Məhkəmə qərarları › İş №1(012)-252/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-252/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-252/2021 07.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və X9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan «Haojue HJ 150-9» markalı, 99A769 qeydiyyat nişanlı motosikleteti idarə edib xx xxxxxx 2020-ci il tarixdə saat 17:30-da Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Pirşağı avtomobil yolu ilə 60 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yrartmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yolun hərəkət hissəsində səkidən 3,8 metr məsafədə dayanmış piyada Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan vuraraq zərərçəkmiş Arzu Ələkbərovaya - sağ baldır (qamış və incik) sümüklərinin yuxarı-orta 1/3-nin açıq, qəlpəli, yerdəyişən sınıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurduqdan sonra idarə etdiyi motosikletet aşıb sürüşərək qarşı əks hərəkət zolağına çıxıb sürücü Ruhin Vəliyevin etibarnamə əsasında «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi dayanmış vəziyyətdə olan «VAZ 21074» markalı, 99LD067 dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hisəsi ilə toqquşmuş, avtomobilin deformasiyaya uğraması nəticəsində zərərçəkmiş Ruhin Vəliyevə 335 manat məbləğində maddi ziyan vurmaqla yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində dostu Şahid5 Nardaran qəsəbəsində yas mərasiminə getmək üçün sonuncunun etibarnamə ilə idarə etdiyi “Haojue” markalı 99-A- 769 dövlət nömrə nişanlı motosikletini heç bir sənəd olmadan götürmüşdür. Həmin motosiklet ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsindən Pirşağı istiqamətində 60 km/saat sürətlə hərəkət edərkən həmin vaxt qarşıda yolun sağ hissəsində “179” saylı marşurut avtobusu dayanmışdır. Həmin marşurut avtobusuna təxminən 30-40 metr məsafə qalmış onun idarə etdiyi motosikletı arxadan nəyə isə möhkəm zərbə vurduqdan sonra baş verənləri xatırlamamışdır. Motosiklet ilə Pirşağı istiqamətində öz yolunda yolun orta hissəsi ilə hərəkətdə olmuşdur. Sonda o, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmadıqlarını və himayəsində üç azyaşlı uşaqlarının olmasını əsas gətirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində «Bol» marketin yaxınlığında yerləşən dayanacaqda 179 nömrəli marşrut avtobusuna Pirşağı şossesinə getmək üçün əyləşmişdir. Saat 17:30 radələrində evinin yaxınlığında avtobusun qabaq qapısından düşərək, avtobusun qabaq tərəfdən Pirşağı şossesini keçmək istəmiş, bu səbəbdən yolun sağ və sol tərəfinə baxmaq üçün dayanmış, yolun əks istiqamətindən ağ rəngli «VAZ-21074» markalı avtomobilin yavaş surətlə gəldiyini görmüş, yolun sol tərəf istiqamətinə baxan zaman sol tərəfdən onu bilmədiyi nəqliyyat vasitəsi vurmuş və həmin zərbədən onun sağ ayağı sınmışdır. Onu motosiklet vurduğunu sonradan bilmiş, çünki motosikleti o, yolun əks istiqaməti ilə gələn ağ rəngli «VAZ-21074» markalı avtomobilin qarşısında görmüşdür. Ayağında bərk ağrı hiss etdiyindən o, bir anlıq huşunu itirmiş, özünə gələndə isə ətrafında çoxsaylı adamların olduğunu görmüşdür. Bundan sonra o, həmin şəxslərə yaşadığı evin darvazasını göstərərək evdən yaxınlarını çağırmasını xahiş etmişdir. Daha sonra təcili-tibbi yardımın avtomobili gəlmiş və onu «Semaşko» adlanan xəstəxanaya aparmış, elə həmin xəstəxanada onu əməliyyata götürmüşlər. İş üzrə Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ərizəsində təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X16 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində etibarnamə ilə idarə etdiyi «VAZ- 21074» markalı **-LD-*** dövlət nömrə nişanlı minik avtomobil ilə Pirşağı kəndindən Mehdiabad qəsəbəsi istiqamətində saatda 40 km/saat sürətlə hərəkət edərkən əks hərəkət zolağında sərnişin avtobusunun yolun kənarında saxladığını görmüşdür. Bu vaxt həmin avtobusdan düşən qadın sərnişin, dayanmış avtobusun qarşı tərəfindən iti addımlarla yolu keçmək istəyərkən bir anlıq dayanmış, həmin vaxt dayanmış avtobusu sol tərəfdən öz hərəkət zolağında keçən motosikletetin sürücüsü qəflətən onun yoluna çıxan qadın piyadanı vurmuşdur. Bu vaxt motosikletet aşdığı üçün həmin qadının ayaqları arxa təkərin altında qalmışdır. Motosikiletin sürücüsü idarəetməni itirib motosikletet ilə birlikdə onun idarə etdiyi və həmin anda dayanmış vəziyyyətdə olan avtomobilinin sol qanadının qabaq buferinə dəyərkən, sürücü dayanmış vəziyyətdə olan avtomobilinin sol qanadının qabaq buferinin altında qalmış, motosiklet isə yenidən sürüşərək yolun ortasında dayanmışdır. O, dərhal qohumu Nicatla birlikdə avtomobildən düşüb avtomobili arxaya itələyib sürücünü buferin altından götürüb öz avtomobili ilə Binəqədi rayonu 6 nömrəli xəstəxanaya aparmışlar. Daha sonra özü DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Həmin vaxt motosiklet sürücüsünün vəziyyəti yaxşı olmadığı üçün Bakı şəhəri X20 aparmışlar. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı, avtomobili əzilmiş və nəticədə ona 335 manat məbləğində maddi ziyan dəymişdir. İş üzrə zərərçəkmiş şəxs X9 məhkəməyə ünvanladığı ərizədə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsində, Pirşağı şossesində avtomobil yolunun kənarında dəmir sexində usta işləyir. Onunla birlikdə həmin sexdə iş yoldaşı Şahid4 da işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində o, Süleymanla birlikdə darvaza rəngləyən zaman yoldan səs gəldiyini eşidib çıxarkən avtomobil yolunun Pirşağı istiqamətində yolun ortasında qonşu qadın Arzunun yıxılmış vəziyyətdə olduğunu görüb ona tərəf qaçmış və həmin qadını yoldan götürüb kənara qoymuşlar. Həmin vaxt eyni istiqamətdə yolun sağ hissəsində “179” saylı marşurut avtobusu olmuşdur. Həmin yolun Mehdiabad qəsəbəsi istiqamətində isə ağ rəngli «VAZ-21074» markalı avtomobilin sexə tərəf hissədə yolun sağında dayanmış vəziyyətdə olduğunu, qırmızı rəngli motosikletin isə əks hərəkət zolağına çıxıb «Vaz-21074» markalı avtomobilin qabaq sol qanadına dəyib kənara düşdüyünü, motosikletin sürücüsünün isə avtomobilin qarşı tərəfində asfalt üzərində olduğunu görmüşdür. «Vaz-21074» markalı **-LD-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü yanında olan şəxslə birlikdə motosikletin sürücüsünə ilkin yardım göstərilməsi üçün avtomobilinə qoyub xəstəxanaya aparmışdır. Ətrafda olan şəxslərdən biri isə təcili tibbi yardıma zəng etdiyi üçün təcili tibbi yardım əməkdaşları gələrək xəsarət alan Zərərçəkmiş şəxs1 tibbi yardım göstərilməsi üçün aparmışdır. Həmin vaxt hadisə yerində olan qırmızı rəngli 99-A-769 dövlət nömrə nişanlı motosikletı isə götürüb zərərçəkmiş şəxs Arzunun qaynatası Mübarizin evinin həyətinə qoymuşlar ki, polis əməkdaşları gələndə oradan götürsünlər. Hadisə yerində motosikletin piyada Arzunu vurarkən yanacaq çəni deşildiyindən həmin yerə yanacaq tökülmüşdür. Hadisə vaxtı «VAZ-21074» markalı avtomobil yoluna çıxmış motosikletdən yaynımaq üçün sağ tərəfə çəkərək dayanmışdır. Həmin avtomobil motosikletin üzərindən keçməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Şahid4 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, 179 saylı marşurut avtobusunda “Daewo 090 BS “ markalı **-TG-*** dövlət nömrə nişanlı avtobusla sərnişin daşımaqla məşğul olur. Onun marşurut xətti Azadlıq metrostansiyasından Pirşağı kəndi istiqamətindədir. xx xxxxxx 2020-ci il tarixdə saat 17:30-da o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində Pirşağı kəndi istiqamətində hərəkətdə olarkən sərnişinlərin minib-düşməsi üçün nəzrədə tutulmuş dayanacaqda avtobusu yolun sağ hissəsinə çəkib dayanmışdır. Bu zaman sonradan adını bildiyi Arzu adlı sərnişin avtobusdan düşmüşdür. O, güzgüdən arxaya baxıb avtobusu idarə etmək istəyərkən arxa tərəfdən onunla eyni istiqamətdə 99-A-769 dövlət nömrə nişanlı motosikletin sürətlə onun sol tərəfindən keçərkən həmin vaxt yolu keçən piyadanı düz xəttə təxminən 20-30 sm məsafə qalmış vurmuş, həmin piyada hadisədən sonra vurulduğu yerdə asfalt üzərində qalmış, motosikılın sürücüsü isə motosikletlə aşmış vəziyyətdə sürüşərək əks hərəkət zolağına çıxıb qarşıdan gələn «VAZ-21074» markalı **-LD-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol qanadına dəymişdir. Həmin vaxt motosikletin sürcüsü əks hərəkət zolağında asfalt üzərində qalmışdır. Motosiklet isə həmin avtomobilə dəydikdən sonra yenidən sürüşərək onun hərəkət istiqamətinə çıxıb yolun ortasında dayanmışdır. O, həmin vaxt avtomobildə sərnişinlər olduğu üçün orada dayana bilməyib yoluna davam etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, xx xxxxxx 2019-cu il tarixdə baş etibarnamə əsasında X2 1700 manat qarşılığında 2015-ci il istehsalı olan “Haojue HJ 150-9” markalı 99-A-769 dövlət nömrə nişanlı motosikleti almışdır. Həmin motosikletı özü idarə etmişdir. Təqsirləndirilən şəxs təxminən 2018-ci ildən tanıyır, onun dostudur, münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində o, motosikletı ilə Binəqədi rayonu ərazisində olarkən Oruc ilə qarşılaşmış, Oruc ona dostunun atasının vəfat etdiyini və həmin yas mərasiminə getməsi üçün motosikletı ona verməsini xahiş etmişdir. Bu səbəbdən o, özünə məxsus motosikletı Oruca vermiş, Oruc da həmin motosikletı idarə edərək çıxıb getmişdir. Səhəri gün o, Orucun onun motosikletı ilə yol nəqliyyat hadisəsi törətdiyini və xəstəxanada olduğunu eşitmişdir. Hadisə nəticəsində motosikletına dəymiş ziyanla əlaqədar heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı X7 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 onun gəlinidir və onunla birlikdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evdə televizora baxarkən, bir nəfər tanımadığı qadın həyətə daxil olub qışqırdığını eşidib həyətə çıxmış, həmin qadın ona gəlini Arzunun yolu keçərkən motosikletlə vurulduğunu demişdir. O, yola çıxarkən gəlini Arzunun Pirşağı istiqamətində yıxılmış, əks istiqamətdə isə qırmızı rəngli 99-A-769 dövlət nömrə nişanlı motosikletin aşmış vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra təcili tibbi yardım avtomobili ilə gəlini Arzunu ilkin tibbi yardım üçün 1 saylı kilik tibbi mərkəzə aparmışlar. O, həmin motosikleti yolda qalmaması və polis əməkdaşlarına təqdim etmək üçün dövlət nömrə nişanı ilə birlikdə götürüb həyətinin girişinə qoymuşdur. Gəlini Zərərçəkmiş şəxs1 yolu keçmək istəyərkən 99-A-769 dövlət nömrə nişanlı motosikletin sürücüsü sonradan adını bildiyi Təqsirləndirilən şəxs tərəfindən vurulub xəsarət yetirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTBnin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 421 nömrəli ekspert rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, ağ ciyrlərin əzilməsi ilə müşayiət olunan və tənəffüs çatışmazlığı ilə nəticələnən sağ tərəfli hemopnevmatoraks, sol tərəfli hemotaraks (döş qəfəsinə qanının və havanın toplanması) sağ tərəfli qabırğaların, sol əlin 4-cü və 5-ci daraq sümüklərinin, yerdəyişən, sağ bud sümüyünün burmalararası, qapalı, qəlpəli, yerdəyişən sınıqları, bərk küt əşya (əşyaların) təsirindən törənmişdir; xx.xx.2020-ci il tarixdə idarə etdiyi motsikletin avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTBnin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 726 nömrəli ekspert rəyindən görünür ki, 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ baldır (qamış və incik) sümüklərinin yuxarı-orta 1/3nin açıq, qəlpəli, yerdəyişən sınıqları bərk küt əşya (əşyaların) təsirindən törənmişdir; xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı piyada qismində motosikletlə vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ъи il tarixli 8/666 nömrəli rəyindən görünür ki, təqdim olunmuş «Haojue HJ 150-9» markalı, 99-A-769 dövlət qeydiyyat nişanlı motosikletin üzərində (qabaq farada, fara gövdəsində, qabaq qanadda) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna xarakterlərinə və s. əlamətlərinə görə hər-hansı bərk olmayan predmetin təsirindən, o cümlədən insanın (piyadanın) vurması nəticəsində yaranması mümkündür. - Təqdim olunmuş «Haojue HJ 150-9» markalı, 99-A-769 dövlət qeydiyyat nişanlı motosikletin arxa oturacağında, yükyerində, sol ayaqaltıda olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna xarakterlərinə və s. əlamətlərinə görə hər-hansı bərk predmetlə kontakda olması, sürtünməsi, o cümlədən asfalt üzərində sürünməsi nəticəsində yaranması mümkündür. - Təqdim olunmuş motosikletin yanacaq çənində olan zədə digər nəqliyyat vasitəsinə dəyməsi, toqquşması nəticəsində yaranması mümkündür. - Təqdim olunmuş motosikletin arxa sahəsində hər hansı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində yarana bilən zədə aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 8/2147 №-li ekspert rəyindən görünür ki, 1.İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «VAZ-21074» markalı, **- LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir.

2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Haojue HJ 150-9» markalı, 99-A-769 dövlət qeydiyyat nişanlı motoskletin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin və etibarnamənin surətlərindən görünür ki, HAOJUE HJ 150-9 motosikl, 99 A769 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2017-ci il tarixdə verilmiş AC seriyalı 931067 №-li qeydiyyat şəhadətnaməsinə əsasən X3 məxsus olmaqla xx.xx.2019-cu il tarixdə verilmiş ƏN-Vİİ seriyalı 041699 №-li etibarnamə əsasında idarə edilməsi xx.xx.2020-ci il tarixədək Şahid5 sərəncam verilməsi üçün etibar edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 2/1164 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, E/283 nömrəli ziyan aktından görünür ki, «VAZ 21074» markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən güclü zərbə qabaq sol tərəfindən avtomobilin hərəkətinin əks istiqamətində dəymişdir. Güclü zərbə nəticəsində avtomobilin qabaq buferi, qabaq sol farası və s. deformasiyaya uğrayaraq sıradan çıxmışdır. Bundan əlavə güclü zərbə nəticəsində avtomobilin qabaq aşağı paneli, qabaq sol qanadı da deformasiyaya uğramış təmir olunmalı və rənglənməlidir. Avtomobilin dəyişməli hissələrin və bərpa işlərinin qiyməti 335 (üç yüz otuz beş) manat təşkil edir. İş materiallarında olan BDYPİ-nin MİS-dən alınmış məktubdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə AC 044112 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək və bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdiyi qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsi 263-1.2-ci maddəsi ilə təqsirli olmaları tam sübuta yetirmişdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, həmçinin onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə hazırki cinayət işi üzrə ittiham hökmü çıxarılmaqla hər iki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsiilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. X17 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. X17 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx.xx.2004-cu il tarixli, 2 saylı Qərarının 10-cu bəndində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluq barədə xx.xx.2020-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barədə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İHB-nın M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-cu il tarixli 797 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri, yəni 1995-ci il təvəllüdlü arvadı X4, oğlu-2014-cü il təvəllüdlü X12, 2015-ci il təvəllüdlü oğlu X13, 2018-ci il təvəllüdlü X15 ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayəti qismən etiraf etməklə əməlindən səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşaqları olan, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, o cümlədən yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, yəni bu cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, onun şəxsiyyətini, yəni törədilmiş cinayəti etiraf edərək səmimi peşman olmasını, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, hadisə nəticəsində xəsarət almış zərərçəkmiş şəxslərə xəstəxanada müalicə olunarkən imkanı daxilində ona maddi və mənəvi cəhətdən kömək göstərməsini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb hesab edir ki, ona təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ədalətli olmaqla cəzanın məqsədlərinə uyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, hazırki cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manatdır. Azərbaycan Respublikasının CPM-nin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 200 (iki yüz) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs müştərək qaydada tutulub dövlət nəfinə keçirilməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilind Bakı şəhəri Probasiya İdarəsinə, Azərbaycan Respublikası Baş X27 İdarəsinə və Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul və məhkəmə baxışı zamanı 5 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 30 (otuz) manat məbləğində, məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilind Bakı şəhəri Probasiya İdarəsinə, Azərbaycan Respublikası Baş X27 İdarəsinə və Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə həvalə olunsun. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul və məhkəmə baxışı zamanı 5 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 30 (otuz) manat məbləğində, məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabınaödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar