Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-250/2023 16.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9 və X2, müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 10 avqust 2001-ci ildə Abşeron rayonu, Hökməli qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Abşeron rayon məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə, hazırda Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə fərdi yaşayış evinə, binaya və saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 fevral 2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs17 Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi, Yeni məhəllədə yerləşən fərdi yaşayış evinin qarşısında küçədə saxladığı “Xəzər Azsamand” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən 30 manat dəyərində qaldırıcı və 180 manat dəyərində açar dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs17 ümumilikdə 210 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 06 fevral 2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində küçədə saxladığı “Howo” markalı **- SL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər birinin dəyəri 225 manat olmaqla 02 ədəd 450 manat dəyərində akkumulyatorları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 450 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 fevral 2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs18 Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində küçədə saxladığı “DAF” markalı **-DA- *** dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər birinin dəyəri 230 manat olmaqla 02 ədəd 460 manat dəyərində akkumulyatorları gizli olaraq talayıb Zərərçəkmiş şəxs18 ümumilikdə 460 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 mart 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs12 məxsus Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən fərdi evin həyətinə hasardan aşaraq qanunsuz daxil olub evin həyətində yerləşən saxlanc yerinin kilidini sındırmaqla ora daxil olaraq oradan 01 ədəd 1500 manat dəyərində “Dəmirdöküm” markalı kombi aparatını, 01 ədəd 130 manat dəyərində su motorunu, 01 ədəd 70 manat dəyərində reduktoru gizli olaraq talayaraq vətəndaş Zərərçəkmiş şəxs12 ümumilikdə 1700 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 aprel 2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs20 Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi, Yeni məhəllədə yerləşən fərdi yaşayış evinin qarşısında küçədə saxladığı “Mercedes Ateco” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər birinin dəyəri 200 manat olmaqla 02 ədəd 400 manat dəyərində akkumulyatorları gizli olaraq talayıb Zərərçəkmiş şəxs20 ümumilikdə 400 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 18 aprel 2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən fərdi yaşayış evinin hasarına küçə darvazası əvəzinə bərkidilmiş 300 manat dəyərində 3x2 metr ölçüdə olan dəmir barmaqlığı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 300 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 aprel 2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs15 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən fərdi yaşayış evinin hasarına küçə tərəfdən bərkidilmiş 248 manat dəyərində su sayğacını gizli olaraq talayıb Zərərçəkmiş şəxs15 248 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 aprel 2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən yeni tikilmiş fərdi yaşayış evinin həyətinə hasardan keçmə yolu ilə sonra isə, evin arxa pəncərəsinin dəmir barmaqlığını sınırmaqla binaya qanunsuz daxil olub oradan 01 ədəd 180 manat dəyərində elektrik mişarını, 01 ədəd 120 manat dəyərində tal qaldırıcını, 01 ədəd 150 manat dəyərində beton deşici aparatını, 50 manat dəyərində tək qat elektrik naqilini və 100 manat dəyərində iki qat elektrik naqilini gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 600 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 aprel 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evinin pəncərəsini əli ilə itələyib açmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olub evin otaqlarında divarlarda çəkilmiş 1720 manat dəyərində elektrik naqillərini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 1720 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs10 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, “Təzə məhəllə” adlanan yerdə yol kənarında yerləşən 300 metr uzunluğunda torpaq sahəsinin ətrafına basdırılmış hər birinin uzunluğu 2,5 metr olan 110 ədəd dəmir boru dirəklərin və 300 metr uzunluğunda dəmir tor çəpərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs10 10000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 aprel 2022-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs16 məxsus yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivindəki evin həyətinə çəpərdən keçməklə qanunsuz daxil olaraq oradan 400 manat dəyərində rezin boruları ələ keçirtməklə, Zərərçəkmiş şəxs16 400 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 03 may 2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən fərdi yaşayış evinin yaxınlığında küçədə saxladığı Mitsubishi markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik yerindən 01 ədəd 100 manat dəyərində akkumulyator, 01 ədəd 100 manat dəyərində radiator, 01 ədəd 50 manat dəyərində termostat, 30 manat dəyərində elektrik naqili, bundan başqa həmin avtomobilin yük yerindən 50 manat dəyərində açar dəsti və 50 manat dəyərində ehtiyat hissələri olmaqla ümumilikdə 380 manat dəyərində əmlakı gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 380 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 may 2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs13 Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən fərdi yaşayış evinin yaxınlığında küçədə saxladığı “VAZ 2107” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik xanasından 01 ədəd 85 manat dəyərində akkumulyator, bundan başqa həmin avtomobilin salonundan 01 ədəd 100 manat dəyərində maqnitofon, 02 ədəd 50 manat dəyərində səs gücləndirici və 150 manat dəyərində qab-qaşıq servis dəsti olmaqla ümumilikdə 385 manat dəyərində əmlakı gizli olaraq talayıb Zərərçəkmiş şəxs13 ümumilikdə 385 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 may 2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs14 Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən fərdi yaşayış evinin yaxınlığında küçədə saxladığı VAZ 2107 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 01 ədəd 200 manat dəyərində Pioneer markalı maqnitofon və hər birinin dəyəri 30 manat olmaqla 02 ədəd 60 manat dəyərində səs gücləndiricilər olmaqla ümumilikdə 260 manat dəyərində əmlakı gizli olaraq talayıb Zərərçəkmiş şəxs14 ümumilikdə 260 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 iyun 2022-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs6 Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən fərdi yaşayış evinin yaxınlığında küçədə saxladığı Shacman markalı **-MD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər biri dəyəri 200 manat olmaqla 02 ədəd 400 manat dəyərində akkumulyatorlar və 30 manat dəyərində bərkidici (klema) olmaqla ümumilikdə 430 manat dəyərində əmlakı gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 430 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin iyul ayının əvvəlində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən təmiri tam başa çatmamış fərdi yaşayış evinin plastik pəncərəsini cəftədən sındırmaqla binaya qanunsuz daxil olub oradan 01 ədəd dəyəri 250 manat olan işıq gücləndirici, 01 ədəd 50 manat dəyərində lüstr, dəyəri 90 manat olan 2 top elektrik naqilləri və dəyəri 60 manat olan 13 ədəd elektrik açarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 450 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 iyul 2022-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu Qobu qəsəbəsində yerləşən fərdi evin həyətinə hasarın dağılmış hissəsindən qanunsuz daxil olub həmin həyətdən 07 ədəd hər biri 100 manat olan ümumilikdə 700 manat dəyərində su çənlərini, həyətdə olan tikilinin pəncərəsinin alt hissəsində yerləşən mişar daşlarını çıxararaq tikilinin içərisindən isə 20 ədəd hər biri 50 manat olan ümumilikdə 1000 manat dəyərində list dəmirləri gizli olaraq talayıb vətəndaş Zərərçəkmiş şəxs8 ümumilikdə 1700 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 iyul 2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs11 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə pəncərədən keçmə yolu qanunsuz daxil olaraq, oradan 01 ədəd 380 manat dəyərində uşaq arabasının, 01 ədəd 250 manat dəyərində manqalı və hər biri 15 manat dəyərində 08 ədəd elektrik yuvasını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs11 ümumilikdə 750 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 sentyabr 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs19 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 8 sot torpaq sahəsində tikilmiş natamam yarımçıq tikiliyə qanunsuz daxil olaraq oradan 2000 manat dəyərində dəmir armaturları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs19 ümumilikdə 2000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs9 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçmə yolu ilə qanunsuz daxil olaraq, həyətdə olan 01 metrinin qiyməti 23 manata olmaqla 10 ədəd hər biri 3 metr uzunluqda 690 manat dəyərində dəmir borular və 01 metrinin qiyməti 7 manata olmaqla 15 ədəd hər biri 3 metr uzunluqda 315 manat dəyərində armaturları gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 ümumilikdə 1005 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, 10 dekabr 2022-ci il tarixli ifadəsində göstərmişdir ki, 5 ildir ki, narkotik vasitələrin və psixotrop maddələrin aludəçisidir. Təxminən 05 fevral 2022-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi, Yeni məhəllədə yerləşən fərdi yaşayış evlərindən birinin qarşısında olan zaman küçədə saxlanılan dövlət qeydiyyat nişanı yadında qalmayan Azsamandmarkalı avtomobilin olduğunu görmüşdür. O, ətrafa baxaraq hər hansı bir şəxsin onu görmədiyindən əmin olduqdan sonra həmin avtomobilə yaxınlaşıb əlindəki vintaçanla həmin avtomobilin yük yerini qanıraraq açmışdır. Bundan sonra o, avtomobilin yük yerində olan qaldırıcını və açar dəstini gizli olaraq götürmüşdür. Həmin günün sabahı o, oğurladığı əşyaları yoldan keçən tanımadığı səyyar metal alq-satqısı ilə məşğul olan şəxsə 50 manata satmış və əldə etdiyi pulu öz şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa 06 fevral 2022-ci il tarixdə saat 22 radələrində orada olan zaman yolun kənarında saxlanılmış dövlət qeydiyyat nişanı yadında qalmayan Howo markalı yük avtomobilinin olduğunu görmüşdür. O, ətrafa baxaraq hər hansı bir şəxsin onu görmədiyindən əmin olduqdan sonra həmin avtomobilə yaxınlaşıb əlindəki vintaçanla həmin avtomobilin yan tərəfində yerləşən akkumlyator qapağını gərib çıxartmışdır. Bundan sonra o, orada olan 02 ədəd akkumulyatoru çıxararaq götürüb oradan uzaqlaşmışdır. Həmin günün sabahı o, oğurladığı akkumlyatorları yoldan keçən tanımadığı səyyar metal alqı-satqısı ilə məşğul olan şəxsə 100 manata satmış və əldə etdiyi pulu öz şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa 09 fevral 2022-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində küçəsində olan zaman orada yolun kənarında saxlanılmış dövlət qeydiyyat nişanı yadında qalmayan DAF markalı yük avtomobilinin olduğunu görmüşdür. O, ətrafa baxaraq hər hansı bir şəxsin onu görmədiyindən əmin olduqdan sonra həmin avtomobilə yaxınlaşıb əlindəki vintaçanla həmin avtomobilin yan tərəfində yerləşən akkumlyator qapağını gərib çıxartmışdır. Bundan sonra o, orada olan 02 ədəd akkumulyatoru çıxararaq götürüb oradan uzaqlaşmışdır. Həmin günün sabahı o, oğurladığı akkumlyatorları yoldan keçən tanımadığı səyyar metal alqı-satqısı ilə məşğul olan şəxsə 100 manata satmış və əldə etdiyi pulu öz şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa, 25 mart 2022-ci il tarixdə təxminən saat 14 radələrində o, narkotik vasitəyə olan tələbatını ödəmək üçün oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün o, Abşeron rayonu, Hökməli qəsəbəsində gəzib oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Bu zaman Hökməli qəsəbəsində beton yol adlanan ərazidə bir evin yanmış vəziyyətdə olduğunu görmüşdür. O həmin evdə heç bir yaşayış olmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Hasardan aşaraq evin həyətinə daxil olmuş və evin həyətinin sağ kənarında olan yarımtikili görmüşdür. Həmin yarımtikilinin dəmir qapısı olmuşdur. O həmin tikilidə nə isə qiymətli əşya tapa biləcəyini düşünüb yerdən tapdığı dəmir parçası ilə qapının kilidini sındırıb içəri daxil olmuşdur. İçəri daxil olduqda həmin tikilinin yardımçı tikili olduğu və içərisində kombi, su motoru və reduktor olduğunu görmüşdür. Həmin kombini, su motorunu və reduktoru götürüb həmin yardımçı tikilinin içərisində olan un kisəsinin içərisinə yığmışdır. Bundan sonra hasardan gəldiyi yolla aşaraq həyətdən çıxmışdır. Çiynindəki kisə ilə çox uzağa gedə bilməyəcəyini polis əməkdaşları və ya vətəndaşlar tərəfindən yaxalana biləcəyini düşünüb yaxınlıqda yerləşən boş torpaq sahəsində həmin kombinin üz hissəsini sökmüşdür. Eyni zamanda həmin evdən götürdüyü su motorunu da yerdən götürdüyü daş ilə sındıraraq içərisindən misi götürmüşdür. Bundan sonra kombini sındırdıqdan sonra içərisindən çıxardığım misi, su motorunu sındırdıqdan sonra içərisindən çıxardığı misi və alminium materialdan hazırlanmış evdən oğurladığı reduktoru götürüb Abşeron rayonu Qobu-Hökməli yolunda metal qəbulu məntəqəsində işləyən Bəhruz adlı şəxsə 50 manat pul müqabilində satmışdır. O həmin hadisəni törədən zaman tək olmuşdur. O həmin pulu öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan başqa 01 aprel 2022-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi, Yeni məhəllədə yerləşən fərdi yaşayış evlərindən birinin qarşısında olan zaman küçədə saxlanılmış dövlət qeydiyyat nişanı yadında qalmayan Mercedes Ateco markalı yük avtomobilinin olduğunu görmüşdür. O, ətrafa baxaraq hər hansı bir şəxsin onu görmədiyindən əmin olduqdan sonra həmin avtomobilə yaxınlaşıb əlindəki vintaçanla həmin avtomobilin yan tərəfində yerləşən akkumlyator qapağını gərib çıxartmışdır. Bundan sonra o, orada olan 02 ədəd akkumulyatoru çıxararaq götürüb oradan uzaqlaşmışdır. Həmin günün sabahı o, oğurladığı akkumlyatorları yoldan keçən tanımadığı səyyar metal alqı-satqısı ilə məşğul olan şəxsə 120 manata satmış və əldə etdiyi pulu öz şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa 18 aprel 2022-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birinin qarşısında olan zaman orada olan fərdi yaşayış sahəsinin hasarına küçə darvazası əvəzinə bərkidilmiş dəmir barmaqlığın olduğunu görmüşdür. O, həmin barmaqlığın dəmirdən olduğunu görüb ordan çıxaraq sataraq qazanc əldə etmək qərarına gəlmişdir. Bundan sonra o, üzərində olan vintaçandan istifadə edib həmin dəmir barmaqlıqları gərib oradan çıxartmış və çətinliklə oradan aparmışdır. Həmin günün sabahı o, oğurladığı dəmir barmaqlığı yoldan keçən tanımadığı səyyar metal alqı-satqısı ilə məşğul olan şəxsə 50 manata satmış və əldə etdiyi pulu öz şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa, 19 aprel 2022-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birinin qarşısında olan zaman orada olan hasara küçə tərəfdən 01 ədəd su sayğacının bərkidilmiş vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt o, ətrafa baxıb hər hansı bir şəxsin olmadığından əmin olduqdan sonra həmin su sayğacını oradan çıxarıb oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə o, əlində olan vintaçanla həmin su sayğacının divara bərkidilən yerlərini qanıraraq qırmış və su sayğacını götürmüşdür. Həmin günün sabahı o, oğurladığı su sayğacını yoldan keçən tanımadığı səyyar metal alqı-satqısı ilə məşğul olan şəxsə 30 manata satmış və əldə etdiyi pulu öz şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa, 21 aprel 2022-ci il tarixdə Abşeron rayon, Hökməli qəsəbəsində yerələşən fərdi evdə yaşayış olmadığını müəyyən etmişdir. Həmin vaxtı pula ehtiyacı olduğu üçün həmin ünvandan oğurluq etmək qərarına gəlmişdir. Ona görə də həmin günü saat təxminən 19 radələrində evin həyətinə hasardan qalxaraq həyətə düşmüşdür. Evin arxa hissəsinə keçərək pəncərəsinin dəmir barmaqlığını özü ilə apardığı armaturla sındırma yolu ilə mənzilə daxil olmuş və mənzilin içərsində ehtiyat otağında yerdə qoyulmuş 1 ədəd elektirik mişarını, bir ədəd mator yəni tal qaldırıcını, 1 ədəd beton deşici aparatını, bir qat olan elektirik naqilini və qoşa iki xətli elektirik xətini oradan götürərək həmin yerdən də çıxmış həmin əşyaları səhəri günü həmin əşyaları satmaq üçün Abşeron rayonu Qobu yolunun kənarında yerləşən metal qəbulu məntəqəsinə 50 manat pul müqabilində satmışdır. Aldığı pulla özünə narkotik vasitə və psixotrop maddə alıb istifadə etmişdir. O, narkotik vasitə və psixotrop maddəni aldığı şəxsi tanımamışdır. Bundan başqa, 21 aprel 2022-ci il tarixdə saat təxminən 23 radələrində evdən çıxıb Abşeron rayonu, Qobu qəsəbəsi yeni məhəllədə oğurluq etmək üçün boş ev axtarmağa başlamışdır. Bir qədər gəzdikdən sonra qapısı bağlı iki mərtəbəli ev görmüşdür. O həmin evin hasarından boylanıb evdə heç kimin olmadığından əmin olmuşdur. Bundan sonra oğurluq etmək üçün həmin evə girmək qərarına gəlmişdir. Ətrafa baxmış, heç kimin olmadığını görüb evin hasarına çıxaraq həyətə düşmüşdür. Həmin ev tam təmir olunmamış ev olmuşdur. Evin taxtadan düzəldilmiş qapısı olmuşdur. O, həyətdə evin yan tərəfində olan pəncərəni əli ilə möhkəm itələyib evə daxil olmuşdur. Evin içərisi təmir olunmamış vəziyyətdə olmuşdur. O, evdə qiymətli əşya tapa bilmədiyi üçün otaqlarda divarlarda çəkilmiş elektrik naqillərini sökərək bir yerə yığmışdır. Daha sonra götürdüyü elektrik naqillərini götürüb Qobu qəsəbəsində çöllük ərazidə yandırmış və mis halına salmışdır. Bundan sonra səhəri gün günorta saatlarında həmin elektrik naqillərini Qobu yolu ərazisində metal qəbulu məntəqəsinə 30 manata satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirmişdir. Onun sonradan adını bildiyi Zərərçəkmiş şəxs4 evinə daxil olmaqda məqsədi həmin evdən oğurluq etmək, oğurladığı əşyaları satmaq və ehtiyaclarını ödəmək olmuşdur. O, qeyd olunan oğurluq cinayətini törədən zaman yanında heç kim olmamışdır, o həmin cinayəti tək törətmişdir. Bundan başqa, 29 aprel 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evdən çıxaraq oğurluq etmək məqsədi ilə Abşeron rayonu, Qobu qəsəbəsinə getmişdir. Abşeron rayonu, Qobu qəsəbəsi, “Təzə məhəllə” adlanan yerdə yol kənarında yerləşən torpaq sahəsinin nəzarətsiz olduğunu görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin torpaq sahəsinin ətrafına basdırılmış sayını dəqiq xatırlamadığı dəmir boruları və dəmir tor çəpərini oğurlamışdır. Bundan sonra həmin oğurladığı dəmir boruları və dəmir tor çəpərini bir-birinə bağlayaraq yol kənarından keçən marka və dövlət qeydiyyat nişanını xatırlamadığı taksiyə əyləşmişdir. Həmin taksiyə əyləşərək oğurladığı dəmir boruları və dəmir tor çəpərini Hökməli-Qobu yolunda yerləşən metal alqı-satqısı ilə məşğul olan üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə ümumilikdə 90 manat müqabilində satmışdır. O, oğurluğu tək etmiş və bu barədə heç kimin xəbəri olmamışdır. O, dəmir boruları və dəmir tor çəpərini satan zaman özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa, 29 aprel 2022-ci il tarixdə, saat 12 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində oğurluq etmək üçün münasib ev axtardığı vaxt, oradakı həyəti məftil tordan çəpərə alınmış bir həyətdə rezin boru olduğunu görmüşdür. 30 aprel 2022-ci il tarixdə, saat 03 radələrində həmin həyətə çəpərdən daxil olmuş və orada gördüyü həmin rezin-şlanq borunu oğurlamış və aparıb Hökməli-Qobu yolun kənarında gizlətmişdir. Səhər açıldıqda, saat 11 radələrində həmin borunu götürüb Hökməli-Qobu yolun kənarında yerləşən Pərvizə məxsus metal qəbulu məntəqəsində işləyən Ramiz adlı şəxsə 15 manata satmışdır. Borunun oğurluq olduğunu həmin şəxsə deməmişdir, yalandan demişdir ki, özünündür, pula ehtiyacı olduğu üçün satmışdır. Beləliklə qazandığı 15 manatı şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin oğurluğu tək etmişdir. Bundan başqa, 03 may 2022-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən küçələrdən birində olan zaman yolun kənarında saxlanılmış dövlət qeydiyyat nişanı yadında qalmayan Mitsubishi markalı avtomobilin olduğunu görmüşdür. O, ətrafda hər hansı bir şəxsin olmadığından əmin olduqdan sonra üzərindəki vintaçanla avtomobilin kapot hissəsini qanıraraq açıb oradan 01 ədəd akkumulyatoru, 01 ədəd radiatoru, 01 ədəd termostatı və elektrik naqillərini çıxarmışdır. Bundan başqa həmin avtomobilin yük yerinidə eyni qayda ilə açıb orada olan açar dəstini və ehtiyat hissələrini oradan götürüb ələ keçirmişdir. O, ələ keçirmiş olduğu 01 ədəd akkumulyatoru, 01 ədəd radiatoru, 01 ədəd termostatı, elektrik naqillərini, açar dəstini və ehtiyat hissələrini dəqiq ünvanını xatırlamadığı Abşeron rayonunda yerləşən avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan mağazanın qarşısında dayanmış tanımadığı şəxsə ümumilikdə 50 manata satmış və əldə etdiyi pulu öz şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa, 10 may 2022-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən küçədə olan zaman yolun kənarında dövlət qeydiyyat nişanı yadında qalmayan VAZ 2107 markalı avtomobilin saxlanıldığını görmüşdür. O, ətrafda hər hansı bir şəxsin olmadığından əmin olduqdan sonra üzərindəki vintaçanla avtomobilin kapot hissəsini qanıraraq açıb avtomobilin mühərrik xanasından 01 ədəd akkumulyatoru, bundan başqa həmin avtomobilin ön qapısını eyni qaydada açıb avtomobilin salonundan 01 ədəd maqnitofonu, 02 ədəd səs gücləndiricini və qab-qaşıq servis dəstini talayıb ələ keçirmiş və həmin ələ keçirdiklərini həmin günün sabahı Abşeron rayonunda yerləşən avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan mağazanın qarşısında dayanmış tanımadığı şəxsə ümumilikdə 60 manata satmış və əldə etdiyi pulu öz şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa, 15 may 2022-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən küçələrdən birində olan zaman yolun kənarında saxlanılmış dövlət qeydiyyat nişanı yadında qalmayan VAZ 2107 markalı avtomobilin olduğunu görmüşdür. O, ətrafda hər hansı bir şəxsin olmadığından əmin olduqdan sonra üzərindəki vintaçanla avtomobilin ön qapısını qanıraraq açıb salonundan 01 ədəd Pioneer markalı maqnitofonu və 02 ədəd səs gücləndiricilər çıxarıb ələ keçirmiş və həmin ələ keçirdiklərini həmin günün sabahı Abşeron rayonunda yerləşən avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan mağazanın qarşısında dayanmış tanımadığı şəxsə ümumilikdə 45 manata satmış və əldə etdiyi pulu öz şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa, 05 iyun 2022-ci il tarixdə saat 04 radələrində küçədə olan zaman yolun kənarında dövlət qeydiyyat nişanı yadında qalmayan Shacman markalı yük avtomobilinin saxlanıldığını görmüşdür. O, ətrafa baxaraq hər hansı bir şəxsin onu görmədiyindən əmin olduqdan sonra həmin yük avtomobilinə yaxınlaşıb əlindəki vintaçanla həmin avtomobilin yan tərəfində yerləşən akkumlyator qapağını gərib çıxartmışdır. Bundan sonra o, orada olan 02 ədəd akkumulyatoru və klema adlanan bərkidicini götürüb oradan uzaqlaşmışdır. Həmin günün sabahı o, oğurladığı akkumlyatorları və bərkidicini yoldan keçən tanımadığı səyyar metal alqı-satqısı ilə məşğul olan şəxsə 90 manata satmış və əldə etdiyi pulu öz şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa, 2022-ci ilin yay aylarında yəni iyul ayının əvvəllərində gecə saatlarında oğurluq etmək məqsədilə Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi tərəfdə piyada gəzmişdir ki, boş ev görsə oğurluq etsin. Gəzəndə görmüşdür ki, qaranlıq bir həyət evi var, hasardan həyətə daxil olmuş və kimsənin olmadığını görmüş, plastik pəncərənin yarı açıq olduğundan istifadə edib içəriyə daxil olmuşdur. Evin içi yarı təmirli olmuş və tikinti alətləri otaqlarda yerdə olmuşdur. Evin otaqların birindən bir ədəd işıq gücləndirici, 1 ədəd balaca lüstur, kabel və sayını dəqiq bilmədiyi elektrik açarlarını oğurlayıb evin içində tapdığı kisəyə yığıb oradan qaçıb getmişdir. Həmin əşyaları yaşadığı evin yanına qoymuşdur. Səhərisi günü oğurladıqlarını Qobu yolunun üstündə metal qəbul etmə məntəqəsində hamısını 60 manata satmışdır. Bundan başqa, 04 iyul 2022-ci il tarixdə Abşeron rayonu Qobu qəsəbəsində gəzib oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Bu zaman Qobu qəsəbəsində yerləşən bir evin hasarının bir hissəsinin dağıldığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün evin hasarının dağılmış hissəsindən həyətə daxil olmuş. O, həmin həyətə daxil olan zaman həmin həyətən hansısa bir şəxsə məxsus olduğunu və hasarlandığını bilirmiş. Həmin hasarın bir hissəsinin uçmuş vəziyyətdə olması onun həyət evinə daxil olmağını asanlaşdırmışdır. O, həyətə daxil olan zaman həyətdə 7 ədəd plastik boçkanı olduğunu görmüş, həmin boçkaları oğurlamaq qərarına gəlmişdir. Bundan sonra 05 iyul 2022-ci il tarixdə saat 13 radələrində o, yaşadığı evə gedib evdən əl arabası götürmüşvə yenidən boçkaları gördüyü həyət evinə getmişdir. Həmin həyət evinin hasarının dağılmış hissəsindən həyətə daxil olmuş, evin həyətində olan boçkaları tək-tək üzərinə çıxaraq əzmiş, boçkaların çətin əzilən hissələrini isə yerdə olan mişar daşı ilə əzərək həmin boçkaların həcmini kiçiltmişdir. Bundan sonra 03 ədəd boçkanı arabaya yığımış, həmin evin yaxınlığında yerləşən boş torpaq sahəsinə aparmışdır. Arabanı boşatdıqdan sonra oğurluq etdiyi evə qayıdıb orada qalan 04 ədəd boçkanı da eyni üsulla əzib arabaya yığmışdır. Bundan sonra həmin boçkaları da gətirib oğurluq etdiyi evin yanında olan boş torpaq sahəsində əvvəlcədən gətirdiyi 03 ədəd əzilmiş boçkanın yanına yığmışdır. Bundan sonra yenidən arabanı da götürüb oğurluq etdiyi evə qayıtmış, həyətə daxil olduqda evin həyətində yerləşən tikilidə yenə boçka olduğunu görmüşdür. Lakin həmin tikiliyə daxil ola bilməmişdir. Yalnız tikilinin pəncərəsinin alt hissəsində olan mişar daşlarından bir neçəsini yerindən çıxarmışdır. Həmin mişar daşlarını çıxardığı yerdən nə özü həmin tikiliyə daxil ola bilmiş nə dəki həmin boçkaları oradan çıxara bilmişdir. Bundan sonra həmin çıxardığı mişar daşlarının yerindən içəridə olan list dəmirləri çıxara bildiyini görmüş, həmin list dəmirləri də sata biləcəyini düşünüb həmin tikilinin içərisindən pəncərənin alt hissəsindən 20 ədəd list dəmir götürmüşdür. Həmin dəmirləri də arabaya yığıb oğurladığı evin yaxınlığında yerləşən boş torpaq sahəsinə aparıb yığmışdır. 07 iyul 2022-ci il tarixdə oğurladığı dəmirləri satmaq məqsədi ilə markasını və dövlət qeydiyyat nişanını xatırlamadığım taksi tutmuş və həmin taksiyə özünə məxsus boş torpaq sahəsində dəmirlər olduğunu və satmaq üçün metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu demişdir. Bundan sonra həmin taksi ilə gedib həmin əzilmiş su çənlərini və list dəmirləri taksiyə yükləmişdir. Həmin taksi sürücüsü həmin dəmirlərin oğurluq olmadığından məlumatı olmamışdır. Bundan sonra həmin dəmirləri Hökməli-Qobu yolunda yerləşən Ramiz adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə aparıb 30 manat pul müqabilində satmışdır. Əldə etdiyi pulu da öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Bunda başqa, 11 iyul 2022-ci il tarixdə saat 22 radələrində Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində hərəkət edərkən qarşısına ikimərtəbəli ev çıxmışdır. Bir qədər müşahidə apardıqdan sonra həmin evdə heç kimin yaşamadığına əmin olmuşdur. Daha sonra hasardan aşaraq həyətə daxil olmuşdur. Evin qarşı tərəfində yerləşən plastik pəncərəni özü ilə gətirdiyi dəmir parçası ilə açıb evə daxil olmuşdur. Evin birinci mərtəbəsində qoyulmuş bir ədəd uşaq arabasını və bir ədəd manqalı götürmüşdür. Daha sonra bir neçə elektrik yuvasını da divardan söküb uşaq arabasının içərisinə yığmışdır. Həmin əşyaları əvvəlcə pəncərədən, daha sonra isə hasardan çölə çıxarmışdır. Daha sonra həmin əşyaları yararsız hala salmışdır ki, zibillikdə tapdığını bildirəndə inandırıcı olsun. Bundan sonra manqalı və elektrik yuvalarını uşaq arabasının içinə yığaraq Abşeron rayonu, Hökməli qəsəbəsində çöllük ərazidə gizlətmişdir. Növbəti gün, yəni 12 iyul 2022-ci il tarixdə həmin əşyaları Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən metal qəbulu sexinə aparmışdır. Orada həmin əşyaları zibillikdə tapdığını və satmaq istədiyini bildirmişdir. Bütün əşyaların müqabilində 10 manat almışdır. O, bu barədə heç kimə deməmiş və heç kimin köməyindən istifadə etməmişdir. Həmin əşyaları Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən metal qəbulu sexinə satmışdır. Bundan başqa, 09 sentyabr 2022-ci il tarixdə pulu olmadığı üçün oğurluq etmək qərarında gəlmişdir. Həmin günü gecə təxminən 2 radələrində evdən çıxaraq, dağ yolu ilə gedib Hökməli kəndindən çıxıb Qobu kəndinə tərəf getmişdir. Həmin ərazidə boş olan ev və ya boş həyətyanı yer axtarmağa başlamışdır. Bir qədər getdikdən sonra qırmızı rəngli ətrafı daş hasarla hörülmüş torpaq sahəsi görmüşdür. Daş hasardan tullanaraq həyətə daxil olmuşdur. Orada çoxlu tullantı əşyalar görmüşdür. O həmin əşyaların içərisindən dəmir metal axtarmışdır. O, oradan dəmir armatur görüb, oğurlamaq istəmişdir. Təxminən 30-40 ədəd dəmir armaturları götürüb hissə-hissə yolun kənarına gətirib yığmışdır. Sonra yol ilə gedən taksilərin birini saxlatdırmışdır. Dəmir armaturları maşına yükləyib evinə gətirmişdir. Sonra həmin günün səhəri, saat 11-12 radələrində yenidən həmin armaturları taksiyə yükləyib Qobu-Hökməli yolunda sol kənarda yerləşən adını xatırlamadığı şəxsə məxsus metal qəbulu məntəqəsinə 40 manata satmışdır. Əldə etdiyi pul ilə özünə narkotik vasitə almışdır. Onun yanında heç kim olmamış və o, tək oğurluq etmişdir. Bundan başqa, 28 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində o, Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllə adlanan yerdə gəzən zaman hər tərəfi hasarlanmış içərisində yarım tikili olan torpaq sahəsi görmüşdür. O, həmin hasara çıxıb həyətinə baxdıqda hasarın dibində çoxlu sayda dəmir trubanın və armaturun olduğunu aşkar etmişdir. Bundan sonra qərara gəlmişdir ki, hasarı aşaraq həyətə daxil olub həmin dəmir trubaları götürüb metal qəbulu məntəqəsinə aparıb sataraq pul əldə edər və həmin pulla özünə narkotik vasitə və psixotrop maddə alar. Bu məqsədlə o, hasara yaxınlaş və ətrafa baxaraq hər hansı bir adamın olmadığından əmin olduqdan sonra hasarı aşıb yarım tikilinin həyətinə daxil olmuşdur. Bundan sonra o, həmin dəmir boruların və armaturların yanına gələrək götürüb hasardan küçəyə atmışdır. Dəmir borular və armaturları hasardan küçəyə atandan sonra özü də həyətdə küçəyə çıxmışdır. Həyətdən oğurladığını dəmir borular və armaturları küçədə gizlin bir yerdə əyib yararsız hala salmışdır ki, metal qəbulu məntəqəsinə aparıb satan zaman oğurluq əşya deyil zibillikdən yığılan metal kimi sata bilsin. Daha sonra dəmir borular və armaturları iki üç dəfəyə Qobu yolu adlanan yerdə yerləşən Pərvizin metallomu adlanan metal qəbulu məntəqəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə ümumilikdə 80 manata satmış və həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Metal qəbulu məntəqəsinə də satdığı metalların oğurluq olduğunu deməmişdir. O həmin hadisəni tək törətmiş, həmin vaxt yanında heç kim olmamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsi yeni yaşayış massivindən torpaq sahəsi almışdır. Maddi imkanı olmadığı üçün ev tikdirə bilməmiş, lakin hissə-hissə həmin torpaq sahəsinə tikinti materialları olan dəmir borular və armaturlar gətirib yığmışdır. Hərdən-bir gəlib torpaq sahəsinə baş çəkmişdir. 24 sentyabr 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində həmin torpaq sahəsində olmadığı günlərdə oraya yığdığı dəmir boruların və armaturların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Belə ki, həmin ərəfələrdə ona məxsus bir metrinin qiyməti 23 manata olan 10 ədəd hər biri 3 metr uzunluqda 690 manat dəyərində dəmir borular və bir metrinin qiyməti 7 manata olan 15 ədəd hər biri 3 metr uzunluqda 315 manat dəyərində isə armaturlar oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona 1005 manat maddi ziyan dəymişdir. Şikayət ərizəsi və izahat yazan zaman o, tam olaraq həyətindən nə qədər dəmir və armatur oğurlandığını hesablamamışdır. Lakin sonradan hesablayıb bilmişdir ki, oğurluq nəticəsində ona 1005 manat maddi ziyan dəymişdir. Ziyan ödənilməsə də şikayəti yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs10 elan olunmuş ifadəsindən görünür ki, onun özünə məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5 ha torpaq sahəsi var. Həmin torpaq sahəsini təxminən 2 il bundan qabaq almışdır. Torpaq sahəsinin ətrafını mişar daşı, təxminən hündürlüyü 2,5 metr olan 110 ədəd dəmir boru dirəklər və dəmir tor çəpərlərlə hasara almışdır. Mütəmadi olaraq həmin torpaq sahəsinə gedib baş çəkirmiş. Sonuncu dəfə ora 26 aprel 2022-ci il tarixdə getmiş və hər şeyin qaydasında olduğunu görmüşdür. Həmişə olduğu kimi 03 may 2022-ci il tarixdə ona məxsus olan torpaq sahəsinə gedib ətrafa nəzər yetirərkən təxminən 300 metr uzunluğunda torpaq sahəsinin ətrafına basdırdığı, hər birinin uzunluğu 2,5 metr olan 110 ədəd dəmir boru dirəklərin və 300 metr uzunluğunda olan dəmir tor çəpərin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Məhkəməyə Zərərçəkmiş şəxs10 tərəfindən ünvanlanmış teleqramdan görünür ki, ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 elan olunmuş ifadəsindən görünür ki, o, hazırda Nərimanov rayonu, Ü. Hacıbəyov küçəsi ev 22, mənzil 13-də yaşayır. ünvan 4 ünvana hərdən gedib baş çəkir həmin ünvanda əsasən yay aylarında yaşayır. 21 aprel 2022ci il tarixdə səhər saatlırında o, Hökməli qəsəbəsində yerləşən həmin evinə gedib baş çəkmiş evdə hər hansı bir oğurluq hadisəsi olmamışdır. Bundan bir neçə gün sonra yəni 24 aprel 2022-ci il tarixdə səhər saat 11 radələrində tək Abşeroan rayon Hökməli qəsəbəsində yerləşən evinə baş çəkmiş o, mənzilə daxil olanda mənzilin arxa pəncərəsinin dəmir barmaqlığı sındırılaraq yerə qoyulub oradan da mənzilin almunim plastik pəncərəsinin qapsı açılaraq naməlum şəxs gizli olaraq qanunsuz daxil olub ona məxsus ehtiyat otağında saxladığı 1 ədəd elektirik mişarını, bir ədəd tal qaldırıcını, 1 ədəd beton deşicini, tək qatlı elektirik naqilini və 100 manat dəyərində iki qat elektirik naqilini oğurlandığını görmüşdür. Oğurluq hadisəsi ilə bağlı Azərbaycan Respublikasının DİN-nin 102 xidməti-zəng mərkəzinə məlumat vermiş bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs11 elan olunmuş ifadəsindən görünür ki, o, Bakı şəhərində yaşasa da Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində bağ evi tikdirmiş. Lakin həmin evin tikinti-təmir işləri yekunlaşmadığından orada yaşamır. 05 iyul 2022-ci il tarixdə evə baş çəkən zaman orada hər şey yerində və qaydasında imiş. 12 iyul 2022-ci il tarixdə təkrarən oraya baş çəkən zaman evin ön hissəsində pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. Qapını açıb içəri daxil olduqda birinci mərtəbədə olan bir ədəd 380 manat dəyərində uşaq arabasının, bir ədəd 250 manat dəyərində manqalın oğurlandığını görmüşdür. Daha sonra ətrafa nəzər saldıqda divardan 08 ədəd elektrik yuvasının da sökülərək oğurlandığını aşkar etmişdir. Ona məxsus olan evdən 01 ədəd 380 manat dəyərində uşaq arabası, 01 ədəd 250 manat dəyərində manqal və hər biri 15 manat dəyərində 08 ədəd elektrik yuvası oğurlanmışdır. Həmin oğurluq hadisəsi nəticəsində də ona ümumilikdə 750 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, “Bravo” marketlər şəbəkəsinin Yasamal rayon filialında növbə rəisi vəzifəsində işləyir. Abşeron rayonu, Qobu qəsəbəsi yeni məhəllədə 0,08 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi tikdirir. Həmin evdə təmir işləri görür. Bu səbəbdən həmin evdə yaşayış yoxdur. Sonuncu dəfə 20 aprel 2022-ci il tarixdə saat təxminən 10 radələrində sözügedən fərdi yaşayış evində olan zaman hər şey qaydasında imiş. 23 aprel 2022-ci il tarixdə saat 22 radələrində evinə gedib həyətə daxil olmuş, evə yaxınlaşıb evin giriş hissəsində qapı kimi nəzərdə tutulmuş taxtadan düzəldilmiş qapını açıb içəri daxil olmuş, evin otaqlarına nəzər saldıqda divarlarda quraşdırılmış ümumi uzunluğu 2000 metr, yəni 20 top 1720 manat dəyərində elektrik kabellərinin oğurlandığını aşkar etmişdir. Bundan sonra o, dərhal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində 4 sot torpaq sahəsi alıb 2015-ci il tarixdən yavaş-yavaş 1 mərtəbəli fərdi yaşayış evi tikmişdir. Mətbəxlə birlikdə 5 otaqdan ibarətdir. Otaqların birini təmir etdirmiş və ara-sıra gedib orada qalırmış. Digər otaqlar isə hələlik təmir olunmamışdır. Sonuncu dəfə 03 iyul 2022-ci il tarixdə günorta saatlarında evdən çıxmış və 05 iyul 2022-ci il tarixdə qayıdanda giriş tərəfdə olan plastik pəncərə cəftədən çıxarıldığını görmüşdür. Evə daxil olanda 250 manat olan gücləndirici (stabilizator), bir ədəd 50 manat dəyərində mis lüstur, 90 manat dəyərində 2 top kabel, 60 manat dəyərində olan 13 ədəd elektrik açarların oğurlandığını aşkar etmişdir. Oğurlanmış əşyaların dəyəri 450 manat təşkil edir. Pəncərəsinin cəftəsinin sındırılması isə ona əlavə 170 manat ziyan dəymişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, 2006-cı ildə Abşeron rayonu, Qobu qəsəbəsində 8 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi Qobu qəsəbəsində Dağ tərəf deyilən yerə yaxın yerləşir. Həmin torpaq sahəsinin ətrafında daş hasar hörülmüş və dəmir darvaza vardır. O, demək olar ki, hər gün həmin torpaq sahəsinə gedıb baş çəkib gəlir, orada tikinti işlərinin aparılması üçün tikinti avadanlıqları almışdır. O, həmin torpaq sahəsinə 3 və 5 metr uzunluqda olan dəmir armaturlar alıb yığmışdır. Orada təxminən 4-5 ton dəmir armatur var imiş. O, həmin armaturları təxminən 10 il bundan əvvəl 500 manata alsa da lakin, həmin armaturların aldığım vaxtda təxminən qiyməti 2000 manat olar. Hazirda isə həmin armaturların qiyməti daha da bahalaşmışdır. 08 sentyabr 2022-ci il tarixdən 09 sentyabr 2022-ci il tarixə qədər olan müddət ərzində onun torpaq sahəsində olan dəmir armaturların bir hissəsinin oğurlanmasını görmüşdür. Ona görə də bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin oğurluq hadisəsi zamanı ona təxminən 2000 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, o, fərdi əməklə məşğul olub ailəsini dolanışığı təmin edir. 3 azyaşlı övladı ilə birlikdə yaşayır. 20 mart 2022-ci il tarixdə ona məxsus olan Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən fərdi həyət evi yanaraq yarasız vəziyyətə düşdüyü üçün və o, həmin hadisə vaxtı xəsarət aldığı üçün elə həmin tarixdə müalicə olunmağı üçün Respublikas Klinik xəstəxanasına aparılmışdır. Yanaraq yararsız vəziyyətə düşmüş evi isə nəzarətsiz qalmışdır. 28 mart 2022-ci il tarixdə ona yanmış evinin yanında yerləşən kiçik ölçülü saxlanc otağının dəmir qapısı sındırılmış vəziyyətdə olduğunu və içərisində olan 01 ədəd 1500 manat dəyərində “Dəmirdöküm” markalı kombi aparatı, 01 ədəd 130 manat dəyərində su motoru, 01 ədəd 70 manat dəyərində reduktorun naməlum şəxs v ya şəxslər tərəfindən oğurlandığı məlumat vermişdir. Ona görə də o, DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1700 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs16 elan olunmuş ifadəsindən görünür ki, yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivindəki evinin həyətyanı torpaq sahəsini məftil setka ilə çəpərə salmışdır. Həmin həyətdə ona məxsus 100 metr uzunluğunda olan, 400 manat dəyərində rezin boru (şlanq) qoymuşdur. Sonuncu dəfə 29 aprel 2022-ci il tarixdə, saat 23 radələrində yaşadığı evdə olduğu vaxt həmin rezin boru həyətində imiş. Sabahı günü yəni, 30 aprel 2022-ci il tarixdə, saat 08 radələrində qeyd etdiyi borunu həyətində görmədiyindən gecə vaxtı kiminsə həyətinə çəpərdən keçərək daxil olaraq həyətdə olan boruları oğurladığını bilmişdir. Oğurluğu aşkar etdiyi tarixdə DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir, həmçinin Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə bu barədə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 400 manat maddi ziya dəymişdir. Məhkəməyə Zərərçəkmiş şəxs16 tərəfindən ünvanlanmış teleqramdan görünür ki, təqsirlənidirlən şəxsə qarşı şikayəti yoxdur, ağır xəstəsi olduğundan məhkəmə prosesinə gələ bilmir, ədalətli qərar qəbul olunmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Qobu qəsəbəsində fərdi həyət evi tikdirir. Həmin evin tikintisini başa çatdırmağa maddi imkanı olmadığı üçün işi yarımçıq saxlamış. Arabir həmin evə gedib baş çəkir 01 iyul 2022-ci il tarixdə sonuncu dəfə həmin evə baş çəkmişdir. Həmin vaxtı hər şey qaydasında imiş. 08 avqust 2022-ci il tarixdə o, həmin evə yenidən baş çəkən zaman evin həyətindən 07 ədəd hər biri 100 manat olan 200 litr həcmində olan kiçik su çənlərinin həyətdə yerləşən yardımçı tikilidən isə tikilinin pəncərəsinin alt hissəsinin mişar daşlarını çıxarmaqla 20 ədəd hər biri 50 manat olan list dəmirlərin oğurlandığını aşkar etmişdir. O, həmin vaxtı tapıb Abşeron RPİ-nin Qobu polis bölməsinə yaxınlaşıb ərizə ilə müraciət edə bilmədiyi üçün 15 avqust 2022-ci il tarixdə Abşeron RPİ-nin Qobu PB-nə gedərək ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1700 manat məbləğində maddi ziyan dəymişdir. O, Abşeron RPİ-nə ünvanladığı ərizəsində ona məxsus fərdi həyət evindən 07 ədəd su çənlərinin və dəmir listlərin oğurlandığını bildirmiş lakin həmin əşyaların dəyərini göstərməmiş təhqiqat dövründə verdiyi izahatımda isə fərdi həyət evindən 07 ədəd su çəninin və sayını dəyərini bilmədiyi dəmir listlərin oğurlandığını demişdir. Hazırda o, həmin list dəmirlərin dəqiq sayını və qiymətini öyrənmiş bunun üçün o, müəyyən etmiş ki, hazırda ona 1700 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, onun özünə məxsus “Xəzər azsamand” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. xx.xx.2022-ci il tarixdə o, özünə məxsus avtomobili yaşadığı evin qarşısında saxlamış və evə getmişdir. Bundan iki gün sonra, yəni xx.xx.2022-ci il tarixdə avtomobilinə yaxınlaşıb saxlanc yerindən açar dəstini götürmək üçün avtomobili açmışdır. Həmin vaxt o, avtomobilin yük yerində olan 180 manat dəyərində avtomobilin açar dəstinin və 30 manat dəyərində avtomobil qaldırıcısının yerində olmadığını görmüşdür. Həmin vaxt o, həmin əmlaklarımın oğurlandığını başa düşüb DİN-in 102 zəng xidməti mərkəzinə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 210 manat maddi ziyan dəymişdir. Beləliklə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində naməlum şəxs yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi, yeni məhəllədə saxladığı “Xəzər azsamand” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilindən 180 manat dəyərində açar dəstinin və 30 manat dəyərində qaldırıcının oğurlanması nəticəsində ona 210 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, onun özünə məxsus Howo markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O həmin avtomobili təxminən 3 ildir ki, idarə edir. xx.xx.2022-ci il tarixdə o, özünə məxsus yük avtomobilini Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində küçədə yolun kənarında, evimin yaxınlığında saxlamışdır. xx.xx.2022-ci il tarixdə o, yük avtomobilinə yaxınlaşıb mühərriki işə salmaq istəsə də, mühərrikə elektrik getmədiyini aşkar etmiş və avtomobildən düşərək matorxanaya baxmışdır. Bu zaman o, orada olan iki ədəd akkumlyatorun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra o, dərhal Qobu PB-nə gedərək baş vermiş hadisə ilə bağlı ərizə yazmışdır. xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində oğlunun evinin yaxınlığında saxladığı Hovo markalı, **- SL-*** dövlət qeydiyyat nişanlı avtomobilindən iki ədəd akkumlyatorun oğurlanması nəticəsində ona ümumilikdə 490 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs18 elan olunmuş ifadəsindən görünür ki, onun özünə məxsus “DAF” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. O həmin avtomobili təxminən 3 ilə yaxındır ki, idarə edirmiş. xx.xx.2022-ci il tarixdə axşam saat 22:00 radələrində o, özünə məxsus avtomobili bacısının evindən təxminən 1 km uzaqlıqda saxlamış və düşərək piyada evə doğru getmişdir. O, həmin gecəni bacısı gildə qalmışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində o, işə getmək məqsədilə evdən çıxaraq avtomobilini işə salmaq üçün çölə çıxmış və avtomobilinə yaxınlaşmışdır. O, avtomobilinin təxminən bir neçə metr uzaqlığında olanda görmüşdür ki, yük avtomobilinin akkumlyator hissəsinin üst qapağı çıxardılaraq yerə qoyulmuşdur. O, bunu görüb oraya yaxınlaşdıqda görmüşdür ki, avtomobilinin hər biri 230 manat dəyərində olan 02 ədəd akkumlyatoru oğurlanmışdır. Beləliklə xx.xx.2022-ci il tarixdə axşam saat 22:00-dan, xx.xx.2022-ci il tarixdə səhər saat 09-dək olan müddət ərzində naməlum şəxs bacısının yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış sahəsindən bir km uzaqda saxladığı “DAF” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilindən hər biri 230 manat dəyərində 02 ədəd akkumlyatoru oğurlanması nəticəsində ona 460 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs20 elan olunmuş ifadəsindən görünür ki, onun özünə məxsus Mercedes Akkor markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O həmin avtomobili təxminən 2 ilə yaxındır idarə edir. xx.xx.2022-ci il tarixdə axşam saat 00:00 radələrində o, özünə məxsus yük avtomobilini yaşadığı evin qarşısında, küçədə saxlamış və evə getmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 07 radələrində o, evdən çıxaraq avtomobilini işə salmaq üçün çölə çıxmış və avtomobilinə yaxınlaşmışdır. Həmin vaxt o, yük avtomobilinin akkumlyator qapağının yerdə olduğunu görmüşdür. O, avtomobilin akkumlyator qoyulan hissəsinə yaxınlaşdıqda görmüşdür ki, naməlum şəxs və ya şəxslər yük avtomobilinin 02 ədəd ümumilikdə 400 manat dəyərində akkumlyatorlarını oğurlamışdır. Bundan sonra o, dərhal DİN-in 102 zəng xidməti mərkəzinə müraciət edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə saat 00:00 radələrindən xx.xx.2022-ci il saat 07:00 radələrinədək olan müddət ərzində Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində saxladığı Mercedes Akkor markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilindən iki ədəd akkumlyatorun oğurlanması nəticəsində ona ümumilikdə 400 manat maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə bağlı şübhələndiyi hər hansı bir şəxs olmamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o, Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən fərdi yaşayış evindən çıxaraq Gədəbəy rayonuna getmişdir. xx.xx.2022-ci il tarixdə o, yenidən evə qayıdanda görmüşdür ki, darvazanın sağında yerləşən su sayğacı yerində yoxdur. Bundan sonra o, ətrafa baxdıqda görmüşdür ki, su sayğacı orada yoxdur. Bununla da o, əmin olmuşdur ki, həmin su sayğacı naməlum şəxs və ya şəxslər tərəfindən gizli yolla talanaraq ələ keçirilmişdir. O, bunu aşkar etdikdən dərhal sonra DİN-in 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir. Həinin sayğacın oğurlanması nəticəsində ona 248 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, onun özünə məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış sahəsi vardır. Həmin yaşayış sahəsinin daş hasarı olsa da, o, hələ oraya dəmir darvaza qoydurmamışdır. Lakin girişə kənar şəxslərin və mal qaranın girməməsi üçün dəmir barmaqlı qoydurmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saat 06 radələrində o, evdən çıxaraq Göyçay rayonuna getmişdir. Elə həmin gün axşam saat 20:00 radələrində o, evə qayıtmışdır. O, evə çatan zaman darvazanın girişini bağladığı həmin dəmir barmaqlıqlarının yerində olmadığını görmüşdür. O, ətrafa baxış keçirdikdə dəmir barmaqlıqlarının olmadığını müəyyən etdiyindən başa düşmüşdür ki, dəmir barmaqlıqlar oğurlanmışdır. Bu səbəbdən dərhal DİN-in 102 zəng xidməti mərkəzinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə saat 06:00-dan 20:00-dək olan müddət ərzində yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış sahəsindən dəmir barmaqlıqların oğurlanması nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs5 elan olunmuş ifadəsindən görünür ki, onun özünə məxsus Mitsubishi Lancer markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil 2 ilə yaxındır ki, onun istifadəsindədir. xx.xx.2022-ci il tarixdə o, avtomobilini evinin yaxınlığında, yolun kənarında saxlamışdır. Bundan sonra hərbi təlimlər başladığından o, hərbi hissəyə getmiş və N günə yaxın orada təlim keçmişdir. Təxminən xx.xx.2022-ci il tarixdə saat 15 radələrində o, avtomobilini işə salmaq üçün yaxınlaşan zaman ilk öncə avtomobilin arxa saxlanc hissəsini açmışdır. O, avtomobilin arxa saxlanc yerini açdıqda görmüşdür ki, daha öncə oraya qoyduğu avtomobilə aid bir ədəd 100 manat dəyərində akkumlyator, 50 manat dəyərində açar dəsti və 50 manat dəyərində avtomobilin müxtəlif ehtiyyat hissələri naməlum şəxs tərəfindən oğurlanmışdır. Həmin ehtiyat hissələri çox olduğundan tam olaraq adlarının nə olmasını xatırlamamışdır. Bundan sonra o, avtomobilin matorxanasına baxdıqda oradan 100 manat dəyərində radiatorun, 50 manat dəyərində termostatın və 30 manat dəyərində matorun elektrik naqillərinində oğurlandığını aşkar etmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən evinin yaxınlığında saxladığı Mitsubishi Lancer markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilindən ümumilikdə 380 manat dəyərimdə əmlakı oğurlanmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, onun özünə məxsus VAZ 2107 markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil 2 ilə yaxındır ki, onun istifadəsindədir. xx.xx.2022ci il tarixdə axşam saat 23 radələrində o, avtomobilini evindən 50 metr uzaqda, yolun kənarında saxlamış və getmişdir. Həmin günün sabahı, yəni xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində o, avtomobilini işə salmaq üçün yaxınlaşan zaman görmüşdür ki, avtomobilin qapıları açıqdır. Bundan sonra o, avtomobilə daxil olduqda içəridə olan 100 manat dəyərində maqintafonun və 50 manat dəyərində səsgücləndiricinin yerində olmadığını görmüşdür. Bundan sonra o, arxa oturacağa baxdıqda orada olan 150 manat dəyərində qabqaşıq serviz dəstinin də yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, avtomobilin mühərrik qapısının, yəni kapot hissəsinində açıq olduğunu gördükdə avtomobildən düşərək oraya doğru getmişdir. O, avtomobilin matorxanasına baxdıqda 01 ədəd 85 manat dəyərində akkumlyatorunda oğurlandığını aşkar etmişdir. Bundan sonra o, DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 23:00-dan xx.xx.2022-ci il, saat 08:00-dək olan müddət ərzində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən evimin yaxınlığında saxladığı VAZ 2107 markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilindən 01 ədəd 100 manat dəyərində maqintafonun, 01 ədəd 50 manat dəyərində səsgücləndiricinin, 150 manat dəyərində qab-qaşıq serviz dəstinin və 01 ədəd 85 manat dəyərində akkumlyatorun oğurlanması nəticəsində ona ümumilikdə 385 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs14 elan olunmuş ifadəsindən görünür ki, onun özünə məxsus “Vaz 2107” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. O həmin avtomobili təxminən 3 ilə yaxın imiş ki, idarə edirmiş. xx.xx.2022-ci il tarixdə axşam saat 22:00 radələrində o, özünə məxsus avtomobili yaşadığı evin düz qarşısında saxlamış və evə getmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində o, işə getmək məqsədilə evdən çıxaraq avtomobilini işə salmaq üçün çölə çıxmış və avtomobilinə yaxınlaşmışdır. O, avtomobilinə minib gödəkçəsini arxa oturacağa qoymaq istəyənda arxa oturacağın üzərində şüşə qırıntılarının olduğunu görmüşdür. Həmin vaxt o, arxaya diqqətlə baxdıqda avtomobilin sağ arxa kiçik şüşəsinin sındırıldığını görmüşdür. Bundan sonra o, başa düşmüşdür ki, naməlum şəxs avtomobilin həmin şüşəsini sındıraraq içəriyə daxil olmuşdur. O, avtomobilinə ətraflı baxış keçirən zaman avtomobilindən “Pioneer” markalı 60 manat dəyərində səsgücləndirici kalonkaların və 200 manat dəyərində maqnitafonun oğurlandığını aşkar etmişdir. Beləliklə xx.xx.2022-ci il tarixdə axşam saat 22:00-dan, xx.xx.2022-ci il tarixdə səhər saat 08-dək olan müddət ərzində naməlum şəxs onun yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış sahəsinin qarşısında saxladığı “Vaz 2107” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilindən 60 manat dəyərində səsgücləndirici kalonkaları və 200 manat dəyərində maqnitafonun oğurlanması nəticəsində ona 260 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsindən görünür ki, onun özünə məxsus “Şaqman” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. O, həmin avtomobili təxminən 5 ilə yaxın imiş ki, idarə edirmiş. xx.xx.2022-ci il tarixdə gecə saat 02:00 radələrində o, özünə məxsus yük avtomobilini yaşadığı evdən 100 metr uzaqlıqda, küçədə saxlamış və evə getmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində o, evdən çıxaraq avtomobilini işə salmaq üçün çölə çıxmış və yük avtomobilinə yaxınlaşmışdır. Həmin vaxt o, yük avtomobilinin akkumlyator qapağının yerdə olduğunu görmüşdür. O, avtomobilin akkumlyator qoyulan hissəsinə yaxınlaşdıqda görmüşdür ki, naməlum şəxs və ya şəxslər yük avtomobilin 02 ədəd ümumilikdə 400 manat dəyərində akkumlyatorları və 30 manat dəyərində birləşdiricini oğurlamışdır. Bundan sonra o, dərhal DİN-in 102 zəng xidməti mərkəzinə müraciət edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə gecə saat 02:00 radələrindən xx.xx.2022-ci il tarixdə səhər saat 07:00 radələrinədək olan müddət ərzində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış sahəsindən 100 metr uzaqda saxladığı “Şaqman” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilindən iki ədəd akkumlyatorun və 01 ədəd birləşdiricinin oğurlanması nəticəsində ona ümumilikdə 430 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, o, 2 ildir ki, Qobu yolu adlanan ərazidə metallom işlədir. Həmin yeri o, işlətdiyindən oranı insanlar “Pərvizin metallomu” deyə adlandırırlar. Onun işi əlvan metalların ucuz qiymətə alınıb nisbətən baha yerlərə sataraq gəlir əldə etməkdir. O, hər gün iş yerini səhər saat 09:00-da açır və axşam saat 20:00-da bağlayırmış. 28 sentyabr 2022-ci il tarixdə, saat 18-19 radələrində o, işdə olan zaman anket məlumatlarını tam bilmədiyi lakin adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs işlədiyi metalloma gələrək hal-hazırda sayını xatırlamadığı qədər dəmir boru və armatur gətirmişdir. Vaqif həmin boruları və armaturları ona verdikdən əlində başqa dəmir borular və armaturlar olduğunu deyərək yenə də gətirəcəyini bildirib çıxıb getmişdir. Bundan qısa müddət sonra Vaqif yenə də sayını tam xatırlamadığı miqdarda dəmir boru və armaturlar gətirmişdir. O, da həmin əşyaların qarşılığında Vüqara 80 manat pul vermişdir. Bundan sonra o, həmin dəmir boruları və armaturları onda olan digər əlvan metallarla birlikdə “Baku Steel” şirkətinə satmışdır. Vaqif ona həmin metalları oğurluq yolu ilə əldə etməsi barədə heçnə deməmişdir. Vaqif həmin vaxt ona metalların özünə məxsus olduğunu və özünə lazım olmadığı üçün satmaq istədiyini bildirmişdir. Məhkəmə istintaqında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tanıyır. O, Abşeron rayonu, Hökməli-Qobu yolunda yerləşən metal alveri ilə məşğul olur. Təqsirləndirilən şəxs da orda işlədiyi zaman tanımışdır. Vaqif bir neçə dəfə metal olan əşyaları gətirib işlədiyi metal alveri ilə məşğul olduğu yerə həmin əşyaları satmışdır. Həmçinin 29 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs sayını dəqiq xatırlamadığı dəmir boruları və dəmir tor çəpərini gətirərək özünə məxsus olduğunu və hal-hazırda istifadəyə etmədiyini, maddi ehtiyacı olduğu üçün satdığını bildirmişdir. O, da həmin əmlakın qiyməti ilə maraqlanmışdır. Vaqif gətirdiyi bütün əşyaları ümumilikdə 90 manat müqabilində satmaq istədiyini demişdir. O, da Vaqiflə razılaşıb gətirdiyi dəmir boruları və dəmir tor çəpərini qəbul etmiş və Vaqifə 90 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs həmin əşyaların özünə məxsus olduğunu bildirdiyi üçün o, həmin əşyaların oğurluq olduğunu bilməmişdir. Bundan başqa o, təxminən 2022-ci ilin təxminən aprel ayının 22-də adını Hökməli qəsəbəsində yaşayan Vaqif kimi tanıdığım şəxs bir ədəd yararsız vəziyyətdə olan tal qaldırıcsı 1 ədəd beton deşici, ərinmiş vəziyyətdə olan elektirik naqilini gətirib satmaq üçün ona vermiş, o, da qiymətini 50 manata razılaşıb almış həmin pulu Vaqifə vermişdir. Vaqif ona satdığı həmin əşyaların oğurluq olmasını bildirməmişdir. O, da həmin əşyaları metal istehsal olunan zavoda təhvil vermişdir. Həmin əşyalardan onda da qalmamışdır. Bundan başqa o, 12 iyul 2022-ci il tarixdə saat 09 radələrində üzdən tanıdığı bir nəfər şəxs yararsız vəziyyətdə olan bir ədəd uşaq arabası, bir ədəd manqal və bir neçə elektrik yuvası gətirib zibillikdə tapdığını və satmaq istədiyini bildirmişdir. Həmin əşyalar istifadəyə yararsız olduğu üçün oğurluq ola biləcəyini bilməmişdir. Lakin dəqiqləşdirmək məqsədi ilə bir daha ondan həmin əşyaların oğurluq olub-olmamasını soruşmuşdur. Vaqif ona həmin əşyaları zibillikdə tapdığını bildirmişdir. O, Vaqifin şəxsiyyət vəsiqəsini alıb şəxsi məlumatlarını qeyd etdikdən sonra 10 manat müqabilində onların hamısını almışdır. Bundan başqa hansı ayda dəqiq olduğunu bilməsədə təxminən 2-3 ay əvvəl Vaqif sexə qırılmış və yararsız vəziyyətdə lustr, kabel qırıqları, müxtəlif açarlar gətirmiş, hamısını hesablayıb ondan kiloqram hesabına almış və sonradan da üstünə hər kilosuna 10-20 qəpik üstünə qoyub satmışdır. Aldığı materialların oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Vaqif həmişə tək gəlirmiş. Məhkəmə istintaqında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, Abşeron rayonu Qobu-Hökməli yolunda metal qəbulu məntəqəsi işlədir. Təxminən 1 ildən çoxdur ki, həmin yerdə metal qəbulu işlədir. Təqsirləndirilən şəxs əvvəllər tanıyırmış. Həmin şəxs onun işlədiyi metal qəbulu məntəqəsinə mütəmadi olaraq dəmir və əlvan metallar toplayaraq təhvil verirmiş. 09 sentyabr 2022-ci il tarixdə saat 11-12 radələrində Təqsirləndirilən şəxs onun yanına gələrək ona armatur satmaq istədiyini bildirmişdir. Təxminən 3-5 metr uzunluqda olan armaturları gətirib ona satmışdır. O, da metal kimi həmin armaturları 40 manata almışdır. O, həmin armaturların oğurluq olmasından məlumatım olmamışdır. Vaqif də bu barədə ona hər hansı bir məlumat verməmişdir. Bundan başqa 30 aprel 2022-ci il tarixdə o işdə olan zaman Hökməli kəndində yaşayan üzdən tanıdığı Vaqif adlı şəxs onun işlədiyi yerə gələrək rezin borular satmaq istədiyini demişdir. Vaqif ona həmin satmaq istədiyi rezin boruların ona məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. Vaqif ilə onun arasında olan razılaşmaya əsasən o rezin boruları Vaqifdən 15 manata almışdır. Təxminən 2- 3 gün sonra isə həmin rezin boruları tanımadığı şəxsə xatırlamadığı qiymətə satmışdır. 07 iyul 2022-ci il tarixdə Vaqif yenə onun işlədiyi metal qəbulu məntəqəsinə getmişdir. Həmin vaxtı o, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığım taksi ilə qara materialdan olan 07 ədəd əzilmiş su çəni və 20 ədəd list dəmir gətiriərək təhvil vermişdir. Həmin əşyaları tərəzidə çəkərək qəbul etmiş və ümumilikdə həmin əşyalar üçün Vaqifə 30 manat pul vermişdir. Həmin materiallar sındırılmış vəziyyətdə yəni yararsız vəziyyətdə olduğunu üçün həmin əşyaların oğurluq olduğunu düşünməmişdir. Vaqif də onsuz mütəmadi olaraq küçələrdən tapdığı dəmirləri gətirib təhvil verdiyindən həmin şəxsin oğurluq etdiyini bilmirmiş. Bir neçə dəfə də o, Vaqifdən bu barədə soruşmuş və Vaqif ona təhvil verdiyi metalları zibillikdən və küçələrdən yığırmış. Vaqifin təhvil verdiyi əşyalar yararsız vəziyyətdə olması da onu şübhələndirməmişdir. O, qəbul etdiyi metalları ayda bir dəfə əridib təhvil verir. Həmin malları da əridib təhvil verdiyi üçün təqdim edilməsi mümkün deyildir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs olduğundan o, 28 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 29 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuş və həmin tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.2 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, oğurluq edilmiş əmlaklar müəyyən edilməmiş, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan isə təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs16 və Zərərçəkmiş şəxs9 onlara dəymiş ziyan ödənilməsə də şikayətçi olmamalarını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Zərərçəkmiş şəxs9 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X3 28 oktyabr 2022-ci il tarixdən 29 oktyabr 2022-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldıgı 01 gün, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 01 fevral 2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 01 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi göstərdiyi 70 saat hüquqi yardıma görə Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 420 manat məbləğində pul köçürülməlidir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini təmin etmək üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməldir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 oktyabr 2022-ci il tarixdən 29 oktyabr 2022-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldıgı 01 gün, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti olaraq 03 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini təmin etmək üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-250/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-250/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver