Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-25/2021 29.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1975-ci ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Yardımlı rayonu, Yardımlı qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində müvəqqəti olaraq yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 179.2.4-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs ilə mobil telefonla əlaqə saxlayaraq sonuncunun Abşeron rayonu Pirəkəşkül kəndindəki fermasında olan heyvanlarına çobanlıq etməsi və bunun müqabilində ona zəhmət haqqı olaraq hər ay 300 manat əmək haqqının, əkiz doğmuş hər qoyunun balasının birinin, gündəlik yeyib içməyinin, siqaretinin və yaşamağa otağın verilməsi barədə şifahi olaraq razılaşdıqdan sonra ertəsi günü, yəni xx xxx 2018-ci ildə Zərərçəkmiş şəxs sahibliyində olan Abşeron rayonu, Pirəkəşkül kəndindəki qoyunçuluq fermasına getmiş və sonuncunun həmin fermada saxladığı 66 baş quzunu, 217 baş qoyun və keçini ondan razılaşdıqları şərtlər əsasında baxılması və saxlanılması üçün təhvil alaraq işə başlamış, bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs Şəmkir rayonuna qardaşı ilə görüşmək üçün getməsindən istifadə edərək xx.xx.2018-ci il tarixdə saat 08 radələrində tamah niyyəti ilə ona etibar edilmiş özgə əmlakını talama məqsədilə ona şifahi razılaşma əsasında baxılması və saxlanılması üçün etibar edilmiş, inanılıb tapşırılmış həmin heyvanlardan 1040 manat dəyərində olan 4 baş erkək qoyunu, 1760 manat dəyərində olan 8 baş doğar qoyunu, 2400 manat dəyərində olan 12 baş quzunu, ümumilikdə 5200 manat dəyərində xırda –buynuzlu heyvanları talayıb mənimsəyərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmuş, bununla yanaşı həmin vaxt tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə fermada müvəqqəti yaşamaq üçün inşa edilmiş otaqdan Zərərçəkmiş şəxs məxsus 220 manat dəyərində olan 1 ədəd Macarıstanda istehsal edilmiş “Samsung” markalı televizoru, 1 ədəd 55 manat dəyərində olan peyk antenasının qəbuledici cihazını, 1 ədəd 1000 manat dəyərində olan işləməyən “İphone 6S+” markalı mobil telefonu, 300 manat dəyərində olan 1 ədəd nərd taxtasını, ümumilikdə 1575 manat dəyərində əşyaları talayıb oğurlamaqla Zərərçəkmiş şəxs maddi ziyan vurmuş və taladığı həmin malları istintaqa məlum olmayan Vaz-2106 markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə aparmış, qoyun və quzuları, peyk antenasının qəbuledici cihazını, işləməyən “İphone 6S+” markalı mobil telefonu, nərd taxtasını həmin yerdə satmış, 1 ədəd “Samsung” markalı televizoru isə özü ilə götürmüş və həmin günü Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılarkən üzərində olan taladığı televizoru polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər qanunsuz olaraq talama məqsədi olmadan avtomobil qaçırdığı üçün 3 il müddətinə azadlıqdan məhrum olunmuş, xx.xx.2016cı il tarixdə isə həbsdən azad edilmiş və fəhlə kimi işləməyə başlamışdır. 2017-ci ilin payız aylarında qardaşı Arzunun Xızı rayonu, Qarabulaq kəndində yaşayan qudasının heyvanlarını qəssaba satdığı üçün barəsində cinayət işi açılmış və məsuliyyətə cəlb edilmişdir. 2018-ci ilin may ayının ortalarında Toğrul adlı çoban vasitəsi ilə Zərərçəkmiş şəxs ilə tanış olmuş, Asim şifahi müqavilə əsasında ona fermasında olan heyvanlarını saxlaması müqabilində hər ay 300 manat əmək haqqı, əkiz doğmuş hər qoyunun balasının birinin, gündəlik yeyib içməyini, siqaretini və yaşamağa otaq verəcəyini bildirmiş, o, da Asimlə razılaşmış və xx xxx 2018-ci ildə fermaya gedib işə başlamış, Asim fermada saxladığı 217 baş qoyun-keçini və 66 baş da quzunu ona təhvil verib becərməsini tapşırmış, bundan əlavə fermadakı itlərini də yemləməyi ona öyrətmiş, təxminən iki həftə ərzində ona qoyunlarını harada və necə becərməsini öyrətmişdir. Lakin işləməyinə baxmayaraq Zərərçəkmiş şəxs təxminən üç ay müddətində ona vəd etdiyi əmək haqqını ödəməmişdir. Belə ki, dəfələrlə Zərərçəkmiş şəxs pula ehtiyacının olduğunu və ona vəd etdiyi əmək haqqını ödəməsini istəsə də, Zərərçəkmiş şəxs ona hər dəfə müxtəlif bəhanələr gətirərək müddəti uzatmış və ona heç bir məbləğdə pul ödəməmişdir. Sonuncu dəfə o, Zərərçəkmiş şəxs əmək haqqını tələb etdikdə Zərərçəkmiş şəxs xx xxxx 2018-ci ildə ona qardaşının Rusiyadan gəldiyini söyləyib onunla görüşmək üçün 4-5 günlüyə Şəmkirə gedəcəyini bildirmiş və fermanı ona tapşırıb getmiş, eyni zamanda Asim öz otağının qapısının açarını ona verib Şəmkirə getmişdir. Ertəsi günü Asim onunla telefon əlaqəsi saxlayıb qoyunquzunun vəziyyəti ilə maraqlanmış, o, hər şeyin qaydasında olduğunu bildirmişdir. O, həmin gecə, yəni xx.xx.2018-ci il tarixdə heyvanları tövləyə salmağı unutmuş, səhəri günü həmin heyvanlardan - 2 baş keçinin, 2 baş quzunun və 6 baş qoyunun öldüyünün, bir baş qoyunu isə itin yediyinin şahidi olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs zəng edərək baş verən hadisəni danışmış və ona 2 baş keçinin, 2 baş quzunun və 6 baş qoyunun öldüyünün, 1 baş qoyunu isə it yediyini bildirdikdə Zərərçəkmiş şəxs ona ölmüş qoyunları da itlərə atmasını bildirmiş, bu səbəbdən o, ölmüş qoyunları da fermanın qarşısında saxlanılan itlərə atmış və heç bir təmizləmə işləri aparmamış, belə ki, itlər qoyunları yedikdən sonra qoyunların dəriləri və s. hissələri ortalıqda qalmış və o, xx.xx.2018-ci il tarixdə səhər saat 08 radələrində digər sağ olan 4 baş erkək quzunu və fermada olan bir ədəd “Samsunq” markalı televizoru Vaz 2106 markalı avtomobilə qoyub Maştağa qəsəbəsinə aparmış və orada hər bir erkəyi 120 manatdan olmaqla 480 manata satmışdır. Həmin günü günorta radələrində Binəqədi rayon 6-cı polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş, o zaman fermadan oğurladığı televizor üstündə olmuş, ondan həmin televizor barədə maraqlanıldıqda fermadan oğurladığını etiraf etmiş, bundan sonra Abşeron rayon Pİ-nin əməkdaşı tərəfindən həmin televizor ondan götürülmüşdür. Əlavə olaraq o, fermadakı heyvanlardan iki baş keçinin, 2 baş quzunun və 6 baş qoyunun öldüyünü, bir baş qoyunun isə it yediyini, o, fermadan 4 baş erkək quzunu və bir ədəd “Samsung” markalı televizoru oğurladığını, bundan başqa heç bir heyvanı və əşyanı götürmədiyini bildirərək hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşmançılıq hissi keçirməsini nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmənin çağırışlarına gəlməmiş, buna görə də məhkəmə zərərçəkmiş şəxsin ölkəni tərk-edib-etməməsi barədə məlumat verilməsi üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə sorğu göndərmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə ölkəni tərk etmişdir. İbtidai İstintaq zamanı Zərərçəkmiş şəxs məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Şəmkir rayonunda qeydiyyatda olsa da, təxminən beş il olar ki Abşeron rayonu Pirəkəşkül kəndi ərazisindəki otlaq sahəsindən 44 sot torpaq sahəsini alıb orada qoyunçuluqla məşğul olmuş, ayda bir-iki dəfə vaxt tapıb evinə baş çəkməyə getmişdir. Fermada iki otaqdan ibarət müvəqəti tikili inşa etmiş, həmin otaqların birində özü, digərində çoban qalmışdır. 2018-ci ilin aprel ayının 20-dək Sərraf adlı çoban ailə üzvləri ilə həmin otaqda qalmış, yaşlı olduğuna görə sonuncu çobanlıq etməkdən imtina etmiş və onun razılığı ilə işdən çıxmışdır. Bundan sonra o, özünə çoban axtarmağa başlamış, qonşu fermalardan əslən Şamaxı rayonundan olan Toğrul adlı çobanın mobil nömrəsi ona verilmiş və çoban tapmaqda ona köməklik edə biləcəyini bildirilmiş, o da Toğrula zəng edərək çoban axtardığını söyləmişdir. Təxminən 20 gün sonra Toğrul Yardımlı rayonundan olan Natiq adlı çobanın mobil telefon nömrəsini ona verərək danışmasını məsləhət görmüş, o da Natiqə zəng edərək onunla aylıq zəhmət haqqı barədə danışmış və ona zəhmət haqqı olaraq hər ay 300 manat əmək haqqı, əkiz doğmuş hər qoyunun balasının birini, gündəlik yeyib içməyini, siqaretini və yaşamağa otaq verəcəyini bildirmişdir. Natiq onunla razılaşmış və xx xxx 2018-ci ildə gələrək işə başlamışdır. O, fermada saxladığı 217 baş qoyun-keçini və 66 baş da quzunu Natiqə təhvil verib becərməsini tapşırmış, bundan əlavə fermadakı itlərini də yemləməyi ona öyrətmiş, təxminən iki həftə ərzində Natiqə qoyunları harda və onları necə becərməsini öyrətmişdir. xx xxxx 2018-ci ildə Natiqə qardaşının Rusiyadan gəldiyini söyləyib onunla görüşmək üçün 4-5 günlüyə Şəmkirə gedəcəyini bildirmiş və fermanı Natiqə tapşırmış, öz otağının qapısının açarını da ona verərək Şəmkirə - evinə getmişdir. Ertəsi gün o, Natiqlə telefon əlaqəsi saxlayaraq qoyun-quzunun vəziyyəti ilə maraqlanmış, sonuncu hər şeyin qaydasında olduğunu bildirmişdir. Bir gün sonra yenidən Natiqə zəng edərək heyvanların vəziyyəti ilə maraqlanmaq istəmiş, lakin telefon bağlı olmuş, gün ərzində bir neçə dəfə zəng etsə də onunla danışa bilməmişdir. Buna görə saat 20 radələrində Pirəkəşkül kəndində olan tanışı Zirəddinlə danışıb fermaya gedib Natiqin telefonunun nə üçün bağlı olmasını öyrənməsini xahiş etmiş, bir neçə dəqiqədən sonra Zirəddin ona zəng edib Natiqin və qoyunların fermada olmadığını bildirmiş, sonuncudan ətraf ərazini axtarmasını xahiş etmişdir. Zirəddin ona zəng edib Natiqi və qoyunları tapmadığını bildirmiş, sonra Natiqin harasa çıxıb getdiyini və qoyunları heç kim görməsin deyə tövləyə yığdığını düşündüyündən Zirəddindən tövləyə baxmasını xahiş etmiş, sonuncu baxıb qoyunların tövlədə olduğunu bildirmişdir. O, Zirəddindən qoyunları tövlədən çıxarıb qəhələ salmasını xahiş etmiş və Pirəkəşkül kəndində yaşayan dostu Taryellə danışıb gecə fermada qalmasını xahiş etmişdir. Ertəsi günü, yəni xx xxxx 2018-ci ildə o, Şəmkirdən fermaya qayıtmış, saat təxminən 19 radələri olmuş, fermadakı otağının qapısının bağlı olduğunu görüb qapının qıfılını balta ilə sındırıb içəriyə daxil olmuş, həmin vaxtı otağında olan 200 manat dəyərində olan “Samsung” markalı televizorun, 55 manata aldığı krosna aparatının qəbuledici cihazının, 1000 manat dəyərində olan, işləməyən “İpone 6S+” markalı mobil telefonunun və 300 manat dəyərində olan nərd taxtasının yerində olmadığını görüb Natiqin gedərkən həmin əşyalarını oğurladığını hiss edərək tez fermada olan qoyunlarını saymağa başlamış, həmin vaxtı 4 baş erkək qoyunun, 8 baş doğar qoyunun, 12 baş quzunun heyvanlarının içərisində olmadığını görmüş və onları Natiqin apardığını yəqin edərək mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Əlavə olaraq ona qoyun-quzularının oğurlanması nəticəsində ona cəmi 5200 manat məbləğində maddi ziyan vurulduğunu və ümumilikdə isə hadisə nəticəsində ona cəmi 6755 manat dəyərində maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə baxışında şahid X3 ifadəsində göstərdi ki, xx xxxx 2018-ci ildə Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu Pirəkəşkül kəndi ərazisində yerləşən qoyunçuluq fermasından “Samsung” markalı televizorun, peyk antenasının qəbuledici cihazının, “İpone 6S+” markalı mobil telefonun, nərd taxtasının, baş erkək qoyunun, 8 baş doğar qoyunun və 12 baş quzunu oğurlanması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında aparılmış əməliyyat tədbirləri zamanı qeyd olunan oğurluğun əvvəllər məhkum olunmuş və barəsində Xızı rayon Məhkəməsi tərəfindən axtarış elan edilmiş Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmiş, Təqsirləndirilən şəxs xx xxxx 2018-ci il tarixdə Binəqədi rayon Pİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən tutulması barədə məlumat almış, sonuncu tutularkən üzərində cinayət yolu ilə əldə etdiyi bir ədəd Samsung markalı televizor olduğu üçün Təqsirləndirilən şəxsla görüşmüş və ondan cinayət yolu ilə əldə etdiyi televizoru maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürmüş, xx xxxx 2018-ci il tarixdə isə qeyd olunan televizoru raportla İstintaqa təqdim etmiş, həmin televizora zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, sonuncu televizorunu tanıyaraq ona məxsus fermadan oğurlanmış televizor olduğunu bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs Şəmkir rayonundan tanımış, belə ki, həmin şəxsin ailəsi ilə onun ailəsi yaxın olmuş və onlar bir kənddə böyümüşlər. Təxminən 2018-ci ilin iyun ayında axşam radələrində bir kənddə yaşadığı tanışı Zirəddin ona zəng edərək Zərərçəkmiş şəxs hazırda Şəmkirdə olduğunu, heyvanlarına baxmaq üçün işə aldığı çobanın telefonlarına cavab vermədiyini və heyvanları buraxıb getdiyini, bu səbəbdən heyvanlarının sahibsiz qaldığı üçün Zərərçəkmiş şəxs qayıdana qədər heyvanlarına müvəqqəti baxmağını xahiş etdiyini bildirmiş, lakin onun səhhəti yaxşı olmadığı üçün və özü də İ qrup əlil olduğundan heyvanlara baxa bilməyəcəyini bildirmiş, buna baxmayaraq həmin gün bir neçə saat sonra Zərərçəkmiş şəxs özü ona zəng edərək çobanın xəbər vermədən getdiyini və heyvanlarını sahibsiz qoyduğunu, bu səbəbdən də Zərərçəkmiş şəxs geri qayıdana qədər heyvanlarına baxmağını xahiş etmiş, o, razılaşmış və Zirəddin onu evindən götürərək Asimin heyvanlarının olduğu əraziyə aparmışdır. Oraya getdikləri zaman artıq hava qaralmış, həmin gecə o, Asimin qaldığı evin qapısı bağlı olduğu üçün orada qapısı açıq otaqda qalmış, səhər də heyvanları buraxıb otarmış, axşam yenidən yerlərinə qaytarmış və iki gün həmin heyvanlara baxdıqdan sonra Asim Şəmkirdən qayıtmış, həmin vaxt heyvanlarını sayaraq çobanının heyvanlarını oğurladığını bildirmişdir. Daha sonra o, evinə geri qayıtmış və heç nədən xəbəri olmamışdır. Əlavə olaraq o, Zirəddinin onu heyvanların yanına gətirdiyi gün heyvanların içində yaralı hər hansı heyvan olmadığını, həmçinin onların içində hər hansı heyvanın ölmədiyini, itin heyvanları yeməsi və hər hansı heyvanın yaralanması ilə bağlı hər hansı bir izin olmadığını bildirmişdir. X6 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X6 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından məhkəmə və ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2018-ci il tarixli, 24202 saylı rəyindən görünür ki, bir ədəd «Samsung» makalı, LE32B450C4V modelli, Macarıstanda istehsal olunmuş televizorun istifadədə olduğu nəzərə alınaraq 2018ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 220 manat müəyyən edilir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd «Samsung» makalı, LE32B450C4V modelli, Macarıstanda istehsal olunmuş televizor və saxlanması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, göstərilən heyvanların 2018-ci ilin iyun ayına olan Respublikadaxili orta bazar qiyməti nəzəri olaraq təxminən aşağıdakı kimi müəyyən edilir: hər biri 260 manat olmaqla 4 baş erkək qoyunun dəyəri – 1040 manat; hər biri 220 manat olmaqla 8 baş doğar qoyunun dəyəri – 1760 manat; hər biri 200 manat olmaqla 12 baş quzunun dəyəri – 2400 manat müəyyən olunur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 179.2.4-cü maddələri ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 179.2.4-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməldən səmimi peşmaçılıq hissi çəkməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 məhkumluq barədə arayışından (tələbnamədən), Xızı Rayon Məhkəməsinin hökmünün surətindən və Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin arayışlarından görünür ki, Təqsirləndirilən şəxs oğlu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə təqsirli bilindiyi cinayət əməli AR CM-nin 185.2.4-cü maddəsindən 185.1-ci maddəsinə tövsif edilmiş və ona təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası 1 il 9 ay 23 gün müddətinə endirilmiş və o, cəzadan azad edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(068)-04/2018 hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, barəsində CM-nin 69.4-cü maddəsi tətbiq edilərək cəzası yüngülləşdirilmiş və üzərində qəti olaraq 1000 manat miqdarında cərimə cəzası saxlanılmışdır. Yardımlı rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə cərimə cəzası aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 05 ay 09 gün müddətinə islah işləri cəzası ilə əvəz edilmiş və cəzası çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasın böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci və 18.4.4-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarında olan Yardımlı şəhər 4 saylı MTİİTŞ tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Məmişov X2 şəhərində qeydiyyatda olmaqla onun barəsində Yardımlı şəhər 4 saylı MTİİTŞ-ə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsi, əməlindən səmimi peşman olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 179.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.1.3-cü maddələrinə əsasən həmin cəzaya Yardımlı rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə ona təyin olunmuş və çəkilməmiş - qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 05 ay 09 gün müddət islah işləri cəzası - hazırki cinayət işi üzrə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına islah işlərinin dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla qismən toplanılmalı və ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın çağırışlarına gəlmədiyi üçün xx.xx.2018-ci il tarixdə barəsində axtarış elan edilərək iş üzrə icraat dayandırılmış, o, xx.xx.2019-cu il tarixdə könüllü olaraq istintaqa gəldiyindən icraat təzələnmişdir. Daha sonra o, istintaqın çağırışlarına gəlmədiyi üçün xx.xx.2019-cu il tarixdə barəsində axtarış elan edilərək iş üzrə icraat dayandırılmış, xx.xx.2019-cu il tarixdə tutulmuş və barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına gəlmədiyi üçün barəsində xx.xx.2020-ci il tarixdə axtarış elan edilmiş və o, xx.xx.2020-ci il tarixdə tutularaq həbsə alınmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manatdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxsndən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentlyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Hökmün icrası Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbarda olan iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd «Samsung» makalı, LE32B450C4V modelli, Macarıstanda istehsal olunmuş televizor Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə Zərərçəkmiş şəxs törədilmiş cinayət nəticəsində ona dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 08 (səkkiz) ay müddətə, həmin Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə, Təqsirləndirilən şəxs oğlunun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.1.3-cü maddələrinə əsasən Yardımlı rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə ona təyin olunmuş və çəkilməmiş - qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 05 ay 09 gün müddət islah işləri cəzası - hazırki cinayət işi üzrə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına islah işlərinin dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla qismən toplanılsın və ona qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun cəzasının əvvəli tutulduğu xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbarda olan iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd «Samsung» makalı, LE32B450C4V modelli, Macarıstanda istehsal olunmuş televizor Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentlyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. İş üzrə Zərərçəkmiş şəxs törədilmiş cinayət nəticəsində ona dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Yardımlı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-25/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-25/2021
29.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver