Məhkəmə qərarları › İş №1(012)-249/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-249/2022

01.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-249/2022 01.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 Ədalət oğlunun, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və onun Xırdalan şəhər Vəkil Bürosunu vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il ildə İsmayıllı rayonu, Kürdüvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, İsmayıllı rayon, Kürdüvan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14.02.2022-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla etibarnamə əsasında idarə etdiyi «Vaz-2107» markalı, **- CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhəri şərti olaraq «Vazın dairəsi» adlanan ərazidən yeni çəkilmiş avtomobil yolu ilə Saray qəsəbəsi istiqamətinə doğru hərəkətdə olan zaman yol kənarında dayanmış şəxsiyyəti təhqiqata məlum olmayan piyadanı götürmək üçün sağa çəkərək saxlamış, sərnişini maşına mindirdikdən sonra isə dönmə işıqlarından istifadə etmədən, eləcə də keçid üstünlüyünə malik nəqliyyat vasitələri axınının tam bitməsini gözləmədən əsas yola çıxmaqla Zərərçəkmiş şəxs2 Ədalət oğlunun idarə etdiyi «Nissan Sentra» markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmış və nəticədə toqquşmanın baş verməsinə səbəb olmuşdur. Baş vermiş toqquşmadan sonra Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobil aşaraq ciddi şəkildə zədələnmiş, onun avtomobilində sərnişin olan Zərərçəkmiş şəxs3 isə onurğa sütununun döş şöbəsinin birinci döş fəqərəsinin arxa tin çıxıntısının xətti sınığı, hər iki ağciyər zirvəsinin minimal hemoragik kontuziyası (əzilməsi), sağ dirsək oynağı və sol bud nahiyəsinin qançırları, sol baldır nahiyəsinin sıyrığından ibarət, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan Az Ağır dərəcəli bədən xəsarətləri almışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 14.02.2022ci il tarixdə, saat 22:30 radələrində etibarnamə əsasında idarə etdiyi «Vaz-2107» markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yeni çəkilmiş yolla Saray qəsəbəsi istiqamətinə doğru hərəkətdə olan zaman hava soyuq olduğundan o, yol kənarında dayanan şəxsi götürmək üçün avtomobilini torpaqlıq olan ehtiyyat hissəyə çəkmişdir. Həmin şəxs onun maşınına mindikdən sonra isə o, sol yan güzgüyə baxsa da arxadan gələn avtomobildən öncə yola düzələ biləcəyini güman edərək dönmə işıqlarını yandırmadan yolun hərəkət hissəsinə doğru çıxmışdır. Bu zaman arxadan gələn «Nissan Sentra» markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi nəqliyyat vasitəsini sol arxa hissəsindən vurmuş və zərbənin təsirindən onun maşını yolun kənarına atılmış və orada park edilmiş vəziyyətdə olan «Forland» markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınına çırpılaraq dayanmışdır. «Nissan» markalı atvomobil isə yolun üzərində aşaraq bir qədər sürütlənmiş və təxminən 10-15 metr irəlidə dayanmışdır. Bundan sonra onun avtomobilinə əyləşmiş tanımadığı sərnişin hər hansı bir xəsarət almadığından oradan çıxıb getmişdir. Sonda o, törətdiyi əməlindən peşmançılıq çəkdiyini bildirərək, zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi ziyanı tam olaraq ödəyərək onlarla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad olunması və cinayət təqibi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, 14.02.2022-ci il tarixdə, saat 22:30 radələrində nişanlısı Zərərçəkmiş şəxs2 Ədalət oğlunun idarə etdiyi «Nissan Sentra» markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobillə yeni çəkilmiş yolla Saray qəsəbəsi istiqamətinə doğru hərəkətdə olan zaman yolun ehtiyyat hissəsində dayanmış «Vaz-2107» markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil dönmə işıqlarını yandırmadan qəflətən hərəkətə başlayaraq onların yoluna çıxmış və arada təxminən 15 metr qədər olan az bir məsafə qaldığından Zərərçəkmiş şəxs2 qəzadan yayına bilməmişdir. Nəticədə onların avtomobili «Vaz-2107» markalı ** CL *** dövlət nömrə nişanlı avtomaşınla toqquşaraq aşmış və yolla sürütlənərək təxminən 15 metr irəlidə dayanmışdır. Bundan sonra orada olan şəxslərin köməkliyi ilə onlar avtomobildən çıxmışlar. Sözü gedən qəza zamanı o, xəsarət aldığı üçün xəstəxanaya müraciət etmiş və ilkin tibbi yardım aldıqdan sonra evə buraxılmışdır. O, əlavə olaraq tələbinin bu yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan sürücü, sonradan adını bildiyi Təqsirləndirilən şəxs məsuliyyətə cəlb edilməsindən ibarət olduğunu da qeyd etmişdir. Hazırda heç bir şikayəti və tələbi yoxdur.iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Ədalət oğlu bildirmişdir ki, 14.02.2022-ci il tarixdə, saat 22:30 radələrində etibarnamə əsasında idarə etdiyi «Nissan Sentra» markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobillə yeni çəkilmiş yolla Saray qəsəbəsi istiqamətinə doğru saatda 60 km sürətlə hərəkətdə olan zaman yolun sağ kənarında dayanmış «Vaz-2107» markalı, **-CL-*** d.q.n avtomobil dönmə işıqlarını yandırmadan qəflətən hərəkətə başlayaraq onun yoluna çıxmış və həmin vaxt arada təxminən 15 metr qədər olan az bir məsafə qaldığından o, qəzadan yayına bilməmişdir. Nəticədə onun avtomobili arxa sol hissəsindən «Vaz-2107» markalı maşına dəyərək aşmış və yolla sürütlənərək təxminən 15 metr irəlidə dayanmışdır. «Vaz- 2107» markalı avtomobil isə yol kənarında park edilmiş yük maşınına çırpılmışdır. Sözügedən qəza zamanı onun avtomobilində ön sərnişin oturacağında əyləşmiş nişanlısı Zərərçəkmiş şəxs3 xəsarət aldığı üçün onu xəstəxanaya aparmış və ilkin tibbi yardım aldıqdan sonra Arzu evə buraxılmışdır. O, əlavə olaraq tələbinin bu yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan sürücü, sonradan adını bildiyi Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsindən ibarət olduğunu da qeyd etmişdir. Hazırda heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, 14.02.2022-ci il tarixdə, saat 22:30 radələrində yaşadığı evdə olan zaman küçədən səsküy gəldiyini eşidib evdən bayıra çıxmış və yaxınlıqda, yol kənarında saxladığı, etibarnamə əsasında istifadəsində olan «Foton» markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınının «Vaz-2107» markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulduğunu görmüşdür. Bir qədər sonra isə oraya polis əməkdaşları gələrək hadisə yerini müayinə etmiş və müvafiq sənədləşmə işləri aparmışlar. Sonradan ona məlum olmuşdur ki, «Vaz-2107» markalı maşın «Nissan Sentra» markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduqdan sonra idarəetməni itirərək onun maşınına çırpılmışdır. O, əlavə olaraq tələbinin baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olan, sonradan adını bildiyi sürücü Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsindən ibarət olduğunu da qeyd etmişdir. Məhkəməyə ünvanlandığı ərizəsindən görünür ki, hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş materiallarında olan 01.03.2022-ci il tarixli, 8/486 nömrəli rəyindən görünür ki; 1) «Vaz-2107» markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2) «Nissan Sentra» markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 Ədalət oğlunun hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. 3) «Forland» markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı yük avtomaşının sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi isə xüsusi texniki bilik tələb etmir. İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin 03.03.2022-ci il tarixli 363 nömrəli rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 məhkəmətibbi və kliniki müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – onurğa sütununun döş şöbəsinin birinci döş fəqərəsinin arxa tin çıxıntısının xətti sınığı, hər iki ağciyər zirvəsinin minimal hemoragik kontuziyası (əzilməsi), sağ dirsək oynağı və sol bud nahiyəsinin qançırları, sol baldır nahiyəsinin sıyrığı bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 14.02.2022-ci il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. Respublika Narkoloji Mərkəzinin 15.02.2022-ci il tarixli, 2/5613 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı onda sərxoşluq vəziyyəti aşkar edilməmişdir. Respublika Narkoloji Mərkəzinin 15.02.2022-ci il tarixli, 2/5643 nömrəli protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 Ədalət oğlunun müayinəsi zamanı onda sərxoşluq vəziyyəti aşkar edilməmişdir. Həmçinin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs1 məxsus «Forland» markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınına, eləcə də Zərərçəkmiş şəxs2 Ədalət oğluna məxsus «Nissan Sentra» markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın məbləğlərinin müəyyən edilməsi məqsədilə "xxxx" ASC-nin X1 «Avtovaz» servis mərkəzinə tərəfimdən müvafiq sorğular verilmişdir. Həmin mərkəzin təqdim etdiyi 02.03.2022-ci il tarixli, E/503 və E/504 nömrəli ziyan aktlarından görünür ki, «Foton» markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı yük avtomaşına dəymiş maddi ziyanın məbləği 300 (üç yüz) manat, «Nissan Sentra» markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği isə 8060 (üç min üç yüz altmış) manat təşkil etmişdir. İş materiallarında olan Abşeron rayon Polis İdarəsinin verdiyi 15.02.2022-ci il tarixli 128-16511 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs B.C kateqoriyalı, AD 072189 seriya nömrəli sürücülük vəsiqəsi 14.01.2017-ci il tarixdə verilmiş, 14.01.2027-ci il tarixədək etibarlıdır. Sürücülük hüququ mövcuddur və heç bir formada məhdudlaşdırılmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, eləcə də iş üzrə keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənildiyi üçün onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbləri yoxdur. Buna görə də təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, onlara dəymiş maddi və mənəvi ziyanı tam ödədiyini, digər zərərçəkmiş şəxslərin də ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və zərərçəkmiş şəxsin nümayəndəsini, dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 22 iyun 2021-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhkum olunmasına dair Məlumat Kartotekasında hər hansı bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul, məhkəmə istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs oğlunun əməlində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul, məhkəmə istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar