Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-25/2023 23.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1987-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, orta təhsilli, işsiz, Abşeron rayonu, Saray qəsəbəsi, L.Sadiq küçəsi ev 11-də qeydiyyatda olmaqla, yaşamış, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs internet sosial şəbəkədə azyaşlı övladı X3 «Guillain Verre» xəstəliyinən əziyyət çəkdiyi və bu məqsədlə övladma yardım edilməsi məqsədi ilə aidiyyəti qürumlara və ölkə rəhbərliyinə çoxsaylı müraciətlər etməsi barədə məlumatların yayıldığını görüb xx.xx.2022-ci il tarixdə saat 12 radələrində özünə məxsus ***-***-**-** saylı GSM mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan +**********74 saylı GSM mobil nömrəsinə zəng edib əlaqə saxlayaraq yalandan özünü Azərbaycan Respublikası Prezidenti Administrasiyasında “aparat rəhbəri polkovnik Vəliyev” kimi təqdim edərək, çoxsaylı müraciətlərinin ölkə rəhbərliyi tərəfindən nəzarətə götürüldüyünü və övladma bununla bağlı ilkin olaraq 2800 manat pul məbləğində yardım ediləcəyi və kirayə qaldığı üçün xüsusi mənzillə təmin olunacağı barədə yalan vədlər verərək inandırmış, bu niyyətlə Zərərçəkmiş şəxs istifadəsində olan +**********74 saylı GSM mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdə «Milliön» onlayn ödəmə aparatı vasitəsi ilə «portmanat.az» saytında qeydiyyatdan keçməsini təmin etdikdən sonra həmin tarixdə sənədlərin düzəldilməsi adı ilə onun təklifi ilə Zərərçəkmiş şəxs Abşeron rayonu, Şamaxı şossesi Hökməli dairəsinin yanında quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə köçürdüyü 280 manat pulu, bundan sonra yenidən həmin tarixdə onun adma olan 4169- 7385-3881-6541 saylı bank hesabına Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən «Al market»də quraşdırılmış «eManat» onlayn ödəmə terminalı vasitəsi ilə köçürdüyü 134 manat pulu, müvafiq sənədləşmə işləri aparılması adı ilə xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən «Al market»də quraşdırılmış «eManat» onlayn ödəmə terminalı vasitəsi ilə köçürdüyü 310 manat, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən «Ucuz market»də quraşdırılmış «eManat» onlayn ödəmə terminalı vasitəsi ilə köçürdüyü 375 manat pulu və həmin tarixdə yenidən eyni terminaldan köçürdüyü 280 manat pulu, yəni ümumilikdə 1545 manat nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 1545 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, azyaşlı övladı X6 iki ildir ki, ağır «Guillain Verre» xəstəliyinən əziyyət çəkir. Onun maddi durumu çox aşağı olduğu üçün ətrafında olan tanışlarından dəfələrlə kömək istəmiş, həmçinin övladma yardım edilməsi məqsədi ilə onlayn qaydada teleqramın vasitəsi ilə aidiyyəti qiirumlara və ölkə rəhbərliyinə çoxsaylı müraciətlər etmişdir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində ***-***-**-** saylı mobil nömrədən onunla əlaqə saxlayan və özünü Prezident Administrasiyasında apparat rəhbəri polkovnik Vəliyev kimi təqdim edən naməlum şəxs ölkə rəhbərliyinin onun çoxsaylı müraciətlərini nəzarətə götürdüyünü və övladına bununla bağlı ilkin olaraq 2800 manat pul məbləğində yardım edilməsinə və kirayə qaldığı üçün xüsusi mənzillə təmin edilməyi barədə xüsusi tapşırığın olduğunu bildirmişdir. Həmin tarixdə təxminən 2 saat sonra sözügedən şəxs yenidən onunla əlaqə saxlayaraq müraciəti üzrə xüsusi komissiyanın yaradıldığını, həmin komissiya üzvlərinin yaşadığı ünvana gələrək onunla tanış olub müvafiq qeydlər aparacağını, yaxın zamanda onlar üçün ev inşa ediləcəyini demişdir. xx.xx.2022-ci il tarixdə naməlum şəxs yenidən onunla əlaqə saxlayaraq Milliön onlayan ödəmə apparatı vasitəsi ilə «potmanat.az» saytında öz mobil nömrəsinin hesabına qeydiyyatdan keçməyi və ona 280 manat pul köçürməyi demişdir. O, saytdan +**********74 saylı mobil nömrəsi ilə qeydiyyatdan keçdikdən sonra həmin şəxs ondan şifrəni tələb etmiş, səbəb kimi həmin hesabın müvafiq qürumlar tərəfindən pul vəsaitlərinin köçürülməsinə nəzarət olunduğunu bildirmişdir. O, bundan sonra həmin şəxsə inanaraq hesab şifrəni həmin şəxsə bildirmiş, eləcədə həmin tarixdə naməlum şəxsin istəyi ilə «portmanat.az» saytında +**********43 saylı digər mobil nömrəsi ilə də qeydiyyatdan keçərək hesabına 280 manat pul köçürmüş və şifrəni həmin şəxsə təqdim etmişdir. Həmin tarixdə sözügedən şəxs onunla yenidən əlaqə saxlayaraq X4 adma olan 41697385 3881 6541 saylı bank hesabına 134 manat pul köçürməyi tələb etmiş, həmin pulun müvafiq sənədləşmə işləri üçün istifadə olunacağını bildirmişdir. Sonradan həmin şəxsin tələbi ilə sözügedən bank hesabına ayrı-ayrı ünvanlardan 310 manat, 166 manat və 375 manat pullar köçürtmüş, sonuncu dəfə pulu xx.xx.2022-ci il tarixdə Ceyranbatan qəsəbəsində yerləşən «Ucuz market»də eManat onlayn ödəmə terminalı vasitəsi ilə köçürtmüşdür. Həmin şəxs qeyd olunan hesablara köçürdüyü pulu yekunda övladının adma açılmış bank hesabına köçürüləcəyini, bundan əlavə dövlət qürumları tərəfindən də həmin hesaba yardım məqsədli pul vəsaitlərinin, eləcədə övladının tibbi müayinə xərclərini köçürücələyini və ümumilikdə ona 8000 manat məbləğində pul yardım ediləcəyini bildirmişdir. Lakin həmin vaxtdan sonra sözügedən şəxsin mobil nömrəsi ilə dəfələrlə əlaqə saxlasa da zənglərə və mesajlara cavab verməmiş, həmçinin övladının bank hesabına dəfələrlə baxsa da, ora pul vəsaitinin köçürülmədiyini görmüşdür. Eləcə də öz istifadəsində olan mobil nömrələr ilə «portmanat.az» saytından qeydiyyatdan keçdiyi hesablara köçürdüyü ümumilikdə 560 manat pul da hesabından silinmişdir. Belə ki, hesab şifrələrini naməlum şəxsə təqdim etmiş, həmin şəxsin onu aldadaraq etibarından sui istifadə etdiyini və ümumilikdə 1545 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini başa düşmüş və onun barəsində şikayət etmək qərarına gəlmişdir. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində ***-***-**-** saylı mobil nömrədən onunla əlaqə saxlayan və özünü Prezident Administrasiyasında apparat rəhbəri «polkovnik Vəliyev» kimi təqdim edən Təqsirləndirilən şəxs ölkə rəhbərliyinin onun çoxsaylı müraciətlərini nəzarətə götürdüyünü və övladma bununla bağlı ilkin olaraq 2800 manat pul məbləğində yardım edilməsinə və kirayə qaldığı üçün xüsusi mənzillə təmin edilməyi barədə xüsusi tapşırığın olduğunu bildirdiyini, təxminən 2 saat sonra yenidən onunla əlaqə saxlayaraq müraciəti üzrə xüsusi komissiyanın yaradıldığını, həmin komissiya üzvlərinin yaşadığı ünvana gələrək onunla tanış olub müvafiq qeydlər aparacağını, yaxın zamanda onlar üçün ev inşa ediləcəyini dediyini, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən onunla əlaqə saxlayaraq Milliön onlayan ödəmə apparatı vasitəsi ilə «potmanat.az» saytında öz mobil nömrəsinin hesabına qeydiyyatdan keçməyi və ona 280 manat pul köçürməyi dediyini, o, saytdan +**********74 saylı mobil nömrəsi ilə qeydiyyatdan keçdikdən sonra Təqsirləndirilən şəxs ondan şifrəni tələb etdiyini, səbəb kimi həmin hesabın müvafiq qürumlar tərəfindən pul vəsaitlərinin köçürülməsinə nəzarət olunduğunu bildirdiyini, bundan sonra sonuncuya inanaraq hesab şifrəni bildirdiyini, eləcədə həmin tarixdə Təqsirləndirilən şəxs istəyi ilə «portmanat.az» saytında +**********43 saylı digər mobil nömrəsi ilə də qeydiyyatdan keçərək hesabına 280 manat pul köçürdüyünü və şifrəni ona təqdim etdiyini, bundan sonra Təqsirləndirilən şəxs onunla yenidən əlaqə saxlayaraq X4 adma olan 41697385 3881 6541 saylı bank hesabına 134 manat pul köçürməyi tələb etdiyini, həmin pulun müvafiq sənədləşmə işləri üçün istifadə olunacağını bildirdiyini, o da ayrı-ayrı ünvanlardan 310 manat, 166 manat və 375 manat pullar köçürdüyünü, sonuncu dəfə pulu xx.xx.2022-ci il tarixdə Ceyranbatan qəsəbəsində yerləşən «Ucuz market»də eManat onlayn ödəmə terminalı vasitəsi ilə köçürdüyünü, Təqsirləndirilən şəxs qeyd olunan hesablara köçürdüyü pulu yekunda övladının adma açılmış bank hesabına köçürüləcəyini, bundan əlavə dövlət qürumları tərəfindən də həmin hesaba yardım məqsədli pul vəsaitlərinin, eləcədə övladının tibbi müayinə xərclərini köçürücələyini və ümumilikdə ona 8000 manat məbləğində pul yardım ediləcəyini yalandan bildirdiyini, lakin həmin vaxtdan sonra Təqsirləndirilən şəxs mobil nömrəsi ilə dəfələrlə əlaqə saxlasa da zənglərə və mesajlara cavab vermədiyini, həmçinin övladının bank hesabına dəfələrlə baxsa da, ora pul vəsaitinin köçürülmədiyini gördüyünü, «portmanat.az» saytından qeydiyyatdan keçdiyi hesablara köçürdüyü ümumilikdə 560 manat pul da hesabından siliııdiyini, bu minvalla ümumilikdə 1545 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini Təqsirləndirilən şəxs üzünə qarşı demiş və onu ifşa etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Əliyev X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirili bilinərək, CM-in 67.1, 68.1.3, 69.3-cü maddələri əsasən 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 01 il, 03 ay, 05 gün müddətinə cəzasının çəkilməmiş hissəsi qalmış və hal-hazırda cəzasını çəkir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Axtariş elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, MSY-ə təhvil verilmiş dir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(012)-155/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin Məcəllənin CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qazancından 15% dövlət nəfinə pul tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzası ilə qismən birləşdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 07 ay 27 gün hissəsi "08 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 01 il azaldılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından gizləndiyinə görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 29,177.2.3-1, 178.2.1, 178.2.2, 29,178.2.1, 29,178.2.2, 193-1.2.1, 193-1.2.2 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi həmin məhkəmənin icraatındadır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini nəzərə alıb, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilməli, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-25/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-25/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver