Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-250/2021 03.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx xxxx 1990-cı ildə Ağcəbədi rayonunda anadan olmuş, subay, ali təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Ağcəbədi rayonu Minaxorlu kəndində qeydiyyatda olan və yaşayan, barəsində Abşeron rayon məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərarı ilə axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, 13 oktyabr 2021-ci il tarixdə tutulmuş, hazırda “Bakı İstintaq Təcridxanasında” saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən bir ədəd kustar üsulla kastet tipində hazırlanmış vurucu, əzici xassəyə malik soyuq silahı qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş və 14 sentyabr 2020-ci il tarixdə, saat 14:30-da Bakı-Şamaxı avtomobil yolunun Abşeron rayonun ərazisindən keçən 16-cı kilometrliyində idarə etdiyi VAZ-21214 minik markalı, 66BX106 dövlət qeydiyyat nişanlı avtomobilə hərəkətdə olarkən DİN-in Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq avtomobilinə keçirilmiş baxış zamanı həmin soyuq silah avtomobilin içərisində sürətlər qutusunun yanında aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1995-ci ildən 2012-ci ilədək ailəsi ilə birlikdə Rusiya Federasiyasının Surqut şəhərində yaşamışdır. Sürücülük vəsiqəsini də Rusiya Federasiyasında almışdır. 14.09.2020-ci il tarixdə Ağcəbədi rayonundan idarə etdiyi VAZ- 21214 minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərinə gəlirmiş. Saat təxminən 14:30 radələrində Bakı-Şamaxı yolunda olan postu keçdikdən sonra bir qədər getmişdir ki, Abşeron rayonu ərazisində yol-patrul xidməti əməkdaşları onu saxlamışlar. Avtomobildən düşmüş, Polis əməkdaşı özünü təqdim etdikdən sonra ondan sənədlərini istəmişlər və idarə etdiyi avtomobilin qabaq yan şüşəsinə örtük çəkdirdiyi üçün onu saxladıqlarını izah etmişlər. Bundan sonra o, sürücülük vəsiqəsini həmin polis əməkdaşına vermiş, Polis əməkdaşı sənədinin etibarlılıq müddətinin bitdiyini deyərək ondan avtomobilə və özünə aid sənədləri təqdim etməyini bildirmişdir. Sürücülük vəsiqəsinin müddəti keçdiyindən həmin vaxt polislərdən qaçaraq həmin ərazidən uzaqlaşmışdır. 14.01.2021-ci il tarixdə, saat 20 radələrində yaşadığım evin yaxınlığında, yəni Bakı şəhərində Şamaxinka adlanan ərazidə olan zaman polis əməkdaşları ona yaxınlaşıb polis bölməsinə aparmaq istəyən zaman o, qaçmışdır. Qaçan zaman ayağı sürüşüb yerə yıxılmış və nəticədə xəsarətlər aldığı üçün durub qaça bilməmiş və polis əməkdaşları onu tutub 19-cu polis bölməsinə aparmışlar. Daha sonra o, axtarışda olduğu üçün Abşeron rayon polis idarəsinin əməkdaşlarına təhvil vermişlər. Qeyd etmişdir ki, onun idarə etdiyi VAZ-21214 minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı aşkar edilmiş bir ədəd mətbəx bıçağını o, yol gələrkən meyvə kəsmək üçün yaşadığı evdən götürmüş, bir ədəd “beşbarmaq” adı ilə tanınan predmeti həmin gün, yəni 14.09.2020-ci il tarixdə Bakı şəhərinə gələn zaman yolda xatırlamadığı yerdə tapmış, bir ədəd “TT” markalı tapança silahına oxşar əşya oyuncaqdır, atası Müşrəvan bacısının azyaşlı uşağı üçün almış, ola bilsin ki, bacısıgili maşınla harasa aparanda maşında qalmışdır. Bir ədəd “beşbarmaq” adı ilə tanınan predmeti həmin gün, yəni 14.09.2020-ci il tarixdə Bakı şəhərinə gələn zaman yolda xatırlamadığı yerdə tapmış və avtomobilə qoymuşdur ki, aparıb polisə təqdim edər, lakin həmin tarixdə Yol polisləri onu saxlayanda sənədlərinin qaydasında olmadığını irad bildirdikləri üçün o, da oradan qaçıb getmiş, heç həmin “beşbarmaq” adlanan əşyanı da polis əməkdaşlarına təqdim edə bilməmişdir. 14.01.2021-ci il tarixdə saat 20 radələrində saatlarında yaşadığı evin yaxınlığında, yəni Bakı şəhərində Şamaxinka adlanan ərazidə olan zaman polis əməkdaşları onu tutan zaman yıxılıb xəsarət alması ilə əlaqədar heç bir şikayəti və tələbim yoxdur, tibbi ekspertizadan keçməkdən imtina edir. Avtomobili idarə etmək üçün atası Müşrəvandan etibarnamə almamışdır.Abşeron rayon polis idarəsinə gətirilərkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı psixi və fiziki təsir olmamışdır. Əməlindən səmimi peşmandır, onun barəsində “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq olunmasını istəyir, həmin Amnistiya Qərarına əsasən haqqındakı cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, Rəvan təxminən 6-7 ildir ki, Bakı şəhərində kirayədə yaşayır, özü də idmançıdır, lakin hansı ünvanda yaşadığını bilmir, arada rayona gəlib evdə onunla da qalır. Onun VAZ-21214 markalı, 66BX106 dövlət qeydiyyat nişanlı avtomobili var, həmin avtomobili etibarnamə ilə idarə etməyinə baxmayaraq, avtomobili 8500 manata 2020-ci ilin yayında almışdır. 2020-ci ilin sentyabr ayında oğlu Rəvan Ağcəbədi rayonunda onunla qalırmış.İdarə etdiyi VAZ-21214 markalı avtomobili həyətində saxlayırmış. 10 sentyabr 2020-ci il tarixdə baxmışdır ki, avtomobili həyətdə yoxdur, o, oğlu Rəvana bu barədə zəng edib soruşanda, Rəvan avtomobili götürüb idarə etdiyini demişdir.Ona görə də o, bu barədə DİN-102 xidmətinə zəng edib məlumat vermişdir. O, oğlu Rəvana nə qədər desə də avtomobili evə gətirsin, Rəvan gah Göyçay rayonunda, gah da Bakı şəhərində olduğunu, avtomobili gətirəcəyini bildirsədə, avtomobili gətirməmişdir.Sonra məlum olmuşdur ki, 14 sentyabr 2020-ci il tarixdə oğlu Rəvan Abşeron rayonu ərazisində DYP əməkdaşları tərəfindən avtomobil ilə birlikdə saxlanılıb və o, avtomobildən düşüb qaçmışdır. Ona görə də avtomobili Abşeron rayonu Qobu rayon PB-də saxlanılmışdır. X6 gedəndən sonra orada məlum olmuşdur ki, Rəvanın idarə etdiyi avtomobildən bir ədəd mətbəx bıçağı, bir ədəd beşbarmaq və bir ədəd oyuncaq tapança aşkar edilərək götürülmüşdür. Həmin oyuncaq tapançanı o, Bərdə rayonunda ovçular mağazasından nəvəsi üçün almış, avtomobildə aşkar olunmuş digər əşyalardan, yəni mətbəx bıçağı və beşbarmaqdan məlumatı yoxdur. Hal-hazırda da oğlu Rəvanın harada olmasından məlumatım yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və AR-sı DİN-in Baş Dövlət Yol Polis İdarəsinin inspektoru vəzifəsinə işləyir. 14 sentyabr 2020-ci il tarixdə, saat 14 radələrində YPX-nin inspektoru Şahid2 ilə Bakı-Şamaxı yolunun 16-cı kilometrliyində ** YP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə xidmətdə olarkən “VAZ-21214 minik” markalı, 66BX106 dövlət qeydiyyat nişanlı avtomobilin yan şüşələrində görməni məhdudlaşdıran örtük olduğu tərəfindən aşkar edildiyi üçün həmin avtomobil tərəfindən saxlanılmışdır. Həmin avtomobilə yaxınlaşıb özlərini təqdim edib və sürücüyə saxlama səbəbini izah etdikdən sonra sənədlərin təqdim etməsini tələb etmişlər. Sürücü sənədlərini təqdim etdikdən sonra sürücülük vəsiqəsinin etibarlıq müddətinin bitdiyini aşkar etmişlər. Onlar sürücüdən digər sənədlərini gətirməsini tələb etdikdə, sürücü avtomobilə yaxınlaşıb digər sənədləri gətirməyə getmişdir. Bu zaman həmin sürücünün avtomobildən uzaqlaşaraq həmin ərazidən qaçdığını görmüşlər. Onlar avtomobili cərimə meydançasına aparmaq üçün avtomobilə yaxınlaşanda avtomobilin sürətlər qutusunun yanında beşbarmaq adlanan əşya, mətbəx bıçağı və bir ədəd “TT” markalı tapançaya oxşar tapança olduğunu görmüşlər. Ona görə də onlar X6 məlumat verərək bu barədə raportla müraciət etmişlər. Ondan sonra təhqiqatçı və hal-şahidlərinin iştirakı ilə avtomobilə baxış keçirilərək aşkar edilmiş həmin əşyalar təhqiqatçı tərəfindən götürülmüşdür.Bu barədə tərtib edilmiş protokolu iştirakçılarla imza etmişlər.Məlum olmuşdur ki, həmin avtomobili idarə edən sürücü Təqsirləndirilən şəxs adlı şəxsdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 14 sentyabr 2020-ci il tarixdə, saat 14 radələrində Abşeron rayonu Bakı-Şamaxı yolu ilə gedərkən yolun kənarında “VAZ-21214 minik” markalı, 66BX106 dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını və yanında polis əməkdaşlarının olduğunu görüb onların yanından keçəndə polis əməkdaşları ondan həmin avtomobilə baxış keçirmək istədiklərini və ondan da hal şahidi qismində iştirak etməyi xahiş etmişlər.O, da buna etiraz etməmiş, ondan başqa bir nəfəri də hal şahidi kimi dəvət etmişlər. Təhqiqatçı tərəfindən onların hüquq və vəzifələrimiz izah edilmişdir. Həmin avtomobilə baxış keçirilmiş və avtomobilin içərisində sürətlər qutusunun yanında bir ədəd “beşbarmaq” adlanan əşya, bir ədəd mətbəx bıçağı və bir ədəd tapança aşkar edilmişdir. Təhqiqatçı tərəfindən həmin əşyalar qablaşdırılmış, bu barədə protokol yazılaraq oxunulmuş və protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Orada onlara məlum olmuşdur ki, DYP əməkdaşları həmin avtomobilin sürücüsünün sənədlərini yoxlayan zaman sürücü avtomobili orada saxlayaraq oradan qaçmışdır.Həmin avtomobili idarə edən sürücü Təqsirləndirilən şəxs adlı şəxs olması onlara bildirilmişdir. Məhkəmə iclasında Şahid5 elan olunmuş ifadəsindən görünür ki, Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 01 oktyabr 2020-ci il tarixli, 3/1101 saylı məhkəmə-trasoloji ekspertizasının rəyində göstərilmişdir ki, təqdim edilmiş 1(bir) ədəd predmet kustar üsulla kastet tipində hazırlanmış vurucu, əzici xassəyə malik soyuq silahdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 05 oktyabr 2020-ci il tarixli, 3/1101 saylı məhkəmə-ballistik ekspertizasının rəyində göstərilmişdir ki, təqdim edilmiş 1(bir) ədəd tapança formalı predmet kustar üsulla hazırlanmış, 6 mm diametrli, plastmas kürəciklər atan yaylı mexanizmli oyuncaq tapançadır – odlu silah, qaz silahı və pnevmatik silah hesab edilmir, sazdır, kürəcik atmaq üçün təyinatı üzrə istifadəyə yararlıdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə 14 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21214 minik markalı, 66BX106 dövlət qeydiyyat nişanlı avtomobildə aşkar edilmiş 1(bir) ədəd kustar üsulla kastet tipində hazırlanmış vurucu, əzici xassəyə malik soyuq silah maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron rayon Pİ-nin anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla, 01 il islah işləri cəzasına məhkum edilmişdir. Ağcəbədi rayon İcra və Probasiya Şöbəsinin 03 dekabr 2021-ci il №46/16-38-03 saylı məktubundan görünür ki, " 28 may Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında " Azərbaycan Respublikası Milli Məclisin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilməklə məhkum Təqsirləndirilən şəxs Muşrəvan oğlu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.02.2016-cı il tarixli hökmü ilə təyin edilmiş qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla, 01 il islah işləri cəzasından “28 may Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli qərarının 1.8-ci bəndi tətbiq edilməklə məhkum X4 Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22 fevral 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 01 il islah işləri cəzasından 27.07.2016-cı il tarixdə azad edilmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının onun barəsində tətbiq olunmasına razı olduğunu bildirmiş, həmin Amnistiya Qərarına əsasən haqqındakı cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində sözügedən amnistiya qərarının tətbiq olunması ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, həmin qərarın müvafiq müddəalarına əsasən iş üzrə icraata xitam verilməli və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əzəli torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru uzun sürən işğaldan azad etdiyini böyük qürur hissi ilə xatırlayaraq, digər bu kimi xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisələri nəzərə alaraq və Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı bu qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərar qəbul etmişdir. Qərarın 9.1-ci bəndinə əsasən məhkəmələr - icraatında olan bu qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Qərarın 23.5-ci hissəsinə əsasən məhkəmələr tərəfindən müvafiq hallarda Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi bir ilədək müddət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Qərarın, o cümlədən 10-cu və 11-ci hissələrin nəzərdən keçirilməsi ilə müəyyən olunur ki, həmin hissələrdə nəzərdə tutulmuş məhdudiyyətlər sırasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayət hesab olunan Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi, tətbiqinə məhdudiyyət müəyyən edilmiş maddələr sırasına daxil edilməmişdir, Təqsirləndirilən şəxs həmin Amnistiya Qərarının tətbiqinə mane olacaq digər məhdudiyyətlər müəyyən edilməmişdir. Eləcə də, Təqsirləndirilən şəxs hazırkı iş üzrə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməklə yanaşı, 22 fevral 2016-cı il tarixli hökmlə ona təyin olunmuş islah işləri cəzası cinayətlərin residivini yaratmır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun barəsində 5 noyabr 2021-ci il tarixli Amnistiyanın tətbiq olunmasına razılığı, həmin Qərara əsasən cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə xahişi nəzərə alınaraq, qeyd olunan əsaslarla təqsirləndirilən şəxsin barəsindəki iş üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. 02 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş, lakin Təqsirləndirilən şəxs istintaqdan gizləndiyinə görə həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən icraat dayandırılımışdır. Təqsirləndirilən şəxs 14 yanvar 2021-ci il tarixdə istintaqa təqdim edildiyindən, həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmiş və 16 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Abşeron rayon prokuroru qarşısında vəsatət qaldırılmışdır. Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımovun 16 yanvar 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirin seçilməsinə dair 16 yanvar 2021-ci il tarixli vəsatət təmin edilməyərək, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Abşeron rayon məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərarı Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, 13 oktyabr 2021-ci il tarixdə tutulmaqla MSY-nə təhvil verilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs vermə qətimkan tədbiri ləğv edilməli, məhkəmə zalında dərhal həbsdən azad edilməlidir; maddi sübut qismində tanınmış Abşeron rayon Pİ-də saxlanılan 1(bir) ədəd predmet kustar üsulla kastet tipində hazırlanmış vurucu, əzici xassəyə malik soyuq silah Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 30 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 (bir yüz səksən) manat əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə zalında həbsdən azad edilsin. Maddi sübut qismində tanınmış Abşeron rayon Pİ-də saxlanılan 1(bir) ədəd predmet kustar üsulla kastet tipində hazırlanmış vurucu, əzici xassəyə malik soyuq silah Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Məhkəmə məsrəfi olan 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs, iş materialları ilə tanış olmaqla birlikdə, məhkəməyədək icraat və məhkəmə icraatı zamanı ümumilikdə 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi1 hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 manat əmək haqqı Abşeron rayon vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-250/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-250/2021
03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver