Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-251/2023 06.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1987-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, Sirab MMC-də sürücü işləyən, Lənkəran rayonu, Zövlə kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 13 radələrində idarə etdiyi "xxxx" MMC-yə məxsus «İsuzu NPR» **-AF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Abşeron rayonu Saray qəsəbəsindən üzü Novxanı kəndi istiqamətində hərəkətdə olarkən həmin ərazidəki işıqforda avtomobilin əyləcində nasazlıq yarandığını bilib yolun solunda park etdikdən sonra yük avtomobilini yenidən hərəkətə gətirib şirkətə qaytarmaq üçün geriyə Saray qəsəbəsi istiqamətinə dönmək üçün avtomobil yolunun hərəkət hissəsinə çıxdıqda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücünün hərəkətə başlaması, yerdəyişmə zamanı apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, onun həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməmiş, yolun sağ çiynində dayandığı yerdən hərəkətə başlamazdan qabaq qarşıda işıqforun yaşıl işığında hərəkətdə olan sürücü X2 idarə etdiyi Kamaz markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilin yolayrıcına daxil olaraq hərəkətdə olmasını nəzərə almayıb hərəkətə başlayaraq sağa doğru manevr etmiş və bu zaman avtomobillər toqquşmuş, zərbənin təsirindən «Kamaz» markalı avtomobil irəliyə doğru hərəkət edərək qarşısında işıqforun qırmızı işığında dayanmış vəziyyətdə olan Şahid1 idarə etdiyi «Chevrolet Cruze» markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobillə və daha sonra Şahid3 idarə etdiyi «Toyota Prado» markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan «İsuzu NPR» **-AF-*** dövlət qeydiyyat nişanlı yük avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan, başın alın nahiyəsinin və üzün sol yanaq nahiyəsinin sıyrıqları, üst və alt dodaqların əzilmiş-cırılmış yaraları, sağ almacıq sümüyünün qövsünün sınığı, sol mil-bilək oynağının və əlin arxa səthinin əziyi, qançırı, sağ və sol baldır nahiyələrinin sıyrıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətlərini yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel aylarından Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən Babək Sirab MMC-də sürücü vəzifəsində işləyir. İsuzu NPR yük **-AF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə müxtəlif Sirab sularını Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsinə daşıyır. Hər gün saat 08 radələrində axşam saat 19 radələrində işdən çıxaraq evinə gedir. xx.xx.2022-ci il tarixdə saat təxminən 08 radələrində işə getmiş, oradan idarə etdiyi İsuzu NPR yük **-AF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili götürüb Sirab suları avtomobilə yükləyib fəhlə X7 ilə birlikdə həmin suları Əhmədli və Həzi Aslanov qəsəbələrində yerləşən mağazalara vermək üçün yola düşmüşdür. O, yük avtomobili ilə bir dəfə Sirab sularını mağalara verib yenidən şirkətə qaytmışdır. İkinci dəfə Sirab sularını avtomobilə yükləyib Abşeron rayonu Saray qəsəbəsi istiqəmətinə yeni yol ilə Əhmədli istiqamətinə getmişdir. Abşeron rayonu Saray qəsəbəsindən üzü Novxanı istiqamətinə təxminən 50 km saat sürətlə hərəkət etmiş, bu zaman qarşıda işıqforun olduğunu görmüş, işıqforun qırmızı işgında avtomobillərin dayandığını görüb əyləcə basmış və görmüşdür ki, avtomobilin əyləcində nasazlıq vardır. Bundan sonra qarşıda olan avtomobilləri vurmamaq üçün btünü zəruri tədbirləri etdikdən sonra avtomobilin dayanmadığını görüb sola qarşı hərəkət zolağına çıxmışdır. Avtomobili boş sahədə saxlamış, sonra qərara gəlmişdir ki, həmin avtomobil ilə yenidən şirkətə qayıtsın. O, avtomobil ilə Novxanı Saray istiqamətinə çıxarkən bu zaman qırmız işıq olduğunu görüb hərəkəti davam etdirib sol yola çıxarkən Novxanı istiqamətindən gələn kamaz 5320 yük markalı **-EB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili onun avtomobilinin sol tərəfindən vuraraq yol nəqliyyat hadisəsi baş vermişdir. Zərbənin tərisrindən avtomobili və idarə etdiyi avtomobil qarşı hərəkət zolagında işıqforda dayanmış Prado markalı **-TK-*** dövlət qeydiyyat nişanlı və Chevrolet Cruz markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş, sonra o və avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs xəsarət aldığı üçün X14 xəstəxanasının əməkdaşları tərəfindən Sumqayıt şəhərində yerləşən xəstəxanaya aparmışlar. Orada həkimlər ona ilk tibbi yardım göstərdilər. Hadisə vaxtı avtomobildə Zərərçəkmiş şəxs başqa heç kim olmamış, yola çıxarkən həmin Kamaz markalı avtomobilin gəlməsini görməmiş, qəfildən toqquşma baş vermiş, həmin vaxtı avtomobildə təxminən 5 ton 600 kiloqram Sirab suları olmuşdur. Zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Sirab MMC-də sürücü köməkçisi vəzifəsində işləyir. Şirkətə məxsus İsuzu markalı 75 AF-254 dövlət qeydiyyat nişanlı avtomobili sürücü Təqsirləndirilən şəxs idarə edir. xx.xx.2022-ci il tarixdə Asəf ilə birlikdə şirkətdən «Sirab» suları yığaraq mağazalara aparmaq üçün yola düşmüşlər. Həmin vaxtı Abşeron rayonu Saray qəsəbəsində Asəf avtomobili solun sol kənarına verib saxlamış ki, avtomobildə nazaslıq vardır, lakin bir azdan sonra yola çıxarkən bu zaman Novxanı istiqamətindən gələn Kamaz markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun əyləşdiyi avtomobilin sol hissəsindən toqquşmuş, toqquşmadan sonra Kamaz markalı avtomobil fırlanaraq Toyota Prado və Chevrolet Cruz markalı avtomobillərə dəymiş, bundan sonra orada olan şəxslər X14 cağırmış və onları xəstəxanaya aparmışlar. Orada həkimlər onlara ilk tibbi yardım göstərmiş, həmin vaxtı avtomobildə Asəflə ordan başqa heç kim olmamış, avtomobili Asəf yola çıxardığı üçün Kamazın yoluna çıxması səbəbindən hadisə baş vermişdir. Sürücü onun müalicə xərclərinin tam ödəmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasnda şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Toyota Prado markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsus olsada həmin evtomobili etibarnamə ilə idarə edir. xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində idarə etdiyi avtomobil ilə Saray qəsəbəsi ilə üzü Novxanı qəsəbəsi istiqamətində hərəkət etmişdir. İşıqfora yaxınlaşanda işıqforun qırmızı işığı yananda avtomobili saxlamış, bu zaman avtomobili saxladıqdan sonra görmüş ki, sol tərəfdən “İsuzu” markalı NPR yük markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil üzü sağ tərəfə yola çıxmış, bu zaman öz yolu ilə hərəkətdə olan Kamaz markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil İsuzu markalı avtomobili sol tərəfindən vurmuş və toqquşma baş vermiş, toqquşma zamanı Kamaz fırlanıb onun avtomobilinin qabaq sol tərəfinə dəymiş, sonra isə sağ tərəfdə dayanmış Chevrolet Cruz markalı avtomobilə dəyərək dayanmışdır. Bundan sonra X14 avtomobili gəlmiş və İsuzu markalı avtomobildə olan sürücü və yanında olan sərnişin xəsarət aldıqları üçün xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Chevrolet Cruz” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil qohumu X5 məxsus olsada, həmin evtomobili etibarnamə ilə idarə edir. xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində idarə etdiyi avtomobil ilə Saray qəsəbəsi ilə üzü Masazır qəsəbəsi istiqamətində hərəkət etmiş, işıqfora yaxınlaşanda işıqforun qırmızı işığı yananda avtomobili saxlamışdır. Bu zaman avtomobili saxladıqdan sonra görmüş ki, sol tərəfdən “İsuzu” markalı NPR yük markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil üzü sağ tərəfə yola çıxmışdır, bu zaman öz yolu ilə hərəkətdə olan “Kamaz” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil “İsuzu” markalı avtomobili sol tərəfindən vurmuş və toqquşma baş vermişdir. Toqquşma zamanı “Kamaz” fırlanıb onun avtomobilinin qabaq sol tərəfinə dəymiş, sonra isə sol tərəfdə dayanmış Toyota Prado markalı avtomobilə dəyərək dayanmışdır. Bundan sonra X14 avtomobili gəlmiş və İsuzu markalı avtomobildə olan sürücü və yanında olan sərnişin xəsarət aldıqları üçün xəstəxanaya aparmışlar. Göstərmişdir ki, hadisə zamanı onun avtomobili hərəkətdə olmamşı, avtomobili saxalmış və əyləcə basmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Kamaz markalı, ** EB *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Azərsun şirkətində işləyir. Həmin şirkətdən duz daşıyaraq ailəmi dolandırır. 06 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində idarə etdiyi Kamaz markalı, ** EB *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Novxanı istiqamətindən Saray qəsəbəsi istiqamətində hərəkət etmiş, işırfova yaxınlaşdıqda düzünə icazə olduğu üçün yolunu davam etdirməyə başlamışdır. O, işıqforu keçdikdən sonra bu anda qəfildən İsuzi markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobil onun yoluna çıxmış, bu anda qəfilodən toqquşma baş vermişdir. Toqquşmadan sonra idarə etdiyi avtomobil fırlanıb Toyota Prado markalı avtomobilə və Chevrolet markalı avtomobilə dəyərək dayanmış, bundan sonra avtomobildən düşüb İsuzi markalı avtmobilin sürücüsü və sərnişini xəsarət aldıqları üçün onları X14 avtomobili ilə xəstəxanaya göndərmişlər. Göstərmişdir ki, hadisə zamanı avtomobili təxminən 50 km/saat sürətlə hərəkət etdirmiş, avtomobildə tək olmuş, salonda heç bir sərnişinim olmamışdır. Yalnız avtomobilimin yüku yerində 10 ton duz olmuşdur. İsuzi markalı avtomobil qəfildən hərəkət yoluna çıxmış, həmin vaxtı aralarında bir metr məsafə olmuş, buna görə də heç tormozu basa bilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2022-ci il tarixli 2142 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan, başın alın nahiyəsinin və üzün sol yanaq nahiyəsinin sıyrıqları, üst və alt dodaqların əzilmiş-cırılmış yaraları, sağ almacıq sümüyünün qövsünün sınığı, sol mil-bilək oynağının və əlin arxa səthinin əziyi, qançırı, sağ və sol baldır nahiyələrinin sıyrıqları bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2022-ci il tarixli 2131 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər – baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sağ gicgah və sol dirsək oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Sərxoşluq vəziyyətinin tibbi düayinəsinin xx.xx.2022-ci il tarixli, 4750 nömrəli aktından görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 21 noyabr 2022-ci il tarixli 8/2817 saylı rəyindən görünür ki, 1-2. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən İsuzi NPR markalı, ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3-4. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kamaz markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. 5-6. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Prado markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi bilik tələb etmir. 7-8. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Chevrolet Cruze markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi bilik tələb etmir. Baş Dövlət Yol Polisi İdaəsinin xx.xx.2022-ci il tarixli 165448-1222 nömrəli məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına «BC» kateqoriyalı AC 404125 nömrəli sürücülük vəsiqəsi verilmişdir, sürücülük vəsiqəsi məhdudlaşdırılmayıb və məhrum edilməyib, xx.xx.2023-cü il tarixə kimi etibarlıdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, İsuzi NPR markalı, ** AF *** dövlət qeydiyyat nişanlı avtomobil, Kamaz markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobil, Toyota Prado markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobil və Chevrolet Cruze markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Abşeron Rayon Məhkəməsinə Zərərçəkmiş şəxs tərəfindən verilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərildiyinə görə onunla barışıb və təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Abşeron Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və maddi tələbi olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə maddi köməklik etdiyinə və onunla barışdığına görə onun cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, “....Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasından sonra onun məhz həmin Məcəllənin 263.1 və 263.1-1ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyü məsələsidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələ həll edilərkən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, iki obyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır.” Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış İsuzi NPR markalı, ** AF *** dövlət qeydiyyat nişanlı avtomobil, Kamaz markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobil, Toyota Prado markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobil və Chevrolet Cruze markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 128 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə 128 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış İsuzi NPR markalı, ** AF *** dövlət qeydiyyat nişanlı avtomobil, Kamaz markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobil, Toyota Prado markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobil və Chevrolet Cruze markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-251/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-251/2023
06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver