Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-25/2020 10.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas ŞirMüdafiəçi1 Hüseyn oğlunun, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1994-cü il tarixdə Füzuli rayonu, Mahmudlu- 2 kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Füzuli rayonu, Mahmudlu-2 kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, UA, ev 38, mənzil 01də yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1992-ci il tarixdə Migəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, 27ci məhəllə, ev 08, mənzil 40-da qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2018-ci il tarixdə Abşeron rayonu Məmmədli kəndində yerləşən “xxxxxxxxxx” MMC-dən hər birinin dəyəri 12 manat olan ümumilikdə 15.600 manat dəyərində 1300 ədəd, 0,38 mm qalınlığında, ölçüləri 1mx2m ölçüdə sinkləşdirilmiş metal lövhələri Kürdəmir rayonunda sataraq pulunu bir gün ərzində ödəyəcəyi barədə yalandan vəd verib inandıraraq əldə etmiş və həmin dəmir lövhələri xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül şossesində tikinti materialları dükanında satıcı işləyən Şahid6 hər birini 7 manat 70 qəpikdən olmaqla 10.000 manata satıb pulunu ələ keçirərək zərərçəkmiş şəxs “xxxxxxxxxx” MMC-yə 15.600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmuşlar. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 hadisədən təxminən 2 ay əvvəldən tanımış və aralarında normal münasibət olmuşdur. Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən «xxxxxxxxxx» MMC-də işləyən Simran adlı şəxsi digər Ceyhun adlı tanışının vasitəsi ilə tanımış və bir müddət onunla bir yerdə oturub çay içmişlər. Hadisədən təxminən 4-5 gün əvvəl Simranla söhbət edərkən ona bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində tikinti materialları dükanı vardır və təklif etmişdir ki, «xxxxxxxxxx» MMC-dən nisiyə metal listlər götürmək olarsa, aparıb satsın. Simrana söhbət əsnasında bildirmişdir ki, dükanına Kürdəmir rayonundan sifariş gəlib və rayonda yerləşən tikinti materialları obyektinə dəmir listlər göndərilməlidir, malın pulu isə göndəriləndən bir gün sonra ödəniləcəkdir. Simran da onun sözünə inanıb onu həmin MMC-də işləyən İlham Əliyevlə əlaqələndirmiş, sonra tanışı Təqsirləndirilən şəxs2 demişdir ki, «xxxxxxxxxx» MMC-dən metal listlər götürə bilər, həmin listləri götürüb aparıb sataq və pul əldə edək. Təqsirləndirilən şəxs2 onunla razılaşmış, xx xxxxx 2018-ci il tarixdə Ceyhunla görüşüb Abşeron rayonu ərazisində Mercedes Ateco markalı ** CF *** nömrə nişanlı yük avtomobilinin dayandığını görüb həmin avtomobilin sürücüsü əvvəllər tanımadığı sonradan adını bildiyi Şahid5 yaxınlaşmış, sürücüyə bildirmişlər ki, Məmmədli kəndində yerləşən «xxxxxxxxxx» MMC-dən metal listlər götürüb Dərnəgül qəsəbəsinə aparmaq lazımdır, sürücü ilə 70 manata razılaşmış və birlikdə «xxxxxxxxxx» MMC-yə getmişlər. Oradan 1300 ədəd 0,38 mm qalınlığında 1x2 metr ölçüdə sinkləşdirilmiş metalı yük avtomobilinə yüklətmiş və oradan Dərnəgül qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışlar. Yolda söhbət edərkən sürücüyə demişlər ki, həmin dəmir listləri onlara MMCdən hədiyyə vermişlər və bazarda satmağa aparırlar. Belə olan halda sürücü onlara demişdir ki, onun Səməd adlı dostu vardır, həmin şəxs metal listlərin satışı ilə məşğul olur. Bundan sonra sürücü Namiq həmin şəxsə zəng vurmuş və razılaşmışlar ki, malı Dərnəgülə aparsınlar. Orada bir qədər kənarda dayanmış, onunla birlikdə olan Təqsirləndirilən şəxs2 malı almaq istəyən şəxsə həmin malın özünə məxsus olduğunu demiş, həmin şəxslə 1300 ədəd 0,38 mm qalınlığında 1x2 metr ölçüdə sinkləşdirilmiş metalın hər birini 7 manat 70 qəpikdən satmağa razılaşmışlar. Bundan sonra metalı ümumilikdə 10.000 manata həmin müştəri ilə Ceyhun razılaşdığı üçün malı vermiş, sürücüyə 70 manata razılaşmağımıza baxmayaraq sonuncu onlar üçün müştəri tapdığı üçün 200 manat pul vermişlər. Malı təhvil verdikləri günü onlara 9000 manat pul ödənilmiş, səhəri günü, yəni xx xxxx 2018-ci ildə isə qalan 1000 manat pul Ceyhuna ödənilmiş, onlar əldə etdikləri pulu yarı bölmüşlər, həmin pulun 4500 manat hissəsi ona düşmüş, qalanını isə Ceyhun götürmüşdür. Həmin günü, yəni xx xxxx 2018-ci il tarixdə o Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş və çıxıb getmiş, xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasına qayıdarkən Sədərək Gömrük Məntəqəsində o saxlanılmış və Abşeron rayon Polis İdarəsinə gətirilmişdir. Əlavə olaraq göstərmişdir ki, metalın dələduzluq yolu ilə əldə edildiyini yük avtomobilinin sürücüsü bilməmiş, həmçinin malı onlardan alan şəxsə onun tanışı Ceyhuna məxsus olduğunu demiş, buna görə də Ceyhun mal sahibi kimi metal listləri onlardan alan şəxslə danışıq aparmışdır. Hazırda zərərçəkmiş şəxs «xxxxxxxxxx» MMC-yə dəymiş ziyan tam ödənilmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 hadisədən təxminən 2 ay əvvəldən tanımış, bir yerdə dostluq etmiş və aralarında normal münasibətləri olmuşdur. Vüsalla hadisədən əvvəl bir neçə dəfə oturub birlikdə çay içən zaman ona Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən «xxxxxxxxxx» MMC-də işləyən tanışının olduğunu demiş və həmin MMC-dən mal çıxarıb satmaq fikrinin olduğunu bildirmişdir. Söhbət zamanı Vüsalla razılaşmışlar ki, pul əldə etmək üçün həmin MMC-dən mal çıxarıb ucuz qiymətə satsınlar. Vüsal həmin MMC-də bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində tikinti materialları dükanı vardır və «xxxxxxxxxx» MMC-dən nisiyə metal listlər götürmək adı ilə metal listləri götürməyə razılaşmışdır. Bundan sonra Vüsal ona bildirmişdir ki, həmin MMC-də işləyən Simrana adlı şəxsə demişdir ki, dükanına Kürdəmir rayonundan sifariş gəlib və rayonda yerləşən tikinti materialları obyektinə dəmir listlər göndərilməlidir, malın pulu isə göndəriləndən bir gün sonra ödəniləcəkdir. Vüsal MMC-də razılıq aldıqdan sonra ona bu barədə demiş və həmin listləri götürüb aparıb satıb pul əldə etməyi planlaşdırmışlar. xx xxxxx 2018-ci il tarixdə Vüsalla görüşmüş, bir yerdə gedərkən Abşeron rayonu ərazisində Mercedes Ateco markalı ** CF *** nömrə nişanlı yük avtomobilinin dayandığını görüb həmin avtomobilin sürücüsü əvvəllər tanımadığı adını sonradan bildiyi Şahid5 yaxınlaşmış, sürücüyə bildirmişlər ki, Məmmədli kəndində yerləşən «xxxxxxxxxx» MMCdən metal listlər götürüb Dərnəgül qəsəbəsinə aparmaq lazımdır, sürücü ilə 70 manata razılaşmış və birlikdə «xxxxxxxxxx» MMC-yə getmişlər. Orada Vüsal bütün danışıqları aparmış və 1300 ədəd 0,38 mm qalınlığında 1x2 metr ölçüdə sinkləşdirilmiş metalı yük avtomobilinə yüklətmiş, oradan çıxdıqdan sonra yük avtomaşını ilə Dərnəgül qəsəbəsi istiqamətində hərəkət etməyə başlamış, yolda söhbət edərkən söhbət əsnasında sürücüyə demişlər ki, həmin dəmir listləri onlara MMC-dən hədiyyə kimi vermişlər və bazarda satmağa aparırlar. Söhbət zamanı sürücü onlara demişdir ki, onun Dərnəgül bazarında Səməd adlı dostu vardır, həmin şəxs metal listlərin satışı ilə məşğul olur. Bundan sonra sürücü Namiq həmin şəxsə zəng vurmuş və malı Dərnəgülə aparmışlar. Orada Vüsala bildirmişdir ki, malı özü satacaq və Vüsal da onun sözləri ilə razı olduğu üçün kənarda dayanmış, o malı almaq istəyən şəxsə həmin malın özünə məxsus olduğunu demiş, həmin şəxslə 1300 ədəd 0,38 mm qalınlığında 1x2 metr ölçüdə sinkləşdirilmiş metalın hər birini 7 manat 70 qəpikdən satmağa razılaşmış, sonra metalı ümumilikdə 10.000 manata həmin müştəri ilə razılaşıb malı ona vermişdir. Sürücüyə 70 manat pul verməli olmuş, lakin sürücü onlar üçün müştəri tapdığı üçün sonuncuya ümumilikdə 200 manat pul vermişlər. Malı təhvil verdikləri günü malı alan onlara 9000 manat pul ödəmiş, pulu alıb bazardın çıxdıqdan sonra Vüsalla pulu aralarında yarı bölmüş, səhəri günü, yəni xx xxxx 2018-ci ildə isə qalan 1000 manat bazara gedib almışdır. Bu minvalla satdığı mala görə ümumilikdə 10.000 manat pul əldə etmiş və həmin malın pulundan yalnız 200 manatı sürücüyə həm gediş haqqı üçün və həm də onlar üçün müştəri tapdığı üçün verib, qalan pulu öz aralarında bölmüş, bundan sonra həmin günü, yəni xx xxxx 2018-ci il tarixdə Vüsal Azərbaycan Respublikasının hüdudlarını tərk edlib getdiyini bilmişdir. xx xxxx 2019-cu il tarixdə Vüsalın Azərbaycan Respublikasına qayıdarkən Sədərək Gömrük Məntəqəsində saxlandığı və Abşeron rayon Polis İdarəsinə gətirildiyini bilmiş, Abşeron rayon Polis İdarəsində aparılan araşdırma zamanı onun da həmin cinayətdə iştirakı olması məlum olduğu üçün özü çağırışa gəlmişdir. Əlavə olaraq göstərmişdir ki, Vüsal ona «xxxxxxxxxx» MMC-də tanışının olduğunu bildirdikdə əvvəlcədən razılaşmışlar ki, əgər tanışı vardırsa, oradan bir günlük nisiyə alıb satmaq adı ilə metal listləri alsınlar və başqa yerə satıb özləri üçün pul əldə etsinlər. Bu məqsədlə də qabaqcadan razılaşdıqları qaydada metal listləri götürüb bazarda ucuz qiymətə satmış və pul əldə edib MMC-yə hər hansı miqdarda pul ödəməmişik. Həmçinin yük avtomobilinin sürücüsü adını sonradan bildiyi Şahid5la aralarında malın ucuz qiymətə satiılması ilə bağlı heç bir razılaşma olmamış, sürücü ilə yalnız malın daşınmasını danışmış, lakin sonradan sürücü onlara malı almaq üçün müştəri tapdığı üçün yol haqqından başqa bir qədər ona artıq pul vermiş, onun Vüsalla arasında olan razılaşmadan sürücü xəbərsiz olmuşdır. Hazırda zərərçəkmiş şəxs «xxxxxxxxxx» MMC-yə dəymiş ziyan tam ödənilmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, işlədiyi müəssisədə sifarişləri menecer qəbul edir, sifarişlər barədə ona sonradan bildirir və öz növbəsində sifarişlərin hazırlanmasını təmin edir. Ambarda olan malların kimə veriləcəyi barədə menecer ona bildirdikdən sonra malları sifarişçiyə qayimə əsasında verir. Həmçinin malı daşıyacaq sürücünün adını qayimədə qeyd edib imzalatdırdıqdan sonra malın yüklənməsini təmin edir. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, göstərdiyi proses daxilində Təqsirləndirilən şəxs1 1300 ədəd 0,38 mm qalınlığında 1mx2m ölçüdə olan dəmir lövhələri hazırladıb sonuncunun gətirdiyi «Mercedes Ateco» markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilinə yüklədib yola salmış, həmin malları Təqsirləndirilən şəxs1 qəbul edib apararkən onun yanında digər ikinci şəxs də olmuş, sonuncuların dediyinə görə həmin metal lövhələrin sifarişini Kürdəmir rayonundan verildiyini, malı Kürdəmir rayonunda yerləşən tikinti materialları obyektinə aparılmalı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində yerləşən “xxxxxxxxxx MMC”-də satış meneceri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 işlədiyi müəssisədə «gömrük üzrə mütəxəssis» vəzifəsində işləyən Şahid2 vasitəsi ilə tanımış, Təqsirləndirilən şəxs1 Simrana zəng edib Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi ərazisində yerləşən tikinti materialları dükanı olduğunu bildirərək ona nisiyə mal verilməsini xahiş etmişdir. Simran isə Vüsalı “xxxxxxxxxx MMC”-də onunla əlaqələndirmiş, bu barədə razılıq əldə edildiyi üçün xx xxxx 2018-ci il tarixdə telefon vasitəsi ilə “xxxxxxxxxx MMC” ilə əlaqə saxlanılmış və 1300 ədəd 0,38 mm qalınlığında 1mx2m ölçüdə sinklənmiş metal lövhələr sifariş verilmişdir. Vüsal Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi ərazisində yerləşən tikinti materialları dükanı olduğunu və həmin dükana Kürdəmir rayonundan sirariş verildiyini, Kürdəmir rayonunda yerləşən tikinti materialları obyektlərinə satmaq üçün həmin listləri Kürdəmir rayonuna göndərəcəyini, həmçinin metal lövhələr üçün 15.600 manat pulu bir gün sonra qaytaracağını bildirmişdir. Simran Vüsalı tanıdığını, əvvəllər onunla yaxın munasibətdə olduğunu bildirdiyi üçün xx xxxx 2018-ci il tarixdə həmin metal lövhələr ona verilmiş, həmin vaxtdan sonra Vüsal pulu ödəməmiş, apardığı metal lövhələri qaytarmamış və müəssisə ilə əlaqəni tamamilə kəsmişdir. Bundan sonra Şahid2 ilə birlikdə Vüsalın ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamaq istəsək də mümkün olmamış, sonra Vüsalınn qardaşı Emin Əliyevlə əlaqə saxlanılmış, Emin onlara Vüsalın sözünə əsasən metal lövhələrin Kürdəmir rayonuna göndərildiyini, metalın pulunun yığılmadığını xx.xx.2018-ci il tarixdək metal lövhələrin pulunun ödəniləcəyini bildirmiş, lakin buna baxmayaraq həmin vaxtdan sonra müəssisəyə 15.600 manat pul ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 İsfahan oğlu ifadəsində göstərmişdir ki, «Mercedes Ateco» markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə fərdi qaydada yük daşımaqla məşğul olur. xx xxxxx 2019-cu il tarixdə saat 14 radələrində iki nəfər əvvəl tanımadığı şəxs ona yaxınlaşıb Abşeron rayonu, Məmmədli kəndində yerləşən müəssisədən metal lövhələri götürərək Dərnəgül qəsəbəsinə aparmağı təklif etmiş, sonuncularla yol haqqı olaraq 70 manata razılaşmış, sonra birlikdə Abşeron rayonu, Məmmədli kəndində yerləşən “xxxxxxxxxx MMC”-nin istehsalat müəssisəsinə getmişlər. Həmin şəxslər orada işləyən şəxslərlə görüşdükdən sonra 1300 ədəd 0,38mm qalınlığında 1mx2m ölçüdə olan dəmir lövhələri yük avtomobilinə yüklətmiş, sonra həmin şəxslərlə birlikdə metal lövhələri Dərnəgül qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışlar. Yolda həmin şəxslər söhbət edərkən metal lövhələrin onlara hədiyyə verildiyini və metal lövhələri Dərnəgül qəsəbəsində işləyən Ağa adlı şəxsə satacaqlarını bildirmiş, söhbət əsnasında təklif etmişdir ki, metal lövhələri dastu Şahid6 satsınlar. Həmin şəxsər razı olduqları üçün onların yanında dostu Səmədə zəng vurmuş və ona sinklənmiş metal lövhələrin satıldığını bildirmiş, dostuna metal lövhələri almasını təklif etmişdir. Dostu Namiq razı olduğu üçün idarə etdiyi «Mercedes Ateco» markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə metal lövhələri Səmədin işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən tikinti materialları dükanına gətirmiş, həmin vaxtı onunla birlikdə gələn həmin iki nəfərdən biri, adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 kənarda dayanmış, digəri isə, yəni Ceyhun kimi özünü təqdim edən şəxs malın sahibi kimi özünü təqdim etmiş, Ceyhun 1300 ədəd 0,38 mm qalınlığında 1mx2m ölçüdə sinklənmiş metal lövhələrin hər birini 8 manata Səmədə təklif etmiş, metal lövhələrin birini 7 manat 70 qəpikdən razılaşmışlar. Səməd malı qəbul edib Ceyhuna 9000 manat pul vermiş, Ceyhun da onlara müştəri tapdığı üçün ona yol haqqı ilə birlikdə 200 manat pul vermiş, həmin günün səhəri isə qalıq qalmış 1000 manat pul Ceyhuna ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən tikinti materialları dükanında satıcı işləyir. xx xxxx 2018-ci il tarixdə axşam saatlarında dostu Şahid5 İsfəhan oğlu ona zəng edərək sintlənmiş metal lövhələr olduğunu bildirib həmin lövhələri almağı təklif etmiş, o da razılaşmış, sonra Namiq idarə etdiyi «Mercedes Ateco» markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun dükanına 1300 ədəd 0,38 mm qalınlığında 1mx2m ölçüdə olan dəmir lövhələri gətirmiş, Namiqin yanında iki nəfər şəxs olmuş, Namiq ona metal lövhələrin həmin şəxslərə məxsus olduğunu bildirmiş, həmçinin Namiq ona demişdir ki, həmin şəxslər metal lövhələri satmaq üçün apardıqlarını gördüyü üçün onun yanına gətirmişdir. Həmin vaxtı Namiqlə gələn şəxslərdən biri, adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 bizdən bir qədər kənarda dayanmış, sonuncunun yanında olan digər şəxs, adını sonradan bildiyi özünü Ceyhun kimi təqdim edən şəxs ona özünü malın sahibi kimi təqdim etmiş, Ceyhun 1300 ədəd 0,38 mm qalınlığında 1mx2m ölçüdə sinklənmiş metal lövhələrin hər birini 8 manata təklif etmiş, onlarla metal lövhələrin birini 7 manat 70 qəpikdən almağa razılaşmış, sonra malı qəbul edib Ceyhuna 9000 manat pul vermiş, həmin günün səhəri isə qalıq qalmış 1000 manat pul Ceyhuna ödəmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş ürə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində yerləşən “xxxxxxxxxx MMC”-də icraçı direktor vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 icraçı direktor olduğu müəssisədə «gömrük üzrə mütəxəssis» vəzifəsində işləyən Şahid2 vasitəsi ilə tanımış, Təqsirləndirilən şəxs1 Simrana zəng edib Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi ərazisində yerləşən tikinti materialları dükanı olduğunu bildirərək ona nisiyə mal verilməsini xahiş etmişdir. Simran isə Vüsalı “xxxxxxxxxx MMC”-də satış meneceri olan Şahid4lə əlaqələndirmiş, bu barədə razılıq əldə edildiyi üçün xx xxxx 2018-ci il tarixdə telefon vasitəsi ilə “xxxxxxxxxx MMC” ilə əlaqə saxlanılmış və 1300 ədəd 0,38 mm qalınlığında 1mx2m ölçüdə sinklənmiş metal lövhələr sifariş verilmişdir. Vüsal özünün Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi ərazisində yerləşən tikinti materialları dükanı olduğunu və həmin dükana Kürdəmir rayonundan sirariş verildiyini, Kürdəmir rayonunda yerləşən tikinti materialları obyektlərinə satmaq üçün həmin listləri Kürdəmir rayonuna göndərəcəyini, həmçinin metal lövhələr üçün 15.600 manat pulu bir gün sonra qaytaracağını bildirmişdir. Simran Vüsalı tanıdığını, əvvəllər onunla yaxın munasibətdə olduğunu bildirdiyi üçün xx xxxx 2018-ci il tarixdə həmin metal lövhələr ona verilmiş, həmin vaxtdan sonra Vüsal pulu ödəməmiş, apardığı metal lövhələri qaytarmamış və müəssisə ilə əlaqəni tamamilə kəsmişdir. Bundan sonra müəssisənin işçiləri Şahid2 və Vəliyev X2 ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlaya bilməmiş, sonra Vüsalınn qardaşı Emin Əliyevlə əlaqə saxlanılmış, Emin onlara Vüsalın sözünə əsasən metal lövhələrin Kürdəmir rayonuna göndərildiyini, metalın pulunun yığılmadığını xx.xx.2018-ci il tarixdək metal lövhələrin pulunun ödəniləcəyini bildirmiş, buna baxmayaraq həmin vaxtdan sonra müəssisəyə 15.600 manat pul ödənilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş ürə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən “xxxxxxxxxx” MMC-də “gömrük üzrə mütəxəssis” vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 çoxdan tanıyır, əvvəllər dostluq münasibətləri olmuş, sonuncunun başqa bir dostu Ceyhunun vasitəsi ilə tanımış, dəfələrlə bir yerdə məclislərdə olmuşdur. Təqsirləndirilən şəxs1 əvvəllər ona zəng edib Bakı şəhəri Dərnəgül qəsəbəsində yerləşən tikinti materialları dükanı olduğunu bildirərək ona nisyə mal verilməsini xahiş etmiş, o isə onu “xxxxxxxxxx” MMC-də satış meneceri olan Şahid4lə əlaqələndirmiş, raziliq əldə olunandan sonra Vüsal xx xxxx 2018-ci il tarixdə telefon vasitəsi ilə “xxxxxxxxxx” MMC ilə əlaqə saxlayaraq 1300 ədəd 0,38 mm qalınlığında, 1x2m ölçüdə sinkləşdirilmiş metal list sifariş vermişdir. Özünün Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsində yerləşən tikinti materialları dükanı olduğunu, həmin dükana Kürdəmir rayonundan sifariş verildiyini, Kürdəmir rayonunda yerləşən tikinti materialları obyektlərinə satmaq üçün həmin listləri Kürdəmir rayonuna göndərəcəyini və 15600(on beş min altı yüz) manat dəyərində borcunu isə bir gün sonra qaytaracağını bildirmişdir. Həmin şəxsi tanıdığı üçün bu barədə icraçı direktor Şahid1 bildirmiş, bu səbəbdən də xx xxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 1300 ədəd sinkləşdirilmiş metal list verilmiş, həmin vaxtdan sonra isə Vüsal pulu ödəməmiş, apardığı əşyaları qaytarmamış və müəssisə ilə əlaqəni kəsmişdir. O, “xxxxxxxxxx” MMC – nin satış meneceri İlham VTəqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamaq istəsələr də, tapa bilməmişlər. Vüsalın qardaşı Emin Əliyevin istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış, Emin də Vüsalın həmin listləri Kürdəmir rayonu ərazisində yerləşən tikinti materialları dükanına nisyə verildiyini pulunu yığa bilmədiyini, xx.xx.2018-ci il tarixədək pulları ödəyəcəklərini bildirmiş, lakin həmin vaxtdan sonra da 15600 manat dəyərində pulu ödəməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. xx.xx.2019-cu il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə Abşeron rayon polis əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron rayon polis idarəsinin MSY-ə təhvil verilmiş və xx.xx.2019-cu il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.0 Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin icraatı dayandırılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 könüllü olaraq Abşeron Rayon Məhkəməsinə gələrək özünü təqdim etmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və xx.xx.2020-ci il tarixdə tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs “xxxxxxxxxx MMC”-də icraçı direktoru Şahid1 tərəfindən notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, cinayət nəticəsində ona dəymiş maddi ziyan və mənəvi ziyan Təqsirləndirilən şəxs2 tərəfindən tam ödənilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin əməli törətməkdə təqsirli olmaları özlərinin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayət əməlinə görə təqsirkarlara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tam ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tam ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətmələrini, onların cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cərimə cəzası Bakı şəhəri, Nərimanov rayon İcra və Probasiya Şöbəsi və Təqsirləndirilən şəxs2 təyin olunmuş cərimə cəzası Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət və Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınaraq onlara təyin edilmiş cərimə cəzası yüngülləşdirilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbslə bağlı olmayan cəza təyin edildiyinə görə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən onların barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onların barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X3 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pul, Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5000 (beş min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cəza yüngülləşdirilsin və üzərində qəti olaraq 1500 (bir min beş) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Bakı şəhəri, Nərimanov rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5000 (beş min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cəza yüngülləşdirilsin və üzərində qəti olaraq 2500 (iki min beş) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı müdafiəçilər tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X3 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pul, Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pul Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB**********2300206123, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-25/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-25/2020
10.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver