Məhkəmə qərarları › İş №1(012)-249/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-249/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-249/2024 05.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2002-ci ildə Şamaxı rayonu, Nağaraxana kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-359/223 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şamaxı rayonu, Nağaraxana kəndində qeydiyyatında olan və Abşeron rayonu, Xırdalan şəhəri, Yusif Məmmədli küçəsi 91-də yaşayan, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq gizli yolla talamaq məqsədilə, 06 yanvar 2023-cü il tarixdə saat 08:47-də Şamaxı rayonu Kürdəmic kəndində anası Zərərçəkmiş şəxs maxsus mobil telefon vasitəsi ilə sonuncunun 4169- 7388-3701-8096 nömrəli "xxxx" ASC-yə məxsus bir kart məlumatlarının əks edildiyi proqram vasitəsi ilə onun hesabından 490 (dörd yüz doxsan) manat məbləğində pulu öz hesabına köçürməklə məlumat daşıyıcılarından istifadə edilməklə özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq gizli yolla talamaq məqsədilə, 14 yanvar 2023-cü il tarixdə saat 10-11 radələrində Abşeron rayonu Xırdalan şəhərində yaşadıqları evdə anası Zərərçəkmiş şəxs məxsus olmaqla gödəkçəsinin cibində saxladığı 1200 (bir min iki yüz) manat məbləğində pulu sonuncunun icazəsi və xəbəri olmadan gizli olaraq götürüb öz şəxsi ehtiyaclarına xərcləyərək özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun anasıdır. Nənəsi vəfat etdikdə anası nənəsinin yas mərasimi zamanı ona pulunun olmadığını bildirmişdir, daha sonra anası Kamilənin mobil telefonuna baxdıqda kart hesabında 500 manat pul olmasını görmüşdür. Anasını yalan deməsindən hirslənib anasının xəbəri və icazəsi olmadan həmin puldan 490 manat pulu öz hesabına köçürtmüş, müxtəlif məqsədlər üçün xərcləmişdir. Həmçinin, anası nənəsinin yas mərasimindən yığılmış 1200 manat pulu xərcləmək istədiyi üçün həmin pulu da xx.xx.2023-cü il tarixdə saat 10-11 radələrində Abşeron rayonu Xırdalan şəhərində anasının cibindən götürüb Bakı şəhərində ehtiyacı olan şəxslərə özü paylamış, həmin puldan özü üçün xərcləməmişdir. Sonda əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, anası Sənəm Dadaşova dünyasını dəyişdiyi üçün Abşeron rayonu Xırdalan şəhərində "xxxx" MMC-dən bir kart götürmüş və həmin kartda 500 manat pul olmuşdur. Onun mobil telefonunda bir bank proqramı olduğu üçün mütəmadi olaraq mobil telefon vasitəsilə izləmiş və lazım olduqda mobil telefonunu oğlu Təqsirləndirilən şəxs götürərək istifadə etmişdir. 06.01,2023-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs onun icazəsi və xəbəri olmadan Şamaxı rayonu Kürdəmic kəndində dayısı Vasifə məxsus evdə onun mobil telefonu vasitəsi ilə 4169- 7388-3701-8096 nömrəli (bitmə tarixi- 10/25, kod-239) Kapital Banka məxsus bir kart hesabından 490 (dörd yüz doxsan) manat məbləğində pulu öz hesabına köçürməklə pulu oğurlamışdır. Həmin köçürmənin qəbz nömrəsi- 68021432, əməliyyat tarixixx.xx.2023-cü il, saat 08:47. məbləği-490 manat olmuşdur. Bundan sonra, mərhum anası Sənəm Dadaşovanın 3 mərasimində 1200 manat pul yığılmışdı və mən həmin pulu götürərək düşünürdü ki, mərhum anam Sənəm Dadaşovanın cümə axşamı və 40 mərasimini versin və bu məqsədlə oğlu Təqsirləndirilən şəxs Ramiyəddin oğlu və qızları ilə birlikdə qızının yaşadığı Abşeron rayonu Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinə getmişlər. Daha sonra, oğlu Tural 14.01,2023-cü il tarixdə saat 10-11 radələrində mərhum anası Sənəm Dadaşovanın yas mərasimindən yığılmış 1200 (bir min iki yüz) manat məbləğində pulu Abşeron rayonu Xırdalan şəhərində qızı Şəbinə Məmmədzadənin yaşadığı evdə onun gödəkçəsinin cibindən onun icazəsi və xəbəri olmadan götürmüşdür.Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur.Bunun nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X2 arvadı Şəbinə Məmmədovanın nənəsidir. X4 rayonu Nağaraxana kəndində yerləşən özünə məxsus evdə tək yaşamışdır. Sonuncu dəfə Sənəm Dadaşovanın ölümündən xeyli müddət əvvəl qayınanası Zərərçəkmiş şəxsgilə gələn zaman görmüşdür. S.Dadaşovanın kiminləsə arasında narazılıq və ya düşmənçilik olması barədə məlumatı olmamış, ailə üzvləri ilə münasibətləri normal olmuşdur. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs zəng edilərək anasının yıxılması barədə məlumat verilmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs ilə birlikdə Şamaxı rayonuna gəlmişdir. Qaynı Təqsirləndirilən şəxs X5 vəfat edən zaman dostu Fərid İsazadənin evində olmuş, həmin gün Şamaxı şəhərinə də Fəridlə birlikdə gəlmişdir. X7 Abbasov əsgərlikdə olan zaman ev tikmək adı ilə Zərərçəkmiş şəxs 8000 (səkkiz min) manat məbləğində borc pul vermiş, daha sonra Zərərçəkmiş şəxs həmin pulu geri qaytara bilmədiyi üçün Sənəm Dadaşova ilə münasibəti korlanmışdır. Zərərçəkmiş şəxs həmin pulu dələduzluq yolu ilə ondan alınmasını bildirmişdir. Təqsirləndirilən şəxs isə anası Zərərçəkmiş şəxs həmin pulu geri almasını, öz maraqları üçün xərcləməsini, nənəsini aldatmasını demişdir. Buna görə son vaxtlar Turalla Kamilənin də münasibəti normal olmamışdır. Təqsirləndirilən şəxs 490 manat pulu Zərərçəkmiş şəxs kart hesabından öz hesabına göndərməsindən xəbəri olmamışdır. xx.xx.2023-cü il tarixdə isə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onların evinə gəlmiş, həmin vaxt Zərərçəkmiş şəxs ondan “BirBank" Mobil tətbiqini düzəltməyini istəmişdir. O, mobil tətbiqi düzəldə bilmədikdə Təqsirləndirilən şəxs ona düzəldə bilməyəcəyini, həmin gün bankın işləmədiyini bildirsə də o, Turalla razılaşmadıqdan sonra Təqsirləndirilən şəxs mağazaya getmək adı ilə digər otağa keçib daha sonra tələsik evi tərk etmişdir. Turalın evdən tələsik çıxmasından Zərərçəkmiş şəxs şübhələndiyi üçün Zərərçəkmiş şəxs da digər otağa keçmiş və bir qədər sonra Sənəm Dadaşovanın yas mərasimi zamanı yığılmış 1200 manat məbləğində pulun cibində olmadığını bildirmişdir. Bundan sonra o, küçəyə çıxaraq Turalı axtarsa da tapa bilməmişdir. Həmin gün axşam saatlarında “instagram” sosial şəbəkəsi vasitəsi ilə Tural ona mesaj yazdıqda o, Turala düz hərəkət etmədiyini, yas mərasimi üçün yığılmış pulu apardığını bildirmişdir. Tural səhər saat 12 radələrinə qədər onunla görüşüb pulu verəcəyini bildirsə də, bundan sonra hazırkı vaxta qədər onunla əlaqə saxlamamış və pulu geri qaytarmamışdır. Buna görə Zərərçəkmiş şəxs anasının itmiş qızıl-zinyət əşyalarının da Təqsirləndirilən şəxs tərəfindən götürülməsindən şübhə etməyə başlamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Rəmiyəddin qızının elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, X2 onun nənəsidir. Anası və atası boşanan zaman o, bacısı Sevil, qardaşı Tural azyaşlı olduğuna və Nağaraxana kəndində təhsil aldığına görə, eləcə də anası Kamilə Bakı şəhərində kirayədə yaşadığına görə nənələri Sənəm Dadaşova ilə birlikdə sonuncuya məxsus Nağaraxana kəndində yerləşən evdə yaşamışlar. O, 9-cu sinifi, bacısı Sevil isə 11 -ci sinifi bitirdikdən sonra bacısı Sevil və anası Zərərçəkmiş şəxs ilə birlikdə Bakışəhərində yaşamağa və işləməyə başlamışlar. Qardaşı Təqsirləndirilən şəxs isə nənəsi ilə birlikdə qalmışdır. Tural hərbi xidmətə getməmişdən bir il əvvəldən anası ilə birlikdə Bakı şəhərində yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs X5m həddindən çox istəmiş və aralarında münasibət yaxşı olmuşdur. Nənəsi qardaşı Turala anasının Bakı şəhərində restoranlarda işləməsini, anasının yüngül həyat tərzi keçirməsini demişdir. Buna görə anası ilə Turalın münasibəti yaxşı olmamışdır. Həmçinin anası nənəsindən torpaq almaq üçün 8000 manat pul borc almışdır. Həmin pulu nənəsi kənd təsərrüfatı işləri ilə məşğul olmaqla gələn gəlirdən və pensiyası ilə yığmışdır. Anası ilə nənəsinin arasında həmin borca görə də problemlər olmuş, nənəsi anasından tez-tez pulunu geri istəmişdir. X5 ilə sonuncu dəfə təxminən xx.xx.2022-cı il tarixdə telefon vasitəsi ilə əlaqə saxlayıb danışmışdır. Nənəsi son vaxtlar başının gicəlləndiyini demişdir. Nənəsi yeməyinə heç vaxt fikir vermədiyi üçün və daha çox fiziki işlə məşğul olduğu üçün yemək yemədiyinə görə başının gicəlləndiyini düşünmüşlər. Bundan başqa nənəsi ona heç bir şikayət etməmiş və qardaşı Təqsirləndirilən şəxs yanına gəlib-gəlməməsi barədə heç nə deməmişdir. Sənəm Dadaşovanın ölümündən sonra məlumatı olmuşdur ki, onun daim üzərində olan bir cüt qızıldan sırğa, bir ədəd qızıldan üzük, pensiya kartı və digər qızıl-zinyət əşyaları itmişdir. Belə ki, həmin əşyalar daim X3 üzərində və evində olmuş və həmin əşyaları üzərindən çıxardaraq kənarda saxlamamışdır. Həmin əşyaların oğurlanmasında qardaşı Təqsirləndirilən şəxs şübhələnir. Lakin Təqsirləndirilən şəxs nənəsini qəsdən öldürə biləcəyinə nənəsini çox istədiyi üçün inanmır, əgər X5 Tural tərəfindən öldürülmüşdürsə də Tural nənəsini ehtiyatsızlıqdan öldürmüşdür. Bir müddət keçdikdən sonra isə Təqsirləndirilən şəxs nənəsinin yas mərasimi ilə bağlı Nağaraxana kəndindəki evə gəlib getdikdən sonra pensiya kartını evdə olan kreslonun üstündən tapmışlar. Hazırda Təqsirləndirilən şəxs barəsində Nəsimi rayon polis idarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikasını Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi istintaq edilir və Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. X3 ölümünə qədər Təqsirləndirilən şəxs Şamaxı rayonuna gəlib-gəlməyi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10-11 radələrində Sənəm Dadaşovanın yas mərasimindən yığılmış 1200 (bir min iki yüz) manat məbləğində pulu Abşeron rayonu Xırdalan şəhərində onun yaşadığı evdə anasının gödəkçəsinin cibindən anasının icazəsi və xəbəri olmadan götürmüşdür. Həmçinin, Tural nənəsi Sənəmin yas mərasiminin üçüncü günündə Sənəm Dadaşovanın guya Turala evdə 4000 (dörd min) manat pulu olmasını, həmin pulu özünün yas mərasimi üçün yığdığını, evin birinci mərtəbəsində torpağa qızıllar basdırdığını deməsi barədə ona da bildirmişdir. O, Turala nənəsinin heç vaxt ölümdən danışmadığını, qızıl və pulun yerini ona heç vaxt deməyəcəyini demiş, lakin Tural razılaşmamış və nənəsinin 4000 manat pulu olması haqqında Turala dediyini bildirmişdir, əlavə etmişdir ki, nənəsi bütün qızıl-zinyət əşyalarını Turala vəsiyyət etmişdir. Hazırkı vaxta qədər həmin qızıl-zinyət əşyalarını və 4000 (dörd min) manat pulu da tapmamışlar. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim olunmuş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-359/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 08 ay 21 gün həbsdə olma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 05 (beş) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-359/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-cü maddələri ilə təqsirləndirilərək 01 il 06 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs qeydiyyatdan keçmədiyi üçün barəsində ilkin axtarış tədbirləri həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət üzrə özünü təqsirli bilməsini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi zərərçəkənlə barışıq əldə etməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-359/2023 saylı hökmündən görünür ki, həmin Məhkəmənin 4(006)-101/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi ilə əlaqədar həbsdə olduğu 08 ay 21 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən ona təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-359/223 saylı hökmü ilə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası cəza müddətinə qismən hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 08 (səkkiz) ay 21 (iyirmi bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 05 (beş) ay 12 (on iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində Nəsimi rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə seçilmiş olan “həbs” qətimkan tədbiri ləgv edildiyindən, hazırda Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni ünvan 1 ünvanını gecə saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək,Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Sumqayıt şəhər İcra və Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-359/223 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddəsi ilə təqsirli bilinərək təyin olunmuş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddəti qismən hesablanmaqla onun üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 08 ay 21 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 01 (bir) il 05 (beş) ay 12 (on iki) gün müddət ona təyin edilmiş 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə yəni ünvan 1 ünvanını gecə saat 22:00dan səhər saat 06:00-dək tərk etməmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiriri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar