Məhkəmə qərarları › İş №1(012)-25/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-25/2022

10.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-25/2022 10.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1988-ci ildə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 20.10.2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04.01.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonunda bazarın yaxınlığında satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısf'na daxil edilmiş təmiz çəkisi 0,357 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələlərin siyahısf’na daxil edilmiş təmiz çəkisi 0,091 qram olan ağ rəngli, kristallik formada olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz əldə edib üzərində saxlamaqla Abşeron rayonu Xırdalan şəhərinə daşımış, 04 yanvar 2021 -ci il tarixdə saat 23:35-də isə Abşeron RPİ-nin NMQ-nun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhəri ərazisində saxlanılaraq RPİ-və gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli idman geyiminin sağ yan cibindən bir ədəd siqaretin tünd göy rəngli kağızma bükülmüş təmiz çəkisi 0,357 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və bir ədəd siqaretin tünd göy rəngli kağızma bükülmüş 0,091 qram olan kristalşəkilli psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, psixi və ruhi cəhətcə sağlamdır. O, 04.01.2021-ci il tarixdə saat 23.35 radələrində yaşadığı evin yaxınlığında küçədə dayanan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını deyib narkotik vasitə və psixotrop maddə üzərində gəzdirməkdə və istifadəsində şübhəli olduğunu, bu məqsədlə Abşeron RPİ-nə getməli olduğunu söyləmişlər. O da polis əməkdaşları ilə razılaşmış və Abşeron RPİ-nin inzibati binasına gəlmişlər. Orada xidməti otaqların birində video kamera ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən öncə ona hüquq və vəzifələri tam olaraq izah olunmuşdur. Daha sonra üzərində dövrüyəsi qanunla qadağan olunmuş əşya və ya predmet varsa könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. O da əynində olan tünd boz rəngli idman şalvarının sağ cibindən 1 ədəd siqaretin tünd göy rəngli kağızına bükülmüş içərisində narkotik vasitə heroinə oxşar kütlə olan bükümü və 1 ədəd siqaretin tünd göy rəngli kağızına bükülmüş içərisində psixotrop maddə metamfetominə oxşar kütlən təqdim edərək həmin kütləni 04.01.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində bazarın yaxınlığında tanımadığı şəxsdən hər birini 10 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərində başqa əşyanın olub-olmadığı ondan soruşulmuşdur. Həmin vaxt üzərində heç bir əşya olmamışdlr. Polis əməkdaşları onun üzərindən aşkar edilmiş kütlələri ekspertiza təyin edilməsi üçün zərfə qoyub qablaşdırmışdılar və üzərini DİNin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürləmişdilər. Üzəri möhrülənmiş zərfin üzərini iştirakçılar, o və müdafiəçi imzalamışdılar. Həmçinin qeyd olunan proses təhqiqatçı tərəfindən protokol tərtib olunaraq yazılmış, ucadan oxunmuş, heç bir vəsatət və etiraz daxil olmadığı üçün imzalarla təsdiq edilmişdir. Etdiyi əməldən səmimi olaraq peşmançılıq çəkir. Qeyd etmişdir ki, onun heç kimdən şikayəti yoxdur. Heç kim ona hər hansı bir təzyiq etməmişdir. Həmin narkotik vasitə ona məxsusdur, istifadə etmək üçün 04.01.2021 -ci il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində bazarın yaxınlığında tanımadığı şəxsdən hər birini 10 manat müqabilində almış, aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə metamletamini öz istifadəsi üçün üzərində gəzdirmiş, narkotik vasitədən heç kimə hər hansı bir miqdarda satmamış və ya heç kimə hədiyyə verməmiş, başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlamamış, narkotik vasitə olan heroini və psixotrop maddə metamletamini əldə etməyindən heç kəsin xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-də NMQ-un baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 yanvar 2021-ci il tarixdə Abşeron rayonu. Xırdalan şəhərində yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu. Xırdalan şəhəri M.Əzizbəyov küçəsində narkotik vasitə olan heroini və psixotrop maddə hesab edilən netamfetamini əldə etməsi, istifadəsi və gəzdirməsi barədə ona məxfi mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat axtarış tədbirinin keçirilməsi üçün Pİ-nin rəisinə raportla məruzə edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra Pİ-nin CAŞ-nin kiçik inspektoru polis baş serjantı Şahid2 iştirakı ilə M.Əzizbəyov küçəsinə getmişdilər. 04.01.2021-ci il tarixdə axşam saat 23:35 radələrində Təqsirləndirilən şəxs Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ilə tək piyada şübhəli halda getdiyini görmüşdülər. Bundan sonra həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib sonra isə onu Abşeron RPİ-nə şübhəli şəxs kimi dəvət etmişdilər. Pİnin inzibati otağında təhqiqatçı, müdafiəçinin və onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olubolmaması bildirilmişdir. Təqsirləndirilən şəxs isə həmin vaxtı əynində olan idman şalvarının sağ cibindən 1 ədəd siqaretin tünd göy rəngli kağızına bükülmüş içərisində narkotik vasitə heroinə oxşar kütlə olan büküm və 1 ədəd siqaretin tünd göy rəngli kağızına bükülmüş içərisində psixotrop maddə metamfetaminə oxşar kütləni çıxarıb, həmin bir ədəd siqaretin tünd göy rəngli kağızma bükülmüş bükümün içərisində narkotik vasitə olan heroin və 1 ədəd siqaretin tünd göy rəngli kağızına bükülmüş içərisində psixotrop maddə olan metamfetamin olduğunu və hər iki bükümün ona məxsus olduğunu bildirmişdir. O, həmin narkotik vasitə olan heroini 04.01.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonunda bazarın yaxınlığından tanımadığı şəxsdən hər bükülünü 10 manata özü istifadə etmək məqsədi ilə aldığını və aldığı kütləni özü istifadə etmək üçün üzərində saxladığını qeyd etmişdir. Həmin narkotik vasitə və psixotrop maddəyə oxşar kütlələr polis əməkdaşları tərəfindən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişdirlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 05 yanvar 2021 -ci il tarixli 6/32 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs ...’’yazısı olan, 01 ədəd bükümdə təmiz çəkisi 0,357 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(qalıq 0,307 qram - 0,05 qram heroin tədqiqata sərf edilmişdir). 01 ədəd bükümdə təmiz çəkisi 0,091 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (qalıq 0,051 qram - 0,04 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələf'in siyahısına (Siyahı İ). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop madələr”in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 14 yanvar 2021 -ci il tarixli 113 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında 01 ədəd diskə baxiş zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki tünd boz rəngli idman şalvarının sağ cibindən 1 ədəd siqaretin tünd göy rəngli kağızına bükülmüş içərisində narkotik vasitə heroinə oxşar kütlə olan büküm və 1 ədəd siqaretin tünd göy rəngli kağızına bükülmüş içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan büküm aşkar edilərək götürülmüşdür. 05.01.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 06.01.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək, tutulduğu Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat dayandırılmışdır. Abşeron RPİ-in 21.10.2021-ci il tarixli, 128-83604 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-in əməkdaşları tərəfindən 20.10.2021-ci il tarixdə tutulmuş, həmin tarixdə Abşeron RPİ-nin MSY-yə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 13.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.04.2012-ci il tarixli hökmü ilə 263.3, 264-cü maddələri ilə təqsirli bilinərək, CM-in 66,3, 67.1-ci maddələrinə əsasən üzərində 04 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 il azadlıqdan məhrumetmə və 800 manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin 13.02.2013-cü il tarixli qərarı ilə 06.04.2012-ci il tarixli hökmü dəyişdirilərək üzərində 04 il 06 ay nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 il azadlıqdan məhrumetmə və 800 manat cərimə cəzası təyin edilmiş, 18.06.2015-ci ildə təyin edilmiş cəriməni tam ödəmiş, 03.12.2018-ci ildə cəza müddəti başa çatdığına görə azad edilmişdirilmişdir. Sumqayıt şəhər probasiya şöbəsinin 06.09.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 13.02.2013-cü il tarixli qərarı ilə təyin edilmiş, çəkilməmiş 01 il 09 ay 07 gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası qalmışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, X2 az ağır cinayətlər törətməsini, onun törətdiyi cinayətlərin xarakterini, onun cinayət törədildikdən sonrakı davranışını, təyin olunan cəzanın onun islah olunmasına təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Təqsirləndirilən şəxs indiki hökmlə təyin edilmiş cəza ilə Sumqayıt Apellyasiya məhkəməsinin 13.02.2013-cü il tarixli qərarı ilə təyin edilmiş, hazırda çəkilməmiş 01 il 05 ay 03 gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası tamamilə birləşdirmək yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05.01.2021-ci il tarixdən 06.01.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 20.10.2021-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 109 manat 90 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,307 qram narkotik vasitə olan heroin və 0,051 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Bundan başqa, məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən indiki hökmlə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Apellyasiya məhkəməsinin 13.02.2013-cü il tarixli qərarı ilə təyin edilmiş, çəkilməmiş qalan 01 il 05 ay 03 gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası ilə tam birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, 01 il 05 ay 03 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05.01.2021-ci il tarixdən 06.01.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və qəti olaraq üzərində 01 il 05 ay 29 gün müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası və 01 il 05 ay 03 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20.10.2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 109 manat 90 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 0,307 qram narkotik vasitə olan heroin və 0,051 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi oğlunun 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar