədəd 40 manat dəyərində dreli, bir ədəd 50 manat dəyərində elektrik taxta kəsən mişarını, bir ədəd 10 manat dəyərində qaz açarını, 500 manat nəğd pul vəsaitini gizli talayıb, oğurladığı “Samsung” markalı telefonlardan birini ona vermiş və bununla da Zərərçəkmiş şəxs5 ümumilikdə 1750 manat məbləğində ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Abşeron rayonu, Masazır kəndində Qurtuluş 93 yaşayış kompleksində kirayə yaşayır. O, narkotik vasitə aludəçisidir. Son vaxtlar narkotikə olan tələbatını ödəmək üçün pul tapa bilməmişdir. Ona görə də oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, 13 mart 2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi deyilən yerdə “119”saylı marşurut avtobusuna minmişdir. Həmin vaxt avtobusda normadan artıq sərnişin olduğu üçün sıxlıq olmuşdur. Bu vaxt o, avtobusda olan bir qadın cinsindən olan və sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu bildiyi xanımın əynindəki qış gödəkcəsinin yan cibindən bir ədəd qara rəngli “Samsung Galaxy A50” markalı mobil telefonu götürüb H.Əliyev parkının yaxınlığında marşurutdan düşmüşdür. Daha sonra həmin mobil telefonun üzərindəki mobil nömrəsini çıxardıb atmışdır. Səhəri gün oğurluq yolu ilə əldə etdiyi qara rəngli “Samsung Galaxy A50” markalı mobil telefonu Bakı şəhərində metronun “20 Yanvar” stansiyasının yaxınlığında tanımadığı şəxsə pula ehtiyacı olduğunu deyib 120 manata satmışdır. Həmin pulu da şəxsi ehtiyacı üçün xərclənişdir. Onun həmin oğurluq hadisəsini törətməsindən heç kimin məlumatı olmamış və ona bu işdə heç kim köməklik etməmişdir. Bundan başqa bildirmişdir ki, o, 25 aprel 2020-ci il tarixdə saat 08 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində 535 nömrəli avtobusa minmişdir. Avtobusda həmin vaxt bir az sıxlıq olmuşdur. O, həmin vaxt avtobusda olan qarşısında əyləşmiş arxası ona tərəf olan bir nəfər tanımadığı orta yaşlı sərnişinin şalvarının sağ yan cibindən 1 ədəd tünd göy rəngli mobil telefonu çıxarmış, bundan sonra çox getməmiş avtobusu saxlatdırıb düşmüşdür. Götürdüyü telefonun nömrəsini çıxarıb atmış və telefonu isə söndürmüşdür. Telefonun üstündə rezin materialdan olan kabura olmuş və həmin kaburanı da telefondan çıxarıb atmışdır. Həmin telefonu bir gün sonra yəni, 26 aprel 2020-ci il tarixdə saat təxminən 12 radələrində Bakı şəhərində, Neftçilər metro stansiyasının yaxınlığında xatırlamadığı telefon dükanına 60 manata satmışdır. Həmin pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Telefonu dükana satan zaman heç bir sənəd təqdim etməmiş, həmin telefon dükanını xatırlamadığı üçün telefonu satdığı dükanın yerini göstərə bilməmişdir. Bundan başqa bildirmişdir ki, o, 26 aprel 2020-ci il tarixdə axşam saatlarında 525 saylı marşrut avtobusu ilə Bakı şəhərindən Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksinə yaşadığı evə gələn zaman avtobusda bir nəfər orta boylu gənc oğlanın cins şalvarının arxa sağ cibində telefon olduğunu görmüş və həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Həmin gənc oğlan Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksində avtobusdan düşən zaman o, telefonu həmin oğlanın cibindən “Samsung J2” markalı mobil telefonu çıxarmışdır. O, telefonun üstündə olan nömrələri çıxarıb atmış və həmin vaxtı Abşeron rayonu, Masazır qəsəbəsi “Qurtuluş 93” yaşayış kompleksində parkda telefonu tanımadığı bir nəfər şəxsə 50 manata satmış, pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa bildirmişdir ki, o, 29 aprel 2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Saray qəsəbəsindən gələn 523 saylı marşurut avtobusuna əyləşmişdir. Həmin vaxt avtombusda çoxlu sayda adam olduğu üçün sıxlıq olmuşdur. O, görmüşdür ki, bir nəfər qadın avtobusa əyləşmiş və yer olmadığı üçün ayaq üstə dayanmışdır. O da bundan istifadə edib həmin xanıma yer vermək üçün ayağa qalxmış və öz yerini həmin xanıma vermişdir. Həmin vaxt xanımın əlində olan “XİAOMİ” markalı mobil telefonunu əlindən çantasına qoyduğunu görmüşdür. Həmin xanım əyləşən vaxtı o, bundan istifadə edib onun əlində olan çantasından mobil telefonunu götürmüş və avtobusdan düşmüşdür. O, avtobusdan düşən kimi həmin mobil telefonun üzərində olan nömrəni çıxarıb atmışdır. O, özü isə digər marşurutla Bakı şəhəri, 20 yanvar ərazisinə gəlib həmin moböil telefonu orada tanımadığı bir şəxsə 170 manata satmış, pulu özü üçün siqaret və yeməyə xərcləmişdir. Bundan başqa bildirmişdir ki, o, 19 may 2020-ci il tarixdə saat 19 radələrində oğurluq etmək məqsədi ilə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 119 saylı avtobusla köhnə bazar adlanan yerə gemişdir. Avtobusda sərnişinlərin sıx olmasından istifadə edərək ayaqüstə dayanan bir qadın plaşının cibinə baxdıqda mobil telefon görmüşdür. Əlini atıb həmin qadının plaşının cibindən “Hissense C20” markalı mobil telefonu çıxarıb növbəti dayanacaqda avtobusdan düşmüşdür. Daha sonra həmin mobil telefonun üzərindəki mobil nömrəsini çıxardıb atmışdır. Səhəri gün oğurluq yolu ilə əldə etdiyi “Hissense C20” markalı mobil telefonu Bakı şəhərində metronun “20 Yanvar’ metrostansiyasının yaxınlığında tanımadığı şəxsə pula ehtiyacı olduğunu deyib 120 manata satmış, pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Onun həmin oğurluq hadisəsini törətməsindən heç kimin məlumatı olmamış və ona bu işdə heç kim köməklik etməmişdir. Bundan başqa bildirmişdir ki, o, 04 iyun 2020-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "xxxx" ASC-nin Xırdalan filialı ilə üzbəüz dayanacaqda 535 nömrəli marşrut avtobusa minmişdir. Həmin vaxtı pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, marşrut avtobusdan oğurluq cinayəti törətsin. Avtobusda hərəkət edərkən bir qadın görmüş, həmin qadının əl çantası olmuş və əl çantasının yuxarı hissəsi açıq olduğundan içərisində olan pul kisəsi görünmüşdür. Qadından başqa avtobusda çoxlu sərnişinlər olmuşlar. O, həmin qadının çantasının ağzının açıq olmasını və içərisində pul kisəsini görüb əlini qadının çantasına salmış və həmin pul kisəsini oradan çıxarmışdır. Həmin pul kisəsini elə çıxarmışdır ki, qadın onu görməmiş, çünki həmin vaxtı avtorbusda olmuş və sərnişinlər bir birinə sıx dayanmışlar. Qadının özünündə fikri qarışıq olmuşdur. O, pul kisəsini çıxardanda qadın ona fikir verməmişdir. Pul kisəsini gizlicə çıxardıb əynində olan kül rəngli köynəyin altına, əynindəki cins şalvarın kəmərinə keçirmişdir. Abşeron rayonu, Masazır qəsəbəsi, Ə. Vahid küçəsində yerləşən “Araz” marketin qarşısında avtobusdan düşmüş, geri baxanda görmüşdür ki, həmin dayanacaqda ondan sonra pul kisəsini oğurladığı qadında düşmüşdür. Həmin davanacaqdan aralanıb bir qədər irəli gedəndən sonra pul kisəsinin içinə baxmış orada 2 ədəd "xxxx" bankına aid kartlar və 242 manat nağd pul olmuşdur. Pul kisəsini və içində olan 2 ədəd "xxxx" bankına aid kartları Abşeron rayonu, Masazır qəsəbəsi, Ə. Vahid küçəsində yolun kənarında olan zibil qutusuna atmışdır. 242 manat pulu isə əynindəki cins şalvarın cibinə qoymuş, həmin pulu bir neçə gün ərzində ərzaq və siqaret alıb öz ehtiyacına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, o, 2016-cı ildə oğurluq etdiyinə görə barəmdə olan cinayət işi üzrə həbs olunaraq, Bakı İstintaq Təcridxanasına yerləşdirilmiş, həmin vaxt İstintaq Təcridxanasında həbsdə olan Təqsirləndirilən şəxs2 ilə aralarında tanışlıq yaranmış və daha sonra həmçinin birlikdə cəza çəkmə müəssisəsində də olmuşlar və beləliklə, Fuadla ünsiyyəti və münasibəti olmuşdur. Həmçinin, cəza çəkərkən X8 ilə münasibəti yaranmış və ünsiyyəti olsa da, sonradan Elşənlə onun arasında narazılıq yaranmışdır. O, Elşənin ona qarşı etdiyi və qəbul etmək istəmədiyi bir hərəkətinə görə ona özlyündə cəza vermək üçün onun yaşadığı evdən oğurluq etmək qərarına gəlmişdir. Bununla əlaqədar olaraq 10 iyun 2020-ci il tarixdə günorta saatlarında Fuadla birlikdə Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yaşayan X4 yaşadığı məhəlləyə getmişlər. Orada Fuada bildirmişdir ki, “çöldə gözləsin”, özü isə Elşənin yaşadığı evin həyət qapısı bağlı olduğuna görə qapının üstündən içəri keçmişdir. Evin qapısının açıq olduğunu görüb içəri girmiş, yataq otağını axtarmış, otaqdan bir ədəd ağ rəngli «Samsunq» markalı mobil telefon aparatı, şkafın üstündən bir ədəd boz rəngli direl və paltar şkafından bir dəst yataq dəsti götürmüşdür. Evdən bahalı əşya tapmadığına görə həyət qapısını açarla açmış və çölə çıxdıqdan sonra qapını açarla bağlayaraq açarı içəri atmışdır. Sonra oradan çıxıb getmişlər. 2-3 gündən sonra oğurladığı «Samsunq» markalı telefonu Fuada satmaq üçün vermiş, ertəsi gün Fuadla görüşəndə Fuad bildirmişdir ki, telefonu «20 yanvar» metrosu yaxınlığında 40 (qırx) manata satmış və pulu birlikdə xərcləmişlər. Direli 3-4 gündən sonra Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən «Rus bazarı» adlanan yerdə satmış və yataq dəstini isə evdə istifadə etmişdir. Fuad həmin əşyaları onun Elşənin evindən oğurladığını bilmiş, oğurluğa bir yerdə getmişlər. Bundan başqa bildirmişdir ki, o, 22 iyul 2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi deyilən yerdə “592 saylı avtobusuna minmişdir. Həmin vaxt avtobusda normadan artıq sərnişin olduğu üçün sıxlıq olmuşdur. Bu vaxt o, marşurutda olan bir nəfər kişi cinsindən olan və sonradan adının Zərərçəkmiş şəxs3 olduğunu bildiyi şəxsin əynindəki cins şalvarın arxa cibindən bir ədəd qara rəngli “Samsung Galaxy A20s” markalı mobil telefonu götürüb növbəti dayanacaqda marşurutdan düşmüşdür. Daha sonra həmin mobil telefonun üzrəindəki mobil nömrəsini çıxardıb atmışdır. Səhəri gün oğurluq yolu ilə əldə etdiyi qara rəngli “Samsung Galaxy A20s” markalı mobil telefonu Bakı şəhərində metronun “20 Yanvar” stansiyasının yaxınlığında tanımadığı şəxsə pula ehtiyacı olduğunu deyib 100 manata satmış, həmin pulu da şəxsi ehtiyacı üçün xərcləmişdir. Onun həmin oğurluq hadisəsini törətməsindən heç kimin məlumatı olmamış və ona bu işdə heç kim köməklik etməmişdir. Bundan başqa bildirmişdir ki, o, 09.09.2020-ci il tarixdə təxminən saat 21 radələrində o, yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində olarkən 57 nömrəli binanın qarşısına gəlmiş və ünvanı sonradan bildiyi 27 nömrəli mənzilin pəncərəsinin qarşısına gəlmiş və pəncərənin açıq olduğunu görmüşdür. O, biraz pəncərənin qarşısında gəzmiş və evdə heş kəsin olmadığına tam əmin olduqdan sonra ətrafa baxmış və evin pəncərəsinin setkasını götürərək evə daxil olmuşdur. O, evin bütün otaqlarına baxmış heçnə tapa bilməmişdir. Lakin yataq otağına keçmiş və otaqda olan divarda rəf görmüşdür. Rəfi açdıqda parça qab görmüş və qabı əlinə alıb açmışdır. Parça qabı açdıqda içərisində xeyli sayda və müxtəlif cür qızıl-zinət əşyları olduğunu gördükdə həmin qızılları götürmüş, sonra isə həmin rəfdə bir ədəd 100 ABŞ dolları götürüb cibinə qoymuşdur. Daha sonra qonaq otağında stolun üzərində bir ədəd qara rəngli saat və telefon qulaqcığını da görüb götürmüşdür. O, pəncərədən evə daxil olduqdan sonra evin seyf qapıdan olan qapısını arxadan bağlamışdır. Daha sonra ona evə daxil olduğu kimi evdən çıxaraq getmişdir. O, bundan sonra yaşadığı evə getmişdir. Səhəri günü, yəni 10.09.2020-ci il tarixdə təxminən saat 11 radələrində yaşadığı evdən çıxmışdır ki, oğurladığı qızıllardan bir hissəsini satsın. O, Bakı şəhəri, Yasamal rayonu, ərazisində yerləşən “Günəş” petrolun yaxınlığında olan əvvəllər də tanıdığı yerə getmişdir. Həmin yerdə qızılların alışı ilə məşğul olan adını xatırlamadığı, lakin üzdən tanıdığı həmin adama yaxınlaşmış, o da qızıl olduğunu satmaq istədiyini bildirmişdir. Həmin şəxs də qızıllara baxmış, qızlları içərisində bir cüt qızıl sırğanı, bir ədəd “Allah” yazısı olan qızıl klonu, bir ədəd qızıl qolbağı həmin şəxsə 1320 manata satmış və 1320 manat pulu götürərək Zərdab rayonuna getmişdir. O, 1320 manat pulu və oğurladığı 100 ABŞ dollarını şəxsi ehtiyyaclarına xərcləmişdir. Oğurladığı digər qızılları, qol saatını və telefon qulaqcığını Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş 93” yaşayış kompleksində kirayə yaşadığı evin hamamında şaxtada saxlamışdır. Daha sonra 17 sentyabr 2020-ci il tarixdə o, Zərdab rayonunda olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, Abşeron rayon polis idarəsinin CAŞ-nin əməliyyatçıları olduğunu, onun Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış komplesi, bina 57 mənzil 27-də baş vermiş oğurluqda şübhəli olduğunu bildirmişlər və onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O da heç bir təzyiq göstərmədən polis əməkdaşları ilə birlikdə Abşereon rayon polis idarəsinə gəlmiş və polis idarəsində etdiyi oğurluq cinayətlərini etiraf etmişdir. Sonda o, törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini nəzərə alıb məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovu, küçəsi, ev 181E-də valideynləri ilə birlikdə yaşayır. Bildirmişdir ki, 2016-cı ildə o, oğurluq etdiyinə görə Bakı şəhəri, Nəsimi rayon polis idarəsinin istintaq şöbəsi tərəfindən istintaq edilən cinayət işi üzrə həbs olunaraq Bakı İstintaq Təcridxanasına yerləşdirilmiş, həmin vaxt İstintaq Təcridxanasında həbsdə olan Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, daha sonra birlikdə cəza çəkmə müəssisəsində də olmuşlar və beləliklə, Asiflə ünsiyyəti və münasibəti olmuşdur. Həmçinin, cəza çəkərkən Elşən adlı şəxslə də Asifin və onun ünsiyyəti yaranmışdır. Azadlığa buraxıldıqdan sonra da Asiflə ünsiyyəti davam etmiş, birlikdə şirkətdə işləmişlər. 10 iyun 2020-ci il tarixdə günorta saatlarında Asif onun yanına gələrək birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisinə getməyi bildirmiş, lakin, o, Asifin həmin yerə nəyə görə getdiyini bilməmişdir. Bundan sonra birlikdə ünvan 3 ünvana gəlmişlər. Həmin yerdə Asif ona əvvəllər birlikdə cəza çəkdikləri Elşənin ona qarşı hansısa səhv hərəkəti olduğundan Elşənin evinə girəcəyini bildirmişdir. Həmçinin həmin vaxt Asif məhəllədə dayanmış bir nəfər tanımadığı yaşlı bir kişidən də, Elşənin evini soruşaraq dəqiqləşdirib həmin ev istiqamətində getmiş, o, isə orada dayanmışdır. Bundan bir neçə dəqiqə sonra Asif əlində drel, bir neçə ədəd təsbeh, bank kartları ilə geri gələrək Elşənin evindən həmin əşyaları oğurladığını bildirmiş, ona isə əlindəki saatlardan «BMVV» markalı saatı vermişdir. Bundan sonra, onlar oradan uzaqlaşıb getmişlər. Bundan bir neçə gün sonra isə Asif ona müraciət edərək, bir ədəd “Samsung” markalı mobil telefon olduğunu və həmin telefonu onun şəxsiyyət vəsiqəsi ilə satmasını, buna görə ona 5 manat verəcəyini bildirmişdir. O, da, etiraz etməmiş, həmin mobil telefonu özünün şəxsiyyət vəsiqəsi ilə satıb pulunu Asifə verə biləcəyini demiş və Asif ona bir ədəd “Samsung” markalı mobil telefonu verdikdə həmin mobil telefonu Bakı şəhəri, 20 Yanvar dairəsində «Velotrek» adlanan yerdə olan mobil telefonların satışı mağazasına öz şəxsiyyət vəsiqəsini təqdim edərək hazırda dəqiq xatırlamadığı qiymətə satmış və pulunu sonra aparıb Asifə vermişdir. Asif də həmin puldan ona 5 manat vermişdir. O, həmin mobil telefonun məhz Elşənin evindən oğurlandığını bilməmişdir. Bu barədə o, 02 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayon polis idarəsinin 35-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılarkən bilmişdir. Bundan bir müddət sonra ona məlum olmuşdur ki, Asif Abşeron rayonu ərazisində oğurluq törətdiyinə görə tutulmuşdur. O, polis əməkdaşları tərəfindən saxlanılarkən Asifin Elşənin, yəni Elman adlı şəxsin qardaşının evindən oğurluq etdiyi ona tam məlum olmuşdur. Asif Elmanın, yəni Elşənin qardaşının evindən oğurluq etdiyi zaman Asiflə birlikdə mənzilə daxil olmamış, həmin zaman o, evin yaxınlığında küçədə dayanmışdır. Asifin konkret olaraq nələr oğurladığını dəqiq bilməmiş, yalnız hazırda ifadəsində göstərdiyi əşyaları Asifin əlində görmüş, həmin əşyalardan Asif ona yalnız bir ədəd «BMVV» markalı 5 manat dəyərində olan saat vermiş, həmin saatı da sonradan o, itirdiyindən hazırda istintaqa təqdim edə bilməmişdir. Sonda o törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini və zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 Hörmət oğlu ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanda yaşayır. Fərdi qaydada tikintidə fəhlə işləyir. 25.04.2020-ci il tarixdə səhər saat təxminən 08 radələrində yaşadığ evdən çıxıb Abşeron rayonu, Novxanı qəsəbəsində avtobus dayanacağında 535 nömrəli marşrut avtobusa minib bir az aralıda olan Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən marketə bazarlıq etmək üçün getmşdir. Avtobusda bir o qədər sıxlıq olmasa da sərnişinlər olmuşdur. O, avtobusun arxa tərəfində oturacaqda əyləşmişdir. Arxa tərəfində tanımadığı sərnişinlər olmuşdur. Bir qədər getdikdən sonra o, avtobusu saxlatdırıb düşmüşdür. Avtobusdan düşüb əynində olan şalvarının sağ yan cibində olan özünə məxsus iki ay işlətdiyi 365 manat dəyərində olan tünd göy rəngli “Redmi 8A” markalı **********60735 və **********60743 imei kodlu mobil telefonunun yerində olmadığını görmüşdür. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. O, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, vurulmuş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 24C-də ailəsi ilə birlikdə yaşayır. O, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Avrasiya” Klinikasında işləyir. O, hər həftənin 5 günü təxminən saat 07 radələrində yaşadığı evdən çıxaraq işə getmiş və saat 18 radələrində yaşadığı evə qayıdmışdır. Hər dəfə işə gedib-gələndə Abşeron rayonu, Xırdalan şəhərində fəaliyyət göstərən avtobuslardan istifadə etmişdir. 19 may 2020-ci il tarixdə o, yenə həmişəki kimi yaşadığı evdən çıxaraq işə getmişdir. Həmin günü, yəni 19 may 2020-ci il tarixdə təxminən saat 17 radələrində işdən çıxaraq evə gəlmişdir. O, evə gəldikdə həyat yoldaşı Elnurun xalası Qaratel də onların evində olmuşdur. Qaratel onu Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evlərinə aparmasını ondan xahiş etmişdir. O da Qaratellə birlikdə onlara getmək üçün piyada yola çıxmışdır. Təxminən saat 19 radələrində O, Qaratelgilin Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evlərinə çatmışdır. O, Qaratelgildə qonaq olmadan evə qayıtmaq üçün yola çıxmışdır. Həmin vaxtı özünə məxsus “Hissense C20” markalı mobil telefonunu üzərində olan plaşın sağ cibinə qoymuşdur. Təxminən 10 dəqiqədən sonra o, yaşadığı evin qarşısına, yəni 22-ci məhəlləyə çatdıqda 119 saylı avtobusdan düşmüşdür. O, avtobusdan düşdükdən sonra piyada gedərkən əlini sağ cibinə atdıqda telefonun cibində olmadığını aşkar etmişdir. O, bundan sonra özündə olan çantaya baxmışdır ki, bəlkə telefonunu çantasına qoymuşdur. Lakin telefonun çantada da olmadığını gördükdən sonra cibindən oğurlandığını hiss etmişdir. O, dərhal evə gəlmiş və qaynanasının mobil teıefonu vasitəsi ilə telefonunun istifadəsində olan ***-***-**-** və ***-***-**- ** nömrələrinə zəng vursa da nömrələrə zəng çatmamışdır. Daha sonra əri Elnura telefonumun 119 saylı avtobusda cibindən oğurlandığını bildirmişdir. Bundan sonra həyat yoldaşı Elnur özünə məxsus mobil telefon vasitəsi ilə Azərbaycan Respublikası DİN-nin 102 mərkəzi-zəng xidmətinə zəng edərək cibindən telefonunun oğurlanması barədə məlumat vermişdir. O, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, vurulmuş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, o, ünvan 2-də ailəsi ilə birlikdə yaşayır. Yaşadığı ev binanın birinci mərtəbəsində yerləşir. O, həmin mərtəbədə olan iki mənzili yəni 26 və 27 saylı mənzili alıb birləşdirərək bir mənzil düzəltmiş və həmin mənzil 4 otaqdan bir mətbəxdən, iki sanitar qovşağından bir eyvandan və bir dəhlizdən ibarətdir. Yaşadığı mənzilə iki qapıdan girmək olmuşdur. O, özü “Azərbaycan "xxxx" MMC-də böyük xəzinədar vəzifəsində işləyir. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, övladının universitetə qəbul olunması ilə bağlı ixtisas üzrə kodlaşdırma aparmaq üçün 09.09.2020ci il tarixdə saat 17:50-də o, arvadı Ellada Babayeva və qızı ilə bir yerdə evdən çıxıb Bakı şəhəri, Nərimanov rayonu, “Oksigen” klinikasının arxasında yerləşən “Zəfər” kursları ofisində təhsil ekspertinin yanına getmişlər. Həmin vaxt evin pəncərənin dəmir barmaqlığı və pəncərənin özü açıq qalmış və pəncərədə setka olmuşdur. Onlar həmin yerdən saat 00:20-də çıxıb yaşadığı evə gəlib çatmışlar. Həmin vaxt saat 00:40 olmuşdur. O, evin 27 saylı mənzilə aid olan qapsını açarla açmaq istədikdə qapının açılmadığını görmüşdür. O, binanın arxasına keçib mənzilinin altında olan ona məxsus zirzəmidən nərdivan götürüb evin eyvanına dayayaraq eyvana çıxmaq istədikdə eyvanın pəncərəsinin setkasını yerində olduğunu görmüşdür. O, pəncərədən eyvana keçmiş və oradan evin mətbəxinə girmişdir. Həmin vaxt evin işıqlarını yandırada evin çöl qapısının içəridən bağlı olduğunu görmüşdür. O, evin çöl qapısını açmış və arvadı Ellada içəri girmişdir. Blokda olan damafonun işığının yanmaması və evin qapısının içəridən bağlı olması onlarda şübhə yaratmışdır. Dəhlizdə damafona baxdıqda elektik şəbəkəsindən çıxarıldığını görmüşdür. Onlarda şübhə yarandığından evin yataq otağında olan kitab dolabının rəfinə baxdıqda orada saxladığı qızıl-zinət əşyaları olan parça çantanı əlinə götürdükdə həmin çantanın yüngül olmasını hiss edib çantaya baxdıqda çantanın içərisində saxladığı 100 ABŞ dolları pulun, bir ədəd 3000 manat dəyərində olan briliyant qaşlı Kolye boyunbağının, bir ədəd 2000 manat dəyərində olan briliyant qaşlı Kolye qolbağın, bir ədəd 4000 manat dəyərində zümrüd briliyant qaşlı simfoniya dəstinin, bir ədəd 3600 manat dəyərində 60 qram çəkidə qızıldan kardinal şəkilli boyunbağının, bir ədəd 3600 manat dəyərində 60 qram çəkidə qızıldan paxlava şəkilli boyunbağının, bir ədəd 800 manat dəyərində mirvari qaşlı qızıl boyunbağının və qolbağın, bir ədəd 1000 manat dəyərində Zümrüd briliyantdan qaşlı olan kulonun, bir ədəd 3000 manat dəyərində qızıldan olan üzərində briliyant qaşlarla ALLAH sözü yazılan böyük kulonun, bir ədəd 500 manat dəyərində kleopatra lülə şəkilli qızıldan kulonun, bir ədəd 300 manat dəyərində günbəz şəkili üzərində ALLAH sözü yazılmış qızıldan kulonun, iki ədəd 1200 manat dəyərində qızıldan nazik boyunbağının, bir cüt 200 manat dəyərində qızıldan uşaq sırğasının, bir ədəd 2000 manat dəyərində briliyant qaşlı qızıl qadın üzüyünün, bir ədəd 2500 manat dəyərində zümrüd briliyan qaşlı qadın üzüyünün, bir ədəd 500 manat dəyərində ballıqırmızı qaşlı qızıl qadın üzüyün, bir ədəd 700 manat dəyərində sirkon qaşlı qızıl qadın üzüyün, bir ədəd 1000 manat dəyərində gül briliyant qaşlı qadın üzük-sırğa dəstinin, bir ədəd 5000 manat dəyərində kəpənək şəkilli qədimi qolbağın, bir ədəd 500 manat dəyərində qızıldan kişi üzüyünün parça çantanın içərisində olmadığını, həmin otaqda taxtadan olan künclüyün rəfində qoyduğu bir ədəd 30 manat dəyərində flaşkartın, bir ədəd 10 manat dəyərində qlaqcığın, digər yataq otağına baxdıqda həmin otaqda termonun içərisində bir ədəd 50 manat dəyərində kişi qol saatının yerində olmamasını görüb oğurlanmasına əmin olduqdan sonra DİN-nin ”102” xidmətinə zəng edərək evindən oğurluq olması barədə məlumat vermişdir. Bildirmişdir ki, evindən yuxarıda qeyd etdiklərindən başqa heç bir əşya və pul oğurlanmamış, oğurluq nəticəsində ona ümumilikdə 35490 manat maddi ziyan dəymişdir. O, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 1 ədəd qızıldan “Koley ” şəkilli qolbaq və task sırğa, 1 ədəd qızıldan mirvari boyunbağı və qolbağ dəsti, 1 ədəd qızıldan kardinal şəkilli boyunbağı, 1, ədəd qızıldan “ALLAH” sözü yazılmış külon və boyunbağı, 1 ədəd qızıldan “Firon” şəkili boyunbağı, 1 ədəd qızıldan paxlava şəkilli boyunbağı, 1 ədəd briliyant qaşlı üzük sırğa dəsti, 1 ədədə qızıldan paxlava şəkilli biriliyyatn qaşlı qadın üzük, 1 ədəd qızıldan əqiq qaşlı kulon, 1 ədəd qızıldan qadın üzük, 1 ədəd qaraqaşlı gümüş üzük, 1 ədəd qızıldan birliyant qaşlı üzük, 1 ədəd “redmi A8” markalı mobil telefon, 1 ədəd telefon qulaqcıq və 1 ədəd “Lowe Wuch” markalı kişi qol saatı ekspertizadan sonra maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü ona təhvil verildiyini bildirdi. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi döngə 2 ev 11-də ailəsi ilə birlikdə yaşayır. O, 13 mart 2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhərinə gələmək üçün Bakı şəhərində metronun 20 Yanvar stansiyasının qarşısından “119” saylı marşurut avtobusuna minmişdir. Həmin marşurut avtobusunda sərnişinlər çox olduğu üçün sıxlıq olmuşdur. O, Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsində “Bizim marketin” qarşısında avtobusda olarkən əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən “Samsung Galaxy A50” markalı mobil telefonunun oğurlandığını bildirmiş, lakin heç kim ona cavab verməmişdir. O da avtobusdan düşüb birbaşa Abşeron rayon polis idarəsinə gələrək ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində onun qış gödəkcəmin sol yan cibindən 2019-cu il istehsalı olan qara rəngli **********98805 və **********98802 İMEİ kodlu üzərində özünə məxsus ***-***-**-** və ***-***-**-** GSM nömrələri olan “SAMSUNG Galaxy A50” markalı mobil telefonunu naməlum şəxs tərəfindən oğurlanmış və ona hadisə nəticəsində 700 manat məbləğində maddi ziyan vurulmuşdur. O, baş vermiş hadisə nəticəsində heç kimdən şübhələnməmişdir. O, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, vurulmuş ziyanı tələb etdiyini bildirmişdir. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksi, ev 14, mənzil 19-da yaşayır. Bildirmişdir ki, bir ay bundan əvvəl “Kontakt Home”-dan kreditlə 265 manata “Samsung J2” markalı mobil telefon almışdır. 26.04.2020-ci il tarixdə sat 09:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində tikintidə işə getmişdir. Həmin gün saat 17:00 radələrində işən çıxıb evə gəlmək üçün 7A nömrəli avtobusa əyləşmişdir. Həmin vaxtı üzərində ***-***-**-** və ***-***-**-** saylı nömrələr olan “Samsung J2” markalı mobil telefon cins şalvarının arxa sağ cibinə qoymuşdur. Bakı şəhəri, “Şamaxinka” adlanan ünvanda 7A saylı avtobusdan düşüb ünvan 6busa əyləşmişdir. Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində avtobusdan düşən zman mobil telefonunun arxa cibində olmadığını aşkar etmişdir. Telefonunun oğurlanması barədə 102 xidmətinə məlumat vermişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, vurulmuş ziyanı tələb etdiyini bildirmişdir. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs8 ifadəsindən göstərmişdir ki, o, Abşeron rayonu, Saray qəsəbəsi, Meşəçilər məhəlləsi ev 7-də ailə üzvüləri ilə birlikdə yaşayır. 29.04.2020-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhərindən yaşadığı Abşeron rayonu, Saray qəsəbəsinə 523 saylı avtobusla gəlmişdir. O, ilkin olaraq boş yerlərin birində əyləşmişdir, həmin vaxt bir xanım uşaqla gəldiyi üçün, o, yerindən durub, yerini həmin xanıma vermişdir. Abşeron rayonu, Saray qəsəbəsinə çatanda bir nəfər düşdüyü üçün, o, həmin şəxsin yerində əyləşmək istəmişdir. O, əlində olan mobil telefonu, digər əlində olan çantaya qoymuşdur ki, rahat əyləşsin. Həmin vaxt ayağa duran oğlan ona dəymiş, o, ilkin olaraq fikirləşmişdir ki, təsadüfən həmin oğlan ona toxunmuş, lakin o, əyləşəndən sonra telefonunu çantasından götürmək istəsə də tapa bilməmiş və onda başa düşmüşdür ki, həmin avtobusdan düşən oğlan onun telefonunu çantasından götürmüşdür. O, orada olan şəxslərdən həmin oğlanı soruşmuş, lakin orada olan şəxslər ona demişlər ki, “həmin oğlanı tanımırlar”. O da həmin oğlanı görsə də tanıya bilməz. Lakin marşurutda ona demişlər ki, “həmin oğlan sarışın oğlan olmuşdur”. O, həmin mobil telefonu təxminən 2020-ci ilin may aıynın 22-də 350 manata Sumqayıt şəhərindən almışdır. O, həmin telefonu cəmisi bir həftə işlətmişdir. Onun mobil telefonunun markası “Redmi 8A Sunser-Red” markalı olmuşdur. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs6 ifadəsindən göstərmişdir ki, o, 04.06.2020-ci il tarixdə saat 13:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsində yerləşən "xxxx" ASC-nin Xırdalan filialı ilə üzbəüz dayanacaqda 535 nömrəli marşrut avtobusa tək minmiş, həmin vaxtı avtobusda insanlar çox olmuşdur. Sıxlıq olduğundan insanlar bir birini itələmişlər. Abşeron rayonu, Masazır qəsəbəsində körpüyə çatmamış əlində olan çantamın içindəki pul qabını çıxarmış, pul qabının içindən 1 manat pul götürüb pul qabını yenidən əlindəki çantaya qoymuşdur. Abşeron rayonu, Masazır qəsəbəsi “Araz Marketin” yaxınlığındakı Ə. Vahid küçəsində dayacaqda düşmüş, yaxınlıqdakı aptekə girib-çıxmış, daha sonra isə “Araz Marketin” qarşısında olan dayacaqdan 525 nömrəli marşrut avtobusa minəndə orada əlindəki çantasının içinə baxanda orada özünə məxsus 15 manat dəyərində pul qabının içərisindəki əşyalarla və nəğd pulun oğurlandığı aşkar etmişdir. Pul qabının içərisində 246 manat pul, özünə aid dəyəri olmayan şəxsiyyət vəsiqəsi, nominal dəyəri 10 manat olan "xxxx" bankına aid içində 1300 manat olan kredit kartı, özünə aid nominal dəyəri 10 manat olan içində pul olmayan "xxxx" bankına aid əmək haqqı kartı oğurlanmışdır. Ona oğurluq nəticəsində 281 manat ziyan dəymişdir. Hadisədən sonra hər iki kartı “Kapital Bankın” Xırdalan filialına müraciət edib bağlatdırmışdır. Ondan oğurluq ediləndən sonra kartından heç bir pul çıxarılmamışdır. O, teleqramma ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, vurulmuş ziyanı tələb etdiyini bildirmişdir. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanda yaşayır, O, hər gün səhər saat 8:30 radələrində işdə olmuş, axşam saat 17:30 radələrində işdən çıxıb evə gəlmişdir. 10 iyun 2020-ci il tarixdə də səhər 07;30 radələrində evdən çıxıb işə getmiş, axşam saat 18;40 radələrində evinə gəlib, küçə qapısını açıb həyətə girib evinin giriş qapısını açmaq istəyəndə görmüşdür ki, qapı açıqdır. İçəri girmiş və görmüşdür ki, evinin içərisi darmadağın vəziyyətdədir. O, heç nəyə əl vurmamış, ev telefonu ilə Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzinə zəng vurmuş, evində baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Aradan çox keçməmiş Bakı şəhəri, Xətai RPİ-nın 35-ci polis bölməsinin əməkdaşları gəlmişlər və evinə onun iştirakı ilə baxış keçirmişlər. O, evi iki otaqdan, mətbəxdən və sanuzueldən ibarətdir. O, evini nəzərdən keçirəndən sonra məlum olmuşdur ki, çamadanın içərisindən pul qabı, onun içərisində əmək haqqı kartı, iki ədəd təqayüd kartı, bir ədəd, su kartı, qazın kartı bir ədəd, 450 manat dəyərində qadın üçün üzük və sırğa, 700 manat dəyərində üç ədəd “Samsung” markalı mobil telefonlar, bir ədəd 40 manat dəyəritndə drel, bir ədəd 50 manat dəyərində lobzik, bir ədəd dəyərində 10 manat qaz açarı və döşəyin altında olan çamadandan 500 manat pul, oğurlanmışdır. Ona ümumi olaraq 1850 manat maddi ziyan dəymişdir. Onun əmək haqqı kartlarında, təqaüd kartlarında pul olmamışdır. Əmək haqqı kartından avans kimi pul çıxartmaq olmuşdur. O, kartlarının kodlarını telefonunda yazmışdır. O, “Kapital banka” zəng edib kartlarını bağlatdıranda ona demişlər ki, bir əmək haqqı kartından 100 manat avans olaraq pul çıxarılmış, lakin hardakı “Kapital bankın” bankomatından çıxarılmasını bildirməmişlər. O da bildirmişdir ki, o, kartdan avans çıxartmamışdır. Bundan sonra ərizə yazmışdır ki, ona təzə kart versinlər. İşə onu telefonla buraxmadıqlarına görə telefonları evdə qoyub getmişdir. Onun evindən oğurlanan telefonların heç birinin sənədi olmamış, telefonların imeii kodlarını bilməmiş, lakin ona məxsus olan telefonların birinin üzərində 050 807-62-44, ikincisinin 070 632-41-88, üçüncü telefonun üzərində olan nömrə bağlı olduğundan həmin nömrəni xatırlammışdır. Evindən baş vermiş oğurluq hadisəsindən heç kimdən şübhələnməmişdir. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ifadəsindən göstərmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Xəqani küçəsi ev 21-də ailə üzvləri ilə birlikdə yaşayır. O, 2019-cu ilin dekabr ayının 15də özünə 440 manata “Samsung Galaxy A20 S” markalı qara rəngli İMEİ **********12395 və **********12393 kodlu mobil telefon almışdır. O, həmin mobil telefonunun üzərinə öz adma olan 077 *** ** ** GSM nömrəsi taxaraq istifadə etməyə başlamışdır. O, 22 iyul 2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi deyilən yerdən 592 saylı marşurut avtobusuna minərək Abşeron rayonu, Xırdalan şəhəri,, H.Əliyev prospekti ilə hərəkətdə olarkən Xırdalan şəhərində dəyirman deyilən yerdə avtobusdan düşmüşdür. Elə bu vaxt ona məlum olmuşdur ki, əynində olan cins şalvarının sağ tərəfdən arxa cibində olan “Samsung Galaxy A20 s” markalı mobil telefonu yoxdur. O, bu barədə ilkin olaraq Abşeron RPİ-nə gəlib mobil telefonunu itirməsi barədə ərizə ilə müraciət etmişdir. Çünki, ilk öncə mobil telefonunu itirdiyini fikirləşmişdir. Lakin, evə gedərkən yolda mobil telefonuna zənd edib telefona artıq zəng çatmadığını gördkdən sonra DİN-nin 102 xidmətinə zəng edərək mobil telefonunun itmədiyini, oğurlandığnı bildirmişdir. Onun mobil telefonunu 592 saylı marşurut avtobusunda naməlum şəxs şalvarının sağ arxa cibindən götürərək oğurlamışdır. Baş vermiş hadisə nəticəsində ona 440 manat məbləğində maddi ziyan vurulmuşdur. O, baş vermiş hadisə ilə əlaqədar olaraq heç kimdən şübhələnməmişdir. Qeyd, etmişdir ki, həmin vaxt avtobusda sxılıq olmuş deyə o, telefonunun götürlüdüyünü hiss etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. ünvan 2 ünvanında yaşayan adının Zərərçəkmiş şəxs7 bildiyi bir nəfər şəxs DİN-nin “102” xidmətinə məlumat verməklə Abşeron rayon Polis İdarəsinə gəlib ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi evinin pəncərəsinin açaraq qanunsuz içəri daxil olmaqla evdən 35000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanmasını bildirmişdir. Bundan başqa Abşeron rayonu, Xırdalan şəhəri, Masazır qəsəbəsi, Novxanı qəsəbəsi ərazisində silsilə oğurluqların baş verməsi ilə bağlı idarə rəisinin göstəriş vermişdir ki, həmin oğurluq cinayətlərini törədən şəxslərin müəyyən olunaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirsinlər. Bununla bağlı o, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və Abşeron RPİ- nin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra onlar əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs7 məxsus ünvan 2 ünvanında yerləşən fərdi evindən 35000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayan şəxsin xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, V yaşayış massivi, ev 3, mənzil 49-da qeydiyyatda olan, lakin Abşeron rayonu, Masazır kəndi Qurtuluş 93 yaşayış kompleksində kirayədə yaşayan Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmiş və həmin şəxs 17.09.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tərəflərindən saxlanılaraq Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. İdarədə Təqsirləndirilən şəxs1 etiraf edərək bildirmişdir ki, “09 sentyabr 2020-cu il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs7 məxsus ünvan 2 ünvanında yerləşən evindən 35490 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamış”, həmin qızılların bir qismini Abşeron rayonu, Masazır qəsəbəsində kirayə yaşadığı evin hamamında olan şaxtasında gizlətmiş, bir qismini isə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Günəş” petrolun yaxınlığında qızıl-gümüş alışı və satışı ilə məşğul olan mağazaya satmışdır”. Bundan sonra müstəntiqlə bir yerdə Təqsirləndirilən şəxs1 kirayə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 evin hamamında olan şaxtasından bir ədəd göy rəngli sellofan torba çıxarıb təqdim edərək bildirmişdir ki, “09 sentyabr 2020-cu il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs7 məxsus ünvan 2 ünvanında yerləşən evindən oğurladığı qızıl-zinət əşyalarının bir qismidir”. Təqsirləndirilən şəxs1 təqdim etdiyi qızıllara müstəntiq tərəfindən baxış keçirildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 etiraf edərək bildirmişdir ki, “ 13 mart 2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsində “119” saylı marşurut xətti üzrə hərəkətdə olan avtobusda vətəndaş Zərərçəkmiş şəxs1 əynindəki qış gödəkcəsinin yan cibindən 1 ədəd “Samsung A50” markalı mobil telefonu, 16 aprel 2020-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, «Yeni Bakı» yaşayış kompleksindəki 16 saylı binanın ümumi istifadəsində olan blokuna daxil olaraq binanın 7-ci mərtəbəsindən bir ədəd yaşıl rəngli «X10 26T Mountoin İ Hardtail Cyale» markalı velosipedi, 25 aprel 2020-ci il tarixdə saat 08 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində 535 saylı marşurut xətti üzrə hərəkət edən avtobusda vətəndaş Zərərçəkmiş şəxs2 Hörmət oğlunun əynində olan şalvarının sağ yan cibindən bir ədəd “Redmi 8A” markalı mobil telefonunu, 26 aprel 2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu Mazasır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində 525 saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusda vətəndaş Zərərçəkmiş şəxs9 arxa sağ cibindən bir ədəd “Samsung J2” markalı mobil telefonu, 29 aprel 2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində 523 nömrəli marşrut xətti üzrə hərəkətdə olan avtobusda vətəndaş Zərərçəkmiş şəxs8 əl çantasında olan 1 ədəd «XİOMİ» markalı mobil telefonunu, 19 may 2020-ci il tarixdə saat 19 radələrində 119 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda vətəndaş Zərərçəkmiş şəxs4 əynində olan plaşının sağ cibindən bir ədəd “Hissense C20” markalı mobil telefonunu, 04 iyun 2020-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu Masazır qəsəbəsində 535 nömrəli marşrut xətti üzrə hərəkətdə olan avtobusda vətəndaş Zərərçəkmiş şəxs6 əl çantasında olan pul qabından 246 manat nağd pulunu, 22 iyul 2020- ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 592 saylı marşurut xətti üzrə hərəkətdə olan avtobusda vətəndaş Zərərçəkmiş şəxs3 əynindəki cins şalvarın arxa sağ cibindən 1 ədəd “Samsung A20s” markalı mobil telefonunu gizli talayaraq oğurlamışdır”. Bununla bağlı rəhbərliyə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs1 dindirilməsindən ötrü Abşeron rayon polis idarəsinin şöbəsinə təhvil verilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə verən Abşeron rayon polis idarəsinin əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla və zərərçəkmiş şəxsin cibindən çıxarmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq cinayətini və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək oğurluq cinayəti törətmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməsi özlərinin etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, ekpertiza rəyi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Belə ki, iş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertinin 28 sentyabr 2020-ci il tarixli 394 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd 10.3 qram çəkidə 583 əyarlı qızıldan üzərində 39 ədəd hər biri 0.03 karatlı briliyant qaşı olan üzük sırğa cütü dəstininin 2020-ci ilin sentyabr ayına ümumi orta bazar qiyməti 1851 manat, bir ədəd 5.85 qram çəkidə 750 əyarlı qızıldan üzərində 16 ədəd hər biri 0.03 karatlı briliyant qaşı olan yaşıl qaşlı üzüyün 2020-ci ilin sentyabr ayına ümumi orta bazar qiyməti 995 manat, bir ədəd 6.86 qram çəkidə 750 əyarlı qızıldan üzərində 15 ədəd hər biri 0.03 karatlı briliyant qaşı olan yaşıl qaşlı paxlava şəkilli üzüyün 2020-ci ilin sentyabr ayına ümumi orta bazar qiyməti 1053 manat, bir ədəd 4.11 qram çəkidə 583 əyarlı qızıldan üzərində 19 ədəd hər biri 0.03 karatlı briliyant qaşı olan oval şəkilli üzüyün 2020-ci ilin sentyabr ayına ümumi orta bazar qiyməti 840 manat, bir ədəd 5.97 qram çəkidə 583 əyarlı qızıldan üzərində 9 ədəd hər biri 0.03 karatlı briliyant qaşı olan yaşıl qaşlı kulonun 2020-ci ilin sentyabr ayına ümumi orta bazar qiyməti 680 manat, bir ədəd 16.91 qram çəkidə 583 əyarlı qızıldan üzərində 18 ədəd hər biri 0.03 karatlı briliyant qaşı olan yaşıl qolbağın 2020-ci ilin sentyabr ayına ümumi orta bazar qiyməti 1707 manat, bir ədəd 26.1 qram çəkidə 583 əyarlı qızıldan üzərində 37 ədəd hər biri 0.03 karatlı briliyant qaşı olan yaşıl qaşlı boyunbağının 2020-ci ilin sentyabr ayına ümumi orta bazar qiyməti 2903 manat, bir ədəd 1,84 qram çəkidə 585 əyarlı qızıldan qəhvəyi qaşlı kulonunun 2020-ci ilin sentyabr ayına ümumi orta bazar qiyməti 129 manat, bir ədəd 5.98 qram çəkidə 585 əyarlı kitab şəkilli kulon boyunbağının 2020-ci ilin sentyabr ayına ümumi orta bazar qiyməti 419 manat, bir ədəd 4.73 qram çəkidə 585 əyarlı qızıldan “Nefretizi” şəkilli kulon boyunbağının 2020-ci ilin sentyabr ayına ümumi orta bazar qiyməti 331 manat, bir ədəd 60 qram çəkidə 585 əyarlı qızıldan qalın boyunbağının 2020-ci ilin sentyabr ayına ümumi orta bazar qiyməti 4200 manat, bir ədəd 49.9 qram çəkidə 585 əyarlı qızıldan paxlava şəkilli boyunbağının 2020-ci ilin sentyabr ayına ümumi orta bazar qiyməti 3475 manat, bir ədəd mirvari boyunbağı və qolbağın 2020-ci ilin sentyabr ayına ümumi orta bazar qiyməti 8 manat, bir ədəd 4.74 qram çəkidə 925 əyarlı gümüşdən qara qaşlı kişi üzüyün 2020-ci ilin sentyabr ayına ümumi orta bazar qiyməti 20 manat, bir ədəd 2 qram çəkidə 750 əyarlı qızıldan mirvari boyunbağının 2020-ci ilin sentyabr ayına ümumi orta bazar qiyməti 180 manat, bir ədəd flaşkartın 2020-ci ilin sentyabr ayına ümumi orta bazar qiyməti 5 manat, bir ədəd “Redmi A8” markalı mobil telefona məxsus qlaqcığıb 2020-ci ilin sentyabr ayına ümumi orta bazar qiyməti 15 manat, bir ədəd “Lowe Wuch” markalı kişi qol saatının 2020-ci ilin sentyabr ayına ümumi orta bazar qiyməti 10 manat, Ekspertiza ekspertiza tədqiqatına təqdim olunan vət. Zərərçəkmiş şəxs7 məxsus qızılziynət əşyalarının, bir ədəd kişi qol saatının, bir ədəd “Redmi A8” markalı mobil telefona məxsus qulaqcıqının və bir ədəd 2G tutumlu fleşkanın hazırki vəziyyətdə 2020-ci ilin sentyabr ayına ümumi orta bazar qiyməti 18821.0 (on səkkiz min səkkiz yüz iyirmi bir manat) müəyyən edilir. Həmin məmulatların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 05 yanvar 2021-ci il tarixli 20/3R saylı məhkəmə-daktoloskopik ekspertizasının rəyindən görünür ki, 09.09.2020-ci il tarixdən 10.09.2020-ci il tarixə qədər olan müddətdə ünvan 8 ünvanında Zərərçəkmiş şəxs7 yaşadığı evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 06 ədəd əl-barmaq və 02 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 04 ədədi, xx.xx.1980- ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin ovuc, sağ əlinin orta və adsız (02 dəfə) barmaqlarının əksi ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 03 ədəd əl-barmaq və 01 ədəd ovuc izinin DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. Məhkəmə zamanı müəyyən edildi ki, istintaq zamanı ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 1 ədəd qızıldan “Koley ” şəkilli qolbaq və task sırğa, 1 ədəd qızıldan mirvari boyunbağı və qolbağ dəsti, 1 ədəd qızıldan kardinal şəkilli boyunbağı, 1, ədəd qızıldan “ALLAH” sözü yazılmış külon və boyunbağı, 1 ədəd qızıldan “Firon” şəkili boyunbağı, 1 ədəd qızıldan paxlava şəkilli boyunbağı, 1 ədəd briliyant qaşlı üzük sırğa dəsti, 1 ədədə qızıldan paxlava şəkilli biriliyyatn qaşlı qadın üzük, 1 ədəd qızıldan əqiq qaşlı kulon, 1 ədəd qızıldan qadın üzük, 1 ədəd qaraqaşlı gümüş üzük, 1 ədəd qızıldan birliyant qaşlı üzük, 1 ədəd “redmi A8” markalı mobil telefon, 1 ədəd telefon qulaqcıq və 1 ədəd “Lowe Wuch” markalı kişi qol saatı ekspertizadan sonra maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs7 təhvil verilmişdir. Məhkəmə zamanı müəyyən edildi ki, ********* saylı cinayət işi üzrə hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs1 məxsus əl-barmaq izləri köçürülmüş 01 ədəd dakta plyonka iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.5-ci maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 30.08.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143 maddənin 2-ci hissəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hökmün icrası 02 il müddətinə təxirə salınmış, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 26.07.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143 maddənin 3-cü hissəsi, 143 maddənin 4-cü hissəsi, 15, 143 maddənin 4-cü hissəsi ilə təqsirlili bilinərək o, 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18.12.2002-ci ildə azad edilmiş, ACDİÜ AR Məhkəməsinin 02.02.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.3, 177.2.2, 66.3 maddəsi ilə 10 il 09 ay 12 gün müddətinə azadlıqdan məhrum edilmiş, ACDİÜ AR Məhkəməsinin 29.06.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.4, 66.3 maddəsi ilə 11 il 06 ay azadlıqdan məhrum edilmişdir. Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 29.10.2014-cü il tarixli qərarı ilə 05 ay 12 gün vaxtından əvvəl şərti azad olunmuş, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 27.02.2017-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 maddələri ilə təqsirlili bilinərək barəsində 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 26.03.2018-ci il tarixli qərarı ilə cəzası 04 il 06 ay müddətə endirilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 06.03.2020-ci il tarixli qərarı ilə qalan 05 ay 11 gününü vaxtından əvvəl şərti olaraq azad olunub 17.08.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. O, cəzadan şərti olaraq azad olunduğu müddət ərzində yenidən qəsdən az ağır cinayət törətmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal, onun əməlində cinayətlərin təhlükəli residivi müəyyən olunması isə ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.5-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, həmin məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, həmin məcəllənin 83.3.5-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır Belə olan halda Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin təhlükəli residivi müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.5-ci maddələrinin sanksiyası həddində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Bakı şəhəri, Nizami rayon məhkəməsinin 06.03.2020-ci il tarixli qərarı ilə çəkilməmiş 05 ay 11 gün azadlıqdan məhrum etmə cəzası ona təyin olunmuş cəzaya qismən birləşdirilməli və ona qəti cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 17.09.2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş və Abşeron rayon Məhkəməsinin 19.09.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs1 həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmaqla, cəzacəkməsinin əvvəli 17.09.2020-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal, onun əməlində cinayətlərin təhlükəli residivi müəyyən olunması isə ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 AR Ali Məhkəməsinin 29.06.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 94.1.3.4.6 bəndi, 93-5 maddəsinin 2 hissəsi, 252 maddəsinin “V” bəndi, 207 mad.3 hissəsi, 220-1 mad.2 hissəsi ilə təqsirlili bilinərək barəsində 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 31.01.2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 30.11.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3 maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 28.08.2018-ci il qərarı ilə cəzası 09 aya endirilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 30.12.2019-cu il tarixli qərarı ilə cəzadan azad edimişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, həmin məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, həmin məcəllənin 83.3.5-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs2 əvvəlki ödənilməmiş məhkumluqlarını nəzərə alıb əməlində cinayətlərin təhlükəli residiv olduğunu müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 02.12.2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş və Abşeron rayon Məhkəməsinin 04.12.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir və 05 mart 2021-cil tarixli məhkəmə hazırlıq iclasında həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında olduğu müddət təyin edilmiş cəzaya hesablanmaqla, cəzacəkməsinin əvvəli 02.12.2020-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbs edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 manat “Müstəqil Məhkəmə Ekspertizasının Kapital Bank ASC Gənclik Mail filialı kod 201025,vöen 990000, swift kod AİİBAZ2X, M/h AZ37NABZZ********************, vöen **********, hesab AZ53AİİB******************** ekspertiza xərci tutulmalıdır. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 1 ədəd qızıldan “Koley ” şəkilli qolbaq və task sırğa, 1 ədəd qızıldan mirvari boyunbağı və qolbağ dəsti, 1 ədəd qızıldan kardinal şəkilli boyunbağı, 1, ədəd qızıldan “ALLAH” sözü yazılmış külon və boyunbağı, 1 ədəd qızıldan “Firon” şəkili boyunbağı, 1 ədəd qızıldan paxlava şəkilli boyunbağı, 1 ədəd briliyant qaşlı üzük sırğa dəsti, 1 ədədə qızıldan paxlava şəkilli biriliyyatn qaşlı qadın üzük, 1 ədəd qızıldan əqiq qaşlı kulon, 1 ədəd qızıldan qadın üzük, 1 ədəd qaraqaşlı gümüş üzük, 1 ədəd qızıldan birliyant qaşlı üzük, 1 ədəd “redmi A8” markalı mobil telefon, 1 ədəd telefon qulaqcıq və 1 ədəd “Lowe Wuch” markalı kişi qol saatı ekspertizadan sonra maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs7 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı gələcəkdə aidiyyatı üzrə məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz ) manat məbləğində, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz ) manat məbləğində, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz ) manat məbləğində, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrum edilmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirlili bilinərək barəsində 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 27.02.2017-cı il tarixli hökmü və cəzasının 04 il 06 ay müddətə endirilməsinə dair Bakı şəhəri, Nizami rayon məhkəməsinin 26.03.2018-ci il tarixli qərarı üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsinin 06.03.2020-ci il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş 05 ay 11 günü hazırki cinayət işi üzrə ona təyin olunmuş 03 (üç) il 10 (ay) ay müddətinə azadlıqdan məhrum edilmə növündə cəzaya qismən birləşdirilsin və qəti olaraq ona 04 (dörd) il müddətə azadlıqdan məhrum edilmə növündə cəza təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəmə müəssəsində çəksin. Cəzaçəkmənin əvvəli tutulduğu 17.09.2020-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum edilmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəmə müəssəsində çəksin. Cəzaçəkmənin əvvəli tutulduğu 02.12.2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından həbs edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 1 ədəd qızıldan “Koley ” şəkilli qolbaq və task sırğa, 1 ədəd qızıldan mirvari boyunbağı və qolbağ dəsti, 1 ədəd qızıldan kardinal şəkilli boyunbağı, 1, ədəd qızıldan “ALLAH” sözü yazılmış külon və boyunbağı, 1 ədəd qızıldan “Firon” şəkili boyunbağı, 1 ədəd qızıldan paxlava şəkilli boyunbağı, 1 ədəd briliyant qaşlı üzük sırğa dəsti, 1 ədədə qızıldan paxlava şəkilli biriliyyatn qaşlı qadın üzük, 1 ədəd qızıldan əqiq qaşlı kulon, 1 ədəd qızıldan qadın üzük, 1 ədəd qaraqaşlı gümüş üzük, 1 ədəd qızıldan birliyant qaşlı üzük, 1 ədəd “redmi A8” markalı mobil telefon, 1 ədəd telefon qulaqcıq və 1 ədəd “Lowe Wuch” markalı kişi qol saatı ekspertizadan sonra maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs7 təhvil verilməsi nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı gələcəkdə aidiyyatı üzrə məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 manat “Müstəqil Məhkəmə Ekspertizasının Kapital Bank ASC Gənclik Mail filialı kod 201025,vöen 990000, swift kod AİİBAZ2X, M/h AZ37NABZZ********************, vöen **********, hesab AZ53AİİB******************** ekspertiza xərci tutulsun. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə, Abşeron rayon İcra və Probarsiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz ) manat məbləğində, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz ) manat məbləğində, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz ) manat məbləğində, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-249/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-249/2021
30.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver