Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-252/2022 16.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu ödənilməmiş, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndi, A.Abdullayev küçəsində yaşamış, Abşeron Rayon Məhkəməsinin 09.01.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 08.01.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayında Abşeron rayonu, Masazır kəndində yerləşən 1 saylı tam orta məktəbin yaxınlığında istintаqа məlum оlmаyаn mənbədən 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə Rusiya dövlətində Tula silah zavodunda istehsal olunmuş 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan 1 ədəd Naqan sistemli revolver silahı, 02 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş 7,62x38R mm kalibrli olmaqla həmin kalibrli “Naqan” sistemli revolver silahlardan atəş açmaq üçün, ibtidai hərbi hazırlıq dərslərində və idman təlim məşqləri üçün nəzərdə tutulmuş atəş üçün yararlı, təlim döyüş sursatı olan patronlarını qanunsuz olaraq əldə edib yaşadığı evə daşıyaraq saxlamış və üzərində gəzdirmiş, 08 yanvar 2022-ci il tarixdə saat 01 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır kəndi, A.Abdullayev küçəsində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman belində saxladığı həmin “Naqan” sistemli revolver odlu silah, təlim döyüş sursatı olan 02 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, evlidir, faktiki olaraq heç bir yerdə işləmir. Arada narkotik vasitə marixuana istifadə edir. Təxminən 2 ay əvvəl, yəni 2021-ci ilin noyabr ayında Abşeron rayonu, Masazır kəndində yerləşən 1 saylı tam orta məktəbin yaxınlığında yerləşən zibillikdən adını və markasını bilmədiyi odlu silah olan tapança və 2 ədəd patron tapmışdır. Həmin tapança və patronları götürüb yaşadığı evə aparıb gizlətmişdir. Təxminən 2 gün əvvəl, yəni 06.01.2022-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Masazır kəndi, A.Abdullayev küçəsində yaşadığı evin yaxınlığında olan zaman yerdən şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan marixuana tapmışdır. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün götürmüşdür. Sonradan həmin narkotik vasitə marixuananı istifadə etmək üçün əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. 08.01.2022-ci il tarixdə gecə saatlarında evdən küçəyə çıxan zaman tapdığı odlu silah olan tapançanı şalvarının belinə, gödəkçəsinin altına qoymuşdur. Həmin tarixdə, yəni 08.01.2022-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Masazır kəndi, A.Abdullayev küçəsində yaşadığı evin yaxınlığında olan zaman mülki geyimdə olan sonradan özlərini təqdim etdikdən sonra bildiyi üç nəfər polis əməkdaşları ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitə qəbulunda şübhəli olduğunu bildirərək onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron rayon polis idarəsinə getmişdir. Polis idarəsinin inzibati binasında ona video çəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə marixuana olan 1 ədəd şəffaf sellofanı və belində olan tapançanı 2 ədəd patronla birlikdə çıxarıb təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi həmin narkotik vasitə marixuana və tapança patronlarla birlikdə götürülmüşdür. Sorğu zamanı o, üzərində aşkar olunmuş həmin narkotik vasitə marixuananı təxminən 06.01.2022-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Masazır kəndi, A.Abdullayev küçəsində yaşadığı evin yaxınlığında yerdən, 2 ədəd patronla birlikdə tapançanı isə təxminən 2 ay əvvəl, yəni 2021-ci ilin noyabr ayında Abşeron rayonu, Masazır kəndində yerləşən 1 saylı tam orta məktəbin yaxınlığında yerləşən zibillikdən tapdığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polislər onun təqdim etdiyi içərisində narkotik vasitə marixuana olan 1 ədəd şəffaf sellofanı və 2 ədəd patronla birlikdə tapançanı zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş 2 ədəd patronla birlikdə 1 ədəd tapançanı təxminən 2 ay əvvəl, yəni 2021-ci ilin noyabr ayında Abşeron rayonu, Masazır kəndində yerləşən 1 saylı tam orta məktəbin yaxınlığında yerləşən zibillikdən, narkotik vasitə marixuananı isə təxminən 06.01.2022-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Masazır kəndi, A.Abdullayev küçəsində yaşadığı evin yaxınlığında yerdən tapmışdır. Həmin silah və patronlardan, narkotik vasitə marixuanadan hər hansı formada istifadə etməmişdir. Bu barədə heç kimin məlumatı olmamışdır. Həmin silah və patronları bəyəndiyi üçün, narkotik vasitə marixuananı isə şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Ona məxsus heç bir odlu silah və ya patron olmamışdır. 08.01.2022-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Masazır kəndi, A.Abdullayev küçəsində yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılarkən və polis idarəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya pxisi təsir göstərilmədiyini bildirmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİO-da 2005-ci ildən, tutduğu vəzifədə, yəni Abşeron rayon Polis İdarəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində 2020-ci ildən polis mayoru rütbəsi ilə xidmət edir. 08.01.2022-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, A.Abdullayev küçəsində yашаyаn Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, üzərində odlu silah daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə, yəni 08.01.2022-ci il tarixdə saat 01 radələrində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü Abşeron RPİ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2, CAŞ-nin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə daxil olmuş məlumatı yoxlamaq üçün Masazır kəndi, A.Abdullayev küçəsinə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına getmişlər. Qeyd olunan küçədə Sərdarı yaşadığı evin yaxınlığında görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Sərdarı Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Sərdar da etiraz etməyib onlarla Abşeron rayon polis idarəsinə gəlmişdir. Polis idarəsinin inzibati binasında təhqiqatçı Anar Həsənov və müdafiəçi Elşən Məmmədbəylinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Sərdar üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Sərdardan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuş, Sərdar da əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə marixuana olan 1 ədəd şəffaf sellofan büküm və belindən 1 ədəd tapança və 2 ədəd patronu çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Bundan sonra Sərdarın təqdim etdiyi həmin silah, patronlar və narkotik vasitə marixuana götürülmüşdür. Sorğu zamanı Sərdar üzərindən aşkar olunmuş 2 ədəd patronla birlikdə 1 ədəd tapançanı təxminən 2 ay əvvəl, yəni 2021-ci ilin noyabr ayında Abşeron rayonu, Masazır kəndində yerləşən 1 saylı tam orta məktəbin yaxınlığında yerləşən zibillikdən, narkotik vasitə marixuananı isə təxminən 06.01.2022-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Masazır kəndi, A.Abdullayev küçəsində yaşadığı evin yaxınlığında yerdən tapdığını bildirmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 və cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin KTİ-nin 08.01.2022-ci il tarixli 22/29R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə Rusiya dövlətində Tula silah zavodunda istehsal olunmuş, 7,62 mm kalibrli Naqan sistemli revolverdir, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. - tədqiqata təqdim edilmiş, 02 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş 7,62x38R mm kalibrli olmaqla həmin kalibrli Naqan sistemli revolver silahlarından atəş açmaq üçün, ibtidai hərbi hazırlıq dərslərində və idman təlim məşqləri üçün nəzərdə tutulmuşdur, təlim döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. (Bax: silahının tədqiqi hissəsinə) - eksperimental atəşlər zamanı əldə olunmuş güllə və giliz DİN-in KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Qeyd: Təqdim edilmiş 02 ədəd 7,62x38R mm kalibrli patronlardan 01 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 13.01.2022-ci il tarixli 011-438-1222 nömrəli məktubunda göstərilmişdir ki, təqdim olunmuş 01 ədəd 7,62 mm kalibrli nömrəsi silinmiş Naqan sistemli revolverdən eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08.01.2022-ci il tarixli 7/20 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “İştirakçılar:.. imza Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdə bir ədəd şəffaf sellofan paketdə təmiz çəkisi – 2,498 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatında tədqiq olunmuş marixuananın təmiz çəkisi 2,498 qram, tədqiqata sərf olunan miqdar 0,02 qram, qalıq 2,478 qram təşkil edir. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Məhkəmə-narkoloji ekspertizasının 21.02.2022-ci il tarixli 842 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında 08.01.2022-ci il tarixli protokoldan görünür ki, saat 02:25 dəqiqədən 02:45 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd şəffaf sellofan büküm və belində saxladığı 1 ədəd odlu silah tapança, 02 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 23.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Talıbov X2 rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli qərarı ilə 01 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuş, 25.06.2021-ci ildə cəzasını çəkib qurtarmışdır. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirаkı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, sоnuncunun 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə Rusiya dövlətində Tula silah zavodunda istehsal olunmuş 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan 1 ədəd Naqan sistemli revolver silahı, 02 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş 7,62x38R mm kalibrli olmaqla həmin kalibrli “Naqan” sistemli revolver silahlardan atəş açmaq üçün, ibtidai hərbi hazırlıq dərslərində və idman təlim məşqləri üçün nəzərdə tutulmuş atəş üçün yararlı, təlim döyüş sursatı olan patronlar polis əməkdaşlarına təqdim etməsi müəyyən edilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi - 2,498 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından az olduğundan onun əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə Rusiya dövlətində Tula silah zavodunda istehsal olunmuş 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan 1 ədəd Naqan sistemli revolver silahı, 02 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş 7,62x38R mm kalibrli olmaqla həmin kalibrli “Naqan” sistemli revolver silahlardan atəş açmaq üçün, ibtidai hərbi hazırlıq dərslərində və idman təlim məşqləri üçün nəzərdə tutulmuş atəş üçün yararlı, təlim döyüş sursatı olan patronlar mаddi subut kimi tаnınаrаq, saxlanması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş, bir ədəd SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. 08.01.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08.01.2022-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 09.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 08.01.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Abşeron RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən içərisində qurudulmuş ot formasında narkotik vasitə marixuanaya bənzər kütlə olan 1 ədəd şəffaf sellofana bükülmüş büküm və belində saxladığı 1 ədəd odlu silah tapança, 2 ədəd patronlar aşkar edilərək götürülmüşdür Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Beləki, Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunun 3cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Xidməti və mülki silah haqqında” Qanun) 2-ci maddəsinin 8-ci bəndinə görə odlu silah - barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Sözügedən Qanunla bütün xidməti və mülki silahların, o cümlədən odlu silahın dövriyyəsi ilə bağlı qadağan olunan hərəkətlərin dairəsi müəyyənləşdirilmiş, onun əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, habelə onun istehsalı və satışı müvafiq icazənin alınması ilə şərtləndirilmişdir (“Xidməti və mülki silah haqqında” Qanunun 3, 8 və 9-cu maddələri). Bu Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə” məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27.05.2005-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 08.01.2022-ci tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 89 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə Rusiya dövlətində Tula silah zavodunda istehsal olunmuş 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan 1 ədəd Naqan sistemli revolver silahı, 02 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş 7,62x38R mm kalibrli olmaqla həmin kalibrli “Naqan” sistemli revolver silahlardan atəş açmaq üçün, ibtidai hərbi hazırlıq dərslərində və idman təlim məşqləri üçün nəzərdə tutulmuş atəş üçün yararlı, təlim döyüş sursatı olan patronlar Azərbaycan Respublikası Daxiliİşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli və bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi - 2,498 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından az olduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərildiyindən, maddi sübut qismində tanınmış həmin narkotik vasitə olan qurudulmuş marixuananın taleyi hazırki iş üzrə yekun məhkəmə qərarı ilə həll edilə bilməz, sözügedən maddi sübutun taleyinin inzibati iş üzrə yekun qərarla həll edilməli oduğu nəzərə alınmalıdır. İş üzrə 89 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. .Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 08.01.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə Rusiya dövlətində Tula silah zavodunda istehsal olunmuş 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan 1 ədəd Naqan sistemli revolver silahı, 02 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş 7,62x38R mm kalibrli olmaqla həmin kalibrli “Naqan” sistemli revolver silahlardan atəş açmaq üçün, ibtidai hərbi hazırlıq dərslərində və idman təlim məşqləri üçün nəzərdə tutulmuş atəş üçün yararlı, təlim döyüş sursatı olan patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 89 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi - 2,498 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın maddi sübut qismində taleyinin Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə ayrılmış inzibati iş üzrə yekun məhkəmə aktı ilə həll edilməli oduğu nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-252/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-252/2022
16.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver