Məhkəmə qərarları › İş №1(012)-25/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-25/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-25/2025 06.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru X6, Zərərçəkən Zərərçəkmiş şəxs3, Zərərçəkən-mülki iddiaçı Zərərçəkmiş şəxs1 vəkili-nümayəndəsi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Zərərçəkən-mülki iddiaçı Zərərçəkmiş şəxs2 Məmməd oğlunun hüquqi varisi qızı X4 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Mingəçevir şəhər A.Məmmədov küçəsi ev 8/3, mənzil 49-da qeydiyyatda olmaqla Bakı şəhər N.Nərimanov rayonu Ə.Əliyev küçəsi ev 64A-da kirayə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz əməllərini təkrar davam etdirərək tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə ona, Seymur adlı tanışının xahişi ilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən istismara qəbul aktının alınması üçün 25.000 manat müqabilində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin iyun ayının əvvəlində ünvan 1 ünvanında 15.000 manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş zərəçəkmiş Zərərçəkmiş şəxs3 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 Bakı şəhərində olan evini təmir edəcəyi adı ilə aldadaraq, sonuncudan ünvan 2 ünvanında 2022-ci ilin avqust ayının əvvələrində 34750 manat pulu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, öz əməllərini təkrarən davam etdirərək tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Məmməd oğluna Bakı şəhəri, Kürdaxanı qəsəbəsində yerləşən torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsinə dair çıxarışın Dövlət Reyestr Xidmətindən alınmasına köməklik edəcəyinə yalandan vəd verib aldadaraq, 20 avqust 2022-ci il tarixdə sonuncudan ünvan 2 ünvanında 6290 manat ekvivalentində 3700 ABŞ dolları pulu ələ keçirərək Zərərçəkmiş şəxs2 Məmməd oğluna xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 ona pul verməyib. Rəşad ona 15000 pul verdi.Alçıpan profili işinə baxırdılar. Ona 4000 qazanc verdi. Proses bundan belə başladı. Ona 3900 manat hesabıla pul verib, amma 12000 manat yazıb. Nazimin evini təmir edib,Nazim ona pul verməyib. Orda 3700 dollar yazıb. Nazimə dedi sən ora pul vermişəm yazmısan, ona pulu Rəşad verib, dedi Rəşad, ya mən, fərq etmir. Nazim Rəşadın qaynatasıdır.Amilin hesabı ilə verilən puldan qaytarıb, 5000 manat qalır. Zərərçəkmiş şəxs2 iddia tələbini qəbul edir, Zərərçəkmiş şəxs1 iddia tələbini qəbul etmir.Onun üç evini təmir edib, Zərərçəkmiş şəxs1 borcu qalmayıb. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onu Zərərçəkmiş şəxs1la dizayner kimi fəaliyyət göstərən Zərinə tanış etmişdir. Zərərçəkmiş şəxs2 isə Rəşadın qayınatasıdır. Zərərçəkmiş şəxs1 Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən “Grand Həyat” yaşayış kompleksində ümumi sahəsi 109 kvadrat metr olan 2 otaqlı mənzilinin dizayn-interyer işlərini Zərinəyə həvalə etmiş, sonuncu onun işlərini gördükdən sonra, Rəşad evinin təmiri üçün memar və briqada maraqlanmış, Zərinə də keyfiyyətli və ucuz memar kimi onu təklif etmişdir. Zərinə onları tanış etdikdən sonra o, Zərərçəkmiş şəxs1 ilə görüşərək onun mənzilinə baxmış və evin təmirini yekunlaşdıraraq mebeli quraşdırmaq üçün 41000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs1 evinin təmiri və mebelin quraşdırılması üçün hissə-hissə olmaqla ona, 19 aprel 2022-ci ildə 12750 manat, 18 may 2022-ci ildə 1500 manat, 2 iyun 2022-ci ildə 8000 manat, 25 iyul 2022ci ildə 10000 manatı, 6 avqust 2022-ci ildə 500 manat və 2000 manatı Masazır qəsəbəsində yaşadığı Abşeron rayon Masazır qəsəbəsi, “AAAF-PARK” yaşayış kompleksi bina L, mənzil 34-da ümumilikdə ona 34750 manat pul vermişdir. Bundan əlavə o, Rəşaddan 20000 manat borc pul almışdır. O, 34750 manat pulun müqabilində təmir işləri üçün 6000-7000 manatlıq iş görmüşdür. Həmin ərəfədə maddi durumu pis olduğu üçün götürdüyü sifarişləri təhvil verə bilməmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs1 aldığı pulun müqabilində demək olar ki, heç bir iş görməmiş və ondan aldığı pulu öz maddi ehtiyacları üçün xərcləmişdir.Həmçinin, 20 avqust 2022-ci ildə Rəşadın qaynatası Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Masazır qəsəbəsi, “AAAF-PARK” yaşayış kompleksi bina L, mənzil 34-də 3700 dollar pul alaraq yalandan vəd vermişdir ki, onun Bakı şəhər Sabunçu rayonu, Kürdəxana qəsəbəsində olan torpaq sahəsinə çıxarış almağa köməklik edəcəkdir. Həmin pulu alan vaxt da niyyəti pulu ələ keçirmək olmuş, sözü gedən məsələ ilə əlaqədar heç bir iş görməmişdir.Bundan başqa o, Zərərçəkmiş şəxs3 da Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. 2022-ci ilin iyun ayında tanışı Amil ona bir nəfər tanışının Bakı şəhər Binəqədi rayonunda olan qeyri- yaşayış obyektinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən istismara qəbul aktı almaq istədiyini bildirmişdir. Bundan əvvəl bir neçə dəfə Amil tanışına sənəd alınmasında köməklik etdiyindən ondan həmin sənədin alınmasında ona köməklik etməsini xahiş etmişdir. Təxminən 2-3 gündən sonra Amilə zəng vuraraq ona Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən istismara qəbul aktı alınması barədə tanışları ilə danışdığını və tanışlarının bu işin 25.000 manata başa gələcəyini, hər bir şeyin rəsmi olacağını bildirmişdir. Amil də ona bu barədə əmlak sahibi ilə danışıb xəbər edəcəyini bildirərək istismara qəbul aktının alınması üçün ilkin olaraq 15.000 manat pul verilməli, qalan 10.000 manat pul isə sənəd hazır olan zaman ödənməsi barədə razılığa gəlmişlər. Amil tikintinin sahibi ilə bu barədə danışdıqdan sonra pulu ödəməyə hazır olduqlarını bildirmişdir. O, həmin vaxt şəhərdən kənarda olduğu üçün pulun Rəşada verməsini və ondan götürəcəyini bildirmişdir. Buna görə də, Amil 15.000 manat pulu Rəşada vermişdir ki, ona versin. 2022-ci ilin iyun ayının sonlarında Rəşadın yaşadığı ünvana getmiş və orada Amilin ona vermiş olduğu 15.000 manat pulu ondan qəbul etmişdir. Ertəsi gün, Amil onunla əlaqə saxlayan zaman ona pulu Rəşaddan aldığını, narahat olmamasını bildirmişdir. Amil ona pul verməsi barədə ondan sənəd tələb etsə də, o, ona narahat olmamasını, görüşən zaman ondan pul almağı barədə sənəd verəcəyini bildirmişdir. Həmin vaxt Amildən aldığı 15.000 manat pulu şəxsi işlərinə xərcləyib, sənədləri tanışları vasitəsi ilə hazırlatmaq barədə düşünmüşdür. Buna görə də, 15.000 manat pulu şəxsi işlərinə xərcləsə də, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən istismara qəbul aktı alınması barədə tanışları ilə maraqlanmağa başlamışdır. Buna baxmayaraq tanışları bu işin düzəlməsinin mümkün olmadığını, tikinti binasının yol kənarına yaxın yerdə tikildiyi üçün istismara qəbul aktı alınmasının mümkün olmadığını bildirmişlər. O, Amildən aldığı pulu xərclədiyi üçün o, hər dəfə işlə maraqlanan zaman ona tez bir zamanda sənədlərin hazır olacağını bildirərək vaxtı uzatmağa çalışmışdır ki, vaxt qazanıb pulu hazır edib geri qaytara bilsin. Bundan sonra Amil verdiyi pulu qaytarmağı tələb etdikdə o, pulu xərclədiyi üçün qaytara bilməmişdir. Bundan sonra o, Amildən aldığı 15.000 manat puldan 3000 manatını ona qaytarmış və qalan 12.000 manat pulu qaytarması üçün ona vaxt verməsini istəsə də, o, razılaşmayıb barəsində şikayət etmişdir. Bundan sonra ona 2022-ci ilin oktaybr ayında 1000 manat ödəmişdir. Daha sonra isə tarixlərini dəqiq xatırlamadığı, müxtəlif vaxtlarda Amilin ona göndərdiyi və onun həyat yoldaşına məxsus olan “ Kapital bank” kartına 1000 manat, daha sonra isə 500 manat ödəniş etmişdir. Sonuncu dəfə isə xx.xx.2023-cü ildə Amilin həmin bank kartına 500 manat pul göndərmişdir və hal-hazırda ona 9000 (doqquz min) manat borcu qalmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Təqsirləndirilən şəxs tanışı X9 vasitəsi ilə tanımışdır. Onunla tanışlığı ortaq tanışlarına məxsus mənzilləri təmir edən zaman yaranmışdır. 2022-ci ilin iyul ayında tanışı Seymur onunla görüşən zaman bir nəfər tanışının Bakı şəhər Binəqədi rayonunda olan qeyriyaşayış obyektinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən istismara qəbul aktı almaq istədiyini və Xəyyam onun bir neçə tanışına sənəd alınmasında köməklik etdiyini bildirmişdir. Buna görə də o, Seymura Xəyyam adlı tanışının olduğuna və Xəyyamın bir neçə nəfər tanışıma sənəd alınmasında köməklik etdiyini, Xəyyamla bu barədə danışıb ona məlumat verəcəyimi bildirmişdir. O, bu barədə Xəyyama bildirən zaman o, tanışları olduğunu və bu işi tanışları vasitəsi ilə həll edə biləcəyini və bu işin neçəyə başa gələciyini soruşan zaman Xəyyam tanışları ilə maraqlanıb məlumat verəcəyini bildirmişdir, Təxminən 2-3 gün sonra Xəyyam onunla əlaqə saxlayaraq Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən istismara qəbul aktı alınması barədə tanışları ilə danışdığını və tanışlarının bu işinin 25.000 manata başa gələcəyini, hər bir şeyin rəsmi olacağını bildirmişdir. Həmçinin, Xəyyam iş alınan zaman imkan olarsa tikintinin sahibinin ona da hörmət etməsini bildirmişdir. O, Seymurla əlaqə saxlayıb Xəyyamın tanışları ilə danışdığını və bu iş üçün 25.000 manat pul istədiklərini, ilkin olaraq 15.000 manat pul verilməli olduğunu, qalan 10000 manat pulun isə sənəd hazır olan zaman ödəniləcəyini bildirmişdir. Seymur tikintinin sahibi ilə bu barədə danışdıqdan sonra pulu ödəməyə hazır olduqlarını, lakin Azərbaycan Respublikası ərazisində olmadığından pulu ona verə bilməyəcəklərini bildirmişdir. Buna görə də, 2022-ci ilin iyun ayının sonlarında Seymurla görüşmüş və öz aralarında razılaşmışlar ki, həmin pulu Xəyyama özü verəcək. Əgər Xəyyamın söz verdiyi iş alınacağı təqdirdə isə Seymur həmin pulu ona ödəyəcəkdir. Bu səbəbdən də o, Xəyyamla əlaqə saxlayıb pulu verməyə hazır olduğunu bildirmişdir. Xəyyam da həmin gün ailəsi ilə bağda olduğunu bildirirb səhər gələrək onunla görüşəcəyini bildirmişdir. O da Bakı Şəhər Memarlıq və Şəhərlsalma Baş İdarəsində istismara qəbul aktının alınması məqsədi ilə Xəyyamın istəmiş olduğu 25.000 manat puldan 15.000 manatını Xəyyamın istəyi ilə Zərərçəkmiş şəxs1 vermişdir ki, Xəyyam həmin pulu ondan götürsün. Həmin gün saat 01 radələrində Xəyyam Rəşadın evinə gedərək ona pulu işə düzəldən adamlara vermək lazım olduğunu bildirib 15.000 manat pulu ondan almışdır. Səhər Rəşad onunla əlaqə saxlayan zaman ona bu barədə məlumat vermişdir. O, Xəyyamla əlaqə saxlayan zaman pulu Rəşaddan aldığını, narahat olmamamğı bildirmişdir. O, pulu vermələri barədə ondan sənəd tələb etsə də, ona narahat olmamağı, görüşən zaman onlara sənəd verəcəyini demişdir. Xəyyam Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən istismara qəbul aktının xx.xx.2022-ci ildə hazır olacağını bildirsə də, heç bir nəticə olmamışdır. Buna görə də Xəyyamla əlaqə saxlayıb ondan istismara qəbul aktının alması barədə soruşan zaman o, hər dəfə müxtəlif bəhanələr gətirib sənədin xx.xx.2022-ci il tarixə hazır olacağını bildirsə də, heç bir nəticə olmamışdır. Buna görə də, Xəyyamdan verdikləri pulun qayatrmasını tələb edən zaman, o hər dəfə pulu qaytaracağını bildirsə də qaytarmamışdır. Sonradan isə Xəyyam telefon zənglərinə cavab vermədiyi üçün onunla əlaqə saxlaya bilməmişlər.Təqsirləndirilən şəxs 15000 manat məbləğində pulu tanışı Seymur adlı şəxsin hal-hazırda adını unutduğu tanışına Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən istismara qəbul aktı almaq üçün öz büdcəsindən olmaqla 2022-ci ilin iyun ayında Təqsirləndirilən şəxs verməsi üçün tanışı Zərərçəkmiş şəxs1 özünüdən vermişdir. Həmin ərəfələrdə Seymur pulu olmadığından onun yerinə pul verməyini, iş alındığı təqdirdə isə pulu ona verəcəyini demişdir. O da razılaşıb Xəyyamla əlaqə saxlayaraq həmin pulu ona özünün verəcəyini demiş, pulu ondan alması üçün görüş təyin etməsini istəmişdir. Təqsirləndirilən şəxs da həmin vaxt ailəsi ilə bağa getdiyini demişdir. Görüşə bilmək üçün vaxtları uyğun olmadığına görə pulu ortaq tanışları Rəşada vermişdir ki, Xəyyam pulu ondan götürsün. Zərərçəkmiş şəxs1 isə sadəcə onun xahişi ilə həmin pulu Təqsirləndirilən şəxs vermişdir. Zərərçəkmiş şəxs3 həmçinin ifadəsində sözü gedən hadisədə Təqsirləndirilən şəxs birbaşa onunla sövdələşmə etdiyindən və aldadaraq məhs Onun Xəyyama göndərdiyi pulu dələduzluq yolu ilə ələ keçirdiyinə görə Təqsirləndirilən şəxs konkret olaraq ona maddi ziyan vurduğunu, sözü gedən hadisədə ondan başqa zərərçəkən şəxs olmadığını, Seymurun anket məlumatları və ünvanı barəsində heç bir məlumatının olmadığını, 2022-ci ilin sentyabr ayından isə Seymurla əlaqəsinin kəsildiyindın sonuncunun istifadəsində olan mobil telefon nömrəsini də unutduğunu bildirmişdir.Onu da qeyd edir ki, 15 000 manatdan ona 6000 manat borclu qalmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 vəkilinümayəndəsi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tanışı X7 vasitəsilə tanımışdır. Zərinə Mirzəyeva dizayner kimi ona mənzillərin interyer işlərində bir neçə dəfə köməklik etmiş və həmin vaxtdan onların tanışlığı yaranmışdır. O, Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən “Grand Həyat” yaşayış kompleksində ümumi sahəsi 109 kvadrat olan 2 otaqlı mənzilini təmir edərkən Zərinə Mirzəyeva mənzilin dizayn işlərini görəndən sonra zəhmət haqqı olaraq ondan 800 manat pul almışdır. Zərinə ilə görüşlərinin birində ona Xəyyam adlı memar tanışının olduğunu və Xəyyamın onun dizaynına uyğun münasib qiymətə keyfiyyətli iş görə biləcəyini demiş, o da razılaşaraq Xəyyamla görüşüb ona məxsus mənzilə getmişlər. Xəyyam mənzilə baxdıqdan və hesablama apardıqdan sonra mənzilin təmiri üçün 41000 manat pul istədiyindən onlar müqavilə bağlamışlar. Müqaviləyə əsasən Xəyyam mənzilin təmirini 2022ci ilin iyun ayında başa çatdırmalı, o, da qeyd olunan pulu təmir başa çatana qədər verib qutarmalı idi. Təqsirləndirilən şəxs ondan ümumilikdə 54750 manat pul almışdır ki, həmin pulun 20000 manatını borc kimi almışdır. Bundan əlavə 34750 manat pulu evin təmiri və mebeli ilə bağlı vermişdir ki, Təqsirləndirilən şəxs verdiyi 14750 manat pula evinə mebel yığlmalı, qalan 20000 manat pulun müqabilində isə evi təmir eləməli idi. O, mebel üçün aldığı 14750 manat pulun müqabilində heç bir iş görməmişdir. Təqsirləndirilən şəxs evin təmiri üçün etməli olduğu döşəməni vurdurmamış, divar üzlüklərini çəkdirməmiş, qapıları quraşdırmamış, santexnik işi görülməmişdir. O, yalnız aldığı pulun müqabilində ümumi dəyəri 3000 manat təşkil edən elektrik və hörgü işlərini görmüşdür ki, həmin işlər də qənaətbəxs deyildir. Bundan əlavə, onu da qeyd edir ki, Zərərçəkmiş şəxs1 bildirdiyinə görə Zərərçəkmiş şəxs3 onun həm qonşusu, həm də ortaq dostları vasitəsi ilə tanış olmuşlar. Təqsirləndirilən şəxs inşaatçı-mühəndis kimi tanımışdır. 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs3 ona 15000 manat pul verərək Təqsirləndirilən şəxsla birgə gördükləri hansısa tikinti işinə görə həmin pulu Xəyyama verməsini xahiş eləmiş, o da etiraz etməmiş, Amildən həmin pulu götürmüş və həmin gün gecə saatlarında Təqsirləndirilən şəxs onun ünvan 3 ünvanında yerləşən evinə gələrək Amilin ona verməsi üçün saxladığı 15000 manat pulu götürüb getmişdir. Həmin vaxt Xəyyamın özündən də həmin pulu nə məqsədlə almasını soruşmamışdır. Zərərçəkmiş şəxs1 həmçinin ifadəsində Zərərçəkmiş şəxs3 15000 manat pulu Təqsirləndirilən şəxs kiməsə sənəd düzəltməsi məqsədi ilə verdiyini, yaxud Xəyyamın pulu hansı məqsəd və niyyətlə almasını həmin vaxt bilmədiyini, bu barədə onlardan heç birinin ona məlumat vermədiyini, sözü gedən hadisədə tərəflər arasında baş vermiş hər hansı sövdələşmənin şahidi, iştirakçısı və ya vasitəçisi olmadığını bildirmişdir.Sonda mülki iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs2 Məmməd oğlunun hüquqi varisi qızı X8 mülki iddianı müdafiə etdiyini bildirib, göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. O, həmin vaxt Zərərçəkmiş şəxs1 Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən “Grand Həyat” yaşayış kompleksində ümumi sahəsi 109 kvadrat olan mənzilində təmir işləri aparmaqla bağlı vədlər verirdi. Həmin ərəfədə Təqsirləndirilən şəxs onun Kürdaxanı qəsəbəsində yerləşən iki torpaq sahəsi olmasını və həmin torpaq sahələrinin hər biri 0,12 ha olmaqla ona məxsus olsa da bələdiyyə sənədlərini ailə üzvlərinin adına aldığını bilmişdir. Təqsirləndirilən şəxs ona Bakı şəhər Sabunçu rayonu Kürdaxanı qəsəbəsində olan torpaq sahəsinə çıxarış almaqda köməklik edəcəyini bildirib, bunun müqabilində ondan 10000 manat pul istəmişdir. O, 20 avqust 2022-ci ildə Təqsirləndirilən şəxs kürəkəninə məxsus Abşeron rayon Masazır qəsəbəsi “AAAF-PARK” yaşayış kompleksi, bina L, mənzil 34-də 6920 manat ekvivalentində 3700 dollar pul vermişdir. Qalan hissəsini isə sənədlər hazır olandan sonra verməli idi. Lakin, Təqsirləndirilən şəxs onu aldadaraq aldığı pulun müqabilində heç bir iş görməmişdir. Odur ki, mülki iddianı müdafiə etdiyini bildirib, təmin edilməsini 6920 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınıb ona verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş X11 göstərmişdir ki, o, dizayn işləri ilə məşğul olduğundan müxtəlif sifarişlər götürüb, dizayn işləri görməklə qazanc əldə edir. Zərərçəkmiş şəxs1la təxminən 1 il bundan əvvəl tanış olaraq onun evində dizayn işləri görmüşdür. 2022-ci ilin aprel ayında Rəşadın ona sifariş etdiyi Bakı şəhər Yasamal rayonunda yerləşən “Grand Həyat” yaşayış kompleksindəki 2 otaqlı mənzilin dizayn işlərini görüb, zəhmət haqqı almışdır. Rəşad bundan sonra mənzilin təmir işlərini görmək üçün tanıdığı şəxsin olub-olmaması ilə maraqlandıqda o, Xəyyam adlı tanışının bu işlə məşğul olduğunu bildirib, onun nömrəsini vermişdir ki, özləri əlaqə saxlayıb özləri danışsınlar. O, Rəşada əvvəlcədən Xəyyamın təmir işləri ilə məşğul olduğunu eşitsə də konkret olaraq iş qabiliyyətini bilmədiyini demişdir. Sonradan onların danışıqları barədə məlumatı olmamışdır. Rəşad danışıqlarının birində Xəyyama ödəniş etməyinə baxmayaraq mənzilini təmir eləmədiyini bildirmişdir. O, özü də mənzilə baxdıqda Zərərçəkmiş şəxs1 verdiyi pulun müqabilində cüzi işin görüldüyünün şahidi olmuşdur. İşin materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə inşaat-tikinti ekspertizasının 01 may 2023-cü il tarixli 10/953 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Yasamal rayonu ərazisindı yerləşən “Qrand həyat” yaşayış kompleksində yerləşən mənzilində aparılan təmir-bərpa işlərinin dəyərini mövcud bazar qiymətinə uyöun olaraq ümumi təqribi dəyəri 5220 manat təşkil edir. Ekspertiza xərci 100 manat təşkil edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsi iş materialları ilə təkzib olunur, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli 1(011)- 146/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi cəzasını yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən, qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən onun barəsində Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli 1(011)-146/2025 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş,xx.xx.2023-cü il tarixdə barəsində qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” seçilmiş,xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş,xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəmisi 04 gün ona tutma ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Abşeron rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə məhkəmə tərəfindən axtarış elan edilməklə onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir.İşdə olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2024-cü il tarixdə tutularaq MSY-ə təhvil verilmişdir.Odur ki, məhkəmə hesab edir ki, onun cəzaçəkmə müddətinin əvvəli 04 dekabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, zərərçəkən-mülki iddiaçı Zərərçəkmiş şəxs1 vəkilinümayəndəsi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulan 34750 manat məbləğində pulun tutulub ona verilməsini məhkəmədən xahiş etmişdir.İddia ərizəsinə görə 195,40 manat məbləğində dövlət rüsumuna görə pul ödənilmişdir. Zərərçəkən-mülki iddiaçı Zərərçəkmiş şəxs2 Məmməd oğlunun hüquqi varisi qızı X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulan 6290 manat məbləğində pulun tutulub ona verilməsini məhkəmədən xahiş etmişdir.İddia ərizəsinə görə 83.40 manat məbləğində dövlət rüsumuna görə pul ödənilmişdir. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Azərbaycan Respublikası CPM-nin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Azərbaycan Respublikası CPM-nin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, hər iki iddia ərizəsi tam təmin edilməli, Təqsirləndirilən şəxs zərərçəkən-mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə cinayət əməli nəticəsində vurulan 34750 manat məbləğində pul və 195,40 manat məbləğində dövlət rüsumuna görə cəmi, 34945,4(otuz dörd min doqquz yüz qırx beş manat, qırx qəpik) manat məbləğində pul,zərərçəkən-mülki iddiaçı Zərərçəkmiş şəxs2 Məmməd oğlunun hüquqi varisi qızı X4 xeyrinə 6290 manat məbləğində maddi ziyan və 83.40 manat dövlət rüsumuna görə cəmi 6373,4(altı min üç yüz yetmiş üç manat qırx qəpik)manat məbləğində pul tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili X5 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməlidir. Ekspertiza xərci 100 manat Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli 1(011)-146/2025 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 04(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə tutulduğu 04 gün müddət ona təyin edilmiş 04(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə bağlı tutulduğu xx.xx.2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hər iki iddia ərizəsi tam təmin edilsin. Təqsirləndirilən şəxs zərərçəkən-mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə cinayət əməli nəticəsində vurulan 34750 manat maddi ziyan və 195,40 manat məbləğində dövlət rüsumuna görə cəmi, 34945,4(otuz dörd min doqquz yüz qırx beş manat, qırx qəpik) manat məbləğində pul, -zərərçəkən-mülki iddiaçı Zərərçəkmiş şəxs2 Məmməd oğlunun hüquqi varisi qızı X4 xeyrinə 6290 manat məbləğində maddi ziyan və 83.40 manat dövlət rüsumuna görə cəmi 6373,4(altı min üç yüz yetmiş üç manat, qırx qəpik)manat məbləğində pul tutulsun. Ekspertiza xərci 100 manat Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar