Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-251/2022 14.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi ev 122-də daimi qeydiyyatda olan, Abşeron rayonu Digah qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vuraraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23.11.2021-ci il tarixdə saat 09 radələrində, Abşeron rayonu, Digah qəsəbəsində Zərərçəkmiş şəxs məxsus 0,06 ha açıq torpaq sahəsinə gələrək, oradan 250 manat dəyərində bir ədəd dəmir darvazanı, hər birinin dəyəri 30 manat olan ümumi 900 manat dəyərində 30 ədəd Azbes dam örtüyünü (şifer), hər kub metri 200 manat olmaqla 600 manat dəyərində 5sm x 4m uzunluğunda, hər birinin uzunluğu 4 metr olan 3 kub taxtanı, hər birinin dəyəri 0,50 manat olan ümumi 175 manat dəyərində 350 metr uzunluğunda 14-lük dəmir armaturu, hər birinin dəyəri 0,30 manat olmaqla ümumi 9 manat olan 30 ədəd dəmir armaturdan düzəldilmiş 25 sm-lik eni 20 sm hündürlüyü 15 sm ölçülərdə xamutları, hər birinin dəyəri 1,50 manat olmaqla ümumi 22,50 manat olan 15 ədəd 6 metr uzunluğunda 2,5 sm diametrlik cəmi 90 metr uzunluğunda dəmir boruları, hər birinin dəyəri 70 manat olan ümumi 140 manat dəyərində 2 ədəd 1,80x90 sm taxta qapıları, hər birinin dəyəri 30 manat olan, ümumi 60 manat dəyərində 2 ədəd 1,10x1,20 metr ölçüdə pəncərəni gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1256,60 manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin oktyabr ayının axırlarında qaynatası Şahid2la birlikdə Digah kəndində torpaq almaq üçün Hidayət adlı şəxslə birlikdə onun Digah kəndində olan torpaq sahəsinə getmiş, onlar Hidayətə məxsus 06 ha torpaq sahəsinə baxdıqda həmin torpaq sahəsi mişar daşından hasarlansada, lakin giriş darvazasının qoyulmadığını, yəni Hidayət həyətində giriş açıq olduğunu, həmçinin həyətə baxdıqda Hidayət kişinin haradansa sökülüb istifadə olunmuş tikinti materialları olan taxtaları, azbes şiferlərini, armaturları və bir ədəd dəmir darvazanı gətirib hasarın yaxınlığına yığdığını görmüşdür. O, həmin köhnə işlənmiş tikinti materiallarını gördükdən sonra, pula ehtiyacı olduğu üçün həmin tikinti materiallarını oğurlamaq qərarına gəlmişdir. Buna görə də 23.11.2021-ci il tarixdə saat 09 radələrində Hidayət kişinin Digah qəsəbəsində olan torpaq sahəsinə getmiş, həmin torpaq sahəsində olan tikinti materiallarını, yəni taxtaları, armaturları, dam örtüyü olan azbes şiferləri, dəmir boruları və bir ədəd dəmir darvazanı özü ilə gətirdiyi «ATEKO» markalı yük avtomobilinə yükləyərək Sabunçu rayonu, Pirişağa qəsəbəsində babasından qalmış bağa yığmışdır. Həmin günü günorta vaxtı etdiyi əməldən peşman olduğu üçün, bu barədə qaynatası Şahid2 bildirmiş, Elşad ona “çox böyük səhv etmisən” demiş, bundan sonra qaynatası Elşad istifadəsində olan mobil telefonla Hidayətin istifadəsində olan mobil telefona zəng edərək onun həyətində olan istifadə olunmuş tikinti materiallarının onun tərəfindən oğurladığını demişdir. Həmçinin Hidayətə həmin oğurlanmış əşyaları aparıb öz yerinə qoyacağını bildirmişdir. Həmin günü onlar maşın tapa bilmədiyi üçün həmin əşyaları aparıb yerinə qoya bilməmiş, qaynatası Elşad Hidayətə zəng edərək həmin oğurlanmış əşyaları səhər tezdən Cahandarın aparıb öz yerinə qoyacağını bildirmişdir. 24.11.2021-ci il tarixdə saat 11 radələrində yaşadığı Digah kəndinə çıxmış, tanışı və həmkəndlisi Zamin ilə rastlaşmış, Zamin fəhləlik edərək ailəsini dolandırdığını bildiyi üçün ona Pirişağa qəsəbəsində köhnə tikinti materialları olduğunu və həmin tikinti materiallarını yük avtomobilinə yükləyib Digaha gətirməyi demiş, Zamində onunla razılaşmış, onlar ikilikdə Pirşağaya getmiş, Zamin həmin əşyalara baxdıqdan sonra ona “20 manat verərsən və özündə kömək edərsən həmin yükü avtomobilə yükləməyə sənə köməklik edərəm” demişdir. Onlar öz aralarında razılaşdıqdan sonra birlikdə onun idarə etdiyi avtomobil ilə Pirişağa qəsəbəsində Pirişağa avtomobil yoluna çıxmışlar ki, yük maşını saxlayıb, həmin tikinti materiallarını yükləyib Digaha gətirsinlər. Zamin həmin tikinti materiallarının oğurluq olmasını bilməmiş və ona bu barədə heç nə deməmişdir. Onlar Pirşağa yolunda yük avtomobili gözləyərkən, bir nəfər mülki və bir nəfər polis formasında olan şəxs ona yaxınlaşmış, onların hər ikisi Mehdiabad polis bölməsinə dəvət edilmiş, Mehdiabad polis bölməsində ona oğurluq etdiyi bildirilmiş, polis əməkdaşları Zamini onun yanında gördükdə əvvəlcə elə bilmişlər ki, Zamin də onunla barabər oğurluq etmişlər. Lakin o, bütun baş verənləri polis əməkdaşlarına olduğu kimi danışmış, həmin tikinti materiallarının oğurluq olmasından Zaminin xəbərinin olmadığını polis əməkdaşlarına bildirmiş, həmin tikinti materiallarını Hidayətin qapısından «Oteko» markalı avtomobilə başqa bir fəhləyə 20 manat verib yüklətdirdiyini, həmin fəhləyə həmin materialların özünün olduğunu, yəni aldığını demişdir. Həmin fəhlələr və avtomobilin sahibi onun oğurluq etdiyini bilməmiş, ona görə ki, həmin tikinti materiallarını Hidayətin həyətindən günün günorta vaxtı «Oteko» markalı avtomobilə yüklədikdə hər kəs onun Hidayətin qohumu olduğunu bilmiş, bu səbəbdən də heç kim ondan şübhələnməmişdir. O, Mehdiabad polis bölməsində bütün olanları olduğu kimi etarf etdikdən sonra, Zamində həmin oğurluqdan xəbərinin olmadığını, lakin əynində olan şalvarının cibində narkotik vasitə olduğunu polis əməkdaşlarına demiş, bundan sonra polis əməkdaşları sonuncunu otaqlardan birinə dəvət edərək, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, o həmin şəxsi axtarışda iştirak etməsə də, sonradan eşitmişdir ki, Zaminin üzərindən, yəni cibindən narkotik vasitə aşkar edilmişdir. O, Zaminin üzərindən narkotik vasitə aşkar edilməsi ilə əlaqədar başqa heç nə bilməmiş, lakin onu bilmişdir ki, Zamini şübhəli şəxs kimi tutmuşlar. Onun barəsində olan materiallar isə Abşeron RPİ-yə göndərilmiş, o, polis idarəsinin istintaq şöbəsində bütün olanları olduğu kimi etiraf etmiş, həmçinin oğurladığı bütün tikinti əşyalarını Hidayətin özünə qaytarmışdır. Sonda o, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində bir azyaşlı uşağının olmasını, vurulmuş ziyanın ödənilməsini nəzərə alıb yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Digah qəsəbəsi, yeni yaşayış massivində mişar daşından yarmıçıq hörülərək darvaza qoyulmamış, 6 (altı) ha torpaq sahəsinin içərisində olan bir ədəd 410 manat dəyərində dəmir darvazasını, hər biri 7(yeddi) manat olmaqla 210 manat dəyərində 30 ədəd azbez dam örtüyünü (şifer), hər bir kub metri 400 manat olmaqla 1200 manat dəyərində üç kub taxta, hər bir metri 1 manat 40 qəpik olmaqla 490 manat dəyərində 350 metr 14-lik dəmir armatur, 30 ədəd hər biri 40 qəpik olan 20 manat dəyərində xamud, bir metri 5 manat olmaqla hər biri 6 metr uzunluğunda 2,5 diametrlik 15 ədəd 90 metr 450 manat dəyərində dəmir boru, 2 ədəd hər biri 100 manat olmaqla 200 manat dəyərində işlənmiş taxta qapı, hər biri 10 manat olmaqla iki ədəd işlənmiş köhnə taxta pəncərəsi oğurlanmış və ümumilikdə ona 3000 (üç min) manat ziyan vurulmuşdur. O, təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənildiyini və ondan şikayətçi olmadığını bildirərək və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə zamanı şahid qismində dindirilən Şahid2 Gülsəməd oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanımamış, lakin 2021-ci ilin oktyabr-noyabr aylarında torpaq almaq üçün Digah kəndində onun torpaq sahəsinə baxmış, lakin xoşuna gəlmədiyi üçün onun torpaq sahəsini almamış, o həmin torpaq sahəsinə baxdıqda onun qızının həyat yoldaşı Təqsirləndirilən şəxs də onun yanında olmuş, onlar həmin torpaq sahəsinə baxdıqda orada hasarın kənarında söküntü tikinti materialları vardır. Həmin torpaq sahəsi hasarlanmış, lakin müəyyən hissəsi hasarlanmamış, belə başa düşmüşdür ki, həyətdə olan köhnə darvazanı Hidayət həmin açıq qalmış yerə darvaza kimi, yəni giriş qapısı kimi qoyacaq, qalan yerləri isə hördürəcəkdir. Həmin vaxtı həyətdə taxta, armatur, dəmir boru və digər tikinti əşyaları olmuş, qeyd olunan əşyalar hamısı hansısa tikintidən sökülüb gəldiyi üçün köhnə olmuşdur. 23.11.2021-ci il tarixdə günortadan sonra, qızının həyat yoldaşı Təqsirləndirilən şəxs ona demişdir ki, Hidayətin həyətində olan köhnə tikinti əşyalarını oğurlayıb və Pirişağa qəsəbəsində babasından qalma bağa yığmışdır. O, Cahandara öz iradını bildirmiş, ona səhv etdiyini demiş və həmin tikinti əşyalarını dərhal qaytarmağı bildirmiş, istifadəsində olan mobil telefonla Hidayətin istifadəsində olan mobil telefona zəng etmiş və hadisə barəsində ona məlumat vermiş, yəni Cahandarın onun torpaq sahəsindən oğurluq etdiyini demiş, sonra isə bildirmişdir ki, həmin əşyaları Cahandar aparıb öz yerinə qoyacaqdır. Lakin həmin günü Cahandar maşın tapa bilmədiyi üçün, o axşam Hidayətə yenidən zəng etmiş və Cahandarın maşın tapa bilmədiyini demiş, bildirmişdir ki, səhər tezdən həmin tikinti materiallarını aparıb öz yerinə qoyacaqlar. 24.11.2021-ci il tarixdə Cahandar ona demişdir ki, gedib bir fəhlə tapıb, həmin fəhlə ilə həmin tikinti materiallarını avtomobilə yükləyib, sonra isə aparıb öz yerinə qoyacaqdır. Həmin günü eşitmişdir ki, Mehdiabad polisi Cahandarı saxlayıbdır. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs həmin oğurluq barədə Mehdiabad polisinə məlumat vermiş, bu səbəbdən də Mehdiabad polisi Cahandarı saxlayaraq polisə dəvət etmiş, bundan sonra Hidayətə məxsus olan əşyaların hamısını özünə qaytarmış, bundan başqa baş verənlərdən xəbəri olmamış, Cahandar ona oğurluq etdiyini deyən kmi, Hidayətə zəng edib bu barədə bildirmiş və Cahandara da həmin əşyaları aparıb yerinə qoymağı demişdir. Məhkəmə zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, təxminən 3-4 ay olar ki, metamfetamindən istifadə edir. 21.11.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində tanımadığı bir nəfər şəxsdən 20 (iyirmi) manat müqabilində bir büküm psixotrop maddə olan metamfetamin almış və həmin bir büküm metamfetamini əynində olan cins şalvarının qabaq sağ cibinə qoymuşdur. O, həmin bir büküm metamfetamini cibinə qoyub saxlamaqda məqsədi, ürəyi istədikdə özü üçün istifadə etməsi olmuşdur. Həmin 20 manata aldığı bir büküm metamfetamin əynində olan cins şalvarının cibində qalmışdır. 24.11.2021-ci il tarixdə səhər saat 11 radələrində Abşeron rayonu, Digah qəsəbə sakini kimi tanıdığı Təqsirləndirilən şəxs ilə yaşadığı Digah kəndində görüşmüş, Təqsirləndirilən şəxs ona pul müqabilində Pirişağa qəsəbəsində bağlarında tikinti materialları olduğunu, həmin tikinti materiallarını avtomobilə yükləməkdə və Digah qəsəbəsinə gətirib boşaltmaqda ondan köməklik etmək istədiyini bildirmiş, o da Təqsirləndirilən şəxslə razılaşmış və Cahandarın idarə etdiyi avtomobilə əyləşərək birlikdə Pirişağa qəsəbəsində olan bağa getmişlər. O, həmin tikinti materiallarına baxdıqdan sonra Cahandara həmin tikinti materiallarını avtomobilə yükləmək üçün ondan 40 manat pul alacağını bildirmişdir. Onlar öz aralarında razılaşdıqdan sonra, həmin tikinti materiallarını yükləmək üçün Pirişağa yoluna çıxıb yük avtomobili axtarıb tapmaq üçün geri qayıtmış, Pirişağa yolunda bir nəfər polis geyimində, bir nəfər isə mülkü geyimdə olan şəxslər, onlara yaxınlaşıb özlərini Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin əməkdaşları kimi təqdim etdikdən sonra, onlarla birlikdə Mehdiabad polis bölməsinə getməyi xahiş etmişlər. Cahandarla o, həmin polis əməkdaşları ilə birlikdə Mehdiabad polis bölməsinə getmiş, Mehdiabad polis bölməsində polis əməkdaşları bildirmişlər ki, Digah qəsəbəsində oğurluq hadisəsi baş vermiş, həmin oğurluqla əlaqədar Cahandardan şübhələnmiş, o isə sonuncunun yanında olduğu üçün polis əməkdaşları onları bir yerdə polis bölməsinə dəvət etmişlər. O, polis bölməsində həmin oğurluqdan, yəni Cahandarın oğurluq etməsindən xəbəri olmadığını bildirmişdir. Lakin fəhlə kimi Cahandarla 40 manat müqabilində razılaşıb həmin tikinti materiallarını yükləmək üçün Cahandarla birlikdə Pirişağaya getdiyini bildirmiş, Mehdiabad polis bölməsində polis əməkdaşları ondan üzərində hər hansı bir qanunla qadağan edilmiş əşya, predmet və narkotik vasitə, psixotrop maddə olduğunu soruşduqda, o, əynində olan şalvarının sağ yan cibində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, bundan sonra Mehdiabad polis bölməsində onu xidməti otaqlardan birinə dəvət edib, videoçəklişlə, müdafiəçinin və orada olan polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, üzərində şəxsi axtarış aparılmamışdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş və üzərində qanunla qadağan edilmiş narkotik vasitə və psixotrop maddə varsa təqdim etmək təklif edilmişdir. O da əynində olan şalvarımın qabaq sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə olan metafetamini çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin bir ədəd bükümdə olan metamfetamini 21.11.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində tanımadığı bir nəfər təxminən 25-30 yaşlarında olan cavan oğlandan 20 manat müqabilində özü istifadə etməsi üçün almışdır. Onun üzərində şəxsi axtarış keçirildikdən sonra, üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümü kağız zərfə qablaşdırdıqdan sonra, həmin zərfin ağzı bizim iştirakları ilə bağlanandan sonra üzərinə iştirakçılar və onun tərəfindən imzalanmış, sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və imzalarla təstiq edilmişdir. Göstərmişdir ki, üzərindən aşkar olunmuş psixotrop madədə olan metamfetamindən Cahandarın məlumatı olmamış, Cahandar qabaqcadan ona həmin tikinti materiallarını oğurluq olması barədə, yəni həmin əşyaları oğurlaması barədə heç nə deməmiş, Cahandarın Digah qəsəbəsindən oğurluq etməsi və həmin oğurladığı əşyaları Pirşağa qəsəbəsində olan bağlarına aparması barədə Mehdiabad polis bölməsində bilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından şahid qismində dindirilmiş şəxsin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizası qərarına əsasən ekspertin 04.02.2022-ci il tarixli, 9/413 nömrəli rəyindən görünür ki, 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1256,50 manat olunur. O cümlədən -- 2,3x2,0 metr dəmir darvaza 250 manat; 150x90 sm uzunluğunda Azbes örtüyü 30 manat 5sm x 4m uzunluğunda, hər birinin uzunluğu 4 metr olan 1 kub taxta 200 manat olmaqla 600 manat, 350 metr uzunluğunda 14-lük dəmir armatur bir ədədinin qiyməti 0,50 metr olmaqla 175 manat; Hər birinin dəyəri 0,30 manat olmaqla ümumi 9 manat olan 30 ədəd dəmir armaturdan düzəldilmiş 25 sm-lik eni 20 sm hündürlüyü 15 sm qalınlığı olan xamutlar Hər birinin dəyəri 1,50 manat olmaqla ümumi 22,50 manat olan 15 ədəd hər biri 6 metr uzunluğunda olan 2,5 sm diametrlik 1,5 mm qalınlığında cəmi 90 metr uzunluğunda dəmir borular; Hər birinin dəyəri 70 manat olan ümumi 140 manat dəyərində 2 ədəd 1,80x90 sm taxta qapılar; 1,10x1,20 metr ölçüdə pəncərə 30 manat müəyyən edilir. Cəmi 1256manat 50 qəpik. İş üzrə 2,3x2,0 metr dəmir darvaza, 150x90 sm uzunluğunda Azbes örtüyü, 5sm x 4m uzunluğunda, hər birinin uzunluğu 4 metr olan 3 kub taxta, 350 metr uzunluğunda 14-lük dəmir armatur, 30 ədəd dəmir armaturdan düzəldilmiş 25 sm-lik eni 20 sm hündürlüyü 15 sm qalınlığı olan xamutlar, 15 ədəd hər biri 6 metr uzunluğunda olan 2,5 sm diametrlik 1,5 mm qalınlığında cəmi 90 metr uzunluğunda dəmir borular, 2 ədəd 1,80x90 sm taxta qapılar və 1,10x1,20 metr ölçüdə pəncərə iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin, şahidin və özünün ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, X2 31 yanvar 2020-ci il tarixdə anadan olmuşdur. Abşeron rayon İHB-nın Digah qəsəbə üzrə nümayəndəsinin 10.02.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, o yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, vurulmuş ziyanın ödənilməsini, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş materiallarında olan cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı istintaqdan gizləndiyi üçün 04.01.2022-ci il tarixli qərarla axtarış elan edilmiş və 03.02.2022-ci il tarixdə tutulmuş, 04.02.2022-ci il tarixdə MSY-dən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Sumqayıt şəhər Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul, məhkəmə baxışında 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul, məhkəmə baxışında 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-251/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-251/2022
14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver