Məhkəmə qərarları › İş №1(012)-250/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-250/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-250/2025 09.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağdam rayonu, Əlimədətli ərazi dairəsi, Əliağalı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq bir bükümdə xeyli miqdarda, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İ) daxil olan 0,367 qram çəkidə psixotrop maddə olan metamfetamini 15 manat müqabilində əldə edib Abşeron rayonu, Saray qəsəbəsinə daşımış və üzərində saxlamış, 30 mart 2024-cü il tarixdə saat 10:30 radələrində Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, "Duz gölü" yaxınlığında saxlanılıb, Abşeron RPİ-nin Saray polis bölməsinin inzibati binasına gətirilib, həmin gün saat 12:55-dən 13:15-ə kimi orada onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 0,367 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 14 aprel 2024-cü il tarixdə saat 20 radələrində sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının 80 manat müqabilində Bakı şəhəri, Binəqədi rayonu ərazisində qoyduğu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İ) daxil olan 01 ədəd sellofan bükümdə çəkisi 0,345 qram və 01 ədəd rəngli kağız bükümdə çəkisi 0,482 qram, ümumilikdə 0,827 qram çəkidə xeyli miqdarda 02 ədəd bükümdə psixotrop maddə metamfetamin və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına” (Siyahı İİ) daxil olan 02 ədəd açıq-qəhvəyi rəngli üzərində “F/M 40” göstəricisi yazılmış metadon təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən xeyli miqdarda dərman həblərini götürüb satış məqsədi olmadan qanunsuz olaraq əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və üzərində saxlamış, 15 aprel 2024-cü il tarixdə saat 01:30 radələrində Abşeron RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Bravo” marketin yaxınlığında saxlanılaraq idarənin inzibati binasına gətirilib, həmin gün saat 02:30-dan 02:50-yə kimi onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən dəmir qabın içərisində saxladığı 01 ədəd sellofan bükümdə çəkisi 0,345 qram və 01 ədəd rəngli kağız bükümdə çəkisi 0,482 qram, ümumilikdə 0,827 qram çəkidə 02 ədəd bükümdə psixotrop maddə metamfetamin və təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən 02 ədəd narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu bildirib, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu, Əlimədətli ərazi dairəsi, Əliağalı kəndində qeydiyyatdadır və ünvan 1 ünvanında yaşayır. O, psixotrop maddə və narkotik vasitə istifadə edir. 30 mart 2024-cü il tarixdə saat 10:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Duz gölünün yaxınlığında olan zaman 3 nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim etmiş, daha sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına üzərində psixotrop maddə metamfetamin olduğunu etiraf etdiyi üçün onu Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinin Saray PB-nə gəlmişdir. Polis bölməsində ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra videogörüntü və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, o da əynimdə olan göy rəngli cins şalvarının sağ yan cibində olan 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli, kristalşəkilli kütləni təqdim edərək metamfetamin olmasını bildirmişdir. O, həmin maddəni xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 15 manata almış və öz istifadəsi üçün üstündə saxlamışdır. Təxminən 1 ildir ki, həmin maddədən istifadə edir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi digər ifadəsində göstərmişdir ki, o, son zamanlar tanımadığı İran İslam Respublikası vətəndaşının istifadəsində olan +98 905 *** **** saylı mobil nömrə ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə təyin edilən məkanlardan psixotrop maddə və narkotik vasitə əldə edir. 14 aprel 2024-cü il tarixdə saat 20 radələrində İran İslam Respublikası vətəndaşının istifadəsində olan +98 905 *** **** saylı mobil nömrə ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayaraq psixotrop maddə olan metamfetamin əldə etmək istədiyini bildirmiş, həmin şəxs ona hal-hazırda xatırlamadığı “M10” hesabı göndərmiş və həmin hesaba 80 manat pul köçürtdükdən sonra psixotrop maddənin qoyulduğu məkanı ona göndərəcəyini bildirmiş, o da razılaşaraq həmin “M10” hesabına 80 manat pul köçürtmüş, bundan sonra ona məkan göndərilmişdir. O, göndərilən məkan əsasında Bakı şəhəri, Binəqədi rayonu ərazisinə gedərək dəmir qabın içərisində iki ədəd bükümdə psixotrop maddə metamfetamini və iki ədəd metadon dərman həbini götürüb şalvarının cibinə qoymuş, bundan sonra Abşeron rayonu, Xırdalan şəhərinə gəlmişdir. 15 aprel 2024cü il tarixdə saat 01:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Bravo” market yaxınlığında olan zaman iki nəfər mülki geyim formasında olan şəxs ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, bundan sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirib onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə gəlmişdir. Abşeron rayon Polis İdarəsində ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra videogörüntü və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, o da könüllü olaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibində olan dəmir qabı masanın üzərinə qoyaraq içərisindəki bir ədəd sellofan büküm və bir ədəd rəngli kağız büküm olmaqla, həmin iki ədəd bükümün içərisində psixotrop maddə metamfetamin və iki ədəd üzərində “F/M 40” göstəriciləri olan dərman həbinin metadon olmasını bildirmişdir. Şəxsi axtarış zamanı ondan həmin kütləni haradan və nə vaxt aldığı soruşulmuş, o, həmin kütləni 14 aprel 2024-cü il tarixdə 20 radələrində 80 manat müqabilində tanımadığı İran İslam Respublikası vətəndaşının “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə istifadəsindəki içərisində ***-***-**-** saylı mobil nömrə olan “Samsung Galaxy A12” markalı mobil telefona göndərdiyi məkan əsasında Bakı şəhəri, Binəqədi rayonu ərazisində əldə edib üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş iki büküm içərisində psixotrop maddə metamfetamin və 02 ədəd metadon dərman həbi zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən digər 2 nəfər polis əməkdaşı və dövlət hesabına ayrılmış müdafiəçisi X5 tərəfindən imzalanaraq qablaşdırılmışdır. O, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, aldığı metamfetamin və metadonu da özü istifadə etmək üçün üzərində saxlamışdır. Psixotrop maddə və narkotik vasitə aldığı İran İslam Respublikası vətəndaşı ilə sonuncunun istifadəsində olan +98 905 *** **** saylı mobil nömrə ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlamış, bundan başqa həmin şəxsin anket məlumatlarını və zahiri əlamətlərini bilməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hər hansı düşmənçiliyi və ədavəti yoxdur. 30 mart 2024-cü il tarixdə 10:30 radələrində X7 12-ci patrul bölüyünün polis nəfərləri Şahid4 və Şahid3 ilə birlikdə Saray qəsəbəsində baş vermiş oğurluq hadisələri ilə əlaqədar xidmətdə olarkən Saray qəsəbəsində duz gölünün yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra həmin şəxsdən narkotik vasitələrdən və ya onların prekursorlarından istifadə edibetməməsini, üzərində dövriyyəsi qadağan edilmiş hər hansı maddə və ya əşyanın olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu bildirmiş, bundan sonra onlar Təbrizi Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinə gətirmişlər. Polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra videogörüntü və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, Təbriz əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş şəffaf rəngli kütləni təqdim edərək metamfetamin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin maddəni xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 15 manata aldığını və öz istifadəsi üçün üstündə saxladığını, təxminən 1 il müddətdir ki, həmin maddədən istifadə etdiyini bildirmişdir. Daha sonra həmin bükümün içərisində olan maddənin narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin olunmuşdur. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin Abşeron rayonu ərazisində narkotik vasitələri və psixotrop maddələri üzərində daşıması, qəbulu və satışı ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı ilə tərəfindən 15 aprel 2024-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2024-cü il tarixdə gecə saat 01:30 radələrində o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Bravo” market yaxınlığında olan zaman orada piyada şəkildə dayanan, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Təbrizə üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmiş, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki dəmir qabı masanın üzərinə qoyaraq içərisindəki bir ədəd sellofan büküm və bir ədəd rəngli kağız büküm olmaqla, həmin iki ədəd bükümün içərisində psixotrop maddə metamfetamin və iki ədəd üzərində “F/M 40” göstəriciləri olan dərman həbinin metadon olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında Təbrizin təqdim etdiyi iki büküm içərisində psixotrop maddə metamfetaminə bənzər maddə və 02 ədəd metadona bənzər dərman həbi içərisi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş maddələrin nə olması və onları haradan əldə etməsi soruşulduqda Təbriz üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan metadonu tanımadığı İran İslam Respublikası vətəndaşının vasitəsilə öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə onlara məlumat daxil olsa da, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə daşıması və istifadə etməsi barədə məlumat öz təsdiqini tapmış, satışı ilə məşğul olması barədə məlumat isə öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin Abşeron rayonu ərazisində narkotik vasitələri və psixotrop maddələri üzərində daşıması, qəbulu və satışı ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 iştirakı ilə sonuncu tərəfindən 15 aprel 2024-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2024-cü il tarixdə gecə saat 01:30 radələrində o və əməliyyat qrupunun digər iştirakçısı Şahid1 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Bravo” market yaxınlığında olan zaman orada piyada şəkildə dayanan, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Təbrizə üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmiş, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki dəmir qabı masanın üzərinə qoyaraq içərisindəki bir ədəd sellofan büküm və bir ədəd rəngli kağız büküm olmaqla, həmin iki ədəd bükümün içərisində psixotrop maddə metamfetamin və iki ədəd üzərində “F/M 40” göstəriciləri olan dərman həbinin metadon olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim edilmiş iki büküm içərisində psixotrop maddə metamfetaminə bənzər maddə və 02 ədəd metadona bənzər dərman həbi içərisi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş maddələrin nə olması və onları haradan əldə etməsi soruşulduqda Təbriz üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan metadonu tanımadığı İran İslam Respublikası vətəndaşının vasitəsilə öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə onlara məlumat daxil olmuş, lakin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə daşıması və istifadə etməsi barədə məlumat öz təsdiqini tapmış, satışı ilə məşğul olması barədə məlumat isə öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. İbtidai istintaqda iş Şahid qismində dindirilmiş Əlahiddə X7 12-ci patrul bölüyünün polis nəfərləri Şahid4 və Şahid3 vermiş olduğu ifadələrində Şahid5 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş üzrə təyin olunmuş məhkəmə kimyəvi ekspertizasının 30 mart 2024-cü il tarixli, 3- 16-16/2-6/1740 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №246” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,367 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi 0,367 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,317 qramdır. İş üzrə təyin olunmuş 15 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2013 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №246” dairəvi möhür əksləri olan, “xx.xx.2024-cü il tarixdə vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər kütlə və narkotik vasitə olan metadona bənzər M-40 həblər: “imza” Cəfərov” və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş zərfdəki: - 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,345 qram və -0,482 qram, ümumi təmiz çəkisi - 0,827 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - 02 (iki) ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur, həmin həblərin tərkiblərində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edir (Üzərində qeyd edilmiş göstəriciyə əsasən 01 (bir) ədəd həbdə 0,04 qram metadon olmaqla). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi – 0,827 qram, tədqiqata sərf edildi cəmi – 0,100 qram (hər ob.dən -0,05 qram olmaqla), qalıq – 0,727 qramdır. Metadon həblərinin ümumi sayı – 02 ədəd həb, tədqiqata sərf edildi cəmi – 01 ədəd həb, qalıq – 01 ədəd həb. Məhkəmə-narkoloji ekspertizasının 04 may 2024-cü il tarixli, 2956 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 30 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, “Duz gölü” yaxınlığında saxlanılaraq Abşeron RPİ-nin Saray polis bölməsinə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin psixotrop maddə metamfetamin bükümü götürülmüşdür. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 15 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Bravo” market yaxınlığında saxlanılaraq Abşeron RPİ-nə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən dəmir qabın içərisində bir ədəd sellofan büküm və bir ədəd rəngli kağız büküm olmaqla, həmin iki ədəd bükümün içərisində ağ rəngli, kristal formalı, psixotrop maddə olan metamfetamin, iki ədəd üzərində “F/M 40” göstəriciləri olan metadon dərman həbləri və “Samsung A12” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Cinayət işi üzrə 30 mart 2024-cü il tarixdə Abşeron RPİ-nin Saray polis bölməsinin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə məhkəmədə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 30 mart 2024-cü il tarixdə saat 12:55-də qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq xidməti otaqdır. Video görüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bir bükümdə ağ rəngli, kristal formalı, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, 01 ədəd bükümdə ağ rəngli, kristal formalı, psixotrop maddə olan metamfetamini Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manat məbləğə öz istifadəsi üçün əldə etmişdir. Cinayət işi üzrə 15 aprel 2024-cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə məhkəmədə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 15 aprel 2024-cü il tarixdə saat 02:30-da qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq xidməti otaqdır. Video görüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən dəmir qabın içərisində bir ədəd sellofan büküm və bir ədəd rəngli kağız büküm olmaqla, həmin iki ədəd bükümün içərisində ağ rəngli, kristal formalı, psixotrop maddə olan metamfetamin, iki ədəd üzərində “F/M 40” göstəriciləri olan metadon dərman həbləri və “Samsung A12” markalı mobil telefon aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, 02 ədəd bükümdə ağ rəngli, kristal formalı, psixotrop maddə olan metamfetamini və 02 ədəd metadon dərman həblərini tanımadığı İran İslam Respublikası vətəndaşının vasitəsilə öz istifadəsi üçün əldə etmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza təyini prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin xx.xx.2011ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Xətai RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş, lakin xx.xx.2016-cı ildə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən icraata xitam verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(103)-406/2025 saylı hökmündən görünür ki, “Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-198/2024 saylı hökmü ləğv edilsin. İş ürzə yeni hökm çıxarılmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 240.1ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəzaçəkməsinin əvvəli 27 noyabr 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 02 ədəd güclü təsir edən maddə preqabalin kapsul, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 08 qram preqabalin dərman preparatı müsadirə olunaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə təhvil verilsin. İş üzrə maddi sübut olan Bakı şəhəri Nərimanov Rayon Polis idarəsinin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,230 qram narkotik vasitə quruldulmuş marixuana və ümumi qalığı 0,774 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin...”hökm edilmişdir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-in CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin təkrar törədilməsidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür.Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən onun barəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(103)-406/2025 saylı hökmü ilə CM-nin 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin həmin hökmündən görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 02 gün tutulmuşdur. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 mart 2024-ci ildə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş,məhkəmə tərəfindən həmin qətimkan tədbiri qüvvədə saxlanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasında şübhəli şəxs qismində tutulduğu cəmi 04 gün müddət çıxılmalı və cəzasının əvvəli barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbirinin seçildiyi əvvəli 15 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(103)-406/2025 saylı hökmü ilə narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun hazırda azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə götürülmüş, 1 ədəd zərfdə möhürlənmiş, ümumi qalıq çəkisi 0,317 qram psixotrop maddə metamfetamin və 15 aprel 2024-cü il tarixdə götürülmüş, 1 ədəd zərfdə möhürlənmiş, ümumi qalıq çəkisi - 0,727 qram çəkidə psixotrop maddə metamfetamin və qalıq 01 ədəd narkotik vasitə metadon hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 02(iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 203 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 manat, əvvəlki məhkəmə iclaslarında təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə 30 saat üçün 330 (üç yüz otuz) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01(bir) il 04(dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, onun barəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(103)-406/2025 saylı hökmü ilə CM-nin 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın, ona qəti olaraq 04 (dörd il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(103)-406/2025 saylı hökmü ilə nəzərə alınan 02 gün tutma və hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün, cəmi 04 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində qəti olaraq 04 (dörd) il 03(üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 15 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(103)-406/2025 saylı hökmü ilə narkomaniyadan məcburi müalicə təyin edilməsi və həmin hökmlə hazırda azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış və Abşeron RPİnin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə götürülmüş, 1 ədəd zərfdə möhürlənmiş, ümumi qalıq çəkisi 0,317 qram psixotrop maddə metamfetamin və 15 aprel 2024-cü il tarixdə götürülmüş, 1 ədəd zərfdə möhürlənmiş, ümumi qalıq çəkisi - 0,727 qram çəkidə psixotrop maddə metamfetamin və qalıq 01 ədəd narkotik vasitə metadon hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 02 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 203 (iki yüz üç) manat məbləğində pul məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etdiyindən ona 220 manat, əvvəlki məhkəmə iclaslarında təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə 30 saat üçün 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar